Məhkəmə qərarları › İş №2-2(104)-154/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-154/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-154/2025 30.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh1 tərəfindən “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1,951,000.00 ABŞ dolları əsas kredit borcunun, 58,714.46 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 69,271.75 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə: 2,078,986.21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3534276,56 manat məbləğində kredit borcunun, 2,118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2,558.20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə 1,187,500.00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1,951,000.00 ABŞ dolları əsas kredit borcunun, 61,424.19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 77,400.92 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2,089,825.10 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3,552,702.67 manat məbləğində kredit borcunun, 2,118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2,558.20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə 1,187,500.00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada 1,951,000.00 ABŞ dolları əsas kredit borcunun, 62,128.71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79,514.50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2,092,643.21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3,557,493.46 manat məbləğində kredit borcunun, 2,118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2,558.20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə isə 1,187,500.00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixdə “X3 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək “X3 Azərbaycan” QSC Cavabdeh1 MMC arasında bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh “X3 Azərbaycan” QSC-yə qarşı kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il e-2-2(115)-1/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(104)-75/2025 saylı qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixdə “X3 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin edilərək “X3 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsinin etibarsız (bağlanmamış) hesab edilməsinə və aldatma yolu ilə cavabdeh tərəfindən iddiaçıdan alınmış 500,000 manat pulun cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh “X3 Azərbaycan” QSC-yə qarşı kredit müqaviləsinin bağlanmamış (etibarsız) hesab edilməsi və aldatma yolu ilə cavabdeh tərəfindən iddiaçıdan alınmış 500,000 manat pulun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi tələbinə dair qarşılıqlı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ödənilmiş 690 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC tərəfindən şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1/2025, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1/2025 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1/2025 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən şikayət verilmiş təmin edilməmiş, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı kommersiya mübahisəsində tələblərindən biri də, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinin imzalanmasından öncə ödənilmiş 500,000 manat pulun tələbidir. Bu tələb işin gedişatı zamanı ortaya çıxmışdır, belə ki, "xxxx" MMC-nin nümayəndəsi qismində məhkəmə iclasında ilk iştirakı xx.xx.2025ci il tarixdə baş tutmuşdur. Həmin tarixədək Cavabdeh1 MMC-nin hər hansı bir nümayəndəsinin məhkəmə iclasında iştirakı olmamışdır. 500,000 manat aldadılaraq alınmış puldur və məhz o pulun alınmasından sonra mübahisələndirilən kredit müqaviləsinə aldadılaraq imza etdirilmişdir. Bundan əlavə Gəncə Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işinə baxıla zaman vəsatətlə müraciət edərək xx.xx.2019-cu il tarix Kredit Müqaviləsi üzrə pulun "xxxx" MMC-yə ödənilməsini təsdiq edən qəbzlərin "xxxx" QSC-dən tələb edilərək iş materiallarına əlavə edilməsini xahiş etsələr də, məhkəmə buna hər hansı bir münasibət bildirməmişdir. Bu sübutların əldə edilməsi üçün qarşılıqlı iddia icraata qəbul edilməlidir. Bundan əlavə məhkəmə tələsik baxış iclası təyin edərək və bütün cavabdehlərin hazırlıq iclasında iştirakını təmin etməməklə Cavabdeh1 MMC-nin iş materialları ilə tanış olmasına və qarşılıqlı iddia verməsinə maneə yaratmışdır. Borc müqaviləsinin əsas kvintessensiyası ondan ibarətdir ki, bir tərəf digər tərəfə pul vəsaitinə mülkiyyət hüququnu verməlidir. Lakin iş materiallarına nəzər yetirsək mübahisələndirilən 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə Cavabdeh1 MMC-yə pulun verilməsinə və həmin pulun Cavabdeh1 MMC tərəfindən qəbul edilməsinə dair hər hansı bir qəbz yoxdur. Hətta fərz edilsə ki, həmin pul məbləği Cavabdeh1 MMCnin hesabına köçürülüb, bu zaman həmin pulun Cavabdeh1 MMC-nin hesabından başqa hesaba köçürülməsinə dair ödəniş tapşırığı yoxdur. Belə olan təqdirdə tərəflər arasında MM-in 739.1-cimaddəsinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığından, tərəflər arasında MM-in 386.1-cimaddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Ali Məhkəmə tərəfindən oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdimetdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2-2(102)-402/2022 və 2(102)-546/2023, 2-2(102)-575/2023 nömrəli işlər üzrə qərarları). İş materiallarında isə yuxarıda qeyd edilən sənədlər mövcud deyil. Bu isə ona dəlalət edir ki, tərəflər arasında ümumiyyətlə kredit münasibətləri mövcud deyil və müqavilə formal xarakter daşıyır. Bundan əlavə qeyd etmək istərdik ki, Cavabdeh1 MMC-nin nümayəndəsinin məhkəmə iclasında ilk iştirakı xx.xx.2025-ci il tarixə təsadüf edir və vəkilə etibarnamə də həmin tarixdən 2 gün əvvəl verilmişdir. Buna qədər isə Cavabdeh1 MMC-nin hazırlıq iclaslarında iştirakı təmin edilməmişdir. Belə olan təqdirdə Cavabdeh1 MMC ümumiyyətləiddia ərizəsi icraata qəbul edildikdən sonra ilk 20 gün ərzində qarşılıqlı iddiaərizəsi verə bilməzdi, çünki iş barədərəsmi xəbərdarlıq almamış, hazırlıq iclasında iştirakı təmin edilməmiş, müvafiq bildirişləri almamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, “X3 Azərbaycan” QSC tərəfindən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixdə elektron qaydada göndərilmiş, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməmişdir. “X3 Azərbaycan” QSC tərəfindən verilən iddia tələbinə dair iş üzrə uzun bir müddət ərzində hazırlıq iclasları keçirilmiş, lakin həmin müddətdə belə hazırkı qarşılıqlı iddia ərizəsində göstərilən tələblə cavabdeh məhkəməyə müraciət etməmişdir. İş məhkəmə baxışına təyin edilmiş, baxış mərhələsində qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Baxış mərhələsində qarşılıqlı iddia ərizəsi verilsə də qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın verilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Həmçinin Cavabdeh1 MMC qarşılıqlı iddianın verilməsinə dair müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddianın verilməsi üçün hər hansı bir müddətin ötürülüb-ötürülməməsindən söhbət gedə bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə cavabdehin məhkəmə baxışı zamanı da qarşılıqlı iddia verməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxış mərhələsində əmələ gəlmiş olmasını və ya qarşılıqlı iddianın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmalıdır. Cavabdeh isə qarşılıqlı iddianın məhz baxış mərhələsində verilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Mülki Prosessual Məcəllənin 154 və 155 maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0, 398.0.1, 400 və 402-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar