Məhkəmə qərarları › İş №2-2(104)-18/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-18/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-18/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-81/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-81/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı əlavə üzrə yaranmış 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu olmaqla, cəmi 164571 (bir yüz altmış dörd min beş yüz yetmiş bir) manat 40 (qırx) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə yaranmış 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 (iki yüz yetmiş dörd min beş yüz otuz altı) manat 16 (on altı) qəpik məbləğində pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci, 319 (üç yüz on doqquz) manat 11 (on bir) qəpik dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 68 (altmış səkkiz) manat və 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 Riza oğlunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməsi, həmin bağ evi açıq hərracdan satılması və bağ evinin ilkin satış qiymətinin 109000 (bir yüz doqquz min) manat həddində müəyyən edilməsi, borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 115000 (bir yüz on beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 (iki yüz yetmiş dörd min beş yüz otuz altı) manat 16 (on altı) qəpik məbləğində pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci, 319 (üç yüz on doqquz) manat 11 (on bir) qəpik dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 68 (altmış səkkiz) manat və 152 (bir yüz əlli iki) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab №AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) ödənilməsi, cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 700 (yeddi yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-81/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Riza oğluna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən, X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsinə xitam verilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil vasitəsi ilə apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2- 2(115)-81/2024 saylı qətnaməsinin 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində qismən ləğv edilməsi, tutmanın Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə yönəldilməsinə dair yeni qətnamənin çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək, İddiaçı ASC-nin Gəncə kart mərkəzi filialı ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinə əsasən 20 oktyabr 2023-cü il tarixə 259283,1 manat əsas borc, 14936,79 faiz borcu, 316,27 manat cərimə borcu, ümumilikdə 274536,16 manat kredit borcu Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 və həmin müqavilənin maksimal borclanma limitinin xüsusi şərtlərinə 10 may 2023-cü il tarixli 399/206 saylı əlavəsinin kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsinə əsasən 20 oktyabr 2023-cü il tarixə 155713,06 manat əsas borc, 8858,34 manat faiz borcu, ümumilikdə 164571,40 manat borcu Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Riza oğlu arasında 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli 7E- 2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, borc tələbi qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və qeyd edilən kredit müqavilələri üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 410 manat dövlət rüsumunun (mediasiya xərci olaraq), 319,11 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş torpaq sahəsi görə 68 manat, qeyri-yaşayış sahəsi görə isə 152 manat dövlət rüsumunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli, 2370/206 saylı Əlavəsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 15% olmaqla 350000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə "xxxx" MMC arasında 30 iyun 2022-ci il tarixli 4082/206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 28 iyun 2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında Ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli, 04/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli, 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14 avqust 2022-ci il tarixli, **********04-06301-083002 reyestr və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh3 arasında 09 avqust 2022-ci il tarixli, 03/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli, 7E2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 426.4 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 13 avqust 2022-ci il tarixli, **********55-11301 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Beləliklə 20 oktyabr 2023-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsi üzrə cavabdehlərin 259283.10 manat əsas borc, 14936.79 manat faiz borcu, 316.27 manat cərimə borcu, ümumilikdə 274536.16 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və Həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 10 may 2023-cü il tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair7854/206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 Riza oğluna 48 ay müddətinə illik 16% olmaqla 200000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə"xxxx" MMC arasında 10 may 2023-cü il tarixli 430/206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında Ümumi Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Maksimal borclanma limitinin Xüsusi Şərtlərinə dair 10 may 2023-cü il tarixli 399/206 saylı Əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh3 Riza oğlu və "xxxx" MMC hər ay ödəniş etməli olduqları halda, bu öhdəliyi normal yerinə yetirməmişlər. Beləliklə 20 oktyabr 2023-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və Həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 10 may 2023-cü il tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsi üzrə cavabdehlərin 155713.06 manat əsas borc, 8858.34 manat faiz borcu, ümumilikdə 164571.40 manat borcu qalmışdır. Cavabdehlər kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 və həmin müqavilənin maksimal borclanma limitinin xüsusi şərtlərinə 10 may 2023-cü il tarixli 399/206 saylı əlavəsinin kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı kredit müqaviləsi üzrə 155713,06 manat, əsas borc, 8858,34 manat faiz borcu olmaqla, cəmi 164571,40 manat borcun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsi üzrə 259283,10 manat əsas borc, 14936,79 manat faiz borcu, 316,27 manat cərimə borcu olmaqla, cəmi 274536,16 manat kredit borcunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli 7E-2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsaitin hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, borc tələbinin kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəsinin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və qeyd edilən kredit müqavilələri üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 410 manat dövlət rüsumunun (mediasiya xərci olaraq), 319,11 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş torpaq sahəsinə görə 68 manat, qeyri-yaşayış sahəsi görə isə 152 manat dövlət rüsumunun Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 Riza oğlu və "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsi ilə razı deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönləndirilməsi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsi ilə Cavabdeh4 iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə Moskva VVAQ idarəsinin Babuşkino VVAQ şöbəsində 2165 akt qeydi ilə nikah qeydə alınmış və onlara Vİ-MЮ seriyalı 528777 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə qətiyyən razı deyil. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Qeyd olunan qətnamə Azərbaycan Respublikası adından çıxarılmış, həmin qətnamənin icrası bütün fiziki, hüquqi, dövlət və ya qeyri dövlət orqanları üçün məcburidir. Əgər qeyd olunan qətnamə Gəncə Kommersiya Məhkəməsinin qətnaməsindən sonra çıxarılmış olsaydı, məhkəmənin əsaslandırması isə razı olmaq olardı. Hətta iddiaçı tərəf Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən şikayət geri qaytarılmışdır. Həmin geri qaytarılma qərardadından kassasiya şikayəti verilmiş və mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bunları deməkdə məqsəd ondan ibarətdir ki, iddiaçı tərəf Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsinin hüquqi nəticəsini bilir, ancaq birinci instansiya məhkəməsi qeyd olunan hüquqi nəticəyə qiymət verməmişdir. Mülki iş materiallarında digər maraqlı məqam isə ondan ibarətdir ki, ümumi birgə mülkiyyətdə olan əmlakın ipotekaya qoyulması ilə bağlı Cavabdeh4 hər hansı razılığı yoxdur. Qanuni qüvvəyə minmiş qətnamə ilə mülkiyyət hüququ tanınmış daşınmaz əmlaka şəxsin razılığı olmadan birinci instansiya məhkəməsi tərəfindən yönəldilmə edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə qətiyyən razı deyil. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə təkrar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdehlərdən Cavabdeh4 nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – borc tələbinin ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamənin çıxarılaraq, ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus ½ hissəsinə yönəldilməlidir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh kredit müqavilələri üzrə kredit borcunun məbləğini yox, yalnız Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən bütünlükdə ipotekaya qoyulmasının qanuni olmadığını bildirdiyinə görə qətnamənin əsaslılığı həmin hissədə, maddi və prosessual normalarına riayət edilməsi hissəsində isə tam yoxlanılır. Belə ki, iş materiallarında olan 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və ona qoşma 1-dən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 müqavilədə nəzərdə tutulmuş şərtlər barəsində razılaşmışlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 28 iyun 2022ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavədən görünür ki, borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 maksimal borclanma limitinin xüsusi şərtlərinə dair 399/206 saylı müqavilədən görünür ki, borcalana illik faiz dərəcəsi 25%, olmaqla ******* manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 7854/206 saylı əlavədən görünür ki, ona illik faiz dərəcəsi 16%, olmaqla 48 ay müddətinə 200000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 4082/206 nömrəli 30 iyun 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə borcalana verilmiş 350000 manat kredit üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 430/206 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və maksimal borclanma limitinin xüsusi şərtlərinə dair 399/206 saylı əlavəsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli 04/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə borcalanın iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2022-ci il tarixə 165000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli 03/206 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 və kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evini ipoteka ilə yüklü etdirmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2022-ci il tarixə 172000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evi Akkurt Kiyasın xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin və Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyriyaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2024-cü il tarixli UNİ/Yxx-xx/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 128000 manat, likvid dəyəri isə 115000 manat təşkil etməsi, həmçinin Cavabdeh3 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 426,4 kv.m olan bağ evinin bazar dəyəri 128000 manat, likvid dəyəri isə 109000 manat təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat mediasiya xərci və 10 manat poçt xərci olmaqla, cəmi 410 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsi ilə Cavabdeh4 iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə Moskva VVAQ idarəsinin Babuşkino VVAQ şöbəsində 2165 akt qeydi ilə nikah qeydə alınmış və onlara Vİ-MЮ seriyalı 528777 saylı nikah haqqında şəhadətnamə verilmişdir İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1752/2024 saylı qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsindən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Açıq Səmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 377/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-858/2025 saylı qərarından görünür ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Açıq Səmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1752/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 30 iyun 2022-ci il tarixli, 2370/206 saylı Əlavəsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 15% olmaqla 350000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə "xxxx" MMC arasında 30 iyun 2022-ci il tarixli 4082/206 saylı zaminlik müqaviləsi bağlanmış, sonuncu bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində borcalanla eyni dərəcədə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh1 arasında 01 avqust 2021-ci il tarixli, 04/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 01 avqust 2021-ci il tarixli, 3M-501 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 256.2 kv.m olan 75D saylı qeyri-yaşayış sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinə əsasən yüklülük daşınmaz əmlakın Dövlət reyestrində 14 avqust 2022-ci il tarixli, **********04-06301-083002 reyestr və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri 6 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh3 arasında 09 avqust 2022-ci il tarixli, 03/206 saylı ipoteka müqaviləsi bağlanmışdır və Gəncə şəhəri 6 saylı notariat ofisinin 18 mart 2022-ci il tarixli, 7E2686 reyestr nömrəli qeydi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında bələdiyyə istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 426.4 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Cavabdeh3 Riza oğlu ilə İddiaçı ASC arasında bağlanmış 28 iyun 2022-ci il tarixli, **********28062022 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 və Həmin müqavilənin Maksimal boclanma limitinin Xüsusi Şərtlərinə 10 may 2023-cü il tarixli, 399/206 saylı Əlavəsinin Kreditləşmənin Xüsusi Şərtlərinə dair7854/206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 Riza oğluna 48 ay müddətinə illik 16% olmaqla 200000 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə"xxxx" MMC arasında 10 may 2023-cü il tarixli 430/206 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiklərinə görə cavabdehlərin yuxarıda göstərilən məbləğlərdə borcları yaranmış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 28 iyun 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və ona qoşma 1bağlanmış, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlər barəsində razılaşmışlar. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavəyə əsasən borcalana illik faiz dərəcəsi 15%, olmaqla 36 ay müddətinə 350000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı ASC ilə Cavabdeh3 Riza oğlu arasında bağlanmış 7854/206 saylı əlavəyə əsasən ona illik faiz dərəcəsi 16%, olmaqla 48 ay müddətinə 200000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materialları, eləcə də borcalnın bank hesabından çıxarışdan görünür ki, iddiaçı hər iki əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə əlavələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh3 Riza oğlunun 7854/206 saylı əlavə üzrə iddiaçıya 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu, 2370/206 saylı əlavə üzrə isə iddiaçıya 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə borcu vardır. İddiaçı verdiyi kredit məbləğlərini, ona hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o 2370/206 saylı və 7854/206 saylı əlavələr üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 Riza oğlu əlavələr üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 Riza oğlu zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən "xxxx" MMC onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, 7854/206 saylı əlavə üzrə yaranmış 155713 manat 06 qəpik kredit borcu, 8858 manat 34 qəpik faiz borcu olmaqla, cəmi 164571 manat 40 qəpik məbləğində pul, 2370/206 saylı əlavə üzrə yaranmış 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 manat 16 qəpik məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh3 Riza oğlundan və "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehləri kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə və bağ evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 Riza oğlunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılmalı və bağ evinin ilkin satış qiyməti 109000 manat həddində müəyyən edilməli, borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 115000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlakla satıldıqdan sonra əldə edilən vəsait hesabına 259283 manat 10 qəpik kredit borcu, 14936 manat 79 qəpik faiz borcu, 316 manat 27 qəpik cərimə olmaqla, cəmi 274536 manat 16 qəpik məbləğində pul iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh4 nümayəndəsi Vəkil iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsinin Cavabdeh4 münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsi tam olaraq Cavabdeh1 mülkiyyətində olmuş, 01 avqust 2022-ci il tarixdə İddiaçı ASC-nin xeyrinə 2370/206 saylı əlavə üzrə verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka qoyan ipoteka predmeti üzərində digər şəxslərin ona məlum olan bütün hüquqları barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etmək vəzifəsi daşımışdır. Belə ki, tərəflər arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 04/206 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, ipoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxsin onlara məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisləri mövcud deyil. Bu bənddə qeyd edilmiş məlumatın düzgün verilməməsi ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Lakin ipoteka qoyan ipoteka saxlayana ipoteka predmeti barəsində ölkə hüdudlarından kənarda bağlanmış nikah, nikaha əsasən arvadın ərə məxsus qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları ola biləcəyi ilə bağlı yazılı hər hansı məlumat verməmiş, ipoteka predmetinə dair üçüncü şəxsin hüquqlarının olmamasını bəyan etmişdir. Bundan başqa ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4 payının müəyyən edilməsi məhkəmə qətnaməsi ilə 31 yanvar 2024-cü il tarixdə qət edilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra ipoteka predmetinin ½ hissəsinə Cavabdeh4 payı müəyyən edilsə belə ipoteka qüvvəsini itirmir. Belə ki, iporeka müqaviləsinin 2.7-ci bəndində tərəflər razılaşmışlar ki, bu müqaviləyə əsasən ipoteka predmeti hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik qaydasında başqa şəxsə keçdikdə, habelə ipoteka qoyan öldükdə ipoteka qüvvədə olur. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmeti tam və ya hissəvi başqa şəxsə keçsə belə ipoteka qüvvədə qalır və tutmanın tam deyil, hissəvi ipoteka predmetinə yönəldilməsi üçün hər hansı bir əsas yoxdur. Odur ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə tam olaraq tutma yönəldilməlidir Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit borcunun əsas məbləği, hesablanmış faiz borcu hissəsində və cərimə hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kredit borcunun ödənilməsi üçün tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdən göründüyü kimi məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyini almış və düzgün olaraq müəyyən edilmiş ilkin satış qiymətləri ilə onların hərraca çıxarılmalarını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 09 avqust 2022-ci il tarixli 03/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 Riza oğlunun mülkiyyətində olan ümumi sahəsi 426,4 kv.m olan bağ evinə yönəltməkdə haqlı olmuşdur. Lakin bununla belə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Cavabdeh4 Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən 26 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi, 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsini xahiş etmiş və onun iddiası təmin edilərək mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 44 nömrəli mənzilin və Gəncə şəhəri, X5 küçəsi 75D, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh4, həmin əmlakların ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsə də, birinci instansiya məhkəməsi həmin əmlakın ½ hissəsinə Cavabdeh4 ½ hissəsinə isə Cavabdeh1 paylarının müəyyən edilmələrini nəzərə almadan, eyni zamanda Cavabdeh4 ipoteka predmeti üzrə tərəf olmadığından həmin əmlakın tam olaraq açıq hərracdan satılması nəticəsinə gəlməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən bölünməz əşyalar hissə-hissə ipoteka qoyula bilməz. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-81/2024 saylı qətnaməsi qismən – borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus ½ hissəsinə yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-81/2024 saylı qətnaməsi qismən – borc tələbinin 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Borc tələbi 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli bank xidmətlərinin göstərilməsi X1 kreditləşmənin xüsusi şərtlərinə dair 30 iyun 2022-ci il tarixli 2370/206 saylı əlavənin təminatı kimi 01 avqust 2022-ci il tarixli 04/206 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsində 75D ünvanında yerləşən ümumi sahəsi 256.2 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus ½ hissəsinə yönəldilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar