Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-147/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-99/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-99/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab №AZN: AZ77AİİB400600C9447929 844218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, müxbir hesab: AZ37NABZ ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-99/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Abbasova (Səfərova) Xəyalə Elman qızından, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14893,8 manat əsas, 2115,43 manat faiz və 6038.02 manat cərimə, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3589,57 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26637 manat borcun, 210 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın fərdi yaşayış evinin tam və torpaq sahəsinin ¼ hissəsi X7, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 “Nikoil” İKB-nin Bərdə filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən X10 “Nikoil” İKB-nin Bərdə filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, fərdi yaşayış evinin tam və torpaq sahəsinin ¼ hissəsi X7, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il sentyabrın 1-dək X5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893,8 manat əsas, 2115,43 manat faiz və 6038,02 manat cərimə borcu və xx.xx.2018- ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3589,75 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə 26637 manat borcu vardır. xx.xx.2021-ci il tarixli Gəncə Kommersiya Məhkəməsinin qərardadının sürətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Bərdə Rayon İcra hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 X5 faktiki vərəsələridir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh3, Abbasova (Səfərova) Xəyalə Elman qızı, Cavabdeh1 borcu ödəməkdən yayınmışlar. İş üzrə Cavabdeh2 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə razı olmadıqlarını bildirərək qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 “Nikoil” İKB-nin Bərdə filialından 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2015-ci il tarixdə, xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən X7 illik 6 faiz olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdehlərə məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bank qarşsında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlərdən X10 vəfat etmişdir. Kredit götürüldüyü vaxtdan yəni 2015-ci il tarixdən uzun müddət keçdikdən sonra iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia qaldırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, iddiaçı tərəfindən verilmiş iddianın qanunla nəzərdə tutulmuş müddəti ötürülmüşdür. Ona görə də "xxxx" ASC-nin Cavabdeh2 və digər cavabdehlərə qarşı kredit borcu və kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının, müddət keçməsi ilə əlaqədar təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizələri ilə razı olmadıqlarını bildirərək qeyd etmişlər ki, mübahisə edilən kredit müqaviləsi 22 oktyabr 2015-ci il tarixdə 36 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti 22 oktyabr 2018-ci ildə bitmişdir. Mülki qanunvericiliyə əsasən qeyd olunan işlərə 3 illik iddia müddəti tətbiq olunduğundan qeyd olunan işin iddia müddəti 22 oktyabr 2021-ci ildə bitirdi. Lakin bank iddia müddəti bitməmiş 14 dekabr 2020-ci ildə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilir. Bərdə Rayon Məhkəməsində müəyyən olunmuşdur ki, iddia ərizəsi üzrə məhkəmə aidiyyəti Gəncə Kommersiya Məhkəməsinindir və Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. X18 Məhkəməsinin icraatında olan zaman tərəfin vəsatətinə əsasən müəyyən olunmuşdur ki, iddia tələbi üzrə borclu X10 vəfat etmişdir. Bu səbəbdən də ölmüş şəxs məhkəməyə verildiyi üçün Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işə xitam verilmişdir. Bundan sonra vərəsələrin müəyyən olunması üçün müvafiq orqanlara sorğular verilmiş və Bərdə rayon İcra Hakimiyyətinin Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, mərhum X10 vəfat etdikdən sonra onun ailə üzvləri faktiki olaraq vərəsəliyi qəbul edərək, Bərdə rayonu Uğurbəyli kəndində olan fərdi yaşayış evində yaşayırlar. Qeyd edilənlərə əsasən bank tərəfindən iddia müddəti ötürülməmişdir, əksinə iddia ərizəsi yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla iddia müddəti daxilində verilmişdir. Bu səbəbdən də cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin təmin olunmamasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsi əsassızdır. Belə ki, kredit müqqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. İddia müddətinin axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, bundan sonra iddia müddətinin axımı yenidən başlanılır, təzələnir, nəticədə iddia müddətinin axımının yenidən başlanması ilə iddia müddəti tam həcmdə bərpa edilir. Birinci instansiya məhkəməsi qanunun bu normasını düzgün təfsir etməmiş, bank tərəfindən bundan əvvəl məhkəməyə iddia ərizəsinin verilməsini nəzərə almamışdır. Belə ki, İddiaçı ASC xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, sonradan həmin iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş, sonradan müəyyən edilmişdir ki, əsas borclu olan X10 xx.xx.2017-ci ildə ölmüşdür. Buna görə də həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi bank xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edən zaman iddia müddəti ötürülməmişdir. Nəzərə alınsa ki, iddia ilə məhkəməyə müraciət edən zaman müddət ötürülməmiş və bundan sonra da iddia müddətinin axımı kəsilmişdir, deməli iddia müddətinin yenidən hesablanması işə düşmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, bankın ikinci dəfə məhkəməyə müraciətinin (mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildirişin göndərilməsi) bu qədər yubanmasının əsası ölən şəxsin vərəsələrinin müəyyənləşdirilməsi olmuşdur. Belə ki, X5 ölməsi məlum olandan sonra bank tərəfindən onun vərəsələrinin kimlər olması ilə bağlı araşdırmalar aparılmış, yalnız 13 iyul 2023-cü il tarixli 556 nömrəli arayışla müəyyən edilmişdir miras əmlak kimlər tərəfindən idarə olunur. İddiaçı ASC də bundan sonra məhkəməyə müraciət edə bilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh2 nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-99/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini və kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İş materiallarında olan "xxxx" X3 ilə X10 arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli 12-SKMF-2-0-1081-13 saylı əsas kredit müqaviləsindən görünür ki, 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə X10 arasında bağlanmış 22 oktyabr 2015ci il tarixli 12-SKMF-3-0-580-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, ona heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 20 noyabr 2013-cü il tarixli 12-SKMF-2-0-1081-13(İ) saylı ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti fərdi yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi X6, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində mülkiyyətdə olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair bank ilə X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi X6, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X4, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində mülkiyyətdə olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borcu 14893,80 manat, faiz borcu 2115,43 manat, cərimə borcu 6038,02 manat, əldən çıxmış fayda 3589,75 manat olmaqla cəmi 26637 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, X11 tərəfindən banka müqavilə üzrə sonuncu ödənişi 30 avqust 2017-ci il tarixdə etmişdir. Məhkəmə iclasında tədqiq edilmX18 Məhkəməsinin icraatında olmuş 2-2(115)- 2201/2021 saylı işdən çıxarışlardan görünür ki, İddiaçı ASC-nin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893 manat 80 qəpik əsas, 2115 manat 43 qəpik faiz, 6038 manat 02 qəpik cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1413 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24461 manat 20 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-573/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata cavabdeh X10 xx.xx.2017-ci il tarixdə öldüyündən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə cavabdeh olan X10 09 oktyabr 2017-ci ildə ölmüşdür. Həmiçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan xx.xx.1954cü il təvəllüdlü X10 xx.xx.2017-ci il tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. X5 əmlakının başqa şəxsə keçməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 13 iyul 2023-cü il tarixli 556 nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Uğurbəyli kəndində yaşamış mərhum X10 vəfat edənədək onunla birlikdə yaşayan və qeydiyyatda olan və halhazırda həmin ünvanda onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İş materiallarında olan “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 16 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı ASC mediasiya sessiyasında iştirak etmiş və 210 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72,1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin və onun yerləşdiyi 0.28 ha torpaq sahəsinin 05 fevral 2024-cü il tarixinə bazar dəyəri 29300 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" X3 ilə X10 arasında 20 noyabr 2013cü il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında 22 oktyabr 2015-ci il tarixdə əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən X10 heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 20 noyabr 2013-cü il tarixdə bank ilə X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında verilmiş kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2015-ci il kredit müqaviləsinin müddəti 22 oktyabr 2018-ci il tarixdə bitmişdir. X10 tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ödəniş edilmişdir. İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi 05 sentyabr 2023-cü il tarixdə cavabdehlərə göndərmişdir. Mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia isə 17 noyabr 2023-cü il tarixdə verilmişdir Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, müqavilə müddəti 22 oktyabr 2018- ci il tarixdə bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 23 oktyabr 2021-ci il tarixdə tarixdə başa çatmışdır. İddiaçı isə bir il on bir ay sonra 05 sentyabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıalaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 12-SKMF-3-0-580-15 nömrəli “Əlavə kredit müqaviləsi” üzrə cavabdehlər tərəfindən müəyyən müddət ödənişlər edilmiş, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə olmuşdur. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 22 oktyabr 2018-ci il tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı 22 oktyabr 2018-ci il tarixdən başlanmış hesab edilir və 22 oktyabr 2021-ci il tarixdə bitmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC xx.xx.2015-ci il tarixli 12-SKMF-3-0- 580-15 nömrəli “Əlavə kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu 2017-cü ilin sentyabr ayında, ən geci isə müqavilənin bitdiyi 22 oktyabr 2018-ci il tarixdə bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı həmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarında da göstərildiyi kimi kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqi qanunvericiliyin normalarından irəli gəlir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia müddəti tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, bankın ikinci dəfə məhkəməyə müraciətinin bu qədər yubanmasının əsası ölən şəxsin vərəsələrinin müəyyənləşdirilməsi olmuşdur. Kollegiya qeyd edir ki, əsas borclu X10 xx.xx.2017-ci il tarixdə ölmüş, iddiaçı bundan sonra ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəməsinin xx.xx.2021-ci tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə iki ilə yaxın müddət keçdikdən sonra müraciət etmiş və gec müraciət etməsinin səbəbini vərəsələrin müəyyən edilməsindən ötrü hərəkət etmələri ilə izah etmişdir ki, kollegiya bu kimi əsaslandırma ilə razılaşmır. Ona görə ki, borclunun ölümündən sonra vərəsəlik işinin açılıb-açılmamasının müəyyən edilməsi üçün notariat orqanına, borclunun vərəsələrinin müəyyən edilməsi üçün isə onun sonuncu yaşayış yeri üzrə inzibati ərazi nümayəndəliyinə sorğu göndərməklə müəyyən edilə bilərdi və bunun üçün bu qədər uzun müddət tələb edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-99/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-147/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-147/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver