Məhkəmə qərarları › İş №2-2(104)-175/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-175/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-175/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli e-2-2(115)-39/2023 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada ******* ABŞ dolları əsas kredit borcunun, 62128,71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79514,50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2092643,21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 manat) ilə 3557493,46 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən şəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558.20 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8- ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə isə ******* manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 aprel 2019-cu ildə “X2 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 20449/2019 nömrəli kredit müqaviləsibağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borc alan Cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı ******* ABŞ dolları məbləğində pul ayrılmışdır və о, 32 ay müddətində kreditin əsas məbləği və оna illik 1% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 22 aprel 2019-cu il tariхində bank ilə borc alan Cavabdeh1 MMC və ipoteka qoyan Cavabdeh2 MMC arasında və borc alan Cavabdeh1 MMC və ipoteka qoyan Cavabdeh3 arasında ipoteka müqavilləri (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksi və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8- ci mərtəbədə yerləşən 4 otaqlı mənzil "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmış, yüklülük barədə müvafiq çıхarış əldə edilmişdir. Bununla yanaşı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4 və Cavabdeh3 ilə bank arasında 22 aprel 2019-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi “X2 Azərbaycan” QSC-ə оlan bоrclarını ödəməmişlər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı "X2 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2-2(115)-39/2023 nömrəli qərardadı ilə Cavabdeh3 “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2-2(115)-39/2023 nömrəli qərardadından narazı qalan Cavabdeh3 qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-39/2023 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclası zamanı ilkin iddia üzrə Cavabdeh3 öz mülkiyyət hüquqlarının qorunması məqsədiilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı "X2 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzi lüzərində olan ipoteka yüklülüyünə xitam verilməsini xahiş etmişdir. X1 Məhkəməsi xx.xx.2023-cü iltarixli qərardadı ilə Cavabdeh3 “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarmışdır. Həmin qərardad ləğv edilməli və qarşılıql iddia icraata götürülməlidir. Belə ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə verildiyi zaman ərizəyə əlavə edilmiş sonrakı ipoteka müqavilələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin bazar dəyəri 1.250.000 manat, likvid dəyəri isə 1.187.500 manat, Gəncə şəhəri, Nizami rayonu. Gəncə Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin likvid dəyəri isə 2.460.062 manat göstərilmişdir. Ümumilikdə ipoteka ilə yüklü edilmiş hər iki əmlakın likvid dəyərlərinin aşağı olması səbəbindən Cavabdeh3 qarşılıqlı iddia verməsinin hüquqi əsası olmamışdır. Sonradan məhkəmə hazırlıq iclası zamanı məhkəmə tərəfindən əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş və xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə elektron kabinetə yeni qiymətləndirmə rəyləri yüklənmişdir. Həmin rəyə əsasən Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin bazar dəyəri 6.550.000 manat, likvid dəyəri isə 6.300.000 manat göstərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. İlkin ekspertiza rəyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini tərəfindən keçirilmədiyindən təkrar ekspertizanın təyin ediləcəyi və yeni qiymətlərin müəyyən ediləcəyi perspektivi yüksək idi. Ona görə də iş üzrə təkrar ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin bazar dəyəri 6.380.000 manat, likvid dəyəri isə 6.060.000 manat müəyyən edilmişdir. Rəy elektron kabinetə xx.xx.2023-cü il tarixdə yüklənmişdir. Bundan sonra Cavabdeh3 qarşılıqlı iddia verməsinə tam hüquqi əsaslar yaranmışdır. Belə ki, bu dəfə təkrar rəyin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilməsi və əmlak kompleksinin həm bazar, həm də likvid dəyərinin ilkin rəydə qeyd edilən dəyərlərə yaxın olması ekspert rəyinin daha da mötəbər və qiymətin dəyişlməyəcək olmasına hüquqi əsaslar yaratmışdır. Çünki qarşılıqlı iddia ərizəsində də qeyd edildiyi kimi, nəinki Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin ümumi dəyərləri mövcud kredit borcundan dəfələrlə yüksəkdir, hətta tək Gəncə şəhəri, Nizami rayonu, Gəncə Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri mövcud kredit borcundan ən azı 2 dəfə yüksəkdir. Belə olan halda isə “İpoteka haqqında” Qanunun 43-cümaddəsinə əsasən hərraclar baş tutmasa və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri müvafiq qaydada 15 və 25 faiz azalsa belə, əmlak kompleksinin dəyəri mövcud kredit borcundan yüksək olacaq və həmin borcu artıqlaması ilə qarşılayacaq. Yəni, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia verməsinin hüquqi əsasları məhz Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə Gəncə şəhəri, Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri müəyyən olunduqdan sonra yaranmışdır. Belə olan təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaklardan birinin, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin ipoteka ilə yüklü qalmasında heç bir ehtiyac qalmır. Çünki ən riskli halda belə Gəncə şəhəri, Nizami rayonu, Gəncə- Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda yerləşən əmlak kompleksinin dəyəri hesabına hazırki kredit borcu ödənilə biləcək, başqa əmlakların hərraca çıxarılmasına ehtiyac qalmayacaq, ən əsası da Bankın heç bir maliyyə itkisi olmayacaq. Əksinə digər əmlakın, yəni Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi,ev 34-də yerləşən 17 saylımənzilin girovda qalması mülkiyyətçinin konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-39/2023 saylı qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli e-2-2(115)-39/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023cü il tarixli, e-2-2(115)-39/2023 saylı qərardadı və həmin qərardadla bağlı e-2-2(115)- 39/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi Cavabdeh3 xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Kommersiya mübahisəsi üzrə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən hazırkı vaxtadək məhkəmənin icraatında olmuş, keçən uzun zaman ərzində, yəni iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 10 aya yaxın bir müddət ərzində cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla şəxsin öz əmlakının təxmini dəyərini bilməməsi inandırıcı hal hesab olunmur. Digər tərəfdən cavabdeh ipoteka predmetlərinin dəyərinin artması ilə əlaqədar bir ipoteka predmetinin dəyərinin əsas öhdəliyin icrasını təmin edə bilməsinin digər əmlak üzrə ipotekaya xitam verilməsi üçün əsas hesab etməkdədir ki, bu halda cavabdehin şikayətində etiraf etdiyi kimi, onun əmlakların qiymətləndirilməsinə dair mütəxəssis rəyləri ilə 2022-ci ilin dekabr ayında tanış olması müəyyən olunur. Həmin vaxtdan isə cavabdeh ipoteka predmeti olan əmlak kompleksinin bazar dəyərinin 6.550.000 manat, likvid dəyərinin 6.300.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzilin isə bazar dəyərinin 2450000, likvid dəyərinin isə ******* manat müəyyən edilməsindən xəbərdar olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin rəylərlə tanış olduqdan sonrakı 20 gün ərzində də deyil, iddiaçının vəsatətinə əsasən keçirilmiş məhkəməəmtəşünaslıq ekspertizasının 01 may 2023-cü il tarixli ekspert rəyi əldə edildikdən sonra qarşılıqlı iddia verməsi Mülki Prosessual Məcəllənin 154.1 və 155.2-ci maddələrinin tələbi baxımından əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 154.1, 155.2, 398 və 402-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2-2(115)-39/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar