Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-172/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2-2(115)-68/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 2012-ci il 6 sentyabr tarixli **********12 nömrəli kredit müqaviləsinə (bundan sonra “kredit müqaviləsi”) görə, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17% ödənilməsi şərtilə 64.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini təmin etmək məqsədilə iddiaçı və cavabdehlər arasında 3 ipoteka müqaviləsi bağlanmışdır. - 2012-ci il 6 sentyabr tarixli 032002/0242/12/09 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evi ipoteka ilə yüklü edilmişdir (bundan sonra “1-ci ipoteka müqaviləsi”). - 2012-ci il 6 sentyabr tarixli 032002/0244/12/09 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96,44 kv.m ümumi, 60,39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir (bundan sonra “2-ci İpoteka müqaviləsi”). - 2012-ci il 6 sentyabr tarixli 032002/0243/12/09 nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdeh X3 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30,68 kv.m. yaşayış, 12.61 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29 kv.m. təşkil edən 2 otaqlı, 84 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir (bundan sonra “3-cü İpoteka müqaviləsi”).
3. Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 - 2012-ci il 6 sentyabr tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə 30.598,14 manat əsas, 7502,52 manat faiz borcu, - əldən çıxmış faydanın əvəzi 2.820,13 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, - tutmanın 2-ci və 3-cü İpoteka (bax §2) müqavilələri ilə nəzərdə tutulan mənzillərə yönəldilməklə həmin evlərin açıq hərracda satılması, - 2-ci İpoteka Müqaviləsi üzrə fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.600 manat dəyərində, 3-cü İpoteka Müqaviləsi üzrə isə- 26.400 manat dəyərində qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onların satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxdıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcuna ödənilməsi, - ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa, qalan hissəsinin payların nisbətində Cavabdeh2 və X3 qaytarılması, - iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-314/2021 nömrəli 2021-ci il 13 avqust tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, - Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsinin 7.502,20 manat məbləğində faiz borcunun Cavabdeh2 tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli olan faizlər üzrə yaranan kredit borcunun 3.594,20 manat məbləğində müəyyən edilməsi; - qətnamənin iddianın təmin edilməmiş dəbbə pulu tələbi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilərək, 3.005 manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməsi; - qətnamənin Cavabdeh2 iddiaçıya olan cəmi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, 30.598,14 manat məbləğində əsas kredit borcu, 3.594,20 manat məbləğində faizlər üzrə yaranan kredit borcu, 2.820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməsi; - qətnamənin 2-ci ipoteka müqaviləsi üzrə mənzilin orta bazar qiymətinin 45.600 manat müəyyən edilmiş hissəsində dəyişdirilərək, ilkin satış (likvid) qiymətinin 54.000 manat və 3-cü ipoteka müqaviləsi üzrə fərdi yaşayış evinin orta bazar qiymətinin 26.400 manat müəyyən edilmiş hissəsində dəyişdirilərək mənzilin ilkin satış (likvid) qiymətinin 31.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1128/22 nömrəli 2022-ci il 1 mart tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-314/2021 nömrəli 2021-ci il 13 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə «cavabdehlər») iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022- ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 2022-ci il 5 iyul tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12.770,10 manat məbləğində penya üzrə borc olmaqla, cəmi 24.518,60 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 163,56 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün 2-ci və 3-cü ipoteka müqavilələri üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı və həmin iş üzrə cavabdeh qismində çıxış etmiş X4 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin bəhs olunan qətnaməsi ilə müəyyən olunmuş 40.017,47 manat məbləğində borc 2022-ci il 5 iyul tarixində cavabdehlər tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə 2019-cu il 18 oktyabr tarixindən əsas borcun ödənildiyi 2022-ci il 5 iyul tarixinədək olan dövr üçün iddiaçı tərəfindən 11.748,49 manat məbləğində əldən çıxmış fayda formasında zərər hesablanmışdır. Belə ki, təərflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Müvafiq hesablanma aparıldıqdan sonra qeyd olunan dövr üçün müvafiq məbləğ 11.748,49 manat təşkil etmişdir. Beləliklə, yuxarıda göstərilən cərimə və əldən cıxmış fayda qismində (zərər) faizləri nəzərə alınaraq bankın 2022-ci il 4 oktyabr tarixinə tələblərinin ümumi məbləği 24.518,60 manat təşkil etmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli e-2-2(115)-68/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-münasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan 2023-cü il 4 sentyabr tarixli 9/3527 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 30.598,14 manat əsas borca görə 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək olan dövr ərzində 13,8 faiz ilə ödənilməli olan borc 44.456,51 manat, illik 5 faiz ilə ödənilməli olan borc 4.152,00 manat məbləğində müəyyən edilmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 9 oktyabr tarixli e-2-2(115)-68/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim K.Vəliyev).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iddia tələbinə və onun əsaslandırılmasına görə iddiaçı məhkəmədə iddia tələbini irəli sürdüyü 2019-cu il 18 oktyabr tarixindən həmin iş üzrə qətnamənin icra olunduğu 2022-ci il 5 iyul tarixinə qədər olan müddəti öhdəliyin borclu tərəfindən gecikdirilmiş dövrü sayır və ərizənin məhkəməyə təqdim edildiyi gündən sonra cavabdeh ərizədə göstərilən tələbi dərhal yerinə yetirmiş olsa idi, hazırkı tələbin də yaranmayacağını qeyd etmişdir. İddiaçının gecikdirilmiş hesab etdiyi 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinə qədər olan zaman kəsiyində olan proseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəf prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsindən isə iddiaçı kassasiya şikayəti vermişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasında 2022-ci il 1 mart tarixində baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunmuşdur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmamışdır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad edərək məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır. Şəxsin kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunmasının məqamı isə girov əmlakın təhvil verildiyi vaxt ilə deyil, borc və faizlərin girov əmlaka yönəldiyi an ilə müəyyən edilmişdir. Əmlaka tutma isə Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qətnaməsi ilə yönəlmişdir. Həmin qətnamə əmlakın qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmışdır ki, Mülki Məcəllənin 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
13. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə münasibətlərə xitam verildiyindən, əsas öhdəliyin xitamı ipoteka müqaviləsinin də xitamına səbəb olduğundan, həmçinin iddiaçının tələbi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin ödənilməsindən boyun qaçırması və onun gecikdirilməsi halları olmadığından tələb əsaslı sayılmır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 317.1, 448.2, 448.4, 449-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 19 aprel tarixli “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009cu il 9 iyul tarixli və Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 77.1, 88, 217.4, 218.3, 119.1, 124.2, 10-1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
15. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edərək iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsinə görə 81,78 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunması xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bankın iddia tələblərinin əsassız olmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi möveyinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin, məhkəmə yuxarıda göstərilən qənaətə gələrkən nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96.44 kv.m ümumi, 60.39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzil və Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30.68 kv.m yaşayış, 12.61 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29kv.m təşkil edən 2 otaqlı 84 nömrəli mənzil, həmin mənzillərin mülkiyyətçiləri və onların ailə üzvləri tərəfindən Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra boşaldılmamış və könüllü olaraq Banka təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının müddəaları və bununla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi hazırkı işə tətbiq edilməli olmadığı üçün məhkəmənin mövqeyinin hər hansı hüquqi əsasının olmadığını, buna görə subyektiv mülahizə xarakteri daşıdığını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələblərini pozduğunu hesab edirlər. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan RespublikasıMülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə“öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda bəhs olunan 09 iyul 2009-cu il tarixli Qərarında həmçinin göstərilmişdir ki,«Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014- cü il tarixli Qərarında göstərilmişdir ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Yuxarıda da qeyd olunduğu kimi Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğvi anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərvə əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Məhkəmə Bankın tələb etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% (on üç tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 11748,49 (on bir min yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzini təmin etməməklə yuxarıda göstərilən hüquqi aktların tələblərini pozmuşdur. Məhkəmə zərərə (əldən çıxmış faydaya) münasibətdə Bankın iddiasının rədd edilməli olması qənaətinə gələrkən dolayısı ilə hesab etmişdir ki, Bankın həmin tələbi Kredit müqaviləsinə əsaslanır. Beləki, Qətnamənin 5-ci səhifəsinin 1-ci abzasında Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinə əsasən qeyd etmişdir ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Halbuki, Bankın sözügedən tələbi yuxarıda qeyd olunanlardan aydın olduğu kimi Kredit müqaviləsinə deyil, qanuna əsaslanır. Belə ki, MM-nin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə də Bankın zərərlə (əldən çıxmış fayda ilə) bağlı tələbi əsas öhdəliyə xitam verilib-verilməməsindən asılı olmayaraq təmin edilməli idi. Qətnamənin 6-ci səhifəsinin 3-cü abzasında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi şəxs, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır.” Məhkəmə gəldiyi bu nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərholunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş yuxarıda bəhs olunan mövqeyinə istinad etmiş, lakin bunun üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)- 5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra mənzillərin onların mülkiyyətçiləri və sonuncuların ailə üzvləri tərəfindən könüllü olaraq Banka təhvil verilibverilmədiyini aydınlaşdırmamışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ifadə edilmiş hüquqi mövqeyə görə borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icra edilmiş hesab olunması və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlak öhdəliyin icra olunması məqsədilə ipoteka qoyan və onun ailə üzvləri tərəfindən könüllü olaraq banka təhvil verilməlidir. Hazırkı halda isə ipoteka predmeti qismində çıxış etmiş mənzillər Banka təhvil verilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 dekabr tarixli, 2-2(104)-261/2023 saylı qətnaməsi ilə (sədrlik edən – A.Hüseynzadə, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq iddiaçının cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinin Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra boşaldılmaması və könüllü olaraq Banka təhvil verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsindən cavabdehlə yanaşı iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmişdir ki, icraya yönəlməmiş məhkəmə qətnaməsi üzrə cavabdehlərin ipoteka predmetlərini boşaldaraq iddiaçıya təhvil verməli olması ilə bağlı iddiaçının dəlili əsassız olmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “MM-in 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 2009-cu il 9 iyul tarixli qərarında göstərilən hüquqi mövqe də məhz “Məhkəmə qərarlarının icrası haqqında” (hazırda “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmayan borclu şəxsin MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsini istisna etmişdir.
19. Məhkəmə, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən MM-in 399.3-cü maddəsinin tələblərininin pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, MM-in 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti 2016-cı il 6 sentyabr tarixinədək şərtləndirilmişdir. MM-in 421.2-ci maddəsinin tələbinə və «MM-in 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli qərarına əsasən iddiaçının kredit müqaviləsi üzrə cavabdehlərə qarşı iddia irəli sürməsi ilə və Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2(021)-5/2019 nömrəli qətnaməsinin çıxarılması nəticəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilmişdir ki, həmin müqavilənin 2.3-cü bəndinə istinad etməklə, iddiaçının ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (32%- 17%=15%) dərəcəsi ilə hesablanan penya tələb etməsi də əsassız olmuşdur. Həmçinin, hazırkı penya tələbi müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb olmamışdır.
20. Məhkəmə qətnamə ilə qət edilmiş pul məbləğinin ödənilməsinin gecikdirilməsi və buna müvafiq olaraq da əldən çıxmış fayda qismində zərər tələbinə münasibətdə isə birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixə qədər olan müddət ərzində pul öhdəliyin gecikməsi halının borclunun təqsiri nəticəsində baş vermədiyini qeyd etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(102)-1193/2024 saylı qərarı ilə (məruzəçi – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Həsənov) iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)-261/2023 nömrəli 2023-cü il 22 dekabr tarixli qətnaməsi qismən - 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022-ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8 % dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
25. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Prosessual məsələlər:
26. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ...”
“Maddə 399. Müqavilənin qüvvəsi .... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
“Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. ... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.”
“Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq. 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.”
“Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”
“Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi ... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-68/2023 saylı qətnaməsi qismən ləğv edilməli, gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat məbləğində əldən çıxmış faydanın əvəzi ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulmalı, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalılar.
31. Belə ki, məhkəmə araşdırmaları ilə işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17% ödənilməsi şərtilə 64.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən "xxxx" ASC Bərdə rayon Məhkəməsinə müraciət edərək ona qarşı iddia qaldırılmış, həmin iş üzrə Bərdə rayon Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnamələri ilə 30.598,14 manat məbləğində əsas kredit borcu, 3.594,20 manat məbləğində faiz borcu, 2.820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40.017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönədilməsi qət edilmişdir.
32. Hazırda iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edildiyi 2019-cu il 18 oktyabr tarixindən Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli qətnaməsinin tam şəkildə icra edildiyi 2022-ci il 5 iyul tarixinədək olan dövr üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda üzrə 11.748,49 manat məbləğində borcun və 2022-ci il 5 iyul tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə 15% dərəcəsi ilə hesablanmış 12.770 manat məbləğində peniya üzrə borcun cavabdehdən tutulmasını və tutmanın 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.
33. 2022-ci il 5 iyul tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə 15% dərəcəsi ilə hesablanmış 12.770 manat məbləğində peniya üzrə borcun cavabdehdən tutulması tələbinin əsassız olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(102)-1193/2024 saylı qərarı ilə öz təsdiqini tapdığından məhkəmə kollegiyası tərəfindən iddianın həmin hissəsinə münasibətdə baxılması yol verilməzdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının gecikdirilmiş hesab etdiyi xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan zaman kəsiyində olan prosseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsindən həm "xxxx" ASC, həm də cavabdeh tərəf prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən isə "xxxx" ASC kassasiya şikayəti vermişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2022-ci il tarixdə baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmır.
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi maddədə borcun icrasının gecikdirilməsi halında qanunverici faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Lakin bu imkan kreditorun digər əsaslarla çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsilə şərtləndirilmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.”
39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında mövcud olmuş əvvəlki mübahisə üzrə qüvvəsini almış məhkəmə qətnaməsinin olması və məhkəmə icraatı müddətində öhdəliyin gecikdirilməsinin cavabdehin təqsiri nəticəsində baş verməməsi kimi qiymətləndirərək iddiaçının hazırkı mübahisənin əsasını təşkil edən kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövrə görə əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini tələb etməsinin qarşısın alan hal kimi çıxış edə bilməz.
40. Kollegiya bildirir ki, bankların əsas fəaliyyəti müxtəlif şəxslərə verilmiş kreditlər üzrə faizlərdən gəlir əldə etməkdən ibarətdir. Hazırkı mübahisə üzrə isə cavabdeh tərəfində kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi, həmçinin tərəflər arasında məhkəmə və icra icraatının uzun müddət davam etməsi kreditorun qeyd olunan kredit müqaviləsi üzrə əldə edilməli olan vəsaiti dövriyyəyə yönəldərək gəlir götürmək imkanından məhrum etdiyindən ona əldən çıxmış fayda formasında zərərin dəyməsilə təzahür etmişdir.
41. Bundan başqa, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığından, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
42. Həmçinin birincin instansiya məhkəməsinin kredit müqaviləsi üzrə münasibətlərə xitam verilməsi, əsas öhdəliyin xitamının 1-ci ipoteka müqaviləsinin də xitamına səbəb olması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. ... MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni-tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarda qeyd olunmuşdur ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
45. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 2012-ci il 6 sentyabr tarixli ipoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə ipoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki ödəmə anına-kredit üzrə əsas borc məbləği, kreditdən istifadəyə görə hesablanmış faizlər, kreditin vaxtında qaytarılmamasına görə hesablanmış cərimə faizləri, İpoteka verənin İpoteka saxlayan qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üzündən İpoteka saxlayana dəymiş zərər və ipoteka predmetinə ödəniş yönədilməsi ilə bağlı ipoteka saxlayanın çəkdiyi xərclər də daxil olmaqla-malik olduqları tam həcmdə təmin edir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
47. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
48. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
49. Qanuncericiliyin bu tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən ekspert rəyində 30598,14 manat əsas borca görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə illik 13,8 faiz ilə ödənilməli olan borc 11459,51 manat, 30598,14 manat əsas borca görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr üzrə illik 5 faiz ilə ödənilməli olan borc 4152 manat məbləğində müəyyən edilmişdir.
50. Bununla yanaşı birincin instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh3 mülkiyyətindəki Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 25 nömrəli fərdi-yaşayış evinin bazar dəyəri 52 000 manat, likvid dəyəri isə 45 000 manat müəyyən edilmişdir.
51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2. maddəsinə əsasən, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
52. Həmin Qanunun 59.4. maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyası üzrə 02/2023 saylı Qərardadında göstərilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
54. Göründüyü kimi qeyd edilən qərardada əsasən 2018-ci il 28 dekabr tarixinədək bağlanmış ipoteka müqavilələri üzrə ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalıdırlar.
55. Beləliklə məhkəmə kollegiyası MM-nin 445.7-ci maddəsinin tələblərini, tərəflər arasında bağlanmış 2012-ci il 6 sentyabr tarixli ipoteka müqaviləsinin şərtlərini və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-68/2023 saylı qətnaməsi qismən, iddia tələbinin rədd edilən “1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı qarşısında 2019-cu il 18 oktyabr tarixindən 2022- ci il 5 iyul tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% dərəcəsi ilə hesablanmış 11.748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması barədə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması” hissəsində ləğv edilməli, gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat məbləğində əldən çıxmış faydanın əvəzi ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulmalı, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılılar.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-68/2023 saylı qətnaməsi qismən ləğv edilsin. Gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma 1-ci ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə açıq hərracda satılsın və kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 4152 manat məbləğində əldən çıxmış faydanın əvəzi ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulsun. Fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İş üzrə 145 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944, SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Ödənilmiş 163,56 manat dövlət rüsumunun 81,78 manatı iddiaçı "xxxx" ASC-yə, 81,78 manatı isə cavabdehlərə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.