Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-192/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh(lər)) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-40/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Cavabdeh2 (bundan sonra – borcalan) iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 06L000005493 saylı uzunmüddətli kredit müqaviləsi ilə, 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır.
2. xx.xx.2019-ci il tarixli 06L000005493S sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 181 (yüz səksən bir) ay, məbləğ isə 500000 (beş yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir.
3. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə, borcalanın xx.xx.2013-cü il tarixli 06L000005493 saylı uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə borcalanın xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzil (bundan sonra – ipoteka predmeti) banka ipoteka ilə yüklü edilmişdir.
4. Uzunmüddətli kredit müqaviləsi üzrə borcalan iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür.
5. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi ilə, borclunun xx.xx.2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir.
6. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 006R**********S saylı, xx.xx.2022-ci il tarixli 006R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
7. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, borcalanın xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilin poteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
8. Borclu üzərinə götrüdüyü öhdəlikləri lazımınca icra etmədiyindən iddiaçı xx.xx.2023-cü il tarixli xəbərdalıqla cavabdehlərə müraciət edərək xx.xx.2023-cü il tarixə gecikdirilmiş 3427,56 manat əsas, 1052,38 manat faiz, 295,42 manat cərimə borcunun olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixədək 9468,27 manat əsas, 1074,19 manat faiz, 295,42 manat cərimə borcunun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif edərək müqavilənin ləğvinə dair iradəsi bəyan etmişdir.
9. 08.01.2024-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 7401,21 manat məbləğində krеdit bоrcu, 1296 manat məbləğində faiz bоrcu və 530,48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9227,69 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 112,28 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 9227.69 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 112,28 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06L000005493 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. xx.xx.2019-ci il tarixli 06L000005493SA sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 181 (yüz səksən bir) ay, məbləğ isə 500000 (beş yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 006R**********S saylı, xx.xx.2022-ci il tarixli 006R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 7598,79 manat ödəmiş, onun 7401,21 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 305 gün üçün hesablanmış faiz borcu 1296 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 305 gün üçün hеsablanmış cərimə 530,48 manat təşkil edir.
12. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində krеdit bоrcu, 1111,92 manat məbləğində faiz bоrcu və 516,66 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8831 manat 69 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 112,28 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 8831 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 112,28 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən borcalan izahatında bildirmişdir ki, sahibkarlıq məqsədilə kredit götürmüşdür. Lakin, fəaliyyətində çətinliklər olduğundan ödəniş edə bilməmişdir. Belə ki, satdığı malları nisyə verdiyindən pulları vaxtında ala bilməmişdir. Hazırkı borcu hissə-hissə ödəyə bilər.
14. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır.
15. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit xətti müqaviləsi, kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında saziş, kredit razılaşması, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlər, kredit məbləğinin köçürülməsi barədə qəbz, zaminlik müqaviləsi, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
16. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-40/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 006R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103,65 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış (likvid) qiyməti 63600 manat həddində müəyyən edilməsi, həmin mənzil açıq hərraclar vasitəsilə satılsın. Mənzil satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 8,63 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh2 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcunun olduğu təsdiq edilir. Eyni zamanda zamin Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.
18. Məhkəmə iddia tələbinin 516,66 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir.
19. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir.
20. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.
21. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
23. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilin bazar dəyəri 74700 manat, likvid dəyəri 63600 manat təşkil etmişdi.
24. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, tələb üzrə tutma Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilə yönəldillməli, mənzilin ilkin satış (likvid) qiyməti 63600 manat həddində müəyyən edilməli, həmin mənzil açıq hərraclar vasitəsilə satılmalı, mənzil satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir
25. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 006R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 103,65 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış (likvid) qiyməti 63600 manat həddində müəyyən edilməli, həmin mənzil açıq hərraclar vasitəsilə satılmalı, mənzil satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, ödənilmiş 8,63 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 269.4, 269.5, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 470.1 və 472.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
27. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-40/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
28. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı QSC-i tərəfindən “İpoteka haqqında” qanunun 36-cı maddəsinin tələbləri kobut surtədə pozulmuşdur. Belə ki, iddiaçı Bank kredit borcun tələb edilməsi haqqında ona xəbərdarlıq və bildirirş göndərməmişdir. Eləcədə tələbin ipoteka predmetinə yöldilməsi haqqına bildiriş göndərməmişdir. Eyni zamnada dövlət qeydiyyatı orqanı tərəfindən də bu barədə ona heç bir məlumat verilməmişdir. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi o halda mümkün ola bilər ki, ipotekaqoyan (borclu) kredit borcunu vaxtıda ödəməsin, ipotekasaxlayan (kreditor) onu bu barədə rəsmi qaydada xəbardar edsin, lakin borclu heç bir tədbiq görməsin və borcu ödəməkdən boyun qaçırsın. Borcu ödəmək niyyətində olan şəxsin əmlakı nəyə görə hərrac satışına çıxarılmalıdır.? Borclunu (ipotekaqoyan) rəsmi qaydada xəbərdar etmədən, tutmanın birbaşa ipoteka predmetinə yönəldilməsi qanunla qadagan edilmış özbaşnalıqdır. Bildirir ki, iddiaçı tərəfindən ona iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı ünvanına pretenziya göndərməmişdir. Bu sənədlərin ona təqdim edilməsi haqqında məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə iddia ərizəsini qanunsuz olaraq icraata qəbul etmişdir və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bu azmış ki məhkəmə qəbul etdiyi qətnaməni də ona rəsmi qaydada təqdim etməmişdir. Məhkəmənin təqsiri üzündən o məhkəmədə tərəf qismində iştirak edə bilməmiş, etiraz etmək sübutlar təqdim etmək sübutların tədqiq edilməsində iştirak etmək hüququndam məhrum olunmuşdur. Bu isə əsassız qətnamənin qəbul edilməsin səbəb olmuşdur. Bildirir ki, məhkəmə iclaslarının yeri və vaxt barədə ona heç bir xəbərdarlıq edilməmiş və bildiriş göndərilməmişdir. Bu barədə işin materiallarına heç bir sübut yoxdur. Belə olan halda, MPM-nin 387-ci maddəsinin imperativ tələblərinə görə qanuni olubolmamasında asılı olmayaraq, birinci instansiya məhkməsinin qətnaməsi ləğv edilməli və tərəflərin iştirakı təmin edilməklə işə yenidən baxılmalı və apellyasiya məhkməsinin yeni qətnaməsi qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı olan bankdan ümumilikdə 15.000 manat kredit götürmüş və hazırda 8.500 manat borcu vardır. Anası xəstə olduğu üçün pul götürmüşdür, lakin daha sonra işləri yaxşı getmədiyi üçün ödənişləri ödəyə bilməmişdir. Belə ki, Gəncə şəhər İcra şöbəsinin tərəfindən onun mənzili hərrac satışına çıxarılmış və başqa şəxsə satılmışdır. Lakin, əmlak satılan zaman bank tərəfindən ona heç bir məlumat verilməmişdir. Hazırda, “hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli **********24935168 nömrəli protokolun” etibarsız sayılmasına dair tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
31. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X2 X1
33. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
36. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
37. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
38. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
39. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
40. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
41. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
47. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
49. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
52. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
53. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
54. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
55. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
56. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
57. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
59. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
66. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
67. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
68. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
69. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
73. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh2 qətnamənin ləğv edilməsini xahiş edərək, qətnaməni tam şəkildə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh2 münasibətdə tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
74. İşin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06L000005493 saylı uzunmüddətli kredit müqaviləsi ilə, 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. xx.xx.2019-ci il tarixli 06L000005493S sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 181 (yüz səksən bir) ay, məbləğ isə 500000 (beş yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə borcalan iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə, borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə borcalanın xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Eyni zamanda, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi ilə, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Daha sonra borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və lazımınca üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
75. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borcla və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
76. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
77. İddia tələbinin kökündə tələb etmənin əsası kredit və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
78. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
79. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
80. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
81. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
82. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
83. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
84. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
85. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
86. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
87. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
88. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
89. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2021-ci il tarixli 006R********** nömrəli “kredit” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, mərhum isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuş və bağlanmış müqavilə tərəflərin iradə ifadsinə uyğun olmuşdur.
90. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
91. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
92. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
93. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
94. Məhkəmə kollegiyası eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslıdır.
95. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
96. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
97. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
98. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
99. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
100. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
101. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmış, 50 manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir ki, hazırda cavabdehlərdən tutulan 50 manat cərimə borcu əsas borca münasibətdə tənasübsüz surətdə çox deyildir.
102. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün əsasdır.
103. Çünki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
104. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
105. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
106. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
107. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
108. Birinci instansiya məhkəməsi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.
109. Belə ki, “İpoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.
110. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.
111. Həmçinin, “İpoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
112. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
113. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti Cavabdeh2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda istifadədə olan 0.1191 ha torpaq sahəsində yerləşən, 8 nömrəli 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində yerləşən 74.6 kv.m. ümumi, 47.8 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 59 nömrəli mənzilin bazar dəyəri 74700 manat, likvid dəyəri 63600 manat təşkil etmişdir.
114. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 63.600 manat məbləğində müəyyən etmişdir.
115. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
116. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
117. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
118. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
119. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
120. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
121. Birinci instansiya məhkəməsi cavabdehlərin öhdəliklərini yerinə yetirməməsini və iddiaçı olan əsas borcunu ödəməyindən yaranmış faiz borcunun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, faiz borcun məbləğini düzgün müəyyən etməməklə iddianı tam şəkildə təmin etmişdir.
122. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sübutları və hüquqi mövqeləri araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə müraciət olunmuş, həmin məktubda kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcunun, o cümlədən cərimə borcunun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Bu xəbərdarlıqla iddiaçı öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və kreditor kimi müqavilədən imtina etmə hüququnu həyata keçirmişdir.
123. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
124. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı müraciətdən müəyyən olunur ki, borclunun xx.xx.2023-cü il tarixə gecikdirilmiş 3427,56 manat əsas, 1052,38 manat faiz, 295,42 manat cərimə borcu olmuşdur. İddiaçı həmin məktubda xx.xx.2023-cü il tarixədək 9468,27 manat əsas, 1074,19 manat faiz, 295,42 manat cərimə borcunun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif edərək müqavilənin ləğvinə dair iradəsi bəyan etmişdir.
125. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.
126. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.
127. Bununla yanaşı, 447.1-ci maddə kreditorun müqavilə şərtlərinin pozulması halında müqavilədən imtina etmək hüququnu təsbit edir və bu imtina barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilir.
128. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında da açıq şəkildə qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır.
129. Buna görə də, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir.
130. Göründüyü kimi, iddiaçı qalıq əsas borcun və faiz borcunun tələbi ilə cavabdehlərə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2023-cü il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2023-cü il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır.
131. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli yazılı bildirişdə kredit müqaviləsi üzrə əsas borcun məbləği ilə yanaşı, həmin dövrə qədər hesablanmış faiz borcu 1052,38 manat həddində göstərilmişdir. Bu bildirişlə iddiaçı kreditor kimi öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən birtərəfli qaydada imtina etmişdir.
132. Belə olan halda, müqaviləyə xitam verildiyi tarixədək hesablanmış borc məbləği – o cümlədən faiz öhdəliyi yalnız xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuş məbləğ çərçivəsində hüquqi qüvvəyə malikdir. Birinci instansiya məhkəməsinin həmin bildirişdə göstərilmiş 1052,38 manat əvəzinə 1111,92 manat faiz borcunun tutulmasına dair nəticəsi qanuni əsaslara söykənmədiyindən, bu hissədə qətnamə dəyişdirilməlidir.
133. Məhkəmə hesab edir ki, iddianın qismən təmin olunmuş hissəsi üzrə faiz borcu yalnız 1052,38 manat məbləğində müəyyən edilməli və bu məbləğ iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Çünki, bundan artıq faiz məbləğinin tutulması həm kreditorun iradəsinə, həm də müqavilədən imtina institutunun mahiyyətinə ziddir və borcluların üzərinə əlavə öhdəlik qoyulması deməkdir ki, bu da Mülki Məcəllənin 6.1.5 və 6.2-ci maddələrinin tələb etdiyi müqavilə azadlığı prinsiplərinə uyğun deyildir.
134. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin 1111,92 manat həcmində faiz borcunun tutulması barədə nəticəsi dəyişdirilməli, həmin məbləğ 1052,38 manat həddində təsdiq edilməlidir.
135. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə aşağıdakı halları qeyd edir.
136. Apellyator apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasını göstərsə də, məhkəmə bu dəlili əsassız sayır. Çünki, iş materiallarının 127-ci səhifəsində olan xəbərnamədən görünür ki, cavabdeh ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə yaşadığı ünvana bildiriş ünvanlanmış və istifadəsində olan əlaqə nömrəsinə də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə sms xəbərdarlıq göndərilmişdir. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş etməmişdir.
137. Bununla bərabər Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
138. Bundan əlavə, apellyatorun maddi imkanının olmamasından krediti vaxtıvaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.
139. Eyni zamanda apellyator məhkəmənin qəbul etdiyi qətnamənin də ona rəsmi qaydada təqdim etmədiyini bildirir.
140. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən məhkəmə aktı poçt vasitəsi ilə cavabdehlərə ünvan 1 ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. İş materiallarının 127-ci səhifəsində olan xəbərnamə təsdiq edir ki, eyni ünvana daha öncə göndərilmiş məhkəmə sənədləri ünvan sahibləri tərəfindən alınmış və məhkəmə aktı da məhz həmin ünvana göndərilmişdir ki, məhkəmə icraartı gedən dövrdə proses iştirakçısı ünvanının dəyişməsi ilə bağlı məhkəməyə məlumat verməyə borcludur (MPM maddə - 146).
141. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
142. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
143. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
144. Azərbycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
145. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 006R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc tutulması – hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.203,21 manat məbləğində əsas bоrc, 1.052,38 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.305,49 manat məbləğində bоrc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
146. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamənin tələbin ipotekaya aid hissəsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, hazırki qətnamə ilə azaldılan məbləğ 59,54 manat təşkil edir ki, iddiaçı üçün mübahisələndirilən məbləğ 10000 manatdan azdır. Cavabdeh olan apellyatordan tutulan ümumi məbləğ isə 8.305,49 manatdır ki, bu məbləğdə 10000 manatdan azdır. Digər cavabdeh apellyasiya şikayəti verməmiş və hazırki qətnamə ilə onun maraqlarına müdaxilə təşkil edilməmiş, əksinə ondanda tutulan məbləğ azaldılmış və ümumi məbləğ 10000 manatdan azdır ki, hazırki qətnamənin yalnız ipotekaya aid hissəsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilər.
147. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-40/2025 nömrəli qətnaməsi – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 006R********** saylı krеdit razılaşması üzrə 7203,21 manat məbləğində əsas bоrc, 1111,92 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 8365,13 manat məbləğində bоrc tutulması – hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7.203,21 manat məbləğində əsas bоrc, 1.052,38 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.305,49 manat məbləğində bоrc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.