Məhkəmə qərarları › İş №2-2(104)-16/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-16/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-16/2024 02.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə kreditə görə 127615 manat 73 qəpik, faiz borcuna görə 22008 manat 77 qəpik, cərimə borcuna görə 6447 manat 78 qəpik, cəmi 156072 manat 28 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə kreditə görə 0 manat, faiz borcuna görə 10716 manat 77 qəpik, cərimə borcuna görə 0 manat, cəmi 10716 manat 77 qəpik, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Şəmkir və Gəncə Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 480 manat xidmət haqqı və rüsumun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və məhkəməyə iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 57 manat pulun, yənicəmi 167726 manat 05 qəpik pulun tutulması; xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə tələbin Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.4526 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsinə və tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus **- BP-*** qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi ağ, mühərriki 5700 kubsm., ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, onların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 həmin kredit müqaviləsi üzrə cəmi 156072 manat 28 qəpik borcunun, xidmət haqqı, dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş cəmi 937 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; xx.xx.2019cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsinə və Cavabdeh4 məxsus **-BP-*** qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi ağ, mühərriki 5700 kubsm, ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, onların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 həmin kredit müqaviləsi üzrə cəmi 10716 manat 77 qəpik borcunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən torpaq sahələrinə və Cavabdeh4 məxsus **-BP-*** qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi ağ, mühərriki 5700 kubsm., ban nömrəsi JTJHY00W3A4051788 olan nəqliyyat vasitəsinə tələb yönəldikdən, həmin əmlaklar açıq hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində boşaldılması, əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin həmin fərdi yaşayış evindən və torpaq sahələrindən əşyaları ilə birlikdə çıxarılması, nəqliyyat vasitəsinin, fərdi yaşayış evinin və torpaq sahələrinin yeni mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh4 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174 saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 200000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Bundan başqa İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit xətti müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 50000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). xx.xx.2018-ci il tarixli, SHNİP- 0271/174saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh4 müqavilə üzrə öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışlarına əsasən Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 127615 manat 73 qəpik, faiz borcuna görə 22008 manat 77 qəpik, cərimə borcuna görə 6447 manat 78 qəpik, borcun cəmi məbləği 156072 manat 28 qəpik, xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 0 manat, faiz borcuna görə 10716,77 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 10716 manat 77 qəpik təşkil edir. xx.xx.2018ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus **-BP-*** qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi ağ, mühərriki 5700 kubsm., ban nömrəsi JTJHY00W3A4051788 xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli İpoteka müqavilələri ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 6.4526 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli İpoteka müqavilələri ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqavilələr notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin ipoteka qoyanın ailə üzvləri də ipoteka müqaviləsinin bağlanmasına öz yazılı razılıqlarını vermiş və həmin ərizələr də notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış İpoteka müqavilələrinin 9.1-ci bəndinə əsasən, İpoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə-yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylıkredit müqaviləsi üzrə cəmi 166789 manat 05 qəpik məbləğində pul, ödənilmiş rüsumlar tutulmalıdır, tələblər ipoteka predmetlərinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra keçmiş mülkiyyətçi və ailə üzvləri ipoteka predmetlərindən çıxarılmalıdır və onun ipoteka predmetlərindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırki kommersiya işi üzrə məhkəmənin qərardadı əsasında iş üzrə cavabdehlərin mülkiyyətində olan ipoteka predmetlərinin qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirmə prosesinin nəticəsində "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi barədə rəy məhkəməyə təqdim edilmişdir. Həmin ipoteka predmetlərinin qiymətləndirilməsi üçün xidmət haqqı iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia tələblərinin tam təmin edilərək, eyni zamanda tərəflərindən ödənilmiş 4900 manat xidmət haqqının Cavabdeh4 tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş edirlər. Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SHNİP- 0271/174 saylı kredit müqaviləsi üzrə 127615 manat 73 qəpik əsas borc, 13210 manat 83 qəpik müqavilə müddətinə faiz borcu, 1000 manat cərimə borcu, cəmi 141826 manat 56 qəpik məbləğində borc, xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsi üzrə 126 manat 34 qəpik məbləğində müqavilə müddətinə faiz borcu olmaqla, ümumilikdə 141952 manat 29 qəpik məbləğində borc, həmçinin 4900 manat qiymətləndirmə haqqı, 400 manat mediasiya xərci, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 480 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, xx.xx.2018-ci il tarixli SHNİP-0271/174 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutmanın Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar torpaq sahələrinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX 570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, xx.xx.2019-cu il tarixli SHNİAP-24 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutmanın Cavabdeh4 məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4.0458 hektar torpaq sahəsinə və 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin fərdi yaşayış evi, torpaq sahələri və avtomobilin açıq hərracdan satılması, Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 95.000 manat həddində müəyyən edilməsi, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar və 4.0458 hektar torpaq sahələrinin ilkin satış qiymətinin müvafiq olaraq 56.000, 48.000, 59.000, 35.000, 31.500, 32.500, 44.000, 70.000, 25.500 və 41.000 manat həddində müəyyən edilməsi, satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinin, torpaq sahələrinin və avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi və torpaq sahələrinin boşaldılması, ödənilməli olan 374 manat 95 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilməsi, 300 manat məbləğində ekspertiza xərcinin Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 7 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 12 ay müddətinə illik 18 faiz olmaqla 50000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7423 nömrəli 15 noyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli, SHNİP0271/174 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 144444 manat 24 qəpik və faiz borcu 8146 manat 24 qəpik olduğu göstərilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 50000 manat və faiz borcu 1399 manat 77 qəpik olduğu göstərilmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2018-ci il tarixli, SHNİP-0271/174 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipotekaya qoymuşdur. xx.xx.2018-ci il tarixli, SHNİP0271/174 saylı və xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus **-BP-*** qeydiyyat nişanlı Lexus LX570 minik, ili 2010, rəngi Ağ, mühərriki 5700 kubsm, ban nömrəsi JTJHY00W3A4051788 xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, SHNİAP-024 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli, SHNİP0271/174 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 33.4 kv.m köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.0458 ha torpaq sahəsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 5.4989 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.7138 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 5.7507 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.4674 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1006 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 3.1999 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 4.3144 ha torpaq yerləşən 6.9661 ha torpaq sahəsi, Qapanlı kəndində yerləşən 2.4797 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 iyun 2022-ci il tarixli rəylərindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin bazar qiyməti 105000 manat likvid dəyəri 95000 manat, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 5.4989 hektar, 4.7138 hektar, 5.7507 hektar, 3.4674 hektar, 3.1006 hektar, 3.1999 hektar, 4.3144 hektar, 6.9661 hektar, 2.4797 hektar və 4.0458 hektar torpaq sahələrinin bazar dəyəri müvafiq olaraq 64.000, 55.000, 67.000, 40.000, 36.000, 37.000, 50.000, 80.000, 29.000, 47.000 likvid dəyəri isə müvafiq olaraq 56.000, 48.000, 59.000, 35.000, 31.500, 32.500, 44.000, 70.000, 25.500 və 41.000 manat həddində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5976 nömrəli 24 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Lexus LX570 minik markalı, 2010-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış təyinatı üzrə yararlı avtomobilin nəzəri qaydada likvid qiyməti təxminən 53000 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/5819-9/5976 nömrəli 18 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin orta bazar qiymtələrinə uyğun likvid dəyəri təqribən 129000 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün 4900 manat xidmət haqqı "xxxx" MMC-nin hesabına iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, Cavabdeh4 tərəfindən 18 dekabr 2023-cü il tarixdə 107789,9 manat ödəniş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmənin xx.xx.2023-cü il tarixli,e-2-2(115)-24/2023 saylı qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, heç bir obyektiv araşdırılma aparmamışdır. İşin əsas mahiyyəti isə ondan ibarətdir ki, məhkəmə onun üçün həddən artıq yüksək məbləğdə və ağır vəziyyətə düşməyi ilə nəticələnən və onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağladığı müqavilə əsasında, ödəyə bilmədiyi məbləği təmin etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, o evə qiymətləndirici tərəfindən qoyulmuş qiymət ilə də razı deyil. Hazırda Gəncə şəhəri, V.Xuluflu küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin qiyməti ən azı 150000 manatdır. O da qeyd edilməlidir ki, iddiaçı onun xəbəri və iştirakı olmadan həddən artıq ağlasığmaz ödənişli ekspertiza keçritdirib qiymətləndirmə aparmış, lakin ekspertiza xərcini özü ödədikdən sonra ondan tələb etmiş, bunu da məhkəmə təmin etmişdir. Halbuki, ekspertiza dövlət rüsumu qat-qat aşağı olan ekspertiza mərkəzlərində və eləcə də ədliyyə Nazirliyinin nəzdində olan ekspertiza mərkəzlərində də keçirilə bilərdi və daha obyektiv qiymətləndirilmə aparıla bilərdi. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir razılıq yoxdursa müstəqil qiymətləndirici vasitəsilə ilkin satış qiymətini müəyyən edir. Göründüyü kimi hazırda evə dair yeni qiymətləndirmənin aparılmasına ehtiyac vardır. Bundan başqa qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanununda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Fərdi yaşayışevinin boşaldılması tələbi həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırkı halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyil. Buna görə də iddiaçı həmin hissədə subyektiv hüquqa malik deyil. Həmin məsələ qətnamə qanuni qüvvəyə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. Odur ki, iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılması tələbi təmin edilməməli idi. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 izahat verib bildirmişdir ki, artıq iddiaçı bankla onun arasında razılaşma əldə olunmuş və tərəfindən borcundan 107789 manat ödənilmiş və qalıq 40000 manat borcu isə 30 aprel 2024-cü il tarixdə ödəyəcəkdir. Buna görə də müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərı məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması hissəsində yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsi Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və tutmanın Cavabdeh4 məxsus 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını tələbini pozaraq, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus 2010-cu il buraxılışlı “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması ilə bağlı qərar qəbul etsə də, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Həmçinin, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan avtomobilin ilkin satiş qiymətinin mövcud bazar qiymətlərinə uyğun dəyərlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/5976 nömrəli 24 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə “Lexus LX570” minik markalı, 2010-cu il buraxılışlı avtomobilin likvid qiymətinin 53000 manat məbləğində olması müəyyən edilmişdir. Buna görə də həmin ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5819-9/5976 nömrəli 18 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin orta bazar qiymtələrinə uyğun likvid dəyəri təqribən 129000 manat müəyyən edilmişdir ki, qeyd olunan məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən ciddi şəkildə fərqlənmişdir. Məhkəmə kollegiyası ekspert qiymətləndirməsini daha mötəbər hesab etmişdir. Buna görə də ipoteka predmeti olan Gəncə şəhəri, V.Xuluflu küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti ekspert rəyinə müvafiq olaraq 129000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli və boşaltmalı olmaları ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasının ayrılmaz təkib hissəsi olmaqla, ipoteka predmetinin hərracda realizə olunmasını asanlaşdırmaqdadır. Hərçənd ki, iddiaçının belə bir tələbi olmadığı təqdirdə də tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra sənədinə əsasən ipoteka predmeti satıldıqdan bir ay ərzində cavabdehlərin ipoteka predmetini tərk etməli və boşaltmalı olması qanunda təsbit olunmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 59.4-cü maddəsinin tələbinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılması tələbinin təmin edilməməli olması ilə bağlı şikayətin dəlilinə müasibətdə isə qeyd edir ki, hazırkı iş üzrə tələb ipoteka predmeti hərracda satıldıqdan sonra onun iddiaçıya təhvil verilməsi ilə bağlı deyil, ipoteka predmetinin boşaldılmalı olması ilə bağlıdır. Bu zaman ipoteka predmetinin açıq hərracda kimin əldə etməsinin hər hansı bir əhəmiyyəti mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 59-cu maddəsinin tələbi baxımından iddianı fərdi yaşayış evinin boşaldılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh iddiaçı banka pul ödəməsinə dair izahat verməklə yanaşı məhkəməyə ödəniş qəbzi təqdim edilmişdir ki, həmin qəbzdə Cavabdeh4 tərəfindən iddiaçı banka 18 dekabr 2023-cü il tarixdə 107789,9 manat ödəniş edilməsi qeyd olunmuşdur. Cavabdehə izah olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc məbləğinin tutulması tarixindən sonra edilmiş ödənişlər icra icraatı zamanı nəzərə alınmalı olan məbləğlərdir. Odur ki, qeyd olunan sübutlar mövcud olduğu təqdirdə nəzərə alınması üçün icra icraatı zamanı icra məmuruna təqdim oluna bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 nömrəli qətnaməsi Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və tutmanın Cavabdeh4 məxsus 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 məxsus Gəncə şəhəri, V.Xuluflu küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 91 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 129000 (yüz iyirmi doqquz min) manat məbləğində müəyyən edilsin. Cavabdeh4 məxsus 2010-cu il buraxılışlı, JTJHY00W3A4051788 ban nömrəli, ağ rəngli “Lexus LX570” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin atış qiyməti 53000 (əlli üç min) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar