Məhkəmə qərarları › İş №2-2(104)-173/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-173/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-173/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair qarşılıqlı iddialarına dair kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndələri X8 və X9 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya işinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 373/2024 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******DKX240220-01 saylı kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 7.5% olmaqla, 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı ASC ilə X4 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 16-D-000008-0220 saylı güvən əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçi X1 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ33AMRA**********00044U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2.5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 08 fevral 2021-ci il tarixinədək bağlanır.

3. İddiaçı ASC ilə X12 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 16-D-000009-0220 saylı güvən əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçi X6 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ94AMRA**********00002U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2.5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 08 fevral 2021-ci il tarixinədək bağlanır.

4. İddiaçı ASC, Cavabdeh MMC və X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******DKX240220-01/G saylı əmanət girovu müqaviləsindən görünür ki, girovqoyan X12 xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC-nin Sumqayıt filialında 16-D-000009-0220 depozit müqaviləsi AZ94AMRA**********0002U41120 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir.

5. İddiaçı ASC, Cavabdeh MMC və X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******DKX240220-01/G saylı əmanət girovu müqaviləsindən görünür ki, girovqoyan X4 xx.xx.2020ci il tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC-nin Sumqayıt filialında 16-D-000008-0220 depozit müqaviləsi AZ33AMRA**********0004U41120 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir.

6. İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş 24 aprel 2020-ci il tarixli köçürmə tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmişdir.

7. 25 yanvar 2024-cü il tarixli Cavabdeh MMC-nin xx.xx.2020- xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 295.000 ABŞ dolları mədaxil edilmiş, xx.xx.2020-ci il tarixində 19.754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33.949 manat) Cavabdeh MMC-nin hesabından götürülmüşdür.

8. Cavabdeh MMC-nin xx.xx.2020-xx.xx.2020 tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə sifarişə əsasən 33.949 manat (kurs=1.7025) konvertasiya edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixə qalıq olaraq 226.355,56 manat göstərilmişdir.

9. 12 mart 2024-cü il tarixli X10 xx.xx.2020-xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışından görünür ki, X11 17.628,09 ABŞ dolları (30.086,60 manat) xx.xx.2020-ci il tarixdə kompensasiya edilmişdir.

10. 12 mart 2024-cü il tarixli X2 xx.xx.2020-xx.xx.2021-ci il tarixləri üzrə hesabdan çıxarışından görünür ki, X3 17.628,09 ABŞ dolları (30.086,60 manat) xx.xx.2020-ci il tarixdə kompensasiya edilmişdir.

11. 26 avqust 2020-ci il tarixli Cavabdeh MMC-nin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə hesabdan çıxarışdan görünür ki, 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin hesabına qaytarılmışdır.

12. 06 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin kredit müqaviləsi üzrə 02 noyabr 2023-cü il tarixə banka 9745 ABŞ dolları əsas, 1343,96 ABŞ dolları faiz və 1328,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12.417,46 ABŞ dolları məbləğində bоrcu vardır.

13. 13.11.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

14. Ter-Met” MMC-nin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASC-yə daxil olmuş ərizəsindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesabında xx.xx.2020-ci il tarixinə 226.355,56 manat, 57.107 ABŞ dolları və kart hesabında 1352,94 manat vəsait olması və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 29.500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir.

15. Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə ünvanladığı məktubundan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmış, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir.

16. Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir.

17. Cavabdeh MMC-nin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2020-ci ildə İddiaçı ASC bağlanan zaman Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesabında 226355,56 manat, kart hesabında 1352,94 manat və 57.107 ABŞ dolları vəsait olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun Cavabdeh MMC-nin İddiaçı ASCdə olan vəsaitindən silinməsini xahiş etmişlər.

18. Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli müraciətinə cavab məktubundan görünür ki, bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, Cavabdeh MMCnin qeydə alınmış kreditor tələbinin ödənilməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2- 3(103)-130/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətndə iddiaçı) ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral 2020-ci il tarixli, ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsi üzrə 13 noyabr 2023-cü il tarixə banka ödənilməmiş 9745,10 ABŞ dolları əsas borc, 1343,96 ABŞ dolları faiz borcu, 1328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh MMC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, 016- 7271274DKX240220- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 13 noyabr 2023-cü il tarixli **********567 nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.

22. Cavabdeh MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

23. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra mətndə cavabdeh) Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin Sumqayıt filialının təqsiri ucbatından Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. Əmanətlərin Sığortalanması Fondu onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda, verdiyi 29.500 ABŞ dolları məbləğindən onlardan cəmi 12.417,46 ABŞ dolları tələb etdiyini bildirmiş, qalan 17.082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin Əmanətlərin Sığortalanması Fondu borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Cavabdeh MMC İddiaçı ASC-nin Sumqayıt filialında xx.xx.2017-ci il tarixində bank hesabı açmışdır. Cavabdeh MMC-nin İddiaçı ASC ilə xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-nin İddiaçı ASC-də manat hesabında 226.355,56 manat, dollar hesabında 57.109,18 ABŞ dolları vəsait, biznes kartında 1352,94 manat pul olmuşdur. Ən başlıcası isə İddiaçı ASC-nin Sumqayıt filialı ilə 07 fevral 2020-ci il tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri X2 və X10 hər birinin filialda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağlanmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, İddiaçı ASC xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19.754,10 ABŞ dollarını sildiyi halda, sonrakı dövrlərdə, yəni gələn bir ay müddətində qalan 17.082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödəmək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı bir əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırki iddia ərizəsini alandan sonra xx.xx.2023-cü il tarixində Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9745,10 ABŞ dolları kredit borcu, Cavabdeh MMCnin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226.355,56 manat, 1352,94 manat, 57.107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank fialının hesablarının, hesabdakı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, Cavabdeh MMC-nin kredit borcunu, cəmiyyətin İddiaçı ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. Həmçinin qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində köçürmə ərizəsi ilə İddiaçı ASC-nin Sumqayıt filialına müraciət edərək Cavabdeh MMCnin bağlamış olduğu müqavilə əsasında 57.021,10 ABŞ dollarını OOO “VTK”-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) İddiaçı ASC-nin Sumqayıt filialındakı AZ29AMRA**********1627127401 hesabından köçürülməsini filiala həvalə etmişdir. İddiaçı ASC-nin Sumqayıt filialının xx.xx.2020-ci il tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57.021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO “VTK”-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57.021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar İddiaçı ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57.021,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank xx.xx.2020-ci il tarixində bağlanmışdır. Halbuki onlar 57.021,10 ABŞ dollarını xx.xx.2020-ci il tarixində göndərmişlər və bank onlara pulların xx.xx.2020-ci il tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə cəmiyyətə məxsus 57.021,10 ABŞ dolları İddiaçı ASC-nin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də Cavabdeh MMC-nin İddiaçı ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226.355,56 manat pulla bərabər İddiaçı ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57.109,18 ABŞ dolları hazırki iş üzrə İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan məhkəmə qaydasında tələb olunmalıdır.

25. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin təqsiri ucbatından xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X13 ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-yə tərəflər arasında bağlanmış 24 fevral 2020ci il tarixli kredit müqaviləsinə əsasən 29.500 ABŞ dollar kredit verilmişdir. Hazırda kredit məbləğindən əsas məbləğ üzrə cavabdehin 9745,10 ABŞ dolları borc qalmışdır. Ona görə də ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, onlarla bank arasında kredit müqaviləsi bağlanmış və İddiaçı ASC 24 fevral 2020-ci il tarixdə Cavabdeh MMCyə 29.500 ABŞ dollar kredit vermişdir. Onlar müraciət edərək kredit məbləğinin hamısının onların banda olan hesabından silinməsini xahiş etmişlər. Kredit məbləğindən 19.754,10 ABŞ dolları müqavilə bağlanandan 1 ay 5 gün sonra onların bankda olan hesabından silinmişdir. Lakin qalan məbləğ silinməmişdir. Onların banka 9745,10 ABŞ dolları borclarının olmasını qəbul edirlər, lakin faizlərlə razı deyillər. Belə ki, kreditin məbləğinin bir hissəsi silinərkən onların bankda hesablarda həm manatla, həm də dollarla vəsaiti olmuş, biznes kartında vəsait olmuşdur. Bank ləğv edilməmişdən əvvəl kreditin məbləğini tam olaraq hesablarında olan vəsaitdən silə bilərdilər. Bundan başqa bankla güvən əmanət müqavilələri bağlamış X2 və X10 hər birinin bankda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Hər iki əmanətçi ilə bank arasında müqavilə bağlanılmış, əmanətçilər kreditin təminatı olaraq bank hesabında olan vəsaitləri ilə məsuliyyət daşımışlar. Lakin bank nə onların bankda olan hesablarından, nə də ki, əmanətçilərin bankda olan hesablarından kreditin qalan məbləğini silməmişdir. Bank bağlandıqdan sonra isə dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişlər ki, kreditin qalan məbləği onların bankda hesabında olan vəsaitləri ilə əvəzləşdirilsin. Buna baxmayaraq borc hesabda olan vəsaitlərlə əvəzləşdirilməmişdir. Ona görə də hesab edirlər ki, onlara faiz məbləği hesablana bilməz. Bundan başqa onlar 57.021,10 ABŞ dollarının köçürülməsi ilə bağlı banka tapşırıq vermiş, bank həmin vəsaitin köçürüldüyünü onlar bildirmiş, lakin həmin vəsait ünvanına çatmamışdır. Ona görə də ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X15 ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

29. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2024-cü il tarixli, 2- 2(115)-373/2024 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, ***- *******DKX240220-01 saylı kredit müqaviləsi üzrə yaranmış 9745 ABŞ dolları 10 sent kredit borcunun, 1343 ABŞ dolları 96 sent faiz borcu olmaqla, cəmi 11.089 (on bir min səksən doqquz) ABŞ dolları 06 (altı) sent borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin və 123 (bir yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumunun Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 57.109 (əlli yeddi min yüz doqquz) ABŞ dolları 18 (on səkkiz) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381 (üç yüz səksən bir) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

30. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 449.1, 567, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1, 119.1, 119.2, 124.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

31. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-2(115)-373/2024 saylı qətnaməsinin qismən-ilkin iddia tələbinin təmin edilməmiş illik 5 (beş) faiz borcun tutulması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin həmin hissədə tam təmin edilməsini, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının isə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunvericiliyin mövqeyindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödməyə borcludur. Qeyd olunanlardan aydın olur ki, əldən çıxmış faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Maddənin məzmunundan aydın olur ki, qanunvericilik ləğvedicinin üzərinə yalnız təminatlı kreditor tələblərini növbədənkənar ödənilməsi öhdəliyini qoyub. Yəni, digər tələblər müvafiq növbəlilik cədvəli əsasında Bakı Apellyaisya Məhkəməsinin İnzibati Kollegiyasının təsdiq etdiyi bankın müvafiq ləğv planına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Nəzərə almaq lazımdır ki, ləğv prosesində olan bankların işinə baxan aidiyyətli məhkəmənin Cavabdeh MMC-yə aid bankın hesablarında olan vəsaitlərin növbəlilik əsasında verilməsi barədə müvafiq qərarın olması, tərəfin ayrıca iddia tələbi əsasında məhkəmə mübahisəsi açmağı əsassız və qanuna ziddir. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 373/2024 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməyən illik 5 (beş) faiz hissəsində, eləcə də qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirildiyi üçün, qətnamə qismən ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməklə, ilkin iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə tamamilə əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-2(115)-373/2024 saylı qətnaməsinin qismən, yəni ilk iddia tələbinin təmin edilməmiş əsas borca hesablanmış illik 5 (beş) faiz borcun tutulması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin həmin hissədə təmin edilməsini, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının isə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndələri X14 və X15 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 5 %-lə əsas borca hesablanmış 1328.40 ABŞ dolları faiz borcunun təmin edilmədiyi hissədə və qarşılıqlı iddia üzrə tələbin təmin edilmiş hissəsində mübahisələndirilir. Odur ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin əsaslığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı ASCnin Sumqayıt filialı ilə Cavabdeh MMC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, ***- *******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir.

45. Məhkəmə kollegiyası iddiaçının illik 5%-lə əsas borca hesablanmış 1328.40 ABŞ dollarının cavabdehdən tutulmasına dair tələbinə münasibət bildirərək qeyd edir ki, borc alan Cavabdeh MMC-in həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə verilmiş 29.500 ABŞ dolları məbləğində kreditin 19.754.90 ABŞ dolları hissəsi qısa bir müddət sonra xx.xx.2020-ci il tarixində borc alan Cavabdeh MMC-in bankda olan hesabından konvertasiya edilmişdir. Borcun konvertasiya edildiyi vaxt borcverən tərəfindən borcun qalan hissəsinidə eyni qaydada silməyə ixtiyarı olsa da, qalan borc silinməmişdir. İş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, borcun qalan 9745.10 ABŞ dolları məbləğindəki hissəsini ödəməyə yetərli olacaq məbləğ borcun 19.754.90 ABŞ dolları hissəsinin konvertasiya edildiyi xx.xx.2020-ci il tarixdən bankın ləğv edildiyi xx.xx.2020-ci il tarixədək müddətdə bank hesabında olmuşdur. Bununla yanaşı iş materiallarında görmək olur ki, götürülmüş kreditin təminatı olaraq əmanətçilər Aləmməd Bayraməliyevin və Ləman Şahbazovanın hər birinin hesabında 17.600 ABŞ dolları məbləğində vəsait olmuşdur ki, girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olsa da, əmanətçilərin bank hesabında olmuş və girov qoyulmuş vəsaitlər xx.xx.2020-ci il tarixdə əmanətçilərin özlərinə ödənilmişdir.

46. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, götürülmüş kreditin təminatı olaraq girov qoyulmuş məbləğ girov qoyanlara qaytarıldığı zaman girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, borcun qalan 9745.10 ABŞ dolları hissəsini silmək hüququna malik olsa da bunu etməmişdir. Borcalan qalan borc məbləğinin bankda olan dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəz edilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etsə də, qeyd olunan borc məbləği borcalanın bankda olan vəsaitlərindən silinməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı bir təqsiri olmadığından iddiaçının bu hissədə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

47. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın müəyyən etdiyi şərtlər borclunun hər bir halda deyil, icranı gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyəti müəyyən edir.

48. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən məsuliyyətin yaranmasının şərtlərindən birinin təqsirliliklə bağlı olması həmin normada da müəyyən edilərək göstərilir ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

49. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən yaranan məsuliyyətin xüsusiyyətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında aydınlıq gətirilərək qeyd olunmuşdur ki, “banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir”.

50. Digər tərəfdən, xx.xx.2020-ci il tarixdə bank müflis elan edilmiş, bank ləğv edildiyi tarixdə hazırkı kredit müqaviləsinin icra müddəti başa çatmamışdır. Bankın ləğv edildiyi tarixdən sonra isə iddiaçının bank kimi fəaliyyəti mövcud olmadığından, onun hər hansı gəlir (fayda) əldə etməsi mümkün deyildir. Belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsası yoxdur.

51. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilinə yəni, 57.109.18 ABŞ dollarına aid hissədə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Ter-Met” MMC tərəfindən İddiaçı ASC-nin Sumqayıt filialına 24 aprel 2020-ci il tarixdə 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. xx.xx.2020-ci il tarixdə köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait Cavabdeh MMC-nin hesabına qaytarılmışdır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:

1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;

2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

53. Hazırkı mübahisə məhz 24 aprel 2020-ci il tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni Ter-Met” MMC İddiaçı ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 24 aprel 2020-ci il tarixdə OOO VTK-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir. İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (24 aprel 2020-ci il tarixdə) İddiaçı ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Odur ki, cavabdeh qeyd edilən pul vəsaitini mülki icraat qaydasında mübahisələndirməklə tələb etməkdə haqlı olmuşdur.

54. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-373/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1328,40 ABŞ dolları faiz borcunun tutulması tələbinə dair ilk iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar