Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-180/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 42219,5 manat krеdit bоrcu, 6126,97 manat faiz bоrcu və 2125,78 manat cərimə borcu olmaqla, ümumilikdə 50472,25 manat məbləğində bоrcun və 210 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh2 məxsus olan "Ford Transit“ yük markalı, 99RD957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və borcun nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 42219,5 manat kredit borcu, 4724,35 manat faiz borcu və 1125 cərimə olmaqla, cəmi 48068,85 manat məbləğində borcun və 210 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 16000 manat olan "Ford Transit“ yük markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Uniprice MMC-nin hesabına ödənilməsi, həmçinin cavabdehlərdən müştərək qaydada 234,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, faiz borcunun və cərimənin tamamilə azaldılaraq silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)- 42/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək qərardadın qanunsuz və əsassız olduğundan ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul olunmaqla mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli e-2- 2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin geri qaytarılması, Cavabdeh1 prosessual müddətin bərpa olunması barədə vəsatət vermək hüququnun izah olunması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək qərardadın qanunsuz və əsassız olduğundan ləğv olunmasını, apellyasiya şikayətinin icraata qəbul olunmaqla mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hansı səbəbdən olmasından asılı olmayaraq sözügedən iş üzrə müddətin buraxılmasının üzürlü hesab olunması daha ədalətli olardı və o müddətin bərpa edilməsini istəyir. Gəncə Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2- 2(115)-42/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 04 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2-2(115)- 42/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2-2(115)-42/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e-2- 2(115)-42/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdr. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, 14 avqust 2024-cü il tarixə, saat 10:15-ə məhkəmə baxışına təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-42/2024 saylı qərardadından Cavabdeh1 da apellyasiya şikayəti vermişdir. Buna görə də verilmiş şikayətə baxılması üçün işin Gəncə Kommersiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)- 180/2024 saylı qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-42/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-180/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-42/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün 2-2(104)-180/2024 saylı kommersiya işi apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-180/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-180/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver