Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-193/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdehlər “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi - Vəkil və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KM-GT-21/0001 nömrəli kredit müqaviləsi üzrə 45983 manat əsas borc, 3004,37 manat faiz borcu, 9408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58395,89 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/001- AİSCO-KA-P.L nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, ilkin iddia tələbi təmin olunacağı təqdirdə həmin təmin olunacaq məbləğin cavabdeh "xxxx" QSC-dən tutularaq "xxxx" QSC-yə ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3957 manat pulun cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh geri qaytarılması, satıcı "xxxx" QSC qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49940 manat pul vəsaitinin (qərar çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürüb hesablamaqla) faizini və 100 manat rüsumun cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini, xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh tələb edilən 45983 manat əsas, 3004,37 manat faiz, 9408,52 manat cərimə borcu olmaqla 58395,89 manat borcun, 400 manat mediasiya xərcinin cavabdeh "xxxx" QSC-dən tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3957 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq Cavabdeh geri qaytarılması, satıcı "xxxx" QSC qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyinə görə 49940 manat pul vəsaitinin faizi olan (xx.xx.2023-cü il tarixli bank uçot dərəcəsini əsas götürüb hesablanmaqla) 4369,75 manat pulun və ödənilmiş 100 manat rüsumun cavabdeh "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilkin iddianın qismən təmin edilməsi, “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsi üzrə yaranmış 45983 manat kredit borcu, 3004 manat 37 qəpik faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49487 (qırx doqquz min dörd yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müaviləsi üzrə 45620 manat (qırx beş min altı yüz iyirmi) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, ilkin iddia üzrə Cavabdeh 238 (iki yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, ilkin və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi - Vəkil apellyasiya şikayəti verərək, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı qətnaməsini qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edib qarşılıqlı iddianın həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(115)-74/2023 saylı qətnaməsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə alqı-satqı müaviləsi üzrə 45620 manat (qırx beş min altı yüz iyirmi) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, ilkin iddia üzrə Cavabdeh 238 (iki yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KM-GT21/0001 nömrəli kredit müqaviləsinə əsasən borcluya təchizatçı "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi üçün 12 ay müddətinə illik 7% dərəcəsi olmaqla 45983 manat məbləğində kredit verilmişdir. Kredit məbləği müqavilənin 1.4-cü bəndinə görə birbaşa olaraq "xxxx" QSC-nin bank hesabına köçürülmüşdür. Kredit məbləğinin illik 7% olmaqla faiz məbləği kredit müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək "xxxx" QSC tərəfindən ödənilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən hesablanmış faizlərin ödənilməsi və müqavilənin 2.3-cü bəndinə görə 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən həyata keçirilməli idi. Lakin borclu Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdehin 24 oktyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçıya 45983 manat əsas borcu, 3004,37 manat faiz borcu, 9408,52 manat cərimə borcu olmaqla, ümumilikdə 58395,89 manat borcu vardır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının tələbi qeyridəqiqdir. Belə ki, müqavilə şərtlərindən görünür ki, 12 aylıq faizin bir hissəsini, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan hissənin "xxxx" QSC tərəfindən ödənilməliidr. Lakin iddiaçı həmin faiz məbləğini də Cavabdeh tələb etmişdir. Həmçinin kredit təşkilatı müqavilə üzrə əsas və faiz borcunu tələb edir ki, bu hal da kredit müqaviləsinin ləğvi üçün əsasdır. Bundan başqa cərimə məbləği də çox şişirdilmiş və həddən artıq mütənasib olmayan həddə hesablanmışdır. Bundan əlavə "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilməlidir. Belə ki, cavabdeh müqavilədə göstərilən malları təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi malların təhvil-təslim aktı saxtadır və həmin aktlardakı imzalar Cavabdeh məxsus deyildir. Bundan başqa həmin saxta aktlarda göstərilmiş mallarla müqaviləyə əlavə edilmiş protokolda göstərilən malların miqdarında və sayında uyğunsuzluqlar vardır. Göründüyü kimi satıcı öz öhdəliyini icra etməməsi nəticəsində Cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu səbəbdən də həmin kredit borcunun üzərinə faiz və cərimə borcu hesablanmışdır ki, bu da cavabdehin təqsirli hərəkətlərinin nəticəsidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi - Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, qarşılıqlı iddianın təmin edilməyən hissələrində məhkəmənin qətnaməsi əsassızdır. 25 yanavar 2021-ci il tarixdə korporativ satış üzrə alqı-satqı müqaviləsinin 7-ci bəndi nəzərə alınmamışdr. Belə ki, həmin alqı-satqı müqaviləsinin 7-ci bəndində qeyd edilir ki, müqavilədə nəzərədə tutulmuş əsas öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş qayadada məsuliyyət daşıyırlar. Satıcının qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədiyi məhkəmə prosesi zamanı sübut olunmuş və 45620 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Deməli satıcı 45620 manat hissədə malı vermək vəzifəsini icra etmədiyinə görə həmin hissədə qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlər ödəməli idi. Bu səbəbdən də həmin hissədə məhkəmənin qərarı əsassız olmuşdur. 25 yanavar 2021-ci il tarixdə korporativ satış üzrə alqı-satqı müqaviləsinin 7.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş bəndlərin icra edilməməsi nəticəsində tərəflər dəymiş ziyana görə məsuliyət daşımalıdır. Qətnamədə müəyyən edilmiş Cavabdeh tutulmalı olan faiz və cərimə borcunun yaranmasına səbəb qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öz öhdəliklərini lazımınca icra etməməsi olmuşdur. Bu səbəbdən də qarşılıqlı iddia həmin hissədə də təmin olunmalı idi. Lakin məhkəmə heç bir hal qeyd etmədən həmin hissədə iddianı təmin etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə qanunsuzdur və ləğv edilməlidir. Belə ki, "xxxx" QSC ilə Cavabdeh arasında kommersiya mübahisəsi ilə bağlı məhkəmə işi üzrə "xxxx" ASC üçüncü şəxs kimi prosesə daxil edilmişdir. Daha sonra Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən iş üzrə qarşılıqlı iddia verilmiş və "xxxx" ASC cavabdeh kimi nəzərdə tutulmuşdur. Həmin qarşılıqlı iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2361/2022 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia verilənədək "xxxx" ASC-nin iş üzrə prosessual vəziyyəti üçüncü şəxs idi. Bu səbəbdən "xxxx" ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh kimi işə qəbul edilməsi ciddi prosessual pozuntudur. Borclu Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş mineral gübrələrin "xxxx" ASC tərəfindən ona verilmədiyini iddia edir. Halbuki, xx.xx.2021ci il tarixli KS 001399 nömrəli, xx.xx.2021-ci il tarixli KS 000001 nömrəli, xx.xx.2021-ci il tarixli KS 000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS 001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS 001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS 001507 nömrəli, xx.xx.2021-ci il tarixli KS 001396 nömrəli və xx.xx.2021-ci il tarixli KS 001394 nömrəli təhvil-təslim aktlarına müvafiq olaraq 200, 950, 2450, 4000, 9000, 16000, 16000 və 32000 kq olmaqla mineral gübrələr Cavabdeh təhvil verilmişdir. Bununla bağlı elektron vergi hesab fakturaları Cavabdeh göndərilmişdir. Həmin elektron vergi hesab fakturaları Cavabdeh tərəfindən geri qaytarılmamış və təsdiqlənmişdir. Həmçinin Cavabdeh "xxxx" QSC onu məhkəməyə verənədək 1 dəfə də olsun malları almadığına görə "xxxx"xxxx"xxxx" ASC-ni məhkəməyə verməmişdir. Bütün bunlar malların Cavabdeh təhvil verildiyini sübut edir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Kamal Hidayət oğlunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, öz verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Göstərdi ki, işə baxılarkən prosessual pozuntuya yol verilib. Belə ki, "xxxx" ASC ilkin iddia üzrə üçüncü şəxs olub. Mülki prosessual qanunvericiliyə görə qarşılıqlı iddia iddiaçıya qarşı verilə bilər. Lakin buna baxmayaraq məhkəmə qarşılıqlı iddianı qəbul etmişdir. "xxxx"xxxx"xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən onlara 49940 manat məbləğində ödəniş olmalı idi. Həmin məbləğin 45983 manatını “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti, 3957 manatı isə Cavabdeh ödəməli idi. Yəni Cavabdeh ödədiyi 3957 manat müqavilə məbləği olub, təhvil-təslim aktı üzrə ödəməyib. Təhvil-təslim aktlarından göründüyü kimi tərəflərindən müqavilədə nəzərdə tutulan bütün mallar Cavabdeh təhvil verilib. Aktların bəzilərini Cavabdeh özü imza edib, bəzilərini isə başqa şəxs imza edib. Malları daşınma şirkətinin sürücüsü təhvil verib. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi - Vəkil qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, öz verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı qətnaməsini qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edib qarşılıqlı iddianın həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, fərdi sahibkar - fermerdir, kənd təsərrüfatı ilə, yəni kartofçuluqla məşğul olur. Torpaq sahəsi icarəyə götürür, kartof əkini həyata keçirir. Sözügedən müqavilələri 2022-ci ilin məhsulu üçün bağlamışdır. Həmin vaxt icarəsində 70 hektar torpaq sahəsi olmuşdur. Onun əvvəllər də “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə münasibətləri olmuşdur. Sonuncu tərəfindən ona təklif gəldi ki, gübrə satışı ilə bağlı onların nəzdində "xxxx" Açıq Səhmdar Cəmiyyəti açılıb. O, təkliflə razılaşdı və qeyd olunan müqavilələr bağlandı. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yeni qurulduğuna görə işləri çatdırmırdı. O, özü həmin ASC-dən gübrə götürmüş və kart vasitəsilə ödəniş etmişdir. 10000 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına pul köçürmüş, 6043 manatı onun hesabına geri qaytarmışlar. Yəni 3957 manat ödəniş etmişdir. Daha sonra isə ona 350 manat da borcu qaldığını demişlər, o, isə ödəniş etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından yalnız birindəki imza ona məxsusdur. Həmin akt üzrə də aldığı malların dəyərini ödəmişdir. Məhkəməyə təqdim edilmiş onun imzası olan digər aktın isə əslini təqdim edə bilmirlər. "xxxx" ASC ona yalnız bir dəfə mal verib. Digər malları isə təqdim etməyiblər. Bir maşında 32 ton malın olması qeyri-mümkündür. Ona görə də “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu ödəməmişdir. Lazım olan gübrələri isə başqa şirkətlərdən almışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 göstərdi ki, “X9 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən tərəflərindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 45983 manat pul köçürülmüşdür. Öz aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh mineral gübrələr verməli idi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yeni fəaliyyətə başlamış, Cavabdeh ilə aralarında bağlanmış müqavilə həmin ASC-nin ilk işi olmuşdur. Cavabdeh müqaviləyə əsasən nəzərdə tutulan ödənişi həyata keçirməmişdir. Ona görə də ondan qeyd olunan məbləğin ödənilməsini tələb edirlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 74/2023 saylı qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o "xxxx" ASC-nin işçisidir. Cavabdeh mal verilən zaman işə təzə girmişdir. Dəqiq tarixi yadında qalmasa da, Ağdaş anbarından mal aparmışdır. Ancaq malı hansı istiqamətə, hansı rayona, yəni hara apardığını və kimə verdiyini xatırlamır. Ancaq həmin şəxsi görsə bəlkə xatırlaya bilər. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə və aldığı malların təhvil-təslim aktlarını və ya qaimələrini BOKT-a təqdim etmək şərti ilə illik faiz dərəcəsi 7% olmaqla 12 ay müddətinə 45983 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kreditorun razılığı ilə BOKT tərəfindən kredit məbləğini birbaşa "xxxx" QSC-nin bu müqavilənin 1.6-cı bəndində göstərilmiş bank hesabına köçürülməsi nəzərdə tululmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qalıq 45983 manat kredit məbləğini illik 7% olmaqla 1.5-ci bəndinə uyğun olaraq 31 avqust 2021-ci il tarixinə kimi "xxxx" QSC tərəfindən, 2.2-ci bəndinə əsasən isə qalıq 45983 manat kredit məbləğini illik 7% olmaqla 1.5-ci bəndinə uyğun olaraq 01 sentyabr 2021-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ödənilməsi müəyyən olunmuşdur. Həmçinin müqavilənin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq həyata keçirməyi öhdəsinə götürmüş, borcun ödənilməsinin son tarixi 28 yanvar 2022-ci il tarix müəyyən olunmaqla əsas borc üzrə bu bəndin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına illik 36% olmaqla cərimə faizini ödəməsi və bu andan həmin məbləğə adi faizlərin hesablanmasının dayandırılması müəyyən olunmuşdur. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli PCM-22/0094-1 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 28 yanvar 2021-ci il tarixli KM-GT21/0001 saylı kredit müqaviləsi üzrə "xxxx" QSC-yə 45983 manat əsas, 3004 manat 37 qəpik faiz və 9408 manat 52 qəpik cərimə borcu olmaqla, ümumilikdə 58395 manat 89 qəpik bоrcu vardır. Həmçinin maliyyə arayışının qeyd hissəsinə əsasən xx.xx.2021-ci il tarixli KM-GT-21/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixinə kimi hesablanmış 1904,26 manat faiz məbləğini "xxxx"xxxx"xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 yanavar 2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən alıcının əgər satıcı malları, müqavilə ilə nəzərdə tutulan vaxtdan gec verərsə və ya verməkdən imtina edərsə, müqavilənin icrasından imtina etmək və ödənilən vəsaiti geri tələb etmək hüququ vardır. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 yanavar 2021-ci il tarixli 21/001-AİSCO-KA-P.L. saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolundan görünür ki, 32 ton vahidinin qiyməti 810 manat, cəmi 25920 manat Ammofos/Evroxim (12:52NP) 50 kq istehsalçı Russia olan məhsulun, 32 ton vahidinin qiyməti 430 manat, cəmi 13760 manat, Ammonium Sulfat/Rustavi (21:24 NC) 50 kq istehsalçı Gürcüstan olan məhsulun, 9 ton vahidinin qiyməti 480 manat, cəmi 4320 manat Karbamid marka B/SOCAR 40 kq istehsalçı Azərbaycan olan məhsulun və 3,6 ton vahidinin qiyməti 1650 manat, cəmi 5940 manat Kalium Nitrat/İCL Nova (13-0-46 N-K) 25 kq SOP 3 istehsalçı İsrael olan məhsulun, yəni 49940 manat məbləğində müəyyən edilməklə, məhsulun dəyərinin xx.xx.2021-ci ilədək ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan KapitalBank tərəfindən verilmiş ödəniş kartı ürzə çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin hesabına 10000 manat köçürülmüş, həmin məbləğin 6043 manatı Cavabdeh qaytarılmış, 3957 manat saxlanılmışdır. İş materiallarında olan "xxxx" QSC ilə "xxxx" QSC arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli KTA-QM21/001 saylı əməkdaşlıq müqaviləsindən görünür ki, "xxxx" QSC ilə "xxxx" QSC arasında əməkdaşlıq münasibətlərinin qurulması, "xxxx"xxxx"xxxx" QSCnin həyata keçirdiyi satışlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 889822 nömrəli elektron qaiməyə əsasən 25920 manat, xx.xx.2021-ci il tarixli 909197 nömrəli elektron qaiməyə əsasən 5940 manat, xx.xx.2021-ci il tarixli 006630 saylı elektron qaiməyə əsasən 4320 manat, xx.xx.2021-ci il tarixli 026827 nömrəli elektron qaiməyə əsasən 13760 manat, xx.xx.2021ci il tarixli 157886 nömrəli elektron qaiməyə əsasən isə 1620 manat dəyərində mallara dair qaimələr "xxxx" ASC tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş 8 ədəd, xx.xx.2021-ci il tarixli KS 001399 nömrəli təhvil-təslim aktının kserosurətindən və xx.xx.2021-ci il tarixli KS 000001, xx.xx.2021-ci il tarixli KS 000002, xx.xx.2021-ci il tarixli KS 001397, xx.xx.2021-ci il tarixli KS 001398, xx.xx.2021-ci il tarixli KS 001507, xx.xx.2021-ci il tarixli KS 001396, xx.xx.2021-ci il tarixli KS 001394 nömrəli təhvil-təslim aktlarının əsillərindən görünür ki, 200, 950, 2450, 4000, 9000, 16000, 16000 və 32000 kq olmaqla mal təhvil verilmişdir. “Təhvil aldı/anbardar” qrafasında malların təhvil verilməsi, təhvil alınması hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Təhvil alan isə Cavabdeh göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli 4/66 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətində “Təhvil aldı/anbardar” qrafasında əks olunmuş imza, xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında “Təhvil aldı/anbardar” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli KS000001 nömrəli, xx.xx.2021-ci tarixli KS000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS001396 nömrəli, xx.xx.2021-ci il tarixli KS001394 nömrəli təhvil-təslim aktlarında “Təhvil aldı/anbardar” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı gəldiyi nəticəyə görə, "xxxx" QSC ilə "xxxx" QSC arasında 16 noyabr 2020-ci il tarixdə əməkdaşlıq müqaviləsi bağlanmış, tərəflər arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində "xxxx" QSC-nin həyata keçirdiyi satışlara "xxxx" QSC tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin "xxxx" QSC ilə Cavabdeh arasında 28 yanvar 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, sonuncuya "xxxx" QSC-dən aldığı mallara görə ödənişlərin həyata keçirilməsi məqsədilə 45983 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, tərəflər kredit məbləğinin birbaşa "xxxx" QSC-nin hesabına köçürülməsi, kredit məbləğinin illik 7% olmaqla 31 avqust 2021-ci il tarixinə kimi "xxxx" QSC tərəfindən, 01 sentyabr 2021-ci il tarixdən etibarən Cavabdeh tərəfindən ödənilməsi, habelə borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin 12 aylıq müddət bitdikdən sonra birdəfəlik olaraq həyata keçirməsi ilə bağlı razılaşmışlar. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehin mal alması üçün "xxxx" QSC-yə köçürmüş, kredit məbləğinin illik 7% olmaqla faiz məbləği xx.xx.2021-ci il tarixədək "xxxx"xxxx"xxxx" QSC-yə ödənilmişdir. İlkin iddia üzrə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas məbləği və faiz məbləğini iddiaçıya ödəməmişdir. Onun iddiaçıya 45983 manat əsas, 3004 manat 37 qəpik faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri ilkin iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda ilkin iddianın cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 45983 manat kredit borcu, 3004 manat 37 qəpik məbləğində faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49487 manat 37 qəpik məbləğində borc ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissəsi mübahisələndirilməmişdir. Qarşılıqlı iddia ilə bağlı isə birinci instansiya məhkəməsinin qənaətinə görə "xxxx" QSC ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən ümumilikdə 4 adda 49940 manat məbləğində məhsulun xx.xx.2021-ci ilədək çatdırılması, malların 100% müqavilə məbləğinin qabaqcadan ödənilməsi, həmin məbləğin 3957 manat hissəsinin Alıcı tərəfindən Satıcıya ödənilməsi, ödənişin digər hissəsinin, yəni 45983 manatın "xxxx" QSC tərəfindən avans şəkilində Alıcının əvəzindən Satıcıya ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən 3957 manat, "xxxx" QSC tərəfindən 45983 manat, cəmi 49940 manat məbləğində vəsait "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Məhkəmə keçirilmiş xətşunaslıq ekspertizasının rəyini nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məhsulların Cavabdeh verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli KS000001 nömrəli, xx.xx.2021-ci tarixli KS000002 nömrəli, xx.xx.2021-ci il tarixli KS001397 nömrəli, xx.xx.2021-ci il tarixli KS001398 nömrəli, xx.xx.2021-ci il tarixli KS001396 nömrəli, xx.xx.2021-ci il tarixli KS001394 nömrəli təhvil-təslim aktları sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Həmçinin xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətindəki təhvil alan şəxsin Cavabdeh məxsus olması ekspert tərəfindən müəyyən edilsə də məhkəmə hesab etmişdir ki, həmin akt qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilə bilmədiyi, aktın kserosurətinin oxunaqlı vəziyyətdə olmadığı üçün mötəbər sübut kimi nəzərə alına bilməz. xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında təhvil alan Cavabdeh olması isə iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab etmişdir ki, həm Cavabdeh tərəfindən, həm də "xxxx"xxxx"xxxx" QSC-yə ümumilikdə köçürülmüş 49940 manat pul vəsaitindən təhvil verilmiş məhsulun dəyəri olan 4320 manat çıxılmaqla qalan məbləğ 45620 manat pul sonuncudan tutularaq Cavabdeh ödənilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia ərizəsindəki digər tələblərlə bağlı qeyd etmişdir ki, satıcı tərəfindən əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə köçürülən məbləğdən faizlər ödənilməsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində əvvəlcədən ödənilmiş malı vermək vəzifəsini icra etmədiyinə görə müqavilə məbləğindən fazilər hesablanaraq ödənilməsi ilə bağlı müddəa yer almamışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi bu hissədə, həmçinin kredit müqaviləsinin və alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair həmin müqavilələrin müddəti başa çatdıqlarına görə həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası əvvəla qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş, dövlət rüsumunun və ekspertiza xərcinin onlardan tutulması hissəsində ləğv olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hazırkı apellyasiya tələbi ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qeyd olunan hissədə təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə korporativ satış üzrə alqısatqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən ümumilikdə 4 adda 49940 manat məbləğində məhsulun xx.xx.2021-ci ilədək çatdırılması, malların 100% müqavilə məbləğinin qabaqcadan ödənilməsi, həmin məbləğin 3957 manat hissəsinin Alıcı tərəfindən Satıcıya ödənilməsi, ödənişin digər hissəsinin, yəni 45983 manatın "xxxx" QSC tərəfindən avans şəkilində Alıcının əvəzindən Satıcıya ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən 3957 manat, "xxxx" QSC tərəfindən 45983 manat, cəmi 49940 manat məbləğində vəsait "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının bildirdiyinə görə "xxxx" ASC tərəfindən ona yalnız bir dəfə mal təhvil verilmiş və o, təqdim edilmiş təhvil-təslim aktlarından yalnız birinə imza etmişdir. Birinci instansiya məhkəməsində işin icraatı zamanı keçirilmiş məhkəmə-xətşunaslıq ekspertizasının rəyinə əsasən qeyd olunan hal təsdiq edilmiş, məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından yalnız xx.xx.2021-ci il tarixli KS001507 nömrəli təhvil-təslim aktında Cavabdeh imzasının olduğu müəyyən edilmişdir. Digər təhvil-təslim aktlarının isə başqa şəxs və ya şəxslər tərəfindən imza edildiyi göstərilmişdir. xx.xx.2021-ci il tarixli KS001399 nömrəli təhvil-təslim aktının kserosurətindəki imzanın Cavabdeh məxsus olması göstərilsə də, həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsinin apellasiya şikayətindən isə görünür ki, şikayətdə Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə ödənilmiş məbləğdən faizlərin ödənilməsi xahiş olunmuşdur. Belə ki, "xxxx" ASC tərəfindən malların verilməməsinə görə tərəflərindən "xxxx" QSC-yə ödəniş edilə bilinməmiş, nəticədə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 3004 manat məbləğində faiz və 500 manat məbləğində cərimə ödənilməsi qərara alınmışdır. Beləliklə də onlara maddi zərər dəymişdir. Hazırkı apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış korporativ satış üzrə 25 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokoluna əsasən ümumilikdə 4 adda 49940 manat məbləğində məhsulun xx.xx.2021-ci ilədək çatdırılması, malların 100% müqavilə məbləğinin qabaqcadan ödənilməsi, həmin məbləğin 3957 manat hissəsinin Alıcı tərəfindən Satıcıya ödənilməsi, ödənişin digər hissəsinin, yəni 45983 manatın "xxxx" QSC tərəfindən avans şəkilində Alıcının əvəzindən Satıcıya ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən 3957 manat, "xxxx" QSC tərəfindən 45983 manat, cəmi 49940 manat məbləğində vəsait "xxxx"xxxx"xxxx" ASC tərəfindən müqavilədə göstərilən məbləğin onun hesabına "xxxx" QSC və Cavabdeh tərəfindən tam şəkildə köçürülməsinə baxmayaraq "xxxx" ASC tərəfindən bir dəfə mal təhvil verilmiş, sonuncu müqavilədə nəzərdə tutulan digər malları verməmiş, üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Cavabdeh malların ona verilməməsinə görə "xxxx" QSC ilə aralarında bağlanmış 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Birinci instansiya məhkəməsi "xxxx" QSC-nin iddiasını qismən təmin edərək 45983 manat kredit borcu, 3004 manat 37 qəpik faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 49487 manat 37 qəpik məbləğində borcun Cavabdeh "xxxx"xxxx"xxxx" ASC-nin Cavabdeh malları verməməsinə görə sonuncu "xxxx" QSC-yə ödəniş etməmiş və ödəniş olunmadığına görə Cavabdeh 3004 manat məbləğində faiz borcu və 500 manat cərimə borcu hesablanmışdır. Nəticə etibarilə Cavabdeh 3504 manat məbləğində zərər dəymişdir. Ona görə də məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsinin apellasiya şikayəti ilə qismən razılaşır və hesab edir ki, Cavabdeh 3504 manat məbləğində dəymiş maddi zərər "xxxx" ASC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (MM-nin 568.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci madələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməmiş hissəsində qismən ləğv edilməli və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3504,37 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-74/2023 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 3504,37 manat pulun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3504,37 (üç min beş yüz dörd manat 37 qəpik) manat məbləğində pul tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-193/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-193/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver