Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-188/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-780/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(115)-780/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin yenidən araşdırıb baxılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının 16974 manat borcununun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər İcra İdarəsinin ev satılanda olan hərracın xərci, yəni 2418 manat pulun hər iki cavabdehdən alınıb iddiaçıya qaytarmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, oğlu ilə birlikdə 6 mart 2012-ci ildə, “Azər-Türk” Bankının Gəncə filialından evlərini girov qoyub, ipoteka müqaviləsi ilə 30000 Azərbaycan yeni manatla, "xxxx" MMC-nin kiçik müəssəsini işlətmək üçün vəsait götürmüşlər. Onun yaşı çox olduğuna görə, müqaviləni oğlu imzalayıb. Bankın müdiri onlara demədən müaviləyə 30000 (otuz min) dollara qol çəkdirib. Dolların o zamankı, kursu edir 38100 dollar üstünədə gəlir 20% edibdir 47797 dollar faizlə birlikdə, bu vəsaiti götürüb işlərinə davam etmişlər. Bankın müqaviləyə dollara qol çəkdirməyini onlar 6 may 2014-cü ildə Bank işi məhkəməyə verəndə bilmişlər. Oğlu 1-ci ödənişi verməyə gedəndə, Bankın xəzinadarı oğlundan pulu manatla götürmüş, deyir siz gərək ödənişi dollarla edəsiniz. Oğlu bu barədə zəng edib ona deyəndə ata deyir ödəniş etmə, özü gəlib aydınlaşdıraram. O, gəlib gedir müdirin yanına. O müdirdən soruşanda ki, nəyə görə onlar dollarla ödəniş etməlidirlər, müdir deyir: “ağsaqqal nəyə görə narahatsan, bu onların banka lazımdır çünki biz hesabatı dollarla veririk, əgər manatla vermək istəyirsənsə get ödənişin elə, xəzinadara deyər manatla götürər”. Bundan sonra onlar işlərini davam etdirirlə və bütün ödənişləri manatla ödəmişlər. Artıq xx.xx.2013-cü ilə 20840 manat ödəniş edirlər. Bu dolların kursu ilə edir 20840:0.786=26547$;xx.xx.2012 -ci ildə, 2575$ olan ödəniş, 1535$ Məhkəmənin qərarından sonra olan ödəniş. Cəmi 26547$+2575$1535$-30657$ bu məbləğ Bankın onlara verdiyi kreditdən çıxarıc sənədi ilə eynidir. İndi banka olan ümumi borcdan çıxaq banka olan ödənişi yəni 47797$-30657$-17140$ banka olan faizlə birlikdə borclarıdır. Bank bunun üstunə 20% 3635$ artıq hesabladığı faizlə birlikdə olan məbləğ bank bu vaxtlar işi ödənişin vaxtına 1 il qalmış, oğlunu çağırıb ona 20000 manat verməsini təklif edir. Oğlu nə məqsədlə bankın bu vəsaitini verilməsini bilmir. Məhkəmə vasitəsilə etdiyi cinayətləri qanunlaşdırmaq istəyir, oğlu bankla razılaşır 6 Aprel 2013-cü ildə 20.000 (iyirmi min) manata girovsuz, zaminsiz özü də 30000 manata 20% olan krediti verməyə çətinlik çəkən insana 26% 20000 manata imza atırlar. Vəsait bankdan götürülür işlərini davam etdirirlər. Bu ərəfədə qaz idarəsi 7-8 ay tədbir aparır şəhərin qaz xətdində dəyişikliklər edirlər bundan sonra 3-4 ay işıq xəttini dəyişirlər 1 ilə kimi işləyə bilmirlər. Əlində olan vəsait tam qurtarır işlər dayanır. Bank işi 6 may 2014-cü ildə işi verir məhkəməyə. Bank məhkəmədə iddia qaldırır. Banka olan borclarının 18100 dollar əsas və 3635$ faizi borcu, cəmi 21735$ və 20000 manat əsas və 3769 manat faiz borcu, cəmi 23769 manat, məhkəmədə işə baxarkən onlardan heç bir sənəd və borc barədə soruşmadan, ekspert çağırıb rəyini bilmədən, borcunu bankın qondarma məbləğ iddiada olduğu kimi ödənilməsinə qərar verir. Qətnamə evin hərrac vasitəsilə satılıb, banka olan borcun ödənilməsinə və ev satılandan sonra bir ay müddətində evdə yaşayan on iki nəfər insanın 85 yaşlı atası, 2 nəfər 60 yaşında, 3 nəfər 25-40 yaşlı övladları və 6 nəfər az yaşlı nəvələri evi tərk etmələrini tələb edir. Bundan sonra qətnamənin icrası üçün gedir İcra İdarəsinə, iş uzanır 17-di dəfə məhkəmə olur İcra İdarəsi evi qiymətləndirmək üçün 2015ci ildə mütəxəssis çağırır. Mütəxəssis evə baxmamış, gecə gəlib evin şəklini çəkir. Evin dam örtüyünün bir küncü düşmüş şəkillə 75000 manatla bir il qüvvədə olan qiymətləndirmə sənədi ilə, sənəd verir. 2018-ci ildə bir il qüvvədə olan sənədlə ev gedir hərraca 75000 manat qiymətlə. Ev guya satılmır. xx.xx.2021-ci ildə hərrac evin qiymətini salır 47812 manatla təklif edir banka. Bank, bunula razılaşır. Hərrac evi bu qiymətlə satır banka, 6 il vaxtı keçmiş qiymətləndirmə sənədi ilə bank bundan sonra evə çıxarış alır. Bundan sonra bank başlayır onlara təzyiq etməyə. Qeyri qanuni yolu ilə mənimsədiyi vəsaiti onlardan tələb etməyə, baş bankın problemli kredit şöbəsinin müdiri Habil müəllim oğluna zəng vurub deyir ki, tez bir vaxta 34363 manat banka olan borc və 4769 manat ev satılan vaxtı, hərracın, bankın, İcranın xərclədiyi məbləği cəmi 39359 manat, məbləği ödəməsə evi satacaqdır başqa adama. O, evin satılması barədə qanunsuz keçirilmiş hərracın alqı-satqı protokolunun ləğv edilməsi barədə məhkəməyə, iddia vermişdir. Baş bankın kredit şöbəsinin müdiri yenə oğluna zəng vurub deyir ki, əgər borcu ödəməsə nümayəndəsi məhkəmyə gəlib razılıq verməyə qoymayacadır. Odur ki, o, məcburiyyət qarşısında qalıb 100000 manata satmadığı obyektini 40000 manata satıb 10000 manatda borc edib xx.xx.2021-ci il tarixdə 20000$, xx.xx.2021-ci ildə 214 $ və xx.xx.2022-ci il tarixdə 4796 manat dolların kursu ilə cəmi 39359 manat ödəmişdir banka. Məhkəmə olan günü bankın nümayəndəsi məhkəməyə gəldi. Məhkəməyə Bankın borcunu tam ödənilməsi barədə məlumat verdi. Məhkəmə 17 may 2022-ci il tarixli 2(044)-433/2022-ci il tarixli qərarı ilə hərracın 77/02 saylı 19 noyabr 2022-ci il tarixə tərtib edilmiş protokolun etibarsız salınması barədə qətnamə verir. Bundan sonra Bankın evə aldığı çıxarış ləğv olur. O, Əmlak Komitəsinin Gəncə filialındakı daşınar və daşınmaz əmlakın reystr xidmətindən evinin çıxarışını alır. O, bu gün Bankın borcunu tam ödəmişdir. Bu gün onun problemi bankın ona olan borcudur. Bankın bu gün ona olan borcu barədə açıqlama verir. Birinci müqavilə ilə olan borcu 47797$ olub, fazilə birlikdə. Onlar bu məbləğdə məhkəməyə qədər olan ödəniş 29100$ bu məbləğ bankın onlara verdiyi kredit hesabından çıxarış sənədi ilə eynidir. İndi onların faizlə birlikdə olan borcundan onların 29100$ olan ödənişi 47796$-29100S-18100$ fazilə bilikdə Bank 18100 dolların üstünə yenidən 3635$ vuraq 1.70-6180 manat, artıq hesablanan məbləğdir. 10 dekabr 2019-cu il tarixdə 3-cü krediti verənədə 2-ci kreditindən qalan qalıq onların manatla olan ümumi ödəniş olub 42090 manat, bundan 20840 manat, dolların borcuna hesablanan məbləğ indi 42090 manat olan ödənişdən 20840 dolların borcuna olan məbləğ çıxanda qalır 21250 manat. Bu məbləğ onların manatdan qalan ödənişidir. İndi məhkəmənin qərar ilə olan manat borcundan 23769 manatdan faktiki olan ödəniş 21250 manat çıxanda qalır 2520 manat, banka olan borclarıdır. Bank onların borclarını 5100 manat hesablayıb, 5100 manata 3-cü müqavilə bağlayıb və 5100 manatın hamsını saxlayıb bankda. İndi 3-cü müqavilə ilə hesablanan 5100 manat kredit məbləğindən çıxaraq faktiki borcu 2520 manatı qalır 2580 manat onlardan artıq tutulan məbləğ və ev satılanda olan xərclərin onlardan bankın tələbi ilə aldıqları 4780 manat bundan 2380 manatı bank tərəfindən qaytarılıb qalan məbləğ 2400 manatdır Bundan başqa Bank Məhkəmənin 24 may 2014-cü ildə olan qərarından sonra qanunsuz vaxtı keçmiş, kredit borcu kimi, onlardan xx.xx.2015-ci ildə 400 manat 5.11.2015-ci ildə 400manat, xx.xx.2016-ci il tarixdə 200 manat cəmi 1000 (min) manat faiz borcu tutmuşdur. İndi hərrac evi aksıonda satış kecirəndə orada iştirak etmək üçün iddiaçı evin dəyərinin 5%-ni ödəniş etməlidir. Buda 75000x5%-3750 manat edir. Məhkəmə Daşınar-Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-nin xx.xx.2021-ci il tarixli 77/02 yazılı hərracın yekunları barədə pratokolun etibarsiz hesab edilməsi barədə qərar qəbul edib. Bunula bağlı iddiaçının 3750 manat yeni manatla məbləğin mövcudu əsasında geri qayıtmasını qeyd edib. Bu Bank onlardan hərrac evi satanda olan xərcləri 4796 manat onlardan tələb edir. Onlar bu məbləği ödəyirik banka bu vaxt yuxarıda qeyd etdiyim kimi iş artıq məhkəmədə idi, bank deyir ki, əgər məhkəmədə, hərracı udsanız bank pulunuzu qaytarar. xx.xx.2022- ci ildə onlardan 4796 manatı girov kimi alıb saxlayıb özüdə bu pul onların şəxsi pullarıdır. Bank onların bankın hesabında olan vəsaitdən 4796 manat hərracın kecirilməsi üçün keçirdib hərrac mərkəzinə bu gün hərrac məhkəməni uduzub 4796 manat qanun çərçivəsində prosesi uduzduğuna görə vəsaiti qaytarmalıdır banka. Bank onların vəsaiti qaytarmalıdır onlara. Bank bunun 4796 manat-2378 manat qaytarır 2418 manatı qaytarmır. O yuxarıda göstərmişdir. 2418 manatın hərraca heç bir adiyəti yoxdur, bu onun şəxsi puludur. Bu vəsaiti hərrac bankın hərracın onlardan aldığı vəsaitləri məhkəmənin qərarına əsasən qaytarmaq borcudur. İndi diqqətlə qulaq asın. Onun banka etdiyi ödənişlə, bankın ona verdiyi kredit hesabından çıxarış sənədində olan məbləğ arasında heç bir fərq yoxdur. Çünki onun bankda iki hesabı var, biri manatla hesabı AZ22AZRT********************04 (20) bir də xarici valyuta hesabı AZ23AZRT******************** (20) onun banka olan faktiki borcu silinib. Onun bu, yuxarıda qeyd etdiyim 2 hesabına mənimsənmiş məbləğlər isə keçib oğlunun adına (Hüseynov Vahid M.) keçib fiziki şəxsin yəni **********00(13) hesabına və **********000(13) manat hesabına (pulların keçirdikləri hesabları əlavə sizə təqdim edəcək) dəfələrcə banka məktubla müraciət edib qalan borcunun qalığını vermələrini xahiş etmişdir, onlar qalığın verilməsindən imtina ediblər. O, bu barədə xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi bankına, 2 dəfə 29 sentyabr 2022-ci ildə "Azər-Türk" bankına, xx.xx.2022-ci il tarixdə X2 müdiriyyətinə və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məktub göndərmişdir. O, bunlardan xahiş etmişdir ki, onun məktubunu "Azər-Türk" bankına göndərməsinlər. Onun xahiş etməyimə baxmayaraq, məktubları "Azər-Türk" bankına göndəriblər. "AzərTürk" bankı isə bu məlumatı verməkdən imtina edir. O, bankın Malliyə Nazirinə, Azərbaycan Respublikası İnvestisiya Holding şirkətinə göndərdiyi məktublara "Azər-Türk" bankının göndərdiyi cavab məktublarını bizə göndərir. Bank onlarla 10 il müddətində onlara 3 müqavilə imzaladığına, dəfələrlə məhkəmələrdə görüşdüklərinə baxmayaraq, evlərinə 6 il vaxtı keçmiş müqavilə ilə evi alıb, çıxarış almasına baxmayaraq, çıxarışın ləğv olmasına, onlardan artıq məbləğ tələb etməsinə baxmayaraq, nəyin ki onların qalıqlarını verməkdən imtina etməkdən üstəlik yazır ki, onlarda belə müqavilə mövcud deyil, o, X9 tanımırlar. Odur ki, 17 Avqust 2020-ci il tarixə olan ödənişdən sonra olan borc barədə cavab vermək imkanına malik deyillər. Əgər bank bu qalığı dəqiqliyi ilə verərsə onda etdiyi cinayətlərin üstü məhkəməsiz məlum olardı. 1) 01 yanvardan 2020-ci idən 30 dekabr 2020-ci ilə qədər olan 12 ödənişin hamısında xəzinənin rəsmi möhrü var. Və 506683 koduna qəbul olan qəbz verilib. 2) xxxx-2021-ci ildən xx-xx-2021-ci ilə qədər olan 12 ödənişdən Bankın terminal (aparatda olan ödənişlərdə heçnə görsənmir. 3) xx-xx-2022-ci ildən xx-xx-2022 ci ilə qədər olan 12 ödənişdən, avqust 2022-ci ilə qədər olan ödənişlərdə dəyimi Möhür var və 506883 koduna keçən qəbz verilib. 4) Avqust ayının 1-dən 2022-ci ildən 30 dekabr 2022-ci ilə qədər olan beş ödənişdə xəzinənin möhrü yoxdur və 507699 koduna keçən qəbz verilib. Ödəniş qəbzinin aşağı hissəsində 8 sətirdən ibarət "Asan-Financ" şirkəti ilə 26-05- 2005-ci ildən xx-xx-2010-cu ilə qədər 5-il qüvvədə olan müqavilə yoxdur. Qəbzdə olan kodda 506883 başqadır. Hamsında xəzinənin dəyirmi Möhür var. İİ-ci yazısında təmiz başqa cürədir, yəni qəbzdə olan kod 507699 və heç birində dəyirmi Möhür yoxdur 5) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər olan 3 ödənişdə ödənişlər 507699 koduna və heç birində dəyimi möhür yoxdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər olan 05 ödəniş qəbzində kod dəyirmi 506883 olur möhürlər 05-nə də vurulur. Müqavilə Sil qüvvədədir. Yerdə qalan altında müqavilə 15-il qüvvədədir. İndi bunlara aydınlıq gətirməlidir. Əvvəla bu kodların 505883 Gəncə filialın kodudur: 507699 kodu isə Baş bankın xəzinəsinin kodudur, internetə baxsanız görərsiniz. İndi maraqlısı onun Gəncə filialına verdiyi vəsaitin qəbzini baş bankın sənədi ilə nəyə görə verirlər. Çünki bu vəsaitlər bank tərəfindən mənimsənmiş vəsaitdir. O, bu ödənişini ödəməyə gedəndə işciyə yaxınlaşdı və ödəniş etməyini buna dedi bu işçinin təzə işə götürüblər onu tanımadı.Kimliyini aldı aparta diqqətlə baxdı, və dedi ki, ağsaqqal sizin burada nə adınız nə hesabınız nə də borcunuz var. O, dedi bəs mən 4 ilə yaxındır ödənişi necə edirəm deyəndə işçi getdi müdriyyətin yanına mən yarım saata kimi gözlədim işci gəldi və dedi ki, ağsaqqal müdriyyətə dedim ona dedilər ki, qoy getsin sabah gəlsin. O, bu işçiləri dəqiqliyi ilə bilir sadəcə o bankdan krediti olanda onlar onun 11-ci kreditdən olan borcunun qalığını düz hesablamayıblar. Onlara 2520 manat borcun əvvəzinə 5100 manata oğlunla müqavilə imzalayıblar. O, ödəniş edir artıq borc bağlanıb. Onun kompüterdə hesabı bağlanıb. Odur ki, vəsaiti Gəncə filialı göndərirlər Bakıya. O, bu gün 3 dəfə X1 vətəndaşları qəbul mərkəzində olmuşdur.Onlar onu, göndərib Ali Məhkəməyə Ali Məhkəmə onu göndərib Respublika Prokurorluğuna onlar onu qəbul edib və deyiblər ki, işi hazırla ver Prokurorluğa o, işi hazırlayıb vermisdir Respublika Prokuroluğuna onlar isi göndərib Gəncə şəhər prokuroluğuna. Prokurorluğa onu çağırıb məktub verib və işi məhkəməyə verməyi məsləhət görüblər. O, bu günlərdə işi verir məhkəməyə. O, bu yaxınlarda Baş Banka gedib, Müdiriyətdən bir nəfərlə görüşüb problemlər barədə danışmaq istəmişdir, onu nə müavinlər, nə şöbə müdürləri, hüquqşunas onu qəbul etmədi. Zəng vurub soruşanda, ona dedilər ki, ağsaqqal incimə cənab Habil səninlə görüşməyə qoymur. Ona görədə onun məktubunun cavabına, yalançı məktuba X18 imza atdırıb, Respublikanın 4-5 Nazirliyinə yalançı məktubu göndərir. Guya 3 ədəd müqavilənin heç biri mövcud deyil 10-il Bankla ünsiyətdə olan insanları tanımır. Onu da deyir ki, bu insanın onun vəsaitlərinin mənsimsənməsindən xəbəri var. Sübüt üçün Bankın ona verdiyi kreditdən çıxarış sənədlərinin bir neçəsini və ödəniş qəbizlərinin bir neçəsini bizə göndərir onlara diqqətlə baxın hər şeyi aydın olar. Diqqətlə qulaq asın Bank onlardan hərracın ev satılanda olan 4796-manat olan xərçlərin onun hesabından xx-xx-2022-ci ildə 4796 manat ödüyüb hərraca. Hərrac Məhkəmənin qərarından sonra xx-xx-2022-ci ildə geri qaytarıb. Bank o vəsaiti onlara qaytarmır. Bankın onlara verdiyi kredit ödənişindən cıxarış sənədlərində (çıxarışları bizə göndərir) hər sey aydın görünür. Bankın verdiyi bir nömrəli ödəniş çıxarışına baxılsın 4796 manat 2 dəfə mədaxil olub bir dəfə məxaric yəni 4796 manat çıxax bankın onlara verdiyi 2378 manat bərabərdi 2418 manat vəsaiti bank onlara qaytarıb. Çıxarışlardan görünür ki, onun hesabından həracca ödənən vəsaiti də, onun nəğd ödədiyi 4796 manat da öz əksini tapir. Çıxarışda ödənişdən sonra olan qalığa baxın. Qalıq bir dəfə ödənilib ama qalıq yoxdur. Şüpəli yerləri qırmızı rəngli qələmlə dairəyə almışdır. Azər-TÜRK Bankın Gəncə filialının onlara olan borcu: 1) 6180 manat-Faizin üstə faiz gələn məbləğ 2) 1000 manatMəhkəmənin qərarından sonra xx-xx-2015 ildə 400 Azn; xx.xx.2015-ci ildə 400 Azn; xx.xx.2016-ci ildə 200 Azn vatdı keçmiş kredit kimi faiz borcu tutulub. 3) 2580 man 3 cü kredit zamanı artıq hesablanan məbləğ 4) 4796 manat onların hesabdan keçən məbləğ 5) Bank onlardan 4796 manat hərracın ev satılanda olan xərcini alıb onlara məhkəmənin qərarından sonra 2378 manat qaytarıb ama qaytarmalıdı, hərracın alqı-satqı protokolunda göstərdiyi 75000 manat x 5%=3750 manat. İndi 3750 manat-2378 manat=1372 manat əksik qaytarıb. Gəncə İcra İdarəsinin ona olan borcu 2418 manatdır. Beləliklə, Bakın onlara ümumi borcu 6180 manat + 1000 manat + 2580 manat + 1372 manat + 4796 manat = 15928 manat. İcranın ev satılanda olan xərci 2418 manat olub. Məhkəmənin hərracın alqı satqı protokolunun etbarsız olmağı ilə əlaqədar İcranın borcu onlara 2418 manatdır ama qaytarmır. Onlar bu vəsaiti onlara qaytarmaq istəmir olan borcu bu gün 600000$ cənab keçmiş Baş Nazir Surət Hüseynova satmadığı evi 48000 manata satılıb ev sahibinə 8000 manat təklif olunur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə 13422 saylı dövlət tərəfindən qeydiyyata alınmış "xxxx" X4 01 fevral 2007-ci il tarixdə 01 № li ümumi iclas qərarı ilə müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Həmin MMC-nin icraçı direktoru İddiaçı təyin edilmişdir. Həmin MMC-nin təsisçiləri o və iki qardaşı X17, X13 olmuşdur. Təsisçilərdən biri olan qardaşı Qalib Hüseynov vəfat etdiyi üçün onun payı digər qardaşlara yəni ona və X7 notarial qaydada adına keçmişdir. X13 öz təsisçi payını onun oğlu X10 notarial qaydada bağışlamışdır. Beləliklə paylar 50% ona 50% oğluna müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixdə Cavabdeh2ın Gəncə filialı ilə oğlu X14 arasında kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən oğlu 30 000 manat götürüb, lakin bankın direktoru oğluna 30 000 ABŞ dollarına imza etdirmiş, daha sonra xx.xx.2013-cü ildə 20000 manat və xx.xx.2019-cu il tarixdə 2500 manat götürüb, oğluna 5100 manata müqavilə imzalatmışlar. Onun yaşı çox olduğu üçün bank müqavilləri oğluna imzalatmışdır. Onların bankla 25 dəfə məhkəməsi olmuşdur. Bank onları 27 may 2014-cü il tarixdə məhkəməyə verib, məhkəmə isə onlara qarşı qanunsuz qərar çıxarmışdır. Belə ki, götürdükləri pulun üstünə 3635 ABŞ dolları faiz gəlmiş, 2015-ci ildə ev yenidən qiymətləndirilmiş, xəbərləri olmadan qonşunun hasarından gecə saatlarında 50-60 metr məsafədən evin şəkli çəkilmişdir. Baş Nazir Sürət Hüseynova 600000 ABŞ dollarına satmadığı evi 75000 manat 1 il qüvvədə olan sənədlə qiymətləndirib və işi İcra idarəsinə vermişlər. İcra idarəsi hərraca vermişdir. Hərrac da evi 3 il saxlayıb 2018-ci ildə qanunsuz hərrac keçirmiş ev guya 75000 manata satılmayıb, evin qiymətini salıb 48800 manata 1 il qüvvədə olan qiymətləndirmə sənədi ilə 7 ildən sonra 48800 manata satmışdır. Bankın 2021-ci il sənədində evin satış qiyməti 63750 manat olduğu halda, bildirilər ki, guya ev 48800 manata satılmış, bunun 40000 manatını bank götürmüş 17000 manat əvəzinə 8800 manatını isə göndərmişlər ev sahibinə və evi 1 ay içində boşaltmaları barədə xəbərdarlıq etmişlər. Əks təqdirdə evdən məcburi çıxarılacaqlarını demişlər. Bank evi alıb, evə çıxarış çıxarmışdır. Belə olan halda o hərraca qarşı məhkəmədə iddia qaldırmış, məhkəmə xx.xx.2022-ci il tarixdə hərracın alqı-satqı müqaviləsinin etibarsız olması barədə qərar çıxarmışdır. O, bankın borcunu tam ödəmişdir. Bu gün bankın ona olan borcunu tələb edir. O əvvəldə də qeyd etdiyi kimi müəssisənin ilkin təsisçisi və daimi müdiri olmuşdur. Oğlu xəstəliklə əlaqədar bugünədək heç yerdə işləməyib. Bankın 90000 ABŞ dollar borcunu arvadı və o təqaüdləri ilə ödəmişlər. Bankın tələblərindən təngə gəlib 100000 manatlıq obyekti 40000 manata satıb banka ödəniş etmişdir. O, bu barədə müxtəlif orqanlara müraciət etmişdir. Belə ki, Ali Məhkəməyə müraciət etdikdə ona Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməli olduğunu demişlər. O, Baş Prokurorluqda olduqda dedilər sənədlərini hazırla ver o da sənədi hazırlayıb vermiş, həmin sənədləri Gəncə şəhər prokurorluğuna göndərmişlər. Orada da sənədlərini Gəncə Şəhər Məhkəməsinə verməli olduğunu dedilər. Gəncə Şəhər Məhkəməsi işinə düzgün baxmadığı üçün sənədləri geri alıb Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsi sənədlərində səhvlik olduğunu deyib, düzəliş etməyi təklif etdilər. O, sənədləri düzəldib yenidən məhkəməyə elektron qaydada müraciət etmişdir. Nəhayət xx.xx.2024-cü il tarixə məhkəmənin günü müəyyən olunmuşdur. Orada hakimə və katibə etirazının olubolmaması soruşuldu, o da işə düzgün baxacaqlarsa etirazının olmadığını bildirdi.. Qətnamə elan olunan gün katib ona qəbzə imza çəkdirmək istədi, lakin o imza çəkmədi. Daha sonra bu barədə məhkəmənin baş məsləhətçisinə və sədrinə etirazımı bildirmişdir. Qətnaməyə onun iddia ərizəsində olanları köçürüblər. Daha sonra 2014-cü il məhkəməsində olan qanunsuzluqları köçürmüşlər. Məsələn 2014-cü il məhkəməsində hakim cənab Ayaz Mahmudov bankın xahişi ilə 18100 ABŞ dolları faizlə birlikdə qalan borca 3635 ABŞ dollar faizin üstünə faiz gəlib, guya bankın tələbi düzdür. Məhkəmə qətnaməsində bankın ondan mənimsədiyi pullar barədə bir kəlmə də qeydiyyat aparmayıb. Bundan sonra məhkəmə 21735 ABŞ dollar və 23769 manat banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edib. O bu vəsaiti ödəyir. Bank vəsaiti vaxtı keçmiş kredit borcuna çıxır. 2014-cü ilin məhkəmə qətnaməsinin ikinci səhifənin axırında ikinci abzasda hakim onu cavabdeh olaraq qeyd etmiş, lakin o öz hüququnu tələb edib. Nəyə görə əgər onun hüququ yoxdursa 8 ayda 5 dəfə məhkəmə işinə baxılmışdır. Axrıncı iki işə baxanda xx.xx.2024-cü il məhkəmə qərardad və xx.xx.2024-cü il tarixdə ümumilikdə 5-ci dəfə 4 aydan sonra qətnamə imzalamışdır. Nəyə görə bu müddətdə möhtərəm hakim bir dəfə olsun qeyd etməyib ki, iddia verməyə hüququ yoxdur. Bankı bir işçisi X16, bu adam məhkəmə ilə iş Departamentinin əməkdaşıdır. Məhkəməyə göstəriş verən deyil. Nə bankın müdiri, nə müavini, nə şöbə, nə hüquqşünas deyil. Məhkəməyə elektron poçtla bir məktub göndərib. Hakim onun xahişi əsasında İddiaçı məhkəmədə iddia qaldırmağa hüququ yoxdur və iddianı rədd etmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014 cü il tarixli hesabatından görünür ki, "xxxx" MMC-nin tarixə iddiaçıya ödənilməmiş 18.100 (on səkkiz min yüz) ABŞ dolları əsas borcu, 3635.28 (üç min altı yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 21735.28 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli hesabatından görünür ki, X8 həmin tarixə banka ödənilməmiş 20.000 manat əsas borcu, 3769.97 manat faiz borcu, cəmi 23769.97 manat borcu vardır. İş materiallarında olan 06 mart 2012-ci il tarixli 01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC-nin direktoru X14 arasında 24 ay müddətinə 38100 (otuz səkkiz min yüz) ABŞ dolları məbləğinə kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 30 aprel 2013-cü il tarixli 449 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X14 arasında 24 ay müddətinə 20000 manat məbləğə dair kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, X14 həmin tarixli kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilənədək zamin durmuş və borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 mart 2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X14 arasında bağlanılmış 06 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evi İpoteka (girov) ilə yüklü edilmişdir. İş materiallarında olan 30 aprel 2013-cü il tarixli 449 saylı sonrakı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X14 arasında 30 aprel 2013-cü il tarixli 449 saylı kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evinə dair sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrin RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 54 saylı reyestr kitabının 34 saylı vərəqində qeydiyyata alınmış və həmin ev Cavabdeh2 ASC-nin Gəncə filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A saylı fərdi yaşayış evinin sahibi X11r və sahibi olduğu ev xx.xx.2013cü ildən xx.xx.2015-ci ilədək Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli 2(044)-975/2014 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X5 Cavabdeh2 ASC-nin xeyrinə 18.100 (on səkkiz min yüz) ABŞ dolları əsas borc, 3635.28 (üç min altı yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, ümumilikdə isə 21 735.28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc, qətnamə icra edilən günə manata məzənnəsi üzrə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydiyyatı üzrə 32 manat, həmçinin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3769.97 manat faiz borcu, ümumilikdə 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32 (otuz iki) manat tutulması, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X10 məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 5-ci dalan ev 9A-a yönəldilsin, həmin ev açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21 735,28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 32 manat qeydiyyatla bağlı ödəniş, həmçinin 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32(otuz iki) manat məbləğində pulun ödənilməsi təmin edilsin, qalan vəsait isə X10 qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra X14, İddiaçı, X3 və X6 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(044)-433/2022 nömrəli qətnaməsindən görünür ki, iddanın qismən təmin edilməsi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 77/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında işdəki sənədlər və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının oğlu X14 “Azər-Türk” Bankının Gəncə filialından sahibkarlıq məqsədi ilə kredit vəsaiti götürmüş, kreditin qaytarılmasının təminatı kimi mülkiyyətçisi olduğu evi ipotek qoymuş, bank üzərinə düşən öhdəliyi yerinə yetirib razılaşdırılmış məbləğdə krediti iddiaçının oğlu X10 vermiş olsa da, sonuncu müqavilə şərtini pozaraq kredit öhdəliyini lazımı qaydada icra etməmişdir. Ona görə də bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə kredit borcunun X5 bankın xeyrinə alınması, tələbin ipoteka ilə yüklü edilmiş X10 məxsus evə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti hərraca çıxarılaraq satılmışdır. İş üzrə iddiaçı kreditin ona məxsus müəssisə üçün götürüldüyünü bildirsə də. həmin xüsusat iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi kredit və ipoteka müqavilələri iş üzrə tərəflər arasında yox, Cavabdeh2 ASC ilə iddiaçının oğlu X14 arasında bağlanılmış, iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud olmamışdır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçı cavabdeh Bankdan artıq ödədiyi pulu tələb edir. Halbuki iş materiallarından məlum olur ki, o cavabdeh Bankla heç bir müqavilə bağlamamış və tərəflər arasında hər hansı bir müqavilə münasibətləri yaranmamışdır. İddiaçı oğlu X14 ilə Bank arasında bağlanmış müqavilələr əsasında artıq ödənilmiş pulu tələb edir. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-yə qarşı hazırkı iddianı qaldırmaq üçün İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, İddiaçı Cavabdeh2 ASC-yə qarşı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı da iddianı qaldırmaq üçün hər hansı subyektiv hüququ yoxdur. İddiaçı öz iddia ərizəsində Cavabdeh1 hansı hərəkəti nəticəsində hüquqlarının pozulması ilə bağlı heç bir əsas göstərməmişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, Cavabdeh1 tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında müqavilə olmamış, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan iddia ilə mübahisə ilə məhkəməyə müraciət etsə də, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, o bundan əvvəl bir neçə məhkəmə prosesində iştirak etmişdir və o, həmin işlərdə cavabdeh kimi tanınmışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının oğluna məxsus evdə yaşayış sahəsindən istifadə hüququ olmuş, tələb ipoteka predmetinə yönəldiləndə digər ailə üzvləri kimi o, da işə cavabdeh qismində cəlb olunmuşdur. Onun həmin işdə cavabdeh qismində iştirak etməsi hazırda banka qarşı bu kimi iddia ərizəsi ilə müraciət etmək hüququnu istisna edir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırdığına görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-22/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-188/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-188/2024
11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver