Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-179/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-2(115)-226/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 650 manat borcun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və Bərpası Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən dövlət mülkiyyətində olan 0,5 hektar istirahətrekrasiya üçün ayrılmış torpaq sahəsi icarə qaydasında Cavabdeh istifadəsinə verilmişdir. İcarə müqaviləsinə əsasən müqavilənin başlanma tarixi xx.xx.2018-ci il göstərilməklə illik icarə haqqının məbləği 0,5 hektar üçün 200 manat müəyyən edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə 650 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclu xəbərdarlıq məktubu ilə tanış olmasına baxmayaraq, yaranmış borcu dövlət büdcəsinə ödəməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-2(115)-226/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi rədd edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-2(115)-226/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-2(115)-226/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəfər və iş üzrə cəlb edilmiş müstəqil tələb sürməyən üçüncü şəxs X2 Təsərrüfatı Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin və müstəqil tələb sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavadebh Cavabdeh şəxsi hesab vərəqində dövlət büdcəsinə borcunun olmadığını qeyd etməklə, apellyasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətindən imtinasının məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin apelyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Gəncə Kommersiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-2(115)-226/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-179/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-179/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver