Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-193/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma və əmlakın boşaldılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-579/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-579/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Əsədov X9 şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərcinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-579/2024saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək Cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumu və 1000 manat vəkil xərcinin cavabdehə aid edilməklə, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2022-ci ilin fevralında bağlanılmış, 07 saylı icarə müqaviləsinə görə Goranboy rayonu Kooperativ Cəmiyyətinin xüsusi mülkiyyətində olan Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binası Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 4-cü bəndinə görə sözügüdən daşınmaz əmlak 1 il müddətinə cavabdehin müvəqqəti istifadəsinə verilmiş, 16-cı bəndinə görə icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçinin (Cavabdeh) əmlakı icarəyə verənə qaytarması nəzərdə tutulmuşdur. Tərəflər yeni müqavilə bağlamadıqda isə icarə müqaviləsi öz hüquqi qüvvəsini itirir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş, cavabdeh ilə yeni müqavilə imzalanmadığı və ya müqavilənin müddəti uzadılmadığından icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış hüquq və öhdəliklərə xitam verilmiş, buna görə də tərəflərindən qeyri-yaşayış binasının geri qaytarılması və müvafiq binadan çıxılması tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmişdir. Cavabdeh adı çəkilən qeyri-yaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyriyaşayış binasından çıxarılması və binanın boşaldılaraq mülkiyyət üzərində iddiaçının istifadə hüquqlarının bərpa edilməsinə zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassızvə ən əsası ədalətsizdir. Belə ki, İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması ötəri araşdırılmışdır. Məhkəmə DƏDKRX 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin 2 eyni sorğusuna iki müxtəlif cavabının olmasına heç əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarında olan, məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna DƏDKR 7 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 2687 nömrəli cavab məktubunda bildirilir ki, sorğuda qeyd edilən Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli eyni məzmunlu sorğusuna isə DƏDKR 7 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3137 nömrəli cavab məktubunda isə geniş məlumat verilmiş və göstərilmişdir ki, “sorğuda qeyd olunan Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır...” İkinci cavab məktubu məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, “e-məhkəmə” sistemində şəxsi kabinetdə həmin kommersiya işi üzrə “sənədlər” bölməsində məhkəmə qətnaməsi imzalandıqdan sonra təhvil alınmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixdə saat 12-30-da keçirilən məhkəmə baxış iclasında çıxarılmış qətnamədə həmin məktuba istinad edilmişdir. Məktubda adı çəkilən qeyri-yaşayış binasına çıxarış verildıyı göstərilsə də çıxarış iş materiallarında yoxdur. Bütün bunlar əmlakın qeydiyyata alınmasında saxtakarlığa yol verildiyinə əsaslı şübhələr doğurur. Lakin məhkəmə, bu şübhələri aradan qaldırmaq üçün heç bir araşdırma aparmamışdır. Maraqlıdır, daşınmaz əmlakı qeydiyyata alan qurum, 6 ay əvvəl qeydiyyata aldığı əmlak barədə 27 gün ərzində məhkəmənin sorğularına müxtəlif cavablar vermişdir. Müasir dövrdə, hər bir işin elektron qaydada dəqiq uçotu aparıldığı vaxtda icraçı subyekt belə məsuliyyətsizliyə yol vermiş, məhkəmə isə sorğulara cavab verən subyektin bu müəmmalı cavablarına əhəmiyyət verməmiş, subyektin məhkəməyə dəvət olunaraq bu anlaşılmazlıqlara aydınlıq gətirilməsi barədə onun şifahi vəsatəti diqqətdən kənarda qalmışdır. Digər tərəfdən, iş materiallarında olan, cavabdehin təqdim etdiyi sübutlara məhkəmə diqqət verməyib və heç araşdırma da aparmıyıb. Onun təqdim etdiyi Goranboy rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarından görünür ki, sözügedən Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binası 2022-ci ilin dekabr ayında Goranboy rayonu, Safıkürd kənd sakini X2 2000 manata satılmışdır. Halbuki, 2022-ci il fevral ayında Cavabdehla bağlanmış 07 saylı icarə müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin əmlakın balans dəyəri 64400 manatdır. Bu faktı həm İddiaçı idarə heyətinin sədri M.Kərimov, həm alıcı R.Allahverdiyeva və başqaları təsdiq ediblər. Özü də qanuni əsaslarla satıldığı qeyd olunur. Həmin əmlakın payçıya satılmasını təsdiq edən Azərittifaqın sədr müavininin xx.xx.2023-cü il tarixli məktubu materiallarda vardır. KC-nin sədri Məhəmməd Kərimov izahatında göstərmişdir ki, həmin əmlak 2022-ci ilin dekabr ayında R.Allahverdiyevaya satılmış, R.Allahverdiyeva əmlakı 2023-cü ilin fevral ayında aldığını bildirir. Qərarda göstərilir ki, Azərittifaqın idarə heyətinin xx.xx.2023-il tarixli 67 nömrəli Qərarında əmlakın R.Allahverdiyevaya 2000 manata satılması barədə İddiaçı müvəkkillər yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmlakın satılması və kimə satılması barədə İddiaçı müvəkkillər yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmlakın satılması və kimin mülkiyyətinə verilməsi məsələsi çox müəmmalıdır. Lakin məhkəmə bu anlaşılmazlıqları aydınlaşdırmamışdır. Belə çıxır ki, əmlakın mülkiyyətçisi İddiaçı yox, R.Allahverdiyevadır. Buna baxmayaraq Goranboy Kooperativ Cəmiyyəti məhkəmədə həmin daşınmaz əmlak barədə hüquqlarının pozulmasına görə məhkəmədə iddia qaldırmış və məhkəmə iddianı təmin etmişdir. Məhkəmə, DƏDKR PHŞ-in 7 saylı ərazi idarəsininnin müəmmalı cavabını əsas götürərək yuxarıda göstərilən ziddiyyətləri araşdırmadan İddiaçı subyektiv hüququ olmadığına rəğmən iddia tələbinə mahiyyəti üzrə baxmış və qanunsuz qətnamə çıxarmışdır. Halbuki, sadalanan yazılı sübutlardansənədlərdən açıq-aşkar görünür ki, əmlak Kooperativ Cəmiyyəti tərəfindən payçıya satılmışdır, yəni Kooperativ Cəmiyyətinin mülkiyyətindən çıxmışdır. Başqa sözlə Kooperativ Cəmiyyətinin subyektiv hüququ aradan qalxmışdır. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı bütün bu xüsusatları aydınlaşdırmadan işə mahiyyəti üzrə baxmağa davam etmiş və yekun qərar qəbul etmişdir. Göstərilənlərdən aydın olurki, hətta burada cinayət əlamətləri vardır. Lakin məhkəmə bu barədə prokurorluğa məlumat verməli olduğu halda, qanunsuz qətnamə qəbul etməklə kifayətlənmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsinin müddətinin 2023-cü ilin fevral ayında bitməsinə baxmayaraq icarəçı icarə müqaviləsində müəyyənləşdirilmiş icarə haqqını ödəməyə davam etmiş, icarə müqaviləsinin ləğv edilməsi barədə ona ərizə verilməmiş, onun icarə obyektindən çıxarılmasını heç kim istəməmiş və icarə hüquq münasibətləri davam etmişdir. İşin bu halı iş materiallarında olan Goranboy rayon prokurorluğunun Qərarında olan sübutlarla təsdiq olunur. Belə ki, izahatlarda aydın göstərilir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra icarəçi, yəni Cavabdeh icarə haqqını ödəmişdir. Bu faktı həm M.Kərimov, həm R.Allahverdiyeva, həm Goranboy KC-nin baş mühasibi Rauf Mamedov, hətta mühafizəçi Elxan Qəhrəmanov təsdiq etmişlər. Deməli, indiki halda da Cavabdeh icarə haqqını ödəməkdə davam etdiyinə görə icarə müqaviləsi uzadılmış hesab edilməlidir. Ona görə ki, icarəçi icarə hüquq münasibətlərini davam etdirmiş, icarəyə verən və icarəçi müqavilənin xitamı barədə ərizə verməmişlər. Bundan başqa, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda əks olunmuş izahatlarda göstərilir ki, əmlak 2022-ci ilin dekabr ayında R.Allahverdiyevaya satılmışdır. Deməli, əmlak Cavabdehla bağlanmış icarə müqaviləsi qüvvədə olan zaman satılmışdır. Ona görədə Cavabdeh icarə obyektindən çıxarılması barədə məhkəmənin qərarı qanunsuzdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 2014-cü, 01 oktyabr 2016-cı, 04 yanvar 2018-ci, 04 yanvar 2019-cu, yanvar 2020-ci, fevral 2021-ci, fevral 2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqavilələrinə əsasən Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 100 kv.m sahə hər il bir il müddətinə icarəyə verilmiş, icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, Goranboy şəhəri Heydər Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Goranboy rayonu Kooperativ Cəmiyyətidir. Texniki pasportda qeyri-yaşayış binasının əsas sahəsi 152,6 kv.m göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən torpaq sahəsinin mülkiyyət növü dövlət və torpaq sahəsi üzrərində hüququn növü icarədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və tərtib edilmiş texniki pasportun verilməsinə əsas “Azərittifaq” idarə heyətinin Goranboy rayonu Kooperativ Cəmiyyətinin mağaza binasının payçıya satılmasına razılıq verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 67 saylı qərarı, Goranboy rayonu Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mağaza binasının alqı-satqı müqaviləsi, Goranboy rayonu Kooperativ Cəmiyyəti müvəkillər yığıncağının xx.xx.2022-ci il tarixli 12 saylı qərarı, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli 5501 saylı müqaviləsi olmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qətrarından görünür ki, 28 dekabr 2023-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Cavabdeh ərizə ilə rayon prokurorluğuna müraciət edərək 2023-cü ilin fevral ayından həmin ilin noyabr ayınadək Goranboy Kooperativlər Cəmiyyətinin hesabında olan binadan sahibkarlıq məqsədi ilə istifadə edərək hər ay 150 amanat icarə haqqı versə də, onunla icarə haqqının bağlanmadığını, həmin binanın Goranboy Kooperativ Cəmiyyəti tərəfindən başqa şəxsə satıldığını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış X14 göstərmişdir ki, Goranboy rayonu, Qaraçinar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2022-ci ilin oktyabr ayından etibarən Goranboy Kooperativlər Cəmiyyətinin baş mühasibi vəzifəsində işləyir. O, Cavabdeh tanıyır. Cavabdeh Goranboy Kooperativlər Cəmiyyətinin hesabında olan Goranboy şəhəri, H.Əliyev prospekti 93 ünvanında plastik qapı-pəncərə işi ilə məşğul olur. Goranboy Kooperativlər Cəmiyyətinin sədri ilə Cavabdeh arasında icarə müqaviləsi olmuşdur. 2022-ci ilin dekabr ayında Kooperativlər Cəmlyyətinin hesabında olan Goranboy şəhəri, H.Əİiyev prospekti 93 ünvanında olan bina Goranboy rayonu, Səfikürd kənd sakini X2 2000 manat məbləğində satılmışdır. Bu barədə Cavabdeh məlumat verilmişdir. 2023-cü illn fevral ayından həmin ilin noyabr ayınadək hər ay o və Goranboy Kooperativlər Cəmiyyətinin mühafizəçisi X10 Əsodovdan icarə haqqı olaraq 150 manat pul götürmüşlər. Belə ki, onlar Qurban Əsedovdan həmin pulu alıb Goranboy Kooperativlər Cəmiyyətinin sədri Məhəmməd Kərimova vermişlər. Məhəmməd Kərimov isə həmin pulu Rəqiyyə Allahverdiyevaya əlbəəl vermişdir. Araşdırma zamanı izahatı alınmış X4 Mamedovla eyni məzmunda izahat verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiqləmişdir. Araşdırma zamanı izahatı alınmış X8 göstərmişdir kı, Goranboy rayonu, Səfikürd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2022-ci ilin sentyabr ayından etibarən Goranboy Kooperativlər Cəmiyyətinin sədri vəzifəsində xidmət edir. Goranboy rayonu üzrə Kooperativlər Cəmiyyətinin hesabında 20-dən çox daşınmaz əmlak vardır. Bunlardan biri də Goranboy şəhəri, H.Əİiyev prospekti 93 ünvanında yerləşir. Həmin ünvanda Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Cavabdeh uzun illərdir ki, plastik qapı-pəncərə işi ilə məşğuldur. Belə ki, Cavabdeh 2023-cü ilin fevral ayınadək X5 ilə icarə müqaviləsi olmuşdur. 2023-cü ilin fevral ayında həmin icarə müqaviləsinin müddəti bitmişdir. Lakin Cavabdeh 2023-cü ilin fevral ayından həmin ilin noyabr ayınadək Kooperativlər Cəmiyyətinin hesabında olan Goranboy şəhəri, H.Əİiyev prospekti 93 ünvanında qapı-pəncərə işi ilə məşğul olmuşdur. Bunun qarşılığında isə Goranboy Kooperativlər Cəmiyyətinin hesabına heç bir məbləğdə vəsait köçürməmişdir. 2022-ci ilin dekabr ayında Kooperativlər Cəmiyyətinin hesabında olan Goranboy şəhəri, H.Əİiyev prospekti 93 ünvanında olan daşınmaz əmlak Goranboy rayonu, Səfikürd kənd sakini X1. 2023-cü ilin fevral ayından həmin ilin noyabr ayınadək Cavabdeh aylıq 150 manatı Goranboy Kooperativlər cəmiyyətinin mühasibi Rauf Mamedova və həmin cəmiyyətin mühafizəçisi Elxana vermişdir. Rauf həmin məbləğdə pulu ona gətirmiş, o isə əlbəəl olaraq pulu Rəqiyyə Allahverdiyevaya vermişdir. O, Cavabdeh heç bir məbləğdə pulunu mənimsəməmişdir. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, Goranboy rayonu, Səfikürd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2023-cü ilin fevral ayında Goranboy Kooperativ cəmiyyətinin hesabında olan Goranboy şəhəri, H.Əİiyev prospekti 93 ünvanında olan binanı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqından alqı-satqı yolu ilə 2000 manata almışdır. O, həmin binanı alan zaman Cavabdeh icarə müqaviləsi bitmişdir. Həmin bina ona satıldığı üçün Goranboy Kooperativlər Cəmiyyəti Cavabdehla yeni icarə müqaviləsi bağlamamışdır. Lakin o, həmin binanı özü istifadə etmədiyi üçün Cavabdeh icarə müqaviləsi olmadan orada işləməsinə icazə vermişdir. Həmçinin, o, Goranboy Kooperativlər Cəmiyyətinin sədri Məhəmməd Kərimovdan xahiş etmişdir ki, Cavabdeh həmişəki qaydada hər ay 150 manat icarə pulunu alıb ona versin. Bundan sonra, 2023-cu ilin fevral ayından həmin ilin noyabr ayınadək Goranboy Kooperativlər Cəmiyyətinin sədri X11 Əsədovdan ayda 150 manat icarə haqqı alıb ona təqdim etmişdir. İş materiallarında olan **********13 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Goranboy rayonu Kooperativ Cəmiyyəti ilə Vəkil arasında 20 fevral 2024-cü il tarixdə müqavilə bağlanmış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla ilkin olaraq 600 manat ödənilməsi, bundan əlavə hər məhkəmə prosesində iştirak üçün yol xərcləri 70 manat, mübahisə yekunlaşdıqdan sonra isə 400 manat ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli ödənişə dair sənəddən görünür ki, hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Goranboy rayonu Kooperativ Cəmiyyəti tərəfindən 600 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binasını uzun illərdir ki, icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə vermiş, sonuncu dəfə onların arasında 2022-ci ilin fevralında 07 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə görə Goranboy rayonu Kooperativ Cəmiyyətinə məxsus Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 100 kv.m olan qeyriyaşayış binası Cavabdeh 1 il müddətinə icarəyə verilmişdir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş olsa da, cavabdeh icarə müddəti bitdikdən sonra da icarə obyektindən istifadə edərək 2023-cü ilin noyabr ayınadək hər ay icarə haqqını ödəməkdə davam etmiş, iddiaçı onuinla icarə müqaviləsini pozmaq istəməsi və ya da yenidən müqavilə bağlamayacağı və ya da müqavilə müddəti bitdikdən sonra həmin sahəni boşaltması ilə bağlı ona hər hansı bildiriş verməmiş, əksinə ondan hər ay icarə haqqı almaqda davam etmişdir. İddiaçı isə həmin sahənin “Azərittifaq” İdarə Heyətinin razılığı ilə alğı-satqı edilməsi üçün satılacaq sahəyə mülkiyyət hüququnu təsdiq edən çıxarış almılş, lakin həmin sahə hazırkı vaxtadək iddiaçının mülkiyyətində qalmaqda davam edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Goranboy rayonu Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında 2022-ci ilin fevral ayında 2023-cü ilin fevral ayınadək Goranboy şəhəri H.Əliyev prospektində yerləşən 100 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti 2023-cü ilin fevral ayında bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış, həmçinin 2022-ci ilin fevral ayında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Faktiki olaraq Goranboy şəhəri H.Əliyev prospektində yerləşən və ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsindədir və icarəyəverənə qaytarılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilmişdir. İcarə hüquq münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə obyekti icarəyəverənə qaytarılmamış, icarəçinin faktiki sahibliyində və istifadəsində qalmışdır. Belə olan halda cavabdeh icarəyə götürdüyü əşyanı qaytarmağa borcludur. Ona görə də cavabdeh Əsədov X9 şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalı və əmlak boşaldılmalıdır. Məhkəmə 1000 manat məbləğində hüquqi yardımla bağlı məbləğin cavabdehdən tutulması ilə bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 31 maddəsinin 1-ci hissəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin Qanunun 13-cü maddəsinin 5-ci hissəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənişlər etmiş (bu hal iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ı ilə də təsdiq olunmuş), iddiaçı icarə münasibətlərinin davam etdirilməsinə hər hansı etiraz etməmiş, bununla da müqavilə uzadılmış hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə tərəflər arasındakı icarə müqaviləsi ləğv edilmədiyindən iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-579/2024 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş Cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərcinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-193/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-193/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver