Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-149/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması və cavabdehin icarə obyektindən çıxarılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2- 2(115)-2165/2022 saylı qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, borcun tutulması və cavabdehin icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 924,3 kv m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsinin icarəsinə dair "xxxx" MMC ilə imzalanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 48 aylıq icarə haqqını təşkil edən 9600 manat icarə haqqının, 720 manat faiz borcunun, 21 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin icarəçidən tutularaq ona ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək 11600 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ilə (hakim K.Vəliyev) iddia tələbi müqavilənin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılmasına dair hissədə baxılmamış saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11600 (on bir min altı yüz) manat icarə haqqının, ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumunun və 100 (yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa ediləsi edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" faktiki fəaliyyət göstərmədiyindən, inzibati binası və müəssisənin balansında və istifadəsində hər hansı texniki vasitə olmadığından, müəssisəyə elektron qaydada göndərilən bütün sənədləri izləmək və görmək mümkün olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2165/2022 nömrəli qətnaməsindən "xxxx" MMC-nin məlumatı olmamış, yalnız Gəncə şəhəri üzrə İcra İdarəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə oraya çağrılan zaman məlumatı olmuş və həmin tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət olunaraq qətnamə xx.xx.2023-cü il tarixdə alınmışdır. Odur ki, apellyasiya şikayətin verilməsi müddəti ötürülməsi üzrlü səbəb kimi hesab edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddadn narazı qalan cavabdeh "xxxx" MMC şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadının ləğv edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətnin bərpa edilərək işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barış Mebel” faktiki fəaliyyət göstərmədiyindən, inzibati binası və müəssisənin balansında və istifadəsində hər hansı texniki vasitə olmadığından, müəssisəyə elektron qaydada göndərilən bütün sənədləri izləmək və görmək mümkün olmamışdır. X2 X1 və satışı İdarəsindən alınan xx.xx.2022-ci il tarixli arayışa əsasən ünvan 2 ünvanında "xxxx" MMC adlı istehlakçının fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(115)-2165/2022 nömrəli qətnaməsindən "xxxx" MMC-nin məlumatı olmamış, yalnız Gəncə şəhəri üzrə İcra İdarəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə oraya çağrılan zaman məlumatı olmuş və həmin tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət olunaraq, qətnamənin surətinin verilməsi xahiş olunmuşdur. Gəncə Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2- 2(115)- 2165/2022 nömrəli qətnamə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə "xxxx" MMC tərəfindən alınmışdır. Məhkəmə "xxxx" MMCnin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qərardad qəbul etmiş və şikayət vermək hüququndan mərhum etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)- 2165/2022 saylı qərardadı və həmin qərardadla bağlı 14 aprel 2023-cü il tarixli 2-2(115)- 2165/2022 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına təqdim edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsi 29 dekabr 2022-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh cəmiyyət fəaliyyət göstərmədiyini, inzibati binası və müəssisənin balansında və istifadəsində hər hansı texniki vasitə olmadığın, bu səbəbdən də müəssisəyə elektron qaydada göndərilən bütün sənədləri izləməyin və görməyin mümkün olmadığını əsas gətirərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia etdiyi və ya digər hər hansı bir səbəbdən elektron kabinetinə göndərilmiş sənəddən vaxtında məlumatlı olmaması halı üzrlü hesab edilə bilər bu şərtlə ki, onun elekrton kabinetinə yerləşdirilmiş sənəddən vaxtında məlumatlı olmaması faktı müvafiq sübutlarla təsdiq edilsin. Hazırkı işin halların baxımından da cavadbehin elelktron kabientinə yerləşdirilmiş məhkəmə aktından vaxtında məlumatlı olmaması (sənədi oxumaması) işdə olan digər sübutlarla təsdiq olunmaqdadır. Belə ki, iş materialllarına əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli təlbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, cavabdehin nümayəndəsi həmin sənədi xx.xx.2023-cü il tarixdə bildirişə imza etməklə qəbul etmiş, bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2- 2(115)-2165/2022 saylı qətnaməsindən məlumatsız olmasını bildirirərək qətnamənin surətinin rəsmi qaydada onlara göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən isə cavadbehə 20 fevral 2023-cü il tarixli məktub ünvanlanaraq, qətnamənin elektron kabinetə yerləşdirilməsi bildirilməklə, qətnamə kağız daşıyıcıda məlumat üçün cavabdehə təqdim edilmiş, həmin sənəd 25 fevral 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş və 17 mart 2023-cü il tarixdə isə apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi elektron kabinetə 29 dekabr 2022-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq, qeyd olunan hallar cavabdehin Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən ilk dəfə 25 fevral 2023-cü il tarixdə məlumatlı olmasını təsdiq etməkdədir. Belə olduğu təqdirdə isə qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verilə bilməməsi cavadbehin iradəsindən kənar hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan vəziyyətdə cavabdehin qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsi üzürlü hal hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilməsi üçün əsas hesab olunur. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinin tələbinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı və həmin qərardadla bağlı 14 aprel 2023-cü il tarixli, 2-2(115)-2165/2022 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-2(115)-2165/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilsin. X3 Məhkəməsinin Kommersiya kollegiyasına təqdim edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasına verilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-149/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-149/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver