Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-145/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-320/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-320/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli müqavilə üzrə yaranmış 835,72 (səkkiz yüz otuz beş manat yetmiş iki qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan icarə haqqı borcu üzrə 835,72 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 134.2 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 10540/7023 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 835,72 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 17681/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilədə nəzərdə tutulmuş icarə haqqı hər ay “İcarəyəverən” ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X2 İdarəsinin “Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektoru”nun aparıcı məsləhətçisi İrşad Vəliyev tərəfindən alınaraq müqavilədə götərilən hesaba ödənilməklə mədaxil qəbzinin surətini də ona (bəzən əməkdaşlarına) vermişdir. “İcarəyə verilmiş əmlakın balans saxlayıcısı olan Azərbaycan Respublikasınm Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 477K nömrəli əmrinə əsasən Gəncə şəhəri, 3 saylı notariat oflsinin xüsusi notariusu Cavabdeh pensiyaya çıxması ilə əlaqədar peşəkarcasına məşğul olmaq üçün verilmiş şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin xx.xx.2923-cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verilməsi barədə əmr verilmişdir. Bu səbəbdən də “İcarəçi” xüsusi notarius vəzifəsini tutmuş Cavabdeh həmin tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin balansında olan, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 19a (Registr Xs***-*******0-001) ünvanda yerləşən, ümumi sahəsi 134,2 kv.m təşkil edən qeyriyaşayış sahəsini tərk etmiş, qapısına isə “Notarius pensiyaya çıxdığından notariat işləmir” elanını yerləşdirmişdir. Balans saxlayıcısı isə balansında olan əmlakda “İcarəçi”nin xidmət göstərməsinə xitam verilməsi ilə bağlı əmlakın ərazisini tərk etməyinə səbəb olan əmr barədə “İcarəyəverən”i məlumatlandırmamışdır. 2023-cü ilin oktyabr ayının icarə haqqını götürmək üçün notariatın binasına gələn İrşad Vəliyev binanın qapısına vurulmuş həmin elanı görüb onun telefonuna zəng edərək icarə haqqı ilə bağlı gəlməsi barədə məlumat vermiş və o, özünün fəaliyyətinə xitam verilməsi barədə əmrin surətini və eləcə də “İcarə Müqaviləsı”ni birtərəfli qaydada pozması barədə xəbərdarlıq məktubunu onun vasitəsi ilə “İcarəyəverən”in yerli təşkilatına göndərmişdir. Bundan sonra, “İcarəçi” tərəfindən icarə haqqı ödənilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiasını “ƏMDX” ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10540/7023 nömrəli “İcarə Müqaviləsi”nin “İcarəçi” tərəfindən pozulduğunu vo onun xx.xx.2024-cü il tarixə 835,72 (səkkiz yüz otuz beş manat borclu qalması, bu barədə cavabdehi xx.xx.2024-cü il il tarixli, “Dövlət büdcəsinə yaranmış 835,72 manat icarə haqqı borcunu 7 iş günü müddətində ödənilməsi barədə” bildirişlə məlumatlandırması, cavabdehin isə borcu ödəməkdən imtina etməsi” ilə əsaslandıraraq həmin 835,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsi işə yazılı icraat qaydasında baxılacağı barədə tərəfləri məlumatlandırılmış və cavabdeh həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edərək həmin iddiaya “ümumi icraat” qaydasında baxılmasını xahiş etmiş, işə məhkəmə iclasında baxılmışdır. Məhkəmə iş materiallarını tam və dəqiq araşdırmamış, cavabdehin məhkəməyə hansı səbəbdən gəlməməsini araşdırmamış, onun izahatını almamış, onun əmlakın icarə edilməsi ilə bağlı icarə haqqını həmişə ödədiyi halda sonradan hansı səbəbdən ödəməkdən imtinasını aydınlaşdırmağa cəhd etməmiş, iddiaçıdan xx.xx.2024-cü il tarixli bildirişini cavabdehin almasını təsdiq edəcək sənədləri tələb etməmiş, qətnaməsini yalnız iddia ərizəsi və cavabdehin “şəxsi ödəmə vərəqəsi” ilə əsaslandırmışdır ki, bununla da, işi bir tərəfli aparmış, MPM-nin 217-ci maddəsinin tələbini pozaraq məhkəmə qətnaməsinin əsaslı və qanuni olmasını təmin etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının “İcarə Müqaviləsi”nin 4.1-ci, 8.1-ci, 8.2-ci maddələrini pozmasına da hüquqi qiymət verməkdən yayınmışdır. İcarə Müqaviləsində “İcarəçi”nin fəaliyyətinə xitam veriləcəyi halda onun “İcarəyəverən”i xəbərdar etməsi halı da nəzərdə tutulmamışdır. Çünki notariat orqanı vətəndaşlara xidmət göstərir və notariusun fəalyyətinə xitam verilməsi həmin kontorun ləğvinə əsas vermir. Həmçinin, iddiaçı onun pensiyaya çıxması ilə bağlı işdən azad edilməsini icarə obyektində fəaliyyət göstərmədiyini bildiyi halda (məsləhətçi T.Vəliyev vasitəsi ilə məlumatlandırılıb), sonradan icarə obyekti ilə bağlı “İcarəyəverən”in hesabına xx.xx.2023-cü il tarixdə 159,60 (yüz əlli doqquz manat 60 qəpik) manat, xx.xx.2023-cü il tarixdə 83,64 (səksən üç manat 64 qəpik) manat, xx.xx.2024-cü il tarixdə 84,60 (səksən dörd manat 60 qəpik) manat və xx.xx.2024-cü il tarixdə 89,60 (səksən doqquz manat 60 qəpik) manat olmaqla cəmi 4 dəfəyə 417,44 (dörd yüz on yeddi manat 44 qəpik) manat ödənilmiş icarə haqqının kimin tərəfındən ödənilməsi barədəki mədaxil qəbzlərini də təqdim etməmişdir. Tərəfin izahatı və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izhat verərək, şikayətin təmin ediməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 10540/7023 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 19a ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.metr qeyri-yaşayış sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Həmin müqavilənin 2.1ci və 2.2-ci bəndlərindən görünür ki, torpaq sahəsinin illik icarə haqqı 1009,92 manat, aylıq icarə haqqı 84,16 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixində alınmış şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh 05 sentyabr 2018-ci il tarixli, 10540/7023 saylı müqavilə üzrə cəmi 11144,77 manat ödəmiş, xx.xx.2024-cü il tarixinə isə 835,72 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə” bildirişdən görünür ki, borc məbləğinin 7 iş günü müddətində ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 477-K nömrəli əmrin surətindən görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh pensiyaya çıxması ilə əlaqədar notariat fəaliyyəti ilə peçakarcasına məşğul olmaq üçün şəhadətnaməsi və qeydiyyat vəsiqəsi “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən xx.xx.2023cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verilməsi əmr edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 134.2 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 10540/7023 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürmüş, cavabdehin pensiyaya çıxması ilə əlaqədar notariat fəaliyyəti ilə peçakarcasına məşğul olmaq üçün şəhadətnaməsi və qeydiyyat vəsiqəsi “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verilmiş, həmin tarixə onun icarə müqaviləsi üzrə ödənilməmiş borcu qalmamışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 19a ünvanında yerləşən 134.2 kv.metr qeyri-yaşayış sahəsi icarəçiyə icarə şərtləri əsasında istifadəyə verilmiş, illik icarə haqqı 1009,92 manat, aylıq icarə haqqı 84,16 manat müəyyən olunmuşdur. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 835,72 manat borcu yaranmışdır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə obyekti cavabdehə icrayə vermək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə icarəyə götürdüyü obyektdən istifadə müqabilində müəyyənləşdirilmiş icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə icarə haqqı üzrə borcu olmamışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Ədliyyə naziri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 477-K nömrəli əmri ilə Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh pensiyaya çıxması ilə əlaqədar notariat fəaliyyəti ilə peçakarcasına məşğul olmaq üçün şəhadətnaməsi və qeydiyyat vəsiqəsi xx.xx.2023-cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verilmişdir. Yəni onun həmin qeyri-yaşayış sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. Odur ki, həmin tarixdən, yəni cavabdehin pensiyaya çıxması ilə əlaqədar notariat fəaliyyəti ilə peçakarcasına məşğul olmaq üçün şəhadətnaməsi və qeydiyyat vəsiqəsi xx.xx.2023-cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verildiyi vaxtdan iddiaçı tərəfindən Cavabdeh hesablanmış borc əsassız olmuşdur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-320/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-145/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-145/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver