Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-181/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 38/2025 saylı qətnaməsindən cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 25590 manat və dövlət rüsümuna görə ödədiyi 165 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2(045)-685/2024 nömrəli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 41272 manat, vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 51272 manat və dövlət rüsumuna görə ödədiyi 195 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 26200 manat maddi ziyan, 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 27200 manat məbləğində pul və 171,60 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 23,40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 300 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarından görünür ki, cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməli olan 243,82 manat dövlət rüsumunun 50%-i olan 121,91 manat dövlət rüsumunu ödəməli olduğu halda 86 manat dövlət rüsumu ödəmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi aliment tələbinə dair işlərə baxılanda dövlət rüsumunun ödənilməsindən cavabdehlər yox, iddiaçılar azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsindən cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsindən cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-181/2025 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsindən cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)- 181/2025 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-181/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-181/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver