Məhkəmə qərarları › İş №2-2(104)-173/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-173/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-173/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi ilə, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X1 Mərkəzi iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Hacıkənd meşəbəyliyinin 13a kvartalında özbaşına tikdiyi 6.0 x 4.0 m ölçüdə əsaslı tikinti sanitariya qovşağının, 2.5 x 4.0 m ölçüdə əsaslı tikinti sanitariya qovşağının, 24.0 x 10.0 m ölçüdə əsaslı tikinti və taxta materiallardan inşa edilmiş koteclərin, 3.0 x 4.5 m ölçüdə əsaslı tikinti istixananın, 29.0 x 4.6 m ölçüdə dəmir konstruksiyadan qurulmuş yemək otaqlarının, 13.5 x 10.0 m ölçüdə dəmir konstruksiyadan qurulmuş 1 ədəd kotecin, 7.0 x 10.0 m ölçüdə dəmir konstruksiyadan qurulmuş 1 ədəd kotecin, 7.6 x 10.3 m ölçüdə dəmir konstruksiyadan qurulmuş 1 ədəd kotecin, 9.0 x 5.5 m ölçüdə dəmir konstruksiyadan qurulmuş 11 ədəd kotecin, 20.0 x 13.0 m ölçüdə dəmir dirəklər üzərində qurulmuş 1 ədəd söhbətgahın, 5.2 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində qurulmuş 5 ədəd söhbətgahın, 3.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində qurulmuş 15 ədəd söhbətgahın, 30.0 x 4.0 m ölçüdə dəmir konstruksiyadan qurulmuş mətbəxin, 36.0 x 4.0 m ölçüdə dəmir dirəklər üzərində qurulmuş talvarın sökülməsi, xx.xx.2015-ci il tarixli 137 qeydiyyat nömrəli müqavilənin ləğv edilməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad qanunsuz və əsassızdır, bu səbəbdən ləğv olunmalıdır. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əslində məhkəmə iddianı rədd etməli idi. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2- 2(115)-1380/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış və cavabdeh hazırkı vəziyyətdə qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə edir. Müqavilənin qüvvədə olduğu müddətdə cavabdehin qeyri-yaşayış sahəsi üzərində istifadə və sahiblik hüquqları qeyri-qanuni olmadığından və mübahsə müqavilənin ləğvinə yönəldiyindən tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilə bilməz və hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(104)-173/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia cavabdeh fiziki şəxs Cavabdeh qarşı qaldırılmışdır və sonuncunun qeydiyyatda olduğu yer “ünvan 1”-dir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehin rəsmi qeydə alındığı yer üzrə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda Gəncə Kommersiya Məhkəməsinə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənəndləri geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. MPM-in 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış və cavabdeh hazırkı vəziyyətdə qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə edir. Müqavilənin qüvvədə olduğu müddətdə cavabdehin qeyri-yaşayış sahəsi üzərində istifadə və sahiblik hüquqları qeyri-qanuni olmadığından və mübahsə müqavilənin ləğvinə yönəldiyindən tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilə bilməz və hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikasının MPM-in 397-400 və 405.0.2ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1380/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar