Məhkəmə qərarları › İş №2-2(104)-184/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-184/2023

23.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-184/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 13335 manat 90 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 203 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsini qismən ləğv edib, borcun yenidən hesablanması, iddianın kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qanunverciliklə müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2-2(115)-222/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-115/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadı və həmin qərardadla bağlı Gəncə Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2-2(115)-222/2022 saylı qərardadının ləğv edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 363.1.3cü maddəsinin tələbinin yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin vaxtında verilmiş hesab edilməsi və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İşin halları: İddiaçı1 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili maliyyə lizinqə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı1 MMC təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2012-ci il buraxlışı olan, Hyundai Elantra minik markalı, ban KMHDH4AE0DU671142 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı1 MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 13500 manat təşkil edir. Bu ümumi məbləğdən 5312 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh lizinq müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun 522 manat 58 qəpik ödəniş etməlidir. Hazıradək cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 4323 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı1 MMC məxsus “Hyundai Elantra” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə Azərilizinq” MMC-yə qaytarmışdır. Yaranmış borcla bağlı İddiaçı1 MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyətı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəytnaməsi maddi və prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli, iddianın kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməli, iddianın pul tələbinə dair hissəsində isə azaldılmalıdı. Cavabdeh2 bu günlərdə Goranboy rayon İcra İdarəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, Gəncə Komersiya Məhkəməsinin e2-2(115)-222/2022 saylı qətnaməsi ilə ondan pul tutulması qət edilmişdir. Cavabdeh2 bu günədək həmin qətnamənin surətini ala bilməişdir. Bundan sonra vəkil Gəncə Kommersiya Məhkəməsinə qətnamənin surətini almaq ücün ərizə ilə müraciət etmiş, həmin ərizəyə cavab olaraq göstərilmişdir ki, Gəncə Komersiya Məhkəməsinin 2(115)-222/2022 saylı 16 mart 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 ünvanına 16 mart 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş və sonuncu poçt xəbənaməsini imzalamaqla qətnamənin surətini rəsmi qaydada almışdır. Ona göndərilən məktuba həmçinin poçt xəbərnaməsinin surəti də əlavə edilmişdi. Bundan sonra vəkilin həmin poçt xəbərnaməsini Cavabdeh2 təqdim edərkən o xəbərnamədə olan imzanın ona məxsus olmadığını göstərmişdir. Həmçinin poçt qəbzinə baxarkən də görünür ki, Cavabdeh2 olan yazının da qarşısında olan imza PŞ-nin rəisi tərəfindən çəkilən imza ilə eynidi. Belə olan halda ola bilər ki, Cavabdeh2 də yerinə imzanı poçt işçisi atmış və geri qaytarmışdır. Bu günədək də Cavabdeh2 qətnamənin surətini rəsmi qaydada almayıb. Hazırki apellyasiya şikayətini tərtib etmək üçün də qətnamənin surətini o, Goranboy rayon İcra İdarəsindən əldə etmişdir. Hüquq normalarından göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün, müqavilənin ləğvini tələb edən tərəf qarşı tərəfə müqavilənin ləğv edilməsi üçün əvvəlcədən məlumat verməlidir. Lakin iddiaçı tərəf cavabdehə adı çəkilən kredit müqaviləsinin ləğvi barədə əvvəlcədən heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə iddianın həmin hissəsini təmin edə bilməzdi. Bundan əlavə, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazrkı iş üzrə məhkəmə cavabdehin iştirakını məhkəmə prossesində təmin etəmiş, ona qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin vaxtı barədə məlumat verilməmişdir. Bununla da məhkəmə MPM-nin 9 və 135-ci maddələrin tələblərini pozmuşdur. İddiaçı bank tələb etdiyi məğləğin göstərdiyi məbləğdə olması barədə heç bir sübut təqdim etməmiş, yalnız maliyyə arayışı təqdim etmişdir ki, bu da məhkəmə tərəfindən sübut kimi qəbul edilməməliydi. Halbuki tələb edilən pulun məbləğini hesablamaq üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməliydi. Belə ki, pulun hesablanması xüsusi bilik tələb olunan sual olduğundan məhkəmə vəsatəti təmin etməli və MPM-nin 97-cimaddəsinin tələblərinə uyğun olaraq ekspertiza təyin etməliydi. Hazrkı iş üzrə isə hesab edir ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, ləğv edilmiş hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı, qətnamə iddianın İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən 1 ədəd, 2012-ci il buraxlışı olan, “Hyundai Elantra” minik markalı, KMHDH4AE0DU671142 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.4-cü bəndindən görünür ki, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 13500 manat təşkil edir. Bu məbləğdən 5312 manat lizinq verənin mükafatını təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən İddiaçı1 MMC-yə məxsus “Hyundai Elantra” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmişdir. İş materillarında olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh2 03/0077/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklərin (sığorta şirkəti və ya servis ilə bağlı narazılıq) bank qarşısında olan öhdəliyinə heç bir təsir göstərməcəyi barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 5 sentyabr 2019-cu il tarixli 03/0077/DLİZ saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə istifadəyə verilmiş “Hyundai Elantra” minik markalı avtomobilin lizinq müqaviləsində müəyyən edilmiş 13500 manat məbləğində müəyyən edilmiş dəyərinin lizinq verənə ödənilməsinin təmin edilməsi üçün cavabdehlik daşıyır. İş materillarında olan xx.xx.2021-ci il tarixli avtomobillərin təhvil-təslim aktından görünür ki, həqiqətən Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi və İddiaçı1 MMC-yə məxsus “Hyundai Elantra” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə İddiaçı1 MMC-yə qaytarmışdır. İş materillarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13335 manat 90 qəpik məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı1 MMC təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2012-ci il buraxlışı olan, “Hyundai Elantra” minik markalı, ban KMHDH4AE0DU671142 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh2 istifadəsinə vermiş, müqavilənin təminatı olaraq İddiaçı1 MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən “Lizinq alan”ın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 13500 manat təşkil etmiş, bu ümumi məbləğdən 5312 manat “lizinq verən”nin mükafatını təşkil edir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımi qaydada icra etməmiş, cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı1 MMC məxsus “Hyundai Elantra” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə İddiaçı1 MMC-yə qaytarmış, İddiaçı1 MMC tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğvi, müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “Hyundai Elantra” minik markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 13500 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçı1 MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Müqaviləyə əsasən xx.xx.2021-ci il tarixədək 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği cəmi 13 335 manat 90 qəpik lizinq borcu yaranmışdır ki, bu məbləğ də cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşdən göründüyü kimi İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixdə 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh2 istifadəsinə “Hyundai Elantra” minik markalı minik avtomobili verilmiş və cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişləri vaxtında ödəmədiyindən xx.xx.2021-ci il tarixdə avtomobil təhvil-təslim aktına uyğun olaraq İddiaçı1 MMC-yə qaytarılmışdır. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləği, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, birinci iistansiya məhkməsi isə iddia tələbini tam şəkildə təmin etmişdir. Məhkəmə kollegiyası qətnamə ilə müqavilənin ləğv edilməsi, 96 manat 10 qəpik gecikdirilmiş cərimə məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına dair hissələri ilə razılaşsa da, xx.xx.2021-ci il tarixədək yaranmış 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, cəmi 13 335 manat 90 qəpik lizinq borcunun tutulmasına dair hissəsləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 MMC tərəfindən xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsasında 13 500 manat dəyərində “Hyundai Elantra” minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 dəyərini 36 ay müddətində hissə-hissə - hər ay 528,58 manat ödənilməsi şərti ilə verildiyi, cavabdehin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 4323 manat ödəniş etdiyi işin mübahisəsiz hallarıdır. Cavabdehin mübahisələndirdiyi hal qətnamə ilə iddianın təmin edildiyi kredit müqaviləsinin ləğv edilməsi və iddianın pul tələbinə dair hissələridir. İddianın təmin edilmiş kredit müqaviləsinin ləğvinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilmiş Mülki Məcəllənin 421.2-ci maddəsindən də göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdehin sonuncu ödənişi 2020-ci ilin aprel ayının 16-da olmuş, bundan sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilməmiş, ona görə də iddiaçı xx.xx.2021-ci il tarixdə lizinq predmetini cavabdehdən geri götürmüşdür. Göründüyü kimi iddiaçının müqavilənin pozulması üçün müraciət etməsi, məhkəmənin isə həmin hissədə iddianı təmin etməsi əsaslı olmuşdur. İddianın təmin edilmiş pul tələbinə dair, daha doğrusu 11004,13 manat əsas borc, 2235,67 manat mükafat borcuna dair hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi cavabdehin sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə olmuş, lizinq obyekti olan avtomobil isə cavabdehlərdən xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Göründüyü kimi cavabdehlərin lizinq ödənişi etmədən lizinq obyektindən istifadə etdiyi müddət 11 (on bir) ay təşkil etmişdir ki, həmin müddət ərzində cavabdehlərin iddiaçıya ödəməli olduğu əsas borc və mükafat borcunun məbləği 5748, 38 ((522,58 (aylıq ödəniş) x 11 (ödəniş edilməyən müddət)) manat təşkil edəcəkdir ki, bunun 3651,28 manat hissəsi əsas borc, 2097,13 manat hissəsi isə mükafat borcunun hesabına düşür. İddiaçı isə lizinq obyekti olan avtomobili xx.xx.2021-ci il tarixdə cavabdehlərdən götürmüş olduğu halda, həmin avtomobilin özünün sərəncamında olduğu müddət üçün, yəni bütün müqavilə müddəti üçün ödənilməli məbləği tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyekti xx.xx.2021-ci il tarixdə iddiaçı təşkilata qaytarıldığından, həmin vaxtdan sonrakı dövrə hesabladığı pulu tələb edə bilməz. xx.xx.2021-ci il tarixədək cavabdehin lizinq obyektindən istifadəyə görə əsas və mükafat borcu olaraq cəmi 5748,38 manat borcu qalmışdır ki, bu da cavadehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 96,10 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cərimə borcu yüksək miqdarda hesablanmadığından həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh zamin arasında bağlanmış müqaviləyə görə zamin zaminliyin kredit alan tərəfindən kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam ödənilənə qədər qüvvədə olması ilə bağlı öhdəlik götürdüyünə görə zamin də əsas borclu ilə birgə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən cavabdehin lizninq obyektinin xx.xx.2021-ci il tarixdə qaytarıldığını nəzərə almamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2021-ci il tarixə İddiaçı1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0077/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 5748,38 manat əsas və 96,10 manat gecikdirilmiş cərimə məbləği, cəmi 5844,38 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.4, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-222/2022 saylı qətnaməsi qismən - 11004 manat 13 qəpik əsas borc, 2235 manat 67 qəpik mükafat borcu, 96 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 13335 manat 90 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı1 xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5748,38 manat əsas borc (3651,28 manat əsas, 2097,13 manat mükafat borcu) və 92,10 manat cərimə borcu olmaqla, cəmi 5840,48 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 203 manat mediasiya xərci tutularaq İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar