Məhkəmə qərarları › İş №2-2(104)-168/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-168/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-168/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-21/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-21/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 39400 (otuz doqquz min dörd yüz) manat əsas borc, 5719.60 (beş min yeddi yüz on doqquz manat altmış qəpik) faiz borcu, 642.42 (altı yüz qırx iki manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 45762.02(qırx beş min yeddi yüz altmış iki manat iki qəpik) manat borc və 400(dörd yüz) manat mediasiya xərcinin tutularaq tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi, borcun tələbi ipoteka qoyulmuş likvid dəyəri 78 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlər çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması, Cavabdeh2 227.29 (iki yüz iyirmi yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC, Yevlax şəhəri, VÖEN **********, "xxxx" ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES********************, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilməsi, iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib Gəncə Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-2(115)-21/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin xeyrinə 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsi üzrə əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumunun, 400 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun, ümumilikdə cəmi 51968.76 manat məbləğində pul vəsaitinin tutulması, bu tutulmanın ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) satıldıqdan sonra orada yaşayan RzayevƏsgər Müseyib oğlu, Cavabdeh1 və onların ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC (bundan sonra BOKT) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərti ilə, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatıİddiaçı MMC ilə Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetinə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-nə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə Cavabdeh2 kreditor qarşısında əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat olmaqla ümumilikdə 51527.76 manat məbləğində borcu var. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-168/2023 saylı qəradadı ilə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyünə görə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(115)-21/2023 saylı qətnaməsi Cavabdeh1 evdən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, işə baxan hakim tərəfimdən edilmiş ödənişləri nəzərə almamış və bir tərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. İş üzrə qəbul edilmiş qətnamədə ödənilmiş məbləğlər nəzərə alınmamış, yüksək həddə faiz borcu və dəbbə pulu hesablanmışdır. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə 50.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğindən 35.000 manatdan artıq məbləğdə pul ödəmiş, daha sonra səhhətində olan problemlər və maddi durumunun aşağı düşməsi səbəbindən bir müddət ödəniş edə bilməmişdir. Ödədiyi 35.000 manatdan 19.925,89 manatı hesablansa da, qalan 15.000 manat ödənişi məhkəmə və ekspert tərəfindən nəzərə alınmamışdır. Belə ki, 15.000 manat ödənişi İddiaçıBank Olmayan Kredit X3 Cəmiyyətinin "xxxx" ASC-də olan hesabına ödəmişdir. Həmin məbləğ Bank hesabından çıxarışla öz təsdiqini tapır. Ancaq buna baxmayaraq hansısa səbəbdənsə 15.000 manat ödəniş nəzərə alınmamış və diqqətdən kənarda qalmışdır. Hesab edir ki, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış faiz və gecikdirilmiş vaxt üçün dəbbə pulu silinməlidir. Bundan başqa, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Bundan başqa, sözügedən mənzilinin hazırki likvid dəyəri ən azı 100.000-120.000 arası olmasına baxmayaraq sözügedən evə cəmi 78.000 manat qiymət qoyulmuşdur. Bu səbəbdən də ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə yğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, krediti Bərdə şəhərində İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən götürmüşdür. Həmin kredit vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Agentliyinə məxsus olmuşdur. 2018-ci ildə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Bərdə şəhərindəki ofisi fəaliyyətini dayandırdıqdan sonra ödəniş terminalları vasitəsi ilə ödəniş edilməsi mümkün olmamışdır. Ödəniş edilməsi üçün ya Bakı şəhərinə getməli, ya da hansısa bankda cari hesab açaraq ödəniş etməli idi. Ona görə də o, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Bərdə filialının müdiri olmuş X4 müraciət etmiş, X5 bankda cari hesabının olduğunu bildirdiyinə görə aylıq ödənişləri X4 vermiş, sonuncu isə ümumilikdə 22378,44 manat pulu Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına köçürmüşdür. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi isə həmin halı nəzərə almamışdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. İş materiallarında olan 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti borcalan Cavabdeh2 50 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh2 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka predmeti kimi yüklü edilmişdir. Müqavilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətin nümayəndəsi kimi X5 və Cavabdeh2 tərəfindən imza edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evi (0.20 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə yüklü edilmişdir İş materiallarında olan xx.xx.2020-ci il tarixli GF-005/07/21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC-yə olan borcu xx.xx.2021-ci il tarixə 39400 manat əsas borc, 6503.34 manat faiz borcu, 5642.42 manat cərimə olmaqla cəmi 51527.76 manat təşkil edir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, ƏQ203/2022 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh2 məxsus Bərdə rayonu, Mehdili kəndində yerləşən 0.20 ha torpaq sahəsində inşa edilmiş, 157.3 kv.m ümumi sahədən, 52.1 kv.m yaşayış sahəsindən, 105.2 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evnin 0.20 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə likvid dəyəri 78 000 manat, bazar dəyəri 84500 manat qeyd edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli 9/780 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən banka 04 iyul 2016-cı il tarixli, 14/16 saylı kredit müqaviləsi üzrə ümumilikdə 01 noyabr 2022-ci il tarixədək 19925,89 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 9979.45 manat əsas borca, 9946.44 manat isə faiz borcuna silinməsi müəyyən edilmişdir. Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə 40020,55 manat əsas borc, 2894.82 manat faiz borcu, xx.xx.2021-ci il tarixə 40020,55 manat əsas borc, 5719.60 manat faiz borcu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, GF-008/07 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 11172 nömrəli arayışın surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən təqdim edilmiş X5 tərəfindən yazılmış ərizədən görünür ki, qohumu Cavabdeh2 tərəfındən İddiaçı BOKT MMC-dən 04 iyul 2016-cı il tarixdə 50 000 (əlli min) manat məbləğində kredit götürülmüşdür. Həmin kredit vəsaiti isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmuşdur. Cavabdeh2 2018-ci ilin avqust ayına qədər ödənişləri İddiaçı BOKT MMC-nin Bərdə filiaİı vasitəsilə həyata keçirmişdir. Lakin 2018-ci il tarixdən müəssisənin Bərdədə fəaliyyətini dayandırmışdır. Nəzərdə tutulan ödənişlərin ya Bakı şəhərində ödənilməsi ya da hər hansı bankda açılmış cari hesab vasitəsilə birbaşa AKİA-nın hesabına köçürülməsi yolu ilə həyata keçirilməsinin mümkün olduğu İddiaçı BOKT MMCnin əməkdaşları tərəfındən Cavabdeh2 bildirilmişdir. Bundan sonra qohumu Cavabdeh2 xahiş etmişdir ki, yaşlı və başı çıxmadığı üçün ona kömək etsin. O da onun tapşırığına əsasən ona verilən pul vəsaitlərini və onun İddiaçı BOKT MMC-dən götürdüyü kreditin ödənilməsi məqsədilə "xxxx"ın Bərdə fılialında olan hesabı (cari hesabdan) vasitəsilə birbaşa AKİA-ya mütəmadi olaraq pul ödəmişdir. “Access Bank”da olan hesabından AKİAya ümumilikdə 35978.55 (otuz beş min doqquz yüz yetmiş səkkiz manat 55 qəpik) manat pul vəsaiti ödəmiş, ödədiyi həmin vəsaitin 22378,44 (iyirmi iki min üç yüz yetmiş səkkiz manat 44 qəpik) manatını ona Cavabdeh2 veribdir. O da həmin vəsaiti Cavabdeh2 İddiaçı BOKT MMC-dən 04 iyul 2016-cı il tarixdə 50 000 (əlli min) manat məbləğində kredit borcundan bir başa AKİA-ya ödəmişdir. Qalan hissəsini isə İddiaçı BOKT MMC-nin müştəriləri olan qohumları X6, Rzayev Zahid Əli oğlunun kredit ödənişlərinə köçürmüşdür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredut və İnkişaf Agentliyindən alınmış xx.xx.2023-cü il tarixli 2-22-2/2- 1446/2023 saylı məktubdan görünür ki, X5 tərəfindən İddiaçı BOKT MMC-nin adından 38489,55 manat vəsait Agentliyin hesabına köçürülmüşdür. Daxil edilmiş vəsaitlər BOKTnın ümumi borcu üzrə öhdəliklərin icrasına yönəldilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı (kreditor) Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC (bundan sonra BOKT) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərti ilə, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bank Olmayan Kredit Təkilatı İddiaçı MMC ilə Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (0.20 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulması barədə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. BOKT-un yuxarıda qeyd edilən ipoteka predmetinə 03 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçı MMC-yə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. İddia ərizəsinə görə xx.xx.2021-ci il tarixinə Cavabdeh2 kreditor qarşısında əsas borcundan 39400 manat, faiz borcundan 6503.34 manat, cərimə borcundan 5642.42 manat olmaqla ümumilikdə 51527.76 manat məbləğində borcu var. Birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və faiz borcu hissəsində tamŞ cərimə hissəsində isə qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 45 762.02 manat tutulmalı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasənİcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan da görünür ki, müqavilə tərəfi müqavilə üzrə götürdüyü öhdəliyi müqavilə ilə şərtləşdirilmiş vaxtda və qaydada yerinə yetirməlidir, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 14/16 №-li kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh kredit vəsaitini vaxtında ödənilməsi ilə bağlı kredit müqaviləsi bağlamaqla üzərinə götürdüyü öhdəliklərin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğinun qalıq hissəsi mübahisələndirildiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasaibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə cavabdehin borcunun qalıq hissəsi yuxarıda göstərilən qaydada, yəni xx.xx.2021-ci il tarixə əsas borcunun 40020,55 manat, faiz borcunun 5719.60 manat olduğu müəyyən edilmişdir. Kollegiya rəyin faiz borcunun 5719.60 manat təşkil etməsi hissəsi ilə razılaşsa da, əsas borcun 40020,55 manat təşkil etməsinə dair hissəsi ilə razılaşmır. Çünki iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehin əsas borcunun 39400 manat olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyanının iclasında cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə və məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, X5 tərəfindən İddiaçı BOKT MMC-nin adından Agentliyin hesabına 38489,55 manat vəsait köçürülmüşdür. X2 işdəki ərizəsindən görünür ki, İddiaçı BOKT MMC-nin adından Agentliyin hesabına köçürülmüş 38489,55 manat vəsaitdən 22378,44 manat hissəsi Cavabdeh2 İddiaçı BOKT MMC-yə 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə olan borcundan edilmiş ödəniş olmuşdur. Kollegiya həmçinin hesab edir ki, cavabdehin müəyyən olunan 45762,05 manat məbləğdə (39400 manat əsas borc + 5719.60 manat faiz borcu) olan borcundan X2 adından ödənilmiş 22378,44 manat çıxılmalı, cavabdehin qalıq borcu 23383,58 (iyirmi üç min üş yüz səksən üç manat 58 qəpik) manat müəyyən edilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş 400(dörd yüz) manat mediasiya xərci də cavabdehdən tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Kollegiya iddianın tələbin ipoteka predmetinə yönəldilməli olması hissəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. . Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 23383,58 (iyirmi üç min üş yüz səksən üç manat 58 qəpik) manat əsas borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməli, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 78 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ipoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 fərdi yaşayış evini 1 ay ərzində tərk etmədiyi halda, cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. İddia tələbinin cavabdehin ailə üzvləri və digər şəxslər, mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmaları hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan həmin hissədə tələb təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasia şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiya apellyasiya şikayətinin faizlərin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına və məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı dəlili də razılaşmır, ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ekspertizalar keçirilmiş və həmin ekspertizaların rəyləri ilə razılaşmaması barədə cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-21/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, ekspertiza xərci isə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-21/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 04 iyul 2016-cı il tarixli 14/16 nömrəli kredit müqaviləsi üzrə 23383,58 (iyirmi üç min üş yüz səksən üç manat 58 qəpik) manat əsas borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 78 000 manat olan Cavabdeh2 məxsus Bərdə rayonu, Bərdə rayonu, Mehdili kəndində 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 52.1 kv.m, yardımçı sahəsi 105.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0.20 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə və torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 fərdi yaşayış evini 1 ay ərzində tərk etmədiyi halda, cavabdeh çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 227.29 (iki yüz iyirmi yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq „Əmlakın Qiymətləndirilməsi“ MMC, Yevlax şəhəri, VÖEN **********, „Bank Respublika“ ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES********************, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar