Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-146/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-265/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsi üzrə əsas borc 178988 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 35200.97 ABŞ dollarının və 35388.89 ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 6959.82 manatın, ödənilmiş 200 manat mediasiya xərcinin və 90.40 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-265/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-265/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) şərtlərinə görə "xxxx" MMC-yə 24 ay müddətinə 180000 manat məbləğində kredit xətti ayrılmışdır. 04 avqust 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 04 avqust 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 229500 ABŞ dolları məbləğində, 08 sentyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 08 sentyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 17680 ABŞ dolları məbləğində, 08 oktyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 3 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 07 oktyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19090 ABŞ dolları məbləğində, 07 noyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 4 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 noyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21180 ABŞ dolları məbləğində, 08 dekabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 5 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 09 dekabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 22.970 ABŞ dolları məbləğində, 12 yanvar 2015-ci il tarixli 22608/05 kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 6 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 12 yanvar 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19600 manat məbləğində, 05 fevral 2015-ci il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 fevral 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21450 manat məbləğində kredit verilmişdir. 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 43.0 kv.m, köməkçi sahəsi 46.0 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X6 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.2 kv.m, yaşayış sahəsi 110.0 kv.m, yardımçı sahəsi 155.2 kv.m, otaqların sayı 4 olan, 2 mərtəbəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X12 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X10 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 49.0 kv.m, yardımçı sahəsi 64.7 kv.m, otaqların sayı 3 olan, 1 mərtəbəli olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh2, X11, X7 və X6 ilə bank arasında 25 iyul 2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Lakin öhdəliklər cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)-147/2020 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(104)-114/2022 saylı qətnaməsi ilə əsas məbləğ hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(102)- 2933/2023 saylı qərarı ilə əsas məbləğ hissəsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Göründüyü kimi cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcu 178988 ABŞ dolları və 35388.89 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh kredit müqavilələri və məhkəmə yekun aktı üzrə üzrə irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlər kredit müqaviləsi üzrə əsas borc 178988 ABŞ dolları və 35388.89 manat hissəsi ödənilməmişdir. xx.xx.2019-ci ildən 29 noyabr 2023-cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 35200.97 ABŞ dolları və 6959.82 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" QSC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları – kredit müqaviləsi üzrə borclu şəxsin həmin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyinə dair kifayət qədər sübutlar olduğu halda, gəldiyi nəticə üçün həmin faktiki halları araşdırmamış, onlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qiymət verməmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəni həll etmiş əvvəlki məhkəmə qərarlarına istinadən belə nəticəyə gəlmişdir ki, həmin məhkəmə qərarları ilə tərəflər arasında mövcud olan bütün mübahisələr həll edilmişdir və bu səbəbdən iddiaçı hazırkı işdəki tələblə bağlı iddia qaldıra bilməzdi, başqa sözlə desək, məhkəmə müəyyən etmişdir ki, hazırda tərəflər arasında həmin kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərə xitam verilmişdir. Halbuki, apellyasiya şikayətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla göstərilən dəlillərdən də aydın görünür ki, öhdəliyin icrasının gecikdirilməsinə görə bunun nəticəsində vurulan zərər üçün iddiaçının illik 5 faiz tələb etmək hüququna əsas verən halların olmaması sübuta yetirilməmişdir. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri barədə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən – cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqavilədən görünür ki, borcalan "xxxx" MMC üçün 180000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 04 avqust 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 1 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 04 avqust 2015-ci il tarixədək 229500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 2 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 08 sentyabr 2015-ci il tarixədək 17680 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 3 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 07 oktyabr 2015-ci il tarixədək 19090 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 4 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 05 noyabr 2015-ci il tarixədək 21180 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 5 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 09 dekabr 2015-ci il tarixədək 22970 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 6 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 12 yanvar 2016-ci il tarixədək 19600 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə 7 nömrəli kredit sazişindən görünür ki, ona sahibkarlıq məqsədləri və avtomobil almaq üçün illik faiz dərəcəsi 17% olmaqla 05 fevral 2016-ci il tarixədək 21450 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 iyul 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqavilənin təminatı olaraq "xxxx" QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)- 147/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 04 avqust 2014-cü il tarixli 1 nömrəli, 08 sentyabr 2014-cü il tarixli 2 nömrəli, 08 oktyabr 2014-cü il tarixli 3 nömrəli, 07 noyabr 2014-cü il tarixli 4 nömrəli və 09 dekabr 2014-cü il tarixli 5 nömrəli kredit sazişləri üzrə cavabdeh "xxxx" MMC-dən 178988 ABŞ dolları əsas kredit borcu, 18134,76 ABŞ dolları faiz borcu və 1200 ABŞ dolları cərimə, cəmi 198322,76 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi üzrə, 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat əsas kredit borcu, 5135,49 manat faiz borcu və 850 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 41374,38 manat, həmçinin 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan pul alınıb ilkin iddiaçıya verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə yaşayış sahəsi 43 kv.m, köməkçi sahəsi 46 kv.m 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 21000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 198322,76 ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə və 41374,38 manatın, həmçinin 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan, cəmi 41472,63 manatın alınıb ilkin iddiaçıya verilməsi, tələbin Azərbaycan manatı ilə ifadə olunan 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat hissəsi mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 265,2 kv.m yaşayış sahəsi 110 kv.m köməkçi sahəsi 155,2 kv.m 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 132000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 41374,38 manat pulun alınıb ilkin iddiaçıya verilməsi, tələbin Azərbaycan manatı ilə ifadə olunan 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat hissəsinin mülkiyyət hüququ ilə X10 məxsus olan ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 113,7 kv.m yaşayış sahəsi 49 kv.m yardımçı sahəsi 64,7 kv.m 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 41374,38 manat pulun alınıb ilkin iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pul müştərək qaydada alınıb iddiaçıya verilməsi, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh2, X8 və X4 cavabdeh (ilkin iddiaçı) "xxxx" QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı zaminliyə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X12 ilə "xxxx" QSCnin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 24A nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi, iddiaçı X12 cavabdeh "xxxx" QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, iddiaçı X11 ilə cavabdeh "xxxx" QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, iddiaçı Cavabdeh2 cavabdeh (ilkin iddiaçı) "xxxx" QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı zaminliyə xitam verilməsi və ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) X2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, X6 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsindən irəli gələn öhdəliklərə bütövlükdə xitam verilməsi, "xxxx" MMC ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X6 ilkin iddiaçı "xxxx" QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir şəhəri M.Müşfiq küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş, 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" MMC ilkin iddiaçı "xxxx" QSCyə qarşı "xxxx" MMC ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 24 ay müddətə kredit xəttinin açılması barədə 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit müqaviləsinə dair imzalanmış 1 nömrəli 04 avqust 2014-cü il tarixli kredit sazişinin, həmçinin bu kredit sazişinin ayrılmaz tərkib hissəsi olan müvafiq kreditin qaytarılması qrafikinin etibarsız hesab olunması, əsas kredit məbləği üzrə qalıq borcun müqavilə üzrə müəyyənləşdirilmiş illik 17% dərəcəsinə uyğun olaraq müqavilə üzrə kreditin qaytarılma müddəti əsas götürülməklə qarşılıqlı iddia üzrə cavabdehlə Azərbaycan manatı ilə ifadə edilmiş yeni kredit sazişlərinin bağlanması və öhdəliklərin icrasının sonuna qalan dövr üçün Azərbaycan manatı ilə ifadə edilmiş kreditin qaytarılmasına dair yeni müvafiq qrafikin təqdim edilməsi barədə öhdəliyin "xxxx" QSC-nin üzərinə qoyulması və kredit müqaviləsi üzrə "xxxx" MMC-nin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı (kredit ödənişlərində gecikmələrə görə) "xxxx" MMC-yə hesablanmış faizlərin və dəbbə pullarının silməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən aparılmış məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmətexniki və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 680 manat məhkəmə xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 nömrəli qətnaməsindən görünür ki, birinci işin ilkin iddiası üzrə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)-147/2020 nömrəli qətnaməsi “ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 21000 manat, ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 132000 manat və ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat müəyyən olunması hissədə dəyişdirilmiş, həmin hissədə ünvan 4 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 40000 manat, ünvan 5 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 85000 manat ünvan 6 ünvanında yerləşən 0,7 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin likvid dəyəri 50000 manat müəyyən edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, birinci işin ilkin iddiası və birinci qarşılıqlı iddiası üzrə cavabdeh, ikinci qarşılıqılı iddiası üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və birinci işin ilkin iddiası üzrə cavabdehlər, birinci qarşılıqlı iddiası üzrə iddiaçı X6, eləcə də ikinci iş üzrə iddiaçılar Cavabdeh2, X12 və X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, "xxxx" MMC-dən 900 manat alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2933/2023 saylı qərarı ilə iddiaçı "xxxx" QSCnin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 nömrəli qətnaməsi qismən, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) X8 cavabdeh (ilkin iddiaçı) "xxxx" QSC-yə və cavabdeh Şəmkir rayon notariat ofisinə qarşı ipoteka müqavilələrinin bağlanmamış hesab olunması tələbinə dair iddiasının təmin edilməsi; "xxxx" MMC ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X12 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 24A nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş 22608/05/02 nömrəli ipoteka müqaviləsi, ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014- cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi; Qarşılıqlı iddiaçı (ilkin iddia üzrə cavabdeh) X2 qarşılıqlı iddiasının "xxxx" MMC ilə "xxxx" QSC-nin Gəncə filialı arasında 180000 manat məbləğində kreditin verilməsinə dair 25 iyul 2014-cü il tarixdə bağlanmış 22608/05 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq X6 ilə ilkin iddiaçı "xxxx" QSC-nin Gəncə filialı arasında mülkiyyətində olan Şəmkir şəhəri M.Müşfiq küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə dair bağlanmış və Şəmkir rayon notariat kontorunda 25 iyul 2014-cü il tarixdə təsdiq edilmiş, 22608/05/02 nömrəli ipoteka müqaviləsinin ondan sonra 229500 ABŞ dollarının verilməsinə dair 04 avqust 2014-cü il tarixdə bağlanmış 1 nömrəli, 17680 ABŞ dollarının verilməsinə dair 08 sentyabr 2014-cü il tarixdə bağlanmış 2 nömrəli, 19090 ABŞ dollarının verilməsinə dair 08 oktyabr 2014-cü il tarixdə bağlanmış 3 nömrəli, 21180 ABŞ dollarının verilməsinə dair 07 noyabr 2014-cü il tarixdə bağlanmış 4 nömrəli, 22970 ABŞ dollarının verilməsinə dair 09 dekabr 2014-cü il tarixdə bağlanmış 5 nömrəli kredit sazişlərinə (kredit müqavilələrinə) münasibətdə bağlanmamış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xaitam verilməsi, iddiaçı "xxxx" QSC-nin kassasiya şikayətinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı qətnaməsi 04 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi isə 25 oktyabr 2023-cü il tarixdə verilmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü tarixli qərarla icraata başlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)- 114/2022 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etmədiklərində, icranın məcburi qaydada icra ediləcəyi barədə borclulara bildiriş verilmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan Cavabdeh2, X2 və X8 əmlakları barədə hərracın keçirilməsini "xxxx" MMC-dən xahiş etmişlər. İş materiallarında olan "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 308 nömrəli bildirişindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(104)-114/2022 saylı icra vərəqəsinə və Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 265728/2023-193537/23 nömrəli sifariş məktubuna əsasən Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 43, Şəmkir şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 2, Şəmkir şəhəri, Çinarlı qəsəbəsi, Nizami küçəsi, ev 24A olan əmlaklar 08 yanvar 2024-cü il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti
103. Bina 11A ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin 01 fevral 2024-cü il tarixli 13, 14, 15 saylı protokollarından görünür ki, Cavabdeh2 məxsus Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən 43 saylı ev 34000 manata hərracın qalibi X9, X3 məxsus Şəmkir şəhəri M.Müşfiq küçəsində yerləşən 2 saylı ev 72250 manata hərracın qalibi X3, X10 məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində yerləşən 24A saylı ev 42500 manata hərracın qalibi X1. İş materiallarında olan "xxxx" QSC-nin Şəmkir rayon İcra və probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki, tələbkar Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən 43 saylı evin satışından əldə edilmiş 34000 manat, Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami küçəsində yerləşən 24A saylı evin satışından əldə edilmiş vəsaitdən 41502,63 manat vəsaitin "xxxx" QSC-nin göstərilmiş bank rekvizit hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, X2 adına olan 20362 nömrəli qəbzə əsasən 14000 manat, 23226 nömrəli qəbzə əsasən 14000 manat, 5144 nömrəli qəbzə əsasən 14000 manat, 26631 nömrəli qəbzə əsasən 14000 manat, 22055 nömrəli qəbzə əsasən 14000 manat, 15913 nömrəli qəbzə əsasən 2253 manat, X8 adına olan 11257 nömrəli qəbzə əsasən 15000 manat, 22561 nömrəli qəbzə əsasən 15000 manat, 1931 nömrəli qəbzə əsasən 12500 manat, X5 adına olan 19327 nömrəli qəbzə əsasən 15000 manat, 19348 nömrəli qəbzə əsasən 15000 manat, 16147 nömrəli qəbzə əsasən 4000 manat məbləğində pul vəsaitinin Şəmkir rayon İcra və probasiya şöbəsinin hesabına köçürüldüyü qeyd edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin "xxxx" MMC-nin 25 iyul 2014-cü il tarixli, 22608/05 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair 29 noyabr 2023-cü il tarixli arayışında göstərilir ki, üzərinə faiz hesablanan əsas məbləğ: 178 988 ABŞ dolları, müştərinin ödəniş etdiyi sonuncu tarix xx.xx.2020-ci il, faizlərin hesablandığı müddət: xx.xx.2020 - xx.xx.2023, gecikdirilmiş günlərin sayı: 1416 gün, tətbiq edilən faiz dərəcəsi: 5%, 1 il üçün götürülən günlərin sayı 360 gün, hesablama: 178 988 x 5% / 360 gün x 1416 gün = 35200.97 (otuz beş min iki yüz ABŞ dolları 97 sent) ABŞ dolları. "xxxx" MMC-nin 25 iyul 2014-cü il tarixli, 22608/05 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 178 988 ABŞ dollarının ödənilməsinin 1416 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 35200.97 (otuz beş min iki yüz ABŞ dolları 97 sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" QSC-nin "xxxx" MMC-nin 25 iyul 2014-cü il tarixli, 22608/05 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair 29 noyabr 2023-cü il tarixli arayışında göstərilir ki, üzərinə faiz hesablanan əsas məbləğ: 35 388.89 manat, müştərinin ödəniş etdiyi sonuncu tarix - xx.xx.2020, faizlərin hesablandığı müddət: xx.xx.2020-xx.xx.2023, gecikdirilmiş günlərin sayı: - 1416 gün, tətbiq edilən faiz dərəcəsi: 5%, -1 il üçün götürülən günlərin sayı - 360 gün. Hesablama: 35 388.89 x 5% / 360 gün x 1416 gün = 6 959.82 (altı min doquz yüz əlli doqquz manat 82 qəpik) manat. "xxxx" MMC-nin 25 iyul 2014-cü il tarixli, 22608/05 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 35 388.89 manatın ödənilməsinin 1416 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 6 959.82 (altı min doquz yüz əlli doqquz manat 82 qəpik) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) şərtlərinə görə "xxxx" MMC-yə 24 ay müddətinə 180000 manat məbləğində kredit xətti ayrılmışdır. 04 avqust 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 04 avqust 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 229500 ABŞ dolları məbləğində, 08 sentyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 08 sentyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 17680 ABŞ dolları məbləğində, 08 oktyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 3 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 07 oktyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19090 ABŞ dolları məbləğində, 07 noyabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 4 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 noyabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21180 ABŞ dolları məbləğində, 08 dekabr 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 5 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 09 dekabr 2015-ci il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 22.970 ABŞ dolları məbləğində, 12 yanvar 2015-ci il tarixli 22608/05 kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 6 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 12 yanvar 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 19600 manat məbləğində, 05 fevral 2015-ci il tarixli 22608/05 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 № li kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 05 fevral 2016-cı il tarixinədək, kreditdən istifadəyə görə illik 17% olmaqla 21450 manat məbləğində kredit verilmişdir. 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 43.0 kv.m, köməkçi sahəsi 46.0 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X6 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.2 kv.m, yaşayış sahəsi 110.0 kv.m, yardımçı sahəsi 155.2 kv.m, otaqların sayı 4 olan, 2 mərtəbəli olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin еdilməsi məqsədilə 25 iyul 2014-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan X12 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X10 məxsus olan 0.07 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113.7 kv.m, yaşayış sahəsi 49.0 kv.m, yardımçı sahəsi 64.7 kv.m, otaqların sayı 3 olan, 1 mərtəbəli olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bankın хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. (xx.xx.2014-cü il tariхili, RX sеriyalı ******* №-li Çıхarış) 22608/05 №-li kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh2, X11, X7 və X6 ilə bank arasında 25 iyul 2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Lakin öhdəliklər cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)-147/2020 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(104)-114/2022 saylı qətnaməsi ilə əsas məbləğ hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(102)- 2933/2023 saylı qərarı ilə əsas məbləğ hissəsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin kredit müqaviləsi üzrə əsas borcu 178988 ABŞ dolları və 35388.89 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh kredit müqavilələri və məhkəmə yekun aktı üzrə üzrə irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. xx.xx.2020-ci ildən 29 noyabr 2023-cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 35200.97 ABŞ dolları və 6959.82 manat təşkil edir. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC-nin kredit müqaviləsi üzrə borclu olduğu və həmin borcu edilmiş xəbərdarlıqlara baxmayaraq lazımi qaydada icra etməmiş, beləliklə də iddiaçının pul vəsaitini özündə əsassız olaraq saxlamiş, buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə və həmin müqaviləyə 1-7 nömrəli kredit sazişlərinə əsasən ödənilməmiş borcun tutulması tələbi deyil, həmin müqavilə üzrə gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmış məbləğin ödənilməsi olduğundan birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin icra mərhələsində icra edildiyini və borclunun təqsiri nəticəsində gecikmənin baş verdiyini nəzərə almadan iddianı rədd etməkdə haqsız olmuşdur. Belə ki, Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-265/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən – cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməlidir. İddia tələbinin digər hissəsi, yəni cavabdseh Cavabdeh2 aid hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının özünün də istinad etdiyi Şəmkir Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(076)- 147/2020 nömrəli qətnaməsindən göründüyü kimi iddiaçı "xxxx" QSC-nin onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 22608/05 nömrəli kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 04 avqust 2014-cü il tarixli 1 nömrəli, 08 sentyabr 2014-cü il tarixli 2 nömrəli, 08 oktyabr 2014-cü il tarixli 3 nömrəli, 07 noyabr 2014-cü il tarixli 4 nömrəli və 09 dekabr 2014-cü il tarixli 5 nömrəli kredit sazişləri üzrə 178988 ABŞ dolları əsas kredit borcu, 18134,76 ABŞ dolları faiz borcu və 1200 ABŞ dolları cərimə, cəmi 198322,76 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi üzrə, 12 yanvar 2015-ci tarixli 6 nömrəli və 05 fevral 2015-ci il tarixli 7 nömrəli kredit sazişləri üzrə 35388,89 manat əsas kredit borcu, 5135,49 manat faiz borcu və 850 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 41374,38 manat, həmçinin 8,25 manat poçt xərci, 90 manat bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi olan pul alınmasına dair iddiası yalnız əsas borclu olan cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilmiş, iddia həmin hissədə Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktları ilə qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, 178988 ABŞ dolları və 35388,89 manat əsas kredit borclarının ödənilməsi öhdəliyini cavabdeh "xxxx" MMC daşıyır. Həmin kredit müqaviləsi üzrə sas kredit borcunun ödənilməsi öhdəliyini Cavabdeh2 daşımadığna görə onun "xxxx" MMC-nin 25 iyul 2014-cü il tarixli, 22608/05 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərlə bağlı öhdəliyi ola bilməz. Bu səbəbdən də iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlməyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi cavabdehlərdən "xxxx" MMC-yə münasibətdə, yəni qismən təmin edilməli, iddia tələbi qalan hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-265/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 25 iyul 2014-cü il tarixli 22608/05 saylı kredit müqaviləsi üzrə əsas borc 178988 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 35200.97 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə) və 35388.89 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 6959.82 manat, ödənilmiş 200 manat mediasiya xərci və 90.40 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.