Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-154/2024 26.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işrakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-159/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005- 1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas, 1917,18 manat faiz, 378,23 manat cərimə borcu olmaqla cəmi 28782,66 manat; - 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 37473,58 manat əsas, 1687,38 manat faiz, 388,68 manat cərimə borcu olmaqla cəmi 39549,64 manat olmaqla, ümumilikdə 68 332,3 manat borcun; - iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına; - tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə; - Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına; - və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına; - tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas məbləğ sabit qalmaqla, 5163,65 manat faiz, 2367,75 manat cərimə borcu olmaqla cəmi 34018,65 manat; - 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə borcu olmaqla cəmi 47440,8 manat olmaqla, cəmi 81459,45 manat borcun; - iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295,44 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 165 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına; - tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə; - Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına; - və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına; - tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızına məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; - hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulmasına; - tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış məntəqələrinin torpaqlarına və Paşayeva (əvvəllər Nəbiyeva) Brilyant İzzət qızma məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim K.Vəliyev) iddia tələbinə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması hissəsi üzrə xitam verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(83)-159/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 11 dekabr 2020-ci il tarixli 040CRLN20000005 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli 040CRLN20000005-1 nömrəli əlavə razılaşma üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31150,93 manat borcun, 23 aprel 2021-ci il tarixli 040CRLN20000005-2 nömrəli əlavə razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borcun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin ipotekaya qoyulmuş likvid dəyəri 45000 manat olan Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və likvid dəyəri 60000 manat olan Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilə və likvid dəyəri 55000 manat olan Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış evlərinin həyətyanı torpaq sahələrinə yönəldilməsi, həmin mənzil, fərdi yaşayış evi və yaşayış evlərinin həyətyanı torpaq sahələrinin açıq hərrac yolu ilə satılılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi, iş üzrə 600 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-nin hesaba ödənilməsi, iş üzrə 250 manat ekspertiza xərcinin Cavabdeh2 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh2 317,02 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 tərəfindən 18 mart 2024-cü il tarixdə və Cavabdeh3 tərəfindən isə 14 mart 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, qətnamənin qismən ləğv edilməsi, iş üzrə qiymətləndirmə hissəsində yeni qətnamə çıxarılması xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-2(104)-103/2024 saylı qərardadları ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmişdir. İş üzrə Cavabdeh3 məhkəməyə apellyasiya şikayəti və ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması səbəbini üzrlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 Fərhad oğlu məhkəməyə apellyasiya şikayəti və ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək, tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması səbəbini üzrlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Fərhad oğlu və Cavabdeh3 tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizələrinin təmin edilməməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(115)-159/2023 nömrəli qərardadı ilə ərizələr təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə bərpa edilmişdir. İş üzrə İddiaçı ASC qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadının ləğv edilməsini və Cavabdeh1 və Cavabdeh3 Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixlie-2-2(115)-159/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələrinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 159/2023 nömrəli icra sənədinə əsasən, icra qurumu ipoteka predmetlərinin açıq hərracda satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş etmişdir. Müvafiq sifariş əsasında hərrac təşkilatı birinci hərrac prosesini xx.xx.2024-cü il tarixinə, ikinci hərrac prosesini isə xx.xx.2024-cü il tarixinə təyin etmişdir. Cavabdehlərin apellyasiya şikayəti verməkdə məqsədləri sadəcə məhkəmə qətnaməsinin icrasına (hərrac prosesinin keçirilməsinin qarşısını almaq) və Bankdan götürülmüş borcun qaytarılmasına maneə yaratmaqdan ibarətdir. Bu səbəbdən də, müəyyən edilmiş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edilməsini qanunsuz hesab edirlər. Gəncə Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-2(115)-159/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-2(115)- 159/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 29 may 2024-cü il tarixli 2-2(104)-144/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2-2(115)-159/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 13 may 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, işin apellyasiya şikayətinə baxılmasından ötrü kommersiya kollegiyasına verilməsi üçün məhkəmənin dəftərxanasına verilməsi qərara alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 16,5% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 15% dərəcəsi ilə 36 ay müddətinə 58000 manat kredit verilmişdir. 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh1 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli, Cavabdeh4 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli, Cavabdeh3 ilə 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: 1. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi. 2. ünvan 6i yaşayış evi və yaşayış məntəqələrinin torpaqları. 3. ünvan 7 ünvanında yerləşən mənzil. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda, lakin eyni məzmunlu apellyasiya şikayəti ilə müraciət etmiş və apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş, işə onların və digər cavabdehlərin iştirakı olmadan baxmışdır. Bu hal isə işin birtərəfli aparılmasına, iş üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31150,93 manat borc, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005- 2 nömrəli Əlavə Razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borc və 400 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasına səbəb olmuşdur. Borc tələbi ipotekaya qoyulmuş 45 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və likvid dəyəri 60 000 manat olan Cavabdeh3 məxsus olan ünvan 8 ünvanında yerləşən mənzilə və likvid dəyəri 55 000 manat olan Cavabdeh4 məxsus olan ünvan 6i yaşayış evinə və yaşayış evlərinin həyətyanı torpaq sahələrinə yönəldilməsi, həmin mənzil, fərdi yaşayış evi və yaşayış evlərinin həyətyanı torpaq sahələrinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi barədə qətnamə qəbul edilmiş, iddianı qalan hissədə təmin etməmişdir. Hesab edirlər ki, iş tam araşdırılmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real dəyəri 60000 (altmış) min manatdan artıqdır, bundan başqa məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatlandırılmadıqları üçün prosesdə iştirak edib hüquqlarından istifadə edə bilməmişlər. Bu səbəbdən əmlaka real dəyərindən daha aşağı qiymət müəyyən edilmişdir. Prosessual məsələlər və apellyasiya şikayətlərinə dair izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini müdafiə edib həmin şikayətlərin dəlillərinə uyğun izahat verərərək, şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətlərinə etiraz edərək hər iki şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilərək qətnamə kredit borcunun məbləği hissəsində dəyişdirilməlidir. Məhkmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri həddində yoxlayır. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 16,5% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 15% dərəcəsi ilə 36 ay müddətinə 58000 manat kredit verilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh4 məxsus ünvan 6i yaşayış evi və torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh3 məxsus ünvan 3 ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 6i yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 3 İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair ekspert rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 53 000 manat, likvid dəyəri isə 45 000 manat, Cavabdeh4 məxsus ünvan 6i yaşayış evi və yaşayış məntəqələrinin torpaqlarının bazar dəyəri 65 000 manat, likvid dəyəri isə 55 000 manat, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 66 000 manat, likvid dəyəri isə 60 000 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 5087,19 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə banka olan borcu 26487,25 manat əsas borc, 5163,65 manat faiz, 2367,75 manat cərimə olmaqla cəmi 34018,65 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə olmaqla, cəmi 47440,8 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli MŞG/1- 06001 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya zamanı 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 150 000 manat (USD və ya EUR ekvivalenti) manat kredit limiti ayrılmışdır. 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşmaya əsasən Cavabdeh2 75000 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşmaya əsasən isə Cavabdeh2 58000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000019 nömrəli, Cavabdeh4 ilə 25 dekabr 2020-ci il tarixli 004REAL20000018 nömrəli, Cavabdeh3 ilə 22 aprel 2021-ci il tarixli 004REAL21000017 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı tərəfin üzərinə düşən öhdəliyi lazımi qaydada icra edərək müqavilə üzrə razılaşdırılmış məbləğdə krediti vaxtında borcalana verməsi, lakin borcalanın müqavilə öhdəliyini lazımi qaydada icra etməməsi ilə əsaslandırmış, iddiaçı tərəfindən tələb olunan cərimənin məbləğini yüksək hesab edərək həmin məbləği azaltmışdır. Qeyd olunan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh – borclu Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Cavabdehlər tərəfindən fərdi yaşayış evinin ilkin satış qiyməti mübahisələndirildiyindən birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertiza rəyi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixə 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 5087,19 manat faiz borcunun olması müəyyən edilmiş, qiymətləndiricinin rəyi ilə evin ilkin satış qiymətinin 60.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehlər hər iki apellyasiya şikayətində ipoteka predmetlərindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real qiymətinin 60000 manat olduğu halda, ilkin satış qiymətinin aşağı müəyyən edildiyini göstərərək həmin evin yenidən qiymətləndirilməsini xahiş etmişlər. Kollegiya apellyasiya şikayətlərinin həmin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qiymətləndirmə təyin edilmiş və qiymətləndirici mütəxəssis tərəfindən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 53 000 manat, likvid dəyəri isə 45 000 manat müəyyən edilmiş, cavabdehlər həmin fərdi yaşayış evinin real bazar qiymətinin 60000 manat olduğunu göstərsələr də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut əlavə etməmişlər. Məhkəmə kollegiyası qiymətləndirici ekspertin rəyinə mötəbər sübut kimi yanaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslıdır və apellyasiya şikayətlərinin həmin hissədə təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan götürdüyü kreditin ödənilməsinin təminatı kimi mülkiyyətində olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmiş, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilərək ipoteka predmetinin hərracdan satılıb əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini tutmanın ipoteka predmetinə yönəldilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir, odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcu hissəsində tələbdən kənara çıxmaqla yanlış nəticəyə gəlmişdir. Beləı ki, iddiaçı Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas məbləğ sabit qalmaqla, 5163,65 manat faiz, 2367,75 manat cərimə borcu olmaqla cəmi 34018,65 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əsas, 6367,87 manat faiz, 2607,53 manat cərimə borcu olmaqla, cəmi 47440,8 manat, iki müqavilə üzrə cəmi 81459,45 manat borcun tutulmasını xahiş etmiş, məhkəmə əsas borcun məbləği hissəsində iddiadan kənara çıxaraq 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əvəzinə 26491,91 manat, 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,4 manat əvəzinə 38636,92 manat tutmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilərək Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31146,27 manat borc; 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,40 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44352,50 manat borc olmaqla, iki müqavilə üzrə ümumilikdə 75498,32 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onlarln iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehlərə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında iştirak etmiş, lakin sonuncu baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsi cavabdehdən tutulan əsas borcun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31146,27 manat borc; 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005- 2 nömrəli Əlavə Razılaşma üzrə 38465,40 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44352,50 manat borc olmaqla, ümumilikdə 75498,32 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-159/2023 saylı qətnaməsi – Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26491,91 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31150,93 manat borc; 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38636,82 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44524,01 manat borc olmaqla, ümumilikdə 75674,94 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 11 dekabr 2020-ci il tarixli, 040CRLN20000005 nömrəli Baş kredit müqaviləsi çərçivəsində bağlanmış 14 dekabr 2020-ci il tarixli, 040CRLN20000005-1 nömrəli Əlavə Razılaşma üzrə 26487,25 manat əsas borc, 4059,02 manat faiz borcu və 600 manat cərimə olmaqla, cəmi 31146,27 manat borc; 23 aprel 2021-ci il tarixli, 040CRLN20000005-2 nömrəli Əlavə Razılaşma üzrə 38465,40 manat əsas borc, 5087,19 manat faiz borcu və 800 manat cərimə olmaqla, cəmi 44352,50 manat borc olmaqla, ümumilikdə 75498,32 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-154/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-154/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver