Məhkəmə qərarları › İş №2-2(104)-189/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-189/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-189/2025 02.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızı) qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ağazadə Rahim İbrahim oğlunun cavabdehlər Cavabdehnə və İddiaçı qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Naitq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı “pul” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdehnə (bundan sonra – cavabdeh və ya MMC) və iddiaçıya qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-503/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 saylı müqavilədən görünür ki, borc verən 450000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilədən görünür ki, borc verən 350000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür.

3. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-03 saylı müqavilədən görünür ki, borc verən 300000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür.

4. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-04 saylı müqavilədən görünür ki, borc verən 230000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür.

5. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-05 saylı müqavilədən görünür ki, borc verən 300000 manat məbləğində pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi müəssisənin Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətini həyata keçirmək üçün borc verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddət ərzində geri qaytarmağı öhdəsinə götürür.

6. xx.xx.2023-cü il tarixli "xxxx"-dan görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 saylı müqaviləyə əsasən təsisçi iddiaçı tərəfindən MMC-yə 450000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir.

7. xx.xx.2023-cü il tarixli "xxxx"-dan görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilyə əsasən təsisçi iddiaçı tərəfindən MMC-yə 350000 manat pulun nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən MMCnin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir.

8. xx.xx.2023-cü il tarixli "xxxx"-dan görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-03 saylı müqaviləsinə əsasən təsisçi iddiaçı tərəfindən MMC-yə 350000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir.

9. xx.xx.2023-cü il tarixli "xxxx"-dan görünür ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-05 saylı müqaviləyə əsasən təsisçi iddiaçı tərəfindən MMC-yə 300000 manat pul nağd şəklində borc müqaviləsində göstərilən şərtlərə əsasən MMC-nin direktoru X2 təqdim edilmiş, X4 tərəfindən akta imza atılmaqla qəbul edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli və Seriya MH ******* nömrəli çıxarışlardan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi və 30.4 kv.m qeyri-yaşayış sahəsi, Bərdə rayonu, Güloğlular kəndində 12.8259 ha torpaq sahəsində yerləşən 35800.5 kv.m ümumi, 34907.8 kv.m əsas, 892.7 kv.m köməkçi sahəsən ibarət əmlak kompleksi (ticarət binası) MMC-nin mülkiyyətindədir.

11. 23.09.2023-cü il tarixli MMC-nin təsisçilərinin qərarından görünür ki, Cəmiyyətin təsisçiləri iddiaçı, X6, X9 müəyyən edilmişdir. Nizamnamə kapitalında təsisçi iddiaçı 34000 ədəd, 67,9986% pul şəklində, X6 150010,00 manat, 15001 ədəd 30,0014% əmlak və pul şəklində, təsisçi X9 10000,00 manat, 1000 ədəd, 1,9999% pul şəklində paya malikdirlər.

12. MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, nizamnamə kapitalında təsisçi X7 - 340000,00 manat, 34 000 ədəd, 67,9986 % pul şəklində, X6 - 150010,00 manat, 15001 ədəd, 30,0014% əmlak və pul şəklində, təsisçi X9 - 10000,00 manat, 1000 ədəd, 1,9999% pul şəklində paya malikdirlər.

13. 28.12.2023-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, ekpertiza qarşısında Bərdə rayonu, Güloğlular kəndində MMC-nin mülkiyyətində olan torpaq sahəsində alqı-satqı mağazalarına yanğın nəticəsində dəymiş ziyanın dəyəri hal-hazırki, bazar qiymətlərinə uyğun olaraq manatla nə qədər təşkil etməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində MMC-nin mülkiyyətində olan ticarət binasında yerləşən mağazalar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində MMC-yə ticarət məqsədli ilə alqısatqı mağazalar üçün ayrılmış torpaq sahəsində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün istifadə olunacaq inşaat materiallarının və əmək haqqının dəyərlərinə təqribən 215.379,31 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

14. 28.12.2023-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Alpoud kəndində cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işlərinə nə qədər vəsaitin xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Alpoud kəndində MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işlərinə, tikintidə istifadə olunan materialları və avadanlıqları üzrə aparılmış, Bərdə rayonu, Alpoud kəndində MMC-nin mülkiyyətində olan torpaq sahəsində faktiki aparılmış tikinti işlərinə, tikintidə istifadə olunan materiallar və avadanlıqlara təqribən 174352,3 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

15. 30.08.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində MMC-nin mülkiyyətində olan əmlak kompleksində aparılmış əlavə tikinti işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq manatla nə qədər təşkil etməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində MMC-nin mülkiyyətində olan ticarət binasında yerləşən mağazalar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində MMC-nin əmlak kompleksində aparılmış işlərə istifadə olunmuş inşaat materiallarının və əmək haqqının dəyərinə təqribən 470650,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

16. 30.08.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Alpoud kəndində cavabdehin MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış əlavə tikinti işlərinə, materiallarına və avadanlıqlara nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Alpoud kəndində MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış əlavə tikinti işləri, materialları və avadanlıqlar üzrə aparılmış, Bərdə rayonu, Alpoud kəndində MMC-nin mülkiyyətində olan torpaq sahəsində faktiki aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlarına təqribən 451150,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

17. 30.08.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində cavabdeh MMC-nin mülkiyyətində olan Avtovağzal kompleksində aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlarına nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində cavabdehin MMC-nin mülkiyyətində olan torpaq sahəsində aparılmış tikinti işləri, tikintidə istifadə olunmuş materiallar və avadanlıqlar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində cavabdehin MMC-nin mülkiyyətində olan Avtovağzal binasında faktiki aparılmış tikinti işlərinə, materiallarına və avadanlıqlara təqribən 233400,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

18. 30.08.2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında aparılmış tikinti işlərinə və materiallarına nə qədər vəsait xərclənməsi sualı qoyulmuş, tədqiqat Bərdə rayonu, Güloğlular kəndində cavabdeh MMCnin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında aparılmış tikinti işləri, tikintidə istifadə olunmuş materiallar üzrə aparılmış, Bərdə rayonu, Güloğlular kəndində cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti bazarında faktiki aparılmış tikinti işlərinə, materiallarına təqribən 45700,0 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir.

19. "xxxx" MMC-nin əşyaların dəyərləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, 11 saylı Ərazi Vergilər İdarəsinin sifarişi ilə cavabdeh MMC-yə məxsus olan əmlakların bazar dəyərini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılmış, əmlak kompleksinin ******* manat olması müəyyən edilmişdir.

20. Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış əmlakın etibarlı idarəetməyə verilməsi haqqında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, idarəetməyə verən cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı, gələcəkdə obyekt adlandırılacaq, içərisindəki inventarlarla birlikdə avtovağzalın binasında yerləşən mağazalar da daxil olmaqla və həmin ünvandaki ticarət məqsədi ilə inşa edilmiş digər obyektlərin, onun özgəninkiləşdirilməsindən başqa hissəhissə və ya bütövlükdə icarəyə vermək də daxil olmaqla obyekt üzərində sərəncam verməklə etibarlı idarə edilməsi hüququnu müddətsiz olaraq 100,0% payla təsisçi olduğu idarəetməyə götürən "xxxx" MMC-yə verir. Obyektin etibarlı idarəetməyə götürülməsi müqabilində heç bir haqq nəzərdə tutulmur

21. Xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi üzrə 450000 manat, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsinə əsasən 350000 manat, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsinə əsasən 300000 manat, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsinə əsasən 230000 manat, xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinə əsasən 300000 manat olmaqla, cəmi ******* manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 1605 manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh MMC-nin təsisçisi olaraq 67.9986% təsis payına sahibdir. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 və Bərdə rayonu Alpoud kəndi ərazisində fəliyyət göstərir. Cavabdeh MMC-nin mülkiyyətində Bərdə rayonu, Güloğlular kəndində 12,8259 ha torpaq sahəsində 35800.5 kv ümumi, 34907.8 kv əsas və 892.7 kv köməkçi sahədən ibarət əmlak kompleksi (ticarət binası) tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsusdur. Həmin obyekt Bərdə mərkəzi bazar kimi fəliyyət göstərir. Həmçinin Bərdə rayonu Alpoud kəndi ərazisində 20.918 ha sahibkarlıq təyinatlı torpaq sahəsi olmaqla mal bazarı kimi fəliyyət göstərir. 2023-cü ilin əvvəlində Cavabdeh MMC-nin ərazisinə baxış keçirən zaman Cavabdeh MMC-nin mülkiyyətində olan Bərdə rayonu, Güloğlular kəndində yerləşən Bərdə mərkəzi bazarda mövcud olan tikililərin və ərazinin, həmçinin tikinti bazarındakı tikililərin və Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarı tikililərinin və ərazinin tikililərinin yenilənməsi və təmirə ehtiyacı olduğunu görmüşdür. Mövcud olan tikililərin və ərazinin vəziyyəti Cavabdeh MMC-nin gəlir əldə edilməsinə mənfi təsir etmişdir. Cavabdeh MMC-nin fəliyyətinin və gəlirinin artırmaq məqsədi ilə öz şəxsi vəsaiti hesabına ilk olaraq xx.xx.2023-cü il tarixdə 450000 manat məbləğində pulu Cavabdeh MMC-yə təqdim etmişdir. Buna görə həmin tarixdə Cavabdeh MMC ilə aralarında xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi bağlanmışdır. Pul məbləği təqdim edilən zaman akt tərtib olunmuş, akt tərtibində Cavabdeh MMC-nin direktoru X4, Cavabdeh MMC-nin nəznində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X12 və "xxxx" MMC-nin mühasibi X8 iştirak etmişlər. Həmin məbləğ Cavabdeh MMC-nin ərazində olan tikililərin yenilənməsi və təmiri işlərində istifadə olunmağa başlanılmışdır. Bundan sonra təmir işləri ilə bağlı əlavə vəsait cəlb olunması zərurəti yarandığından xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsinə əsasən 350000 manat əlavə vəsaiti öz şəxsi pulundan Cavabdeh MMC-yə akt ilə təqdim etmişdir. Bundan sonra təmir işləri ilə bağlı əlavə vəsaitlər tələb olunduğundan xx.xx.2023cü il tarixli TB-03 nömrəli borc müqaviləsinə əsasən 300000 manat, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsinə əsasən 230000 manat, xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinə əsasən 300000 manat olmaqla, cəmi ******* manat pulu öz şəxsi vəsaiti hesabına cavabdeh "xxxx" MMC-yə təqdim etmişdir. Borc müqavilələrinə əsasən borcun sonuncu ödəmə tarixi xx.xx.2024-cü il tarix kimi göstərilmişdir. Ancaq həmin məbləğ göstərilən tarixdə Cavabdeh MMC-yə tərəfindən ödənməmiş qalmışdır. Bundan sonra o Cavabdeh MMC-yə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, Cavabdeh MMC tərəfindən ona olan borc bu günə kimi ödənməmiş qalmışdır. Bundan sonra o pretenziya qaydasında cavabdehə müraciət etmiş və borcun ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən həm elektron qaydada, həm də poçt vasitəsi ilə pretenziya alınsa da bu günə kimi borcun ödənilməsi barədə heç bir hərəkət olmamışdır. Ona görə də, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

24. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh və iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı X6 Cavabdeh MMC-yə Cavabdeh MMC-nin 2019-2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, Cavabdeh MMC-nin 2019-2023-cü illər üzrə divendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, Cavabdeh MMC-nin 2019-2023-cü illər üçün illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi və Cavabdeh MMC-yə cəmiyyətin iştrakçısı olan 30,0014 faiz paya sahib X3 cəmiyyətdən payının dəyərinin ödəməklə ayrılması vəzifəsinin qoyulması və cavabdehlər İddiaçı və X10 tərəfindən ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması vəfizəsinin qoyulması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə Cavabdeh MMC-dən payın ayrılması zamanı aktiv və passivlərinin də bölgüsü nəzərə alınır. Ona məxsus payı suni şəkildə azaltmaq üçün görüntü xarakterli borc müqavilələri tərtib edilmişdir. Faktiki olaraq Cavabdeh MMC-ni cavabdeh İddiaçı idarə edir və Cavabdeh MMC ilə əqdlər bağlayaraq müəssisəni borclandırır. Reallıqda o borcların bank vasitəsilə verilməsi və ya köçürülməsi barədə məhkəməyə sənəd təqdim olunmayıbdır və bu da onu sübut edir ki, bu etibarsız əqdlərdir.

26. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, təxminən 2022-ci ildə yanğın hadisəsi baş vermiş, yanğından dərhal sonra deyil, bir müddət sonra təmir işləri görülmüşdür. Mal bazarının torpaq sahəsinin ərazisi mişar daşı ilə tikilmiş hasara alınmışdır. Həmin sahədə inzibati binalar, kafelər, heyvanlar üçün saxlama yerləri və s. tikililər vardır. Müqavilədən sonra təmir işləri görülmüş, əlavə tikililər tikilmişdir. Həmin işlərin görülməsi borc müqaviləsinin bağlanması vaxtı ilə üst-üstə düşür. Mərkəzi bazarda isə ticarət obyektləri, mağazalar, hotel, bazarın inzibati binası və s tikililər vardır. Mərkəzi bazarın ərazisi çoxdur, bir çox növdə satış obyektləri mövcuddur. Pul cavabdehə əlbəəl verilmişdir. Cavabdeh bəhanə edir ki, bazarın xərcləri çox olduğundan həmin pulun qaytarılması mümkün olmur. İddiaçının MMC ilə müqavilə bağladığı zaman ümumi yığıncağın keçirilib-keçirilmədiyini bilməsə də iddiaçının MMC ilə müqavilə bağladığı zaman hüquqi şəxsə aidiyyəti şəxs olduğuna dair məlumatı vardır. Pulun hər hansı şəkildə verilməsindən asılı olmayaraq iddiaçı ******* manat pulu təmir-tikinti işlərinin görülməsi üçün yatırım etmiş, bununla bağlı borc müqavilələrini məhkəməyə təqdim etmişlər. Müvafiq internet proqramından da görünür ki, həmin işlər orada görülmüşdür. Təqdim etdikləri rəylər görülən işlərlə bağlıdır. Pulun hər hansı formada verilməsindən asılı omayaraq iddiaçı həmin pulu vermişdir və ona qaytarımalıdır. Öz iddia tələbilərinin təmin edilməsi, üçüncü şəxs X3 iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, MMC ilə iddiaçı arasında müqavilə bağlanılmış, direktor tərəfindən pullar götürülərək bazarın tikintisinə sərf olunmuşdur, lakin hazırda şirkətin həmin pulu ödəməyə maddi imkanı yoxdur. Belə ki, əvvəl müəssisə tam həcmdə X5 məxsus olmuşdur, iddiaçı sonradan 70 faiz pay almışdır. Bundan sonra onlar iclas keçirmiş və işlərin görülməsini müzakirə etmişlər. Müqavilələr bağlanan zaman 2023-cü ildə müəssisə daxili tikinti işlərin aparılmasına dair ümumi yığıncaq keçirilmişdir. Borc pulun alınması və sərf edilməsi barədə təsisçilərin yığıncağı olmuş, qərar qəbul edilmişdir. Lakin, X6 onunla razılaşmamışdır. Belə ki, 2023-cü ildə keçirilən iclasın protokoluna onun tərəfindən imza çəkilməmişdir. Həmin ümumi yığıncağın qərarı mövcuddur. Müqavilə bağladığı zaman müstəqil audit cəlb edilməmişdir. Sırf müqavilələrin bağlanması məqsədi ilə ümumi yığıncaq keçirilməmişdir. Cavabdeh MMC "xxxx" MMC-ni yaratmışdır. Cavabdeh MMC 2010-cu ildən etibarlı idarəetmə ilə öz səlahiyyətlərini "xxxx" MMC-yə vermişdir. İdarəetmə heç bir mənfəət götürmək məqsədi daşımadan digər hüquqi şəxsə verilmişdir, bu hal da vergidə qeydiyyata alınmışdır. Halhazırda Cavabdeh MMC-nin mülkiyyətində olan ticarət obyekti "xxxx" MMC-nin idarəsindədir. İdarəetməyə verilən MMC-nin idarəetməsi, mühasibatlığı fərqlidir. Başqa hüquqi şəxsin idarəetməsi zamanı mənfəət götürülməsə də, əmlakın bazar dəyəri artırılmışdır. Cavabdeh MMC-nin hesabı olmamışdır, müəssisənin indiyədək necə fəaliyyət göstərməsi ona da məlum deyil, ancaq məlumdur ki, onun hesabı olmamışdır. Bu qayda Rahim Ağazadənin vaxtından belə davam etmişdir. Əmlakı ancaq 2 ədəd bazardan ibarətdir. Cavabdeh MMC-nin direktordan başqa işçisi yoxdur. Yeni ümumi yığıncaq keçirilmiş, Rahim Ağazadə ümumi yığıncağın iclaslarına gəlməmişdir. Müqavilədə nəzərdə tutulan pullar nağd şəkildə Cavabdeh MMC-yə mədaxil edilmişdir. Pulun verilməsi ilə bağlı akt tərtib edilmişdir. Başqa heç bir sənədləşmə aparılmamışdır, sadəcə olaraq şahidlər vardır. Təqdim edilən borc müqavilələri onların tərəflərindən imzalanmışdır, eləcə də aktlar pulun qəbul edilməsini təsdiq edir. İddiada qeyd edilən işlər həqiqətən görülmüşdür. Həmçinin əmlakların əvvəlki və indiki vəziyyətinə dair texniki pasportu vardır, həmin sənəddə tikililərin dəyişildiyi, əlavə binaların tikildiyi görsənir. Cavabdeh MMC tərəfindən iddiaçıdan pul alınaraq bazara xərclənmişdir. Verilən pulun xərclənməsi ilə bağlı əllərində müvafiq sənədlər vardır. Tikintinin aparılmasından Rahim Ağazadənin məlumatı olmuşdur. Nələrin tikildiyinə və təmir edildiyinə şahid olmuşdur. Üçüncü şəxsin iddiasının rədd edilməsini xahiş etmişdir.

28. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi izahatında göstərmişdir ki, qanunvericiliyə əsasən müqavilələr mübahisə predmetidirsə məhkəmə ozü onun etibarlılığına qiymət verəcəkdir. Mülki Məcəlləyə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə nizamnamə kapitalının 5 faizindən çox dəyərə malik müqavilə bağlayan zaman müstəqil audit cəlb edilməli, ümumi yığıncaqda isə aidiyyəti şəxs iştirak etməməlidir, lakin bunların heç biri tətbiq edilməmişdir. O cümlədən, verilən pulu təsdiq edən maliyyə sənədi, hesabat blankı, bank köçürmələri, kassa mədaxil orderi yoxdur. Qeyd edilənlərə əsasən bu müqavilələrin mövcudluğu böyük sual altındadır. Ona görə bu müqavilələr etibarsız sayılmalıdır. O cümlədən hazırkı iddia Bakıda iddia qaldırandan sonra qaldırılmışdır. Onlar 2024-cü ildə məhkəmədə maliyyə hesabatlarını, audit yoxlamasının keçirilməsini və paylarının ayrılmasını istəmişlər. Lakin maliyyə hesabatları hələ də təqdim edilməmişdir. Qarşı tərəfin məqsədi müəssisəni borclandırmaq və onların müəssisədən ayrılarkən paylarının azalmasıdır. Müəssisədə yaxşılaşdırmalar aparılmasına dair onun şəxsi məlumatı yoxdur. Çünki, İddiaçılə qardaşı arasında münasibət olmadığına görə əmlakdan xəbərləri yoxdur. Əgər yaxşılaşdırma varsa qarşı tərəf maliyyə sənədlərini göstərsin. 2019cu ildən bu yana dividenləri əldə edə bilmirlər, ona görə münasibətlər pisləşmişdir. O, məhkəmələrdə bilmişdir ki, əmlakın idarəsi "xxxx" MMC-nin idarəçiliyinə verilmişdir. Hər iki bazar fəaliyyət göstərir. Əldə edilən qazancla bağlı əməliyyatları onlar görə bilmirlər.

29. Həmçinin, bildirmişdir ki, pulun verilməsinə dair hər hansı sübut yoxdur, təqdim edilən aktlar tərəflərin öz aralarında tərtib etdikləri sənədlərdir. Tikintidən qabaq sübut edilməlidir ki, bu pul həqiqtətən Cavabdeh MMC-yə verilmişdirmi. İddiaçı qeyd edilən pulun Cavabdeh MMC tərəfindən əldə edilməsinə dair heç bir sübut təqdim etməmişdir, sadəcə olaraq şirkəti borclandırmaq məqsədi ilə bu iddia qaldırılmışdır. Həmçinin xahiş edir ki, Cavabdeh MMC barəsində xüsusi qərar qəbul edilsin ki, müəssisədən kənar maliyyə əməliyyatı aparılmışdır. O cümlədən Mülki Məcəllədə hüquqi şəxsə aidiyyəti olan şəxslərin dairəsi müəyyən edilmişdir, Tariyel Ağazadə 66 faiz payla aidiyyəti olan şəxs sayılır, aidiyyəti şəxsə müqavilə bağlanılan zaman isə auidt rəyi alınmalı, Tariyel Ağazadənin iştirakı olmadan ümumi yığıncağın qərarı qəbul edilməli idi. Təqdim edilən müqavilələr etibarsız müqavilələrdir. Ona görə də üçüncü şəxsin iddia tələbinin təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-503/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızına) qarşı pul tələbinə dair iddiası təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdehnə və İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023- cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

31. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X11 67,9986% pul şəklində, X6 30,0014% əmlak və pul şəklində, X9 1,9999% pul şəklində paya malik olmaqla Cavabdeh MMC-nin təsisçiləridir. X4 Cavabdeh MMC-nin icra orqanının rəhbəridir. Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi və 30.4 kv.m qeyri-yaşayış sahəsi, Bərdə rayonu, Güloğlular kəndində 12.8259 ha torpaq sahəsində yerləşən 35800.5 kv.m ümumi, 34907.8 kv.m əsas, 892.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (ticarət binası) Cavabdeh MMC-nin mülkiyyətindədir. Cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı əmlakını etibarlı idarə edilməsi hüququnu müddətsiz olaraq heç bir haqq nəzərdə tutulmadan təsisçisi olduğu "xxxx" MMC-yə vermişdir. Cavabdeh MMC-nin 67,9986% paya sahib təsisçisi X11 ilə icra orqanının rəhbəri X4 arasında 450000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-01 saylı müqavilə, 350000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-03 saylı müqavilə, 230000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-04 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-05 saylı müqavilə, həmçinin 450000 manat pulun, 350000 manat pulun, 350000 manat pulun, 300000 manat pulun nağd şəklində İddiaçı tərəfindən Cavabdeh MMC-nin icra orqanının rəhbəri olan X2 təhvil verilməsi ilə bağlı akt tərtib edilmişdir. Bundan başqa Cavabdeh MMC-nin mülkiyyətində olan əmlaklarda təmir-tikinti işləri aparılmış, əmlakların yaxşılaşdırılmasına yönəlmiş işlər görülmüşdür. Bundan başqa iddiaçı X3 iddiası üzrə Bakı Kommersiya Məhkəməsində Cavabdeh MMC-nin 2019-2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, divendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi, X3 cəmiyyətdən payının dəyərinin ödəməklə ayrılması vəzifəsinin qoyulması, ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması ilə bağlı tələbi üzrə kommersiya mübahisəsinə baxılır.

32. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağladığı 5 ədəd 450000 manat, 350000 manat, 300000 manat, 230000 manat, 300000 manat pulun borc verilməsi ilə bağlı borc müqaviləsini, habelə 4 ədəd 450000 manat, 350000 manat, 350000 manat, 300000 manat pulun nağd şəklində təhvil verilməsi ilə bağlı aktı təqdim edərək cavabdehə ümumlikdə ******* manat məbləğində pul verdiyini qeyd etmiş, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də, qeyd edilən məbləğin cavabdeh hüquqi şəxsin hesabına köçürülməsi və ya başqa qaydada nağdsız mədaxil edilməsi öz təsdiqini tapmır. Halbuki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalardır.

33. Həmçinin, məhkəmə bildirmişdir ki, hazırkı borc müqavilələri üzrə borc alan vergi ödəyicisi kimi müvafiq məbləği borc verəndən nağdsız qaydada almalı olduğu halda, “Tufan66" MMC-nin direktoru ******* manat məbləğində pulu şəxsən qəbul etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi alınmış pul vəsaitlərinin "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların təmir-tikinti işlərinə sərf edilməsi üçün qəbul etdiyini qeyd etsə də, məhkəmənin təklifinə rəğmən, müvafiq məbləğin hüquqi şəxsin hesabına köçürüldüyü və ya digər qaydada nağdsız mədaxil edildiyinə və bundan sonra əmlakların yaxşılaşdırmasına ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir.

34. Birinci instansiya məhkəməsi iş materialları, tərəflərin və üçüncü şəxsin izahatları ilə müəyyən etmişdir ki, təsisçilərdən bir olan və hüquqi şəxsdə 30,0014% əmlak və pul şəklində paya sahib olan X6 payçısı olduğu hüquqi şəxsdən payının dəyərinin ödəməklə ayrılması və digər tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra hüquqi şəxsdə 67,9986% pul şəklində paya malik olan digər təsisçi İddiaçı hüquqi şəxsə borc vermək görüntüsü yaratmaqla hüquqi şəxsin aktivlərinin azalmasına nail olmaq yönündə hərəkətlər etmiş, qeyd edilən borc müqavilələri, borcun nağd qaydada təhvil verilməsi ilə bağlı aktlar tərtib edilmişdir. Ona görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli TB-01 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-02 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-03 nömrəli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli TB-04 nömrəli borc müqaviləsi və xx.xx.2023-cü il tarixli TB-05 nömrəli borc müqaviləsi etibarsız hesab edilməlidir.

35. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 337.5 və 340.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr” və “N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli” Plenumunun Qərarlarına, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 3.2, 3.3 və 3.5-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4, 14.2, 52.5, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

36. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-503/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməməsi və iddiaçının iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

37. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 3.2, 3.3 və 3.5-ci maddələrinə istinad edərək, borc müqavilələri üzrə borc alanın (hüquqi şəxsin) pulu nağdsız qaydada almalı olduğunu qeyd etmişdir. Lakin bu qanun inzibati-hüquqi xarakter daşıyır və əsasən vergi orqanları tərəfindən tətbiq olunur. Həmin qanunun pozulması müəyyən inzibati məsuliyyət yarada bilər, lakin bu, borc müqaviləsinin özünün mülki-hüquqi etibarlılığına birbaşa təsir etmir, yəni nağd şəkildə verilmiş borcun faktiki mövcudluğunu ləğv etmir. Bu qanun öhdəliklərin icrası qaydalarını yox, pul vəsaitlərinin dövriyyəsinin vergi məqsədləri üçün tənzimlənməsini nəzərdə tutur. Məhkəmənin bu qanuna əsaslanaraq müqavilələri etibarsız elan etməsi Mülki Məcəllənin müddəalarına ziddir. Bundan əlavə, qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz.” Birinci instansiya məhkəməsi bu konstitusion normanın mahiyyətinə zidd hərəkət etmişdir. Belə ki, məhkəmə iş üzrə qanuni yolla əldə edilmiş mötəbər sübutları – tərəflərin imzası ilə təsdiqlənmiş yazılı müqavilələri, təhvil-təslim aktlarını və ən əsası, cavabdehin etirafını nəzərə almamışdır. Bunun əvəzində, məhkəmə öz qətnaməsini faktiki olaraq sübut hesab edilə bilməyən, üçüncü şəxsin heç bir mötəbər sübutla təsdiqlənməyən fərziyyə və ehtimallarına əsaslandırmışdır. Qanunla təsdiqini tapmayan fərziyyələrə əsaslanaraq qərar qəbul etmək, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz sübutlardan istifadə etməyə bərabər tutulan bir haldır və Konstitusiyanın bu imperativ tələbinin kobud pozuntusudur. Müqavilə azadlığı: Tərəflər – mən və Cavabdeh MMC – azad iradə ifadəsi ilə borc müqavilələri bağlamışıq. Məhkəmə, bu müqavilələrin əsasını (borcun verilməsi və alınması niyyətini) deyil, ikinci dərəcəli bir məsələni (ödənişin formasını) əsas götürərək müqavilə azadlığı prinsipinə əsassız müdaxilə etmişdir. Mülkiyyətin toxunulmazlığı və pozulmuş hüquqların bərpası: Onun mülkiyyəti olan 1,630,000 manat vəsaitin ona qaytarılması hüququnun bərpasından imtina etməklə məhkəmə həm mülkiyyətin toxunulmazlığı, həm də pozulmuş hüquqların məhkəmə müdafiəsinin təmin edilməsi prinsiplərini pozmuşdur. Məhkəmənin vəzifəsi pozulmuş hüququ bərpa etmək olduğu halda, qətnamə bunun tam əksinə xidmət edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh MMC ilə iddiaçı arasında müqavilə bağlanılmış, direktor tərəfindən pullar götürülərək bazarın tikintisinə sərf olunmuşdur, lakin hazırda şirkətin həmin pulu ödəməyə maddi imkanı yoxdur. Buna görə də iddianı etiraf etmişlər. Hazırda isə götürülmüş borc pulun əmlaka sərf edilməsini şahidlər də təsdiq edə bilərlər. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

40. İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağazadə (Həsənova) Lalə Tariyel qızı, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

41. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

42. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

44. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

45. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

46. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

47. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

48. Maddə 46. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

49. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.

50. Maddə 49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; 49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər; 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; ...

51. Maddə 49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.

52. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

53. Maddə 87.9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir.

54. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

55. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

56. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

57. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

58. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

61. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

62. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

63. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

64. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

65. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı

66. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

67. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

72. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

73. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

74. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

75. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

76. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

77. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

79. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək, tam şəkildə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

81. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-503/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 67,9986% pul şəklində, X6 30,0014% əmlak və pul şəklində, X9 1,9999% pul şəklində paya malik olmaqla cavabdeh MMC-nin təsisçiləridir. X4 MMC-nin icra orqanının rəhbəridir. Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi və 30.4 kv.m qeyri-yaşayış sahəsi, Bərdə rayonu, Güloğlular kəndində 12.8259 ha torpaq sahəsində yerləşən 35800.5 kv.m ümumi, 34907.8 kv.m əsas, 892.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (ticarət binası) MMC-nin mülkiyyətindədir. MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı əmlakını etibarlı idarə edilməsi hüququnu müddətsiz olaraq heç bir haqq nəzərdə tutulmadan təsisçisi olduğu "xxxx" MMC-yə vermişdir. MMC-nin 67,9986% paya sahib təsisçisi iddiaçı ilə icra orqanının rəhbəri X4 arasında 450000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-01 saylı müqavilə, 350000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-02 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-03 saylı müqavilə, 230000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-04 saylı müqavilə, 300000 manat məbləğində pul vəsaitinin borc verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli TB-05 saylı müqavilə, həmçinin 450000 manat pulun, 350000 manat pulun, 350000 manat pulun, 300000 manat pulun nağd şəklində iddiaçı tərəfindən MMC-nin icra orqanının rəhbəri olan X2 təhvil verilməsi ilə bağlı akt tərtib edilmişdir. Bundan başqa MMC-nin mülkiyyətində olan əmlaklarda təmir-tikinti işləri aparılması, əmlakların yaxşılaşdırılmasına yönəlmiş işlərin görülməsi iddia olunur. Bundan başqa iddiaçı X3 iddiası üzrə Bakı Kommersiya Məhkəməsində MMC-nin 2019- 2023-cü illər üçün illik (maliyyə) hesabatlarının təqdim edilməsi, divendlərin hesablanıb ödənilməsinin təmin edilməsi, illik maliyyə hesabatlarının auditor yoxlanışının təşkil edilməsi, X3 cəmiyyətdən payının dəyərinin ödəməklə ayrılması vəzifəsinin qoyulması, ümumi yığıncağın keçirilməsinə mane olan halların aradan qaldırılması ilə bağlı tələbi üzrə kommersiya mübahisəsinə baxılır.

84. Mülki qanunverciliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).

85. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

86. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

87. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir

88. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).

89. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: 1) bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; 2) əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

90. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh MMC-yə qarşı iddia qaldıraraq onunla bağlanmış xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli beş ədəd borc müqaviləsinə əsasən ümumilikdə 1.630.000 manat məbləğində borcun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir.

91. İddiaçı tərəfindən məhkəməyə həmin müqavilələrin surətləri, eləcə də borcun nağd qaydada verilməsini təsdiq edən dörd ədəd təhvil-təslim aktı təqdim olunmuşdur. Həmin akt və müqavilələrdə pulun MMC-nin direktoru X4 tərəfindən qəbul edildiyi göstərilmişdir. İddiaçı bu sənədləri və borc müqavilələrini əsas götürərək, ümumilikdə 1.630.000 manat məbləğində pul vəsaitinin cavabdeh hüquqi şəxsə verildiyini və geri qaytarılmadığını iddia etmişdir.

92. Lakin, iş materialları və təqdim edilən sübutlar əsasında müəyyən olunur ki, göstərilən məbləğin cavabdeh hüquqi şəxsin bank hesabına köçürülməsi, nağdsız mədaxil edilməsi və ya müvafiq maliyyə uçotu sənədlərində əks olunması faktları öz təsdiqini tapmamışdır.

93. Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, o cümlədən ödəniş alətləri və vasitələri (ödəniş kartları, ödəniş tapşırıqları, mobil cihazlar və s.) vasitəsilə həyata keçirilən əməliyyatlar nağdsız hesablaşma hesab olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə, hər iki tərəfi vergi ödəyicisi olan şəxslər arasında aparılan hesablaşmalar yalnız bu Qanunun 3.1.1-ci maddəsində göstərilən formada, yəni nağdsız qaydada həyata keçirilə bilər. Qanunun 3.3-cü maddəsinə əsasən isə vergi ödəyiciləri arasında 15000 (on beş min) manatdan artıq olan hesablaşmaların nağdsız qaydada aparılması məcburidir.

94. Hazırkı işdə isə tərəflərdən hər ikisi vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdir. Buna baxmayaraq, iddiaçı tərəfindən göstərilən məbləğlərin nağd qaydada verildiyi bildirilmiş, lakin bu əməliyyatların həyata keçirildiyini təsdiq edən heç bir bank sənədi, kassa mədaxil orderi və ya mühasibatlıq qeydi təqdim edilməmişdir. Beləliklə, qanunvericiliyin tələb etdiyi qaydada aparılmalı olan maliyyə əməliyyatlarının faktiki icrası sübuta yetirilməmişdir.

95. Apellyasiya məhkəməsi hesab edir ki, belə hallarda tərəflərin iradə ifadəsini əks etdirən sadəcə yazılı müqavilələrin və ya aktların mövcudluğu, mülki dövriyyədə real borc münasibətlərinin yaranmasını sübuta yetirmir. “Nağdsız hesablaşmalar haqqında” Qanunun yuxarıda qeyd edilən müddəaları borc müqavilələrinin iqtisadi və hüquqi mahiyyətinə birbaşa təsir göstərir. Çünki, iri məbləğli nağd əməliyyatların aparılması həm vergitutma, həm də şəffaflıq prinsiplərinə zidd olmaqla, bu cür müqavilələrin həqiqi iqtisadi məqsədinin olmaması ehtimalını gücləndirir.

96. İş materiallarından, həmçinin tərəflərin və üçüncü şəxsin izahatlarından müəyyən edilir ki, cavabdeh MMC-nin təsisçilərindən biri olan X6 payçısı olduğu hüquqi şəxsdən payının dəyərinin ödənilməklə ayrılması və digər tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. Həmin müraciətdən sonra hüquqi şəxsdə 67,9986% paya malik təsisçi iddiaçı borc verilməsi görüntüsü yaratmaqla, hüquqi şəxsin aktivlərinin azalmasına nail olmaq və digər təsisçinin pay dəyərinə təsir göstərmək istiqamətində hərəkətlər etmişdir.

97. Bu məqsədlə, qısa müddət ərzində eyni məzmunlu beş borc müqaviləsi və təhviltəslim aktları tərtib olunmuş, hər birində cavabdeh olan MMC-yə iri məbləğlərdə nağd borc verildiyi göstərilmişdir. Lakin, iş materiallarında həmin vəsaitlərin hüquqi şəxsin təsərrüfat fəaliyyətinə daxil olması, bank hesablarında əks olunması və ya bu vəsaitlərin təmir-tikinti işlərinə sərf olunması barədə möhtəbər və obyektiv sübutlar yoxdur.

98. Cavabdeh tərəfin nümayəndəsi tərəfindən alınan pulun MMC-nin mülkiyyətində olan əmlakların təmir və yaxşılaşdırılmasına sərf olunduğu bildirilmiş, lakin bu bəyanatı təsdiq edən heç bir maliyyə sənədi, müqavilə, xərclər üzrə qəbz və ya ödəniş sənədləri təqdim edilməmişdir. Ekspert rəylərində də göstərilir ki, həmin dövrdə aparılan təmir-tikinti işlərinin ümumi dəyəri 200–400 min manat aralığında olmuşdur ki, bu da iddiaçı tərəfindən göstərilən 1.630.000 manat məbləğinə nisbətdə çox aşağı göstəricidir və iddianın əsasını şübhə altına alır.

99. İş materiallarının məcmu təhlilindən, apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçı ilə cavabdeh arasında bağlanması iddia olunan borc müqavilələri və təqdim edilmiş aktlar məhz uydurma əqdin hüquqi anlayışının tərkib əlamətlərinə tam uyğundur.

100. Belə ki, (1) borcun verilməsi faktı bank və ya maliyyə sənədləri ilə təsdiqlənmir, (2) vəsaitlərin hüquqi şəxsin təsərrüfat dövriyyəsinə daxil olması sübuta yetirilməyib, (3) müqavilələrin bağlanması dövrü hüquqi şəxsin təsisçiləri arasında pay bölgüsü və maliyyə hesabatları ilə bağlı yaranmış mübahisə ilə eyni vaxta təsadüf edir.

101. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış borc müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinin tələblərinə əsasən, aidiyyəti şəxslə bağlanmış əqdlər kateqoriyasına daxildir.

102. Belə ki, Mülki Məcəllənin 49-1.1-ci maddəsinə görə, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Həmin maddənin alt bəndlərində aidiyyəti şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Bu şəxslərə, o cümlədən: - hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və ya icra orqanının rəhbəri və üzvləri (49-1.1.1); - hüquqi şəxsin struktur bölmələrinin rəhbərləri (49-1.1.2); - bu şəxslərin yaxın qohumları (49-1.1.3); - hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs (49-1.1.4); - və bu şəxslərlə əlaqəli digər hüquqi şəxslər (49-1.1.5–49-1.1.8) daxildir.

103. İş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, nizamnamə kapitalında təsisçi X7 – 340.000,00 manat, 34 000 ədəd, 67,9986 % pul şəklində, X6 – 150.010,00 manat, 15001 ədəd, 30,0014% əmlak və pul şəklində, təsisçi X9 – 10.000,00 manat, 1000 ədəd, 1,9999% pul şəklində paya malikdirlər. Belə ki, iddiaçı MMC-nin nizamnamə kapitalında 67,9986 faiz paya malik təsisçidir. Bu isə onun Mülki Məcəllənin 49-1.1.4-cü maddəsinin birbaşa mənasına görə aidiyyəti şəxs statusuna malik olduğunu şübhəsiz təsdiq edir.

104. Mülki Məcəllənin 49-1.2-ci maddəsinə əsasən isə, hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən dəyərdə aidiyyəti şəxslə əqd bağlanarkən, həmin əqd yalnız müstəqil auditorun rəyi və hüquqi şəxsin ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanıla bilər. Bu zaman aidiyyəti şəxs olan iştirakçı məsələ ilə bağlı səsvermədə iştirak edə bilməz.

105. Bu tələblər hüquqi şəxsin maliyyə intizamının və korporativ şəffaflığının təmin olunması, maraqlar toqquşmasının qarşısının alınması və iştirakçıların hüquqlarının bərabər qorunması məqsədi daşıyır.

106. Hazırkı işdə bu tələblərin heç birinə riayət edilməmişdir. Belə ki: - 1) xx.xx.2023-cü il tarixli borc müqaviləsi – 450.000 manata münasibətdə bu məbləğ MMC-nin nizamnamə kapitalında əks olunan aktivlərinin dəyərinin təxminən 90 faizinə bərabərdir, 2) xx.xx.2023-cü il tarixli borc müqaviləsi – 350.000 manata münasibətdə bu məbləğ MMC-nin nizamnamə kapitalında əks olunan aktivlərinin dəyərinin təxminən 70 faizinə bərabərdir, 3) xx.xx.2023-cü il tarixli borc müqaviləsi – 300.000 manata münasibətdə bu məbləğ MMC-nin nizamnamə kapitalında əks olunan aktivlərinin dəyərinin təxminən 60 faizinə bərabərdir, 4) xx.xx.2023-cü il tarixli borc müqaviləsi – 230.000 manata münasibətdə bu məbləğ MMC-nin nizamnamə kapitalında əks olunan aktivlərinin dəyərinin təxminən 46 faizinə bərabərdir, 5) xx.xx.2023-cü il tarixli borc müqaviləsi – 300.000 manata münasibətdə bu məbləğ MMC-nin nizamnamə kapitalında əks olunan aktivlərinin dəyərinin təxminən 60 faizinə bərabərdir. Göründüyü kimi, qeyd edilən müqavilələr cəmiyyətin aktivlərinin 5 faizindən qat-qat çoxdur. - Bu əqdlərin bağlanması barədə ümumi yığıncağın qərarı qəbul edilməmiş, iclas protokolu və ya iştirakçıların razılığı təqdim edilməmişdir. - Əqdlər üzrə hüquqi şəxs tərəfindən müstəqil auditor cəlb edilməməklə rəyi alınmamışdır.

107. İddiaçı özü həm aidiyyəti şəxs, həm də borc verən qismində çıxış etmiş, beləliklə, maraqlar toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulan bütün hüquqi mexanizmləri faktiki olaraq nəticəsiz qoymuşdur.

108. Bu hallar göstərir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqavilələri aidiyyəti şəxsin təsiri altında, yəni hüquqi şəxsin digər iştirakçılarının (təsisçilər – X6 və X10) iştirakı və razılığı olmadan, bir tərəfin üstün mövqeyindən istifadə etməklə bağlanmışdır. Belə vəziyyətdə əqdlərin bağlanması hüquqi şəxs üçün əsassız öhdəliklərin yaranmasına səbəb olmuş, bu da Mülki Məcəllənin 49-1.2-ci maddəsinin mahiyyətinə və məqsədinə zidd olmuşdur.

109. Yuxarıda göstərilən faktları ümumiləşdirdikdə apellyasiya instansiya məhkəməsinə belə qənaətə gəlməyə əsas verir ki, bağlanmış borc müqavilələri həqiqi borc münasibətlərinin mövcudluğunu deyil, hüquqi şəxsin borclu kimi göstərilməsi görüntüsünü yaratmaq məqsədinə xidmət etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin bu əqdləri uydurma və etibarsız hesab etməsi düzgün və əsaslıdır.

110. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, qeyd edilən hallar iddiaçının həqiqi məqsədinin hüquqi şəxsin aktivlərini azaltmaq və digər təsisçinin pay dəyərinə təsir göstərməkdən ibarət olduğunu göstərir.

111. Belə davranış – borc münasibəti görüntüsü yaratmaqla hüquqi şəxsin maliyyə vəziyyətini süni şəkildə borclu kimi göstərmək niyyəti – uydurma əqd tərkib əlamətlərinə tam uyğun gəlir.

112. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd – ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və bu cür əqd əhəmiyyətsiz sayılır.

113. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında bu normaların tətbiqinə dair izah verərək qeyd etmişdir ki, əqdin etibarsızlığına hüquqi qiymət verilərkən yalnız formal sənədlərə deyil, tərəflərin iradə ifadəsinin həqiqi məzmununa və niyyətinə qiymət verilməlidir. Əgər tərəflərin niyyəti hüquqi nəticələr doğurmaq deyil, yalnız zahiri görüntü yaratmaqdırsa, belə əqd uydurma xarakterlidir və etibarsız hesab edilməlidir.

114. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - Tərəflər bu əqdi bağlayarkən dərk edirlər ki, həmin əqd üzrə hüquq və vəzifələr yaranmır və belə niyyət yoxdur; - Əqd yalnız formal hüquqi görüntü yaratmaq məqsədilə bağlanır; - Əqdin bağlanmasında məqsəd bəzən qanuna zidd niyyətlərdən ibarət olur (məsələn, vergidən yayınma, əmlakın bölünməsinin və ya müsadirəsinin qarşısının alınması, öhdəlikdən boyun qaçırma və s.).

115. Hazırkı iş üzrə bu bütün əlamətlər öz təsdiqini tapır.

116. Birincisi, tərəflər arasında “borc müqavilələri” bağlanmış olsa da, borcun faktiki verilməsi təsdiqlənməyib, nə bank əməliyyatı, nə kassa sənədi, nə də mühasibat uçotu mövcuddur.

117. İkincisi, müqavilələrin bağlanması dövrü müəssisə daxilində pay bölgüsü ilə bağlı yaranmış mübahisə ilə eyni vaxta təsadüf edir və bu, iddiaçının niyyətinin borc münasibəti yaratmaqdan çox, hüquqi şəxsin aktivlərini azaltmaq olduğunu göstərir.

118. Üçüncüsü, iddiaçı hüquqi şəxsin təsisçisi olduğuna görə, bu cür əqdlərin bağlanması üçün ümumi yığıncağın qərarı və ya auditor rəyi tələb olunduğu halda (MM 49-1.1 və 49-1.2), bu tələblər gözlənilməmişdir.

119. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqavilələri real borc münasibətləri yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış, hüquqi şəxsin aktivlərini süni şəkildə azaltmaq məqsədinə yönəlmiş uydurma əqdlərdir.

120. Həmçinin, müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh iddiaçının tələblərini etiraf etdiyini bildirmişdir. Lakin, məhkəmə tərəfindən cavabdehin bu etirafı qəbul edilməmiş, mübahisəyə mahiyyəti üzrə baxılmışdır.

121. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmadıqda, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya, irəli sürülmüş tələbi etiraf və ya rədd edə bilərlər. Bununla yanaşı, həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə bu hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır.

122. İş materiallarından və sübutlardan görünür ki, cavabdehin etiraf etdiyi iddia tələbi üzrə bağlandığı iddia olunan borc müqavilələri və pulun təhvil-təslim aktları hüquqi cəhətdən etibarsız olmuş, əslində uydurma (formalı) əqd xarakteri daşımışdır. Belə olan halda, cavabdehin etirafı həqiqi hüquqi münasibətləri əks etdirmədiyi kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs – X3 da hüquqlarına və qanunla qorunan mənafelərinə birbaşa zərər vurmaq potensialına malik olmuşdur.

123. Belə ki, X6 MMC-nin təsisçilərindən biri olmaqla, cəmiyyətin nizamnamə kapitalında 30,0014 faiz paya malikdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsi halında, bu etiraf nəticəsində iddiaçıya 1.630.000 manat məbləğində ödənişin tanınması hüquqi şəxsin əsassız borclanmasına, borcun hüquqi şəxsin aktivlərinə yönəlməsinə, aktivlərinin süni şəkildə azaldılmasına, nəticə etibarilə üçüncü şəxsin pay dəyərinin və mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır.

124. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehin etirafını qanuna və ədalət prinsipinə zidd, həmçinin üçüncü şəxsin mülki hüquqlarını pozan etiraf kimi qiymətləndirmiş və Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələblərinə uyğun olaraq belə etirafın qəbul edilməməsi barədə əsaslı qərar qəbul etmişdir.

125. Apellyasiya məhkəməsi bu mövqeni düzgün və hüquqa uyğun hesab edir. Qanunvericiliyə görə, etiraf yalnız tərəflər arasında mübahisənin predmeti üzərində sərbəst tasarruf hüququ mövcud olduqda və bu hərəkət üçüncü şəxslərin hüquqlarına xələl gətirmədikdə hüquqi qüvvəyə malik ola bilər. Hazırkı işdə isə cavabdehin etirafı üçüncü şəxs X3 və digər paycının pay sahibi kimi hüquqlarını məhdudlaşdırır və nəticə etibarilə etibarsız və hüquqi nəticə doğurmayan iradə ifadəsi hesab edilir.

126. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi “Nağdsız hesablaşmalar haqqında” Qanunun inzibati xarakter daşıdığı, bu səbəbdən borc müqavilələrinin etibarlılığına təsir etmədiyi barədə arqumenti əsassızdır. Belə ki, sözügedən Qanunun məqsədi təkcə inzibati tənzimləmə deyil, həm də maliyyə dövriyyəsində şəffaflığın və məsuliyyətin təmin edilməsidir. Nağdsız qaydanın pozulması yalnız inzibati məsuliyyət deyil, həm də mülki dövriyyədə şəffaf olmayan əməliyyatların hüquqi nəticələrinə şübhə yaradır və bu halda məhkəmənin əqdi etibarsız saymaq hüququ vardır.

127. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış borc müqavilələri və onlara dair aktlar uydurma xarakter daşıyır, hüquqi və iqtisadi reallığa uyğun gəlmir, bu səbəbdən də etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlməklə qanuna və işin faktiki hallarına uyğun qərar qəbul etmiş, apellyasiya şikayətində göstərilən dəlillər isə həmin nəticəni dəyişdirmək üçün əsas verməmişdir.

128. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

129. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

130. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

131. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

132. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

133. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

134. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-503/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar