Məhkəmə qərarları › İş №2-2(104)-195/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-195/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-195/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-280/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-280/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli mehmanxana xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Cavabdehndən 17108 (on yeddi min yüz səkkiz) manat 32 (otuz iki) qəpik pul və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdehndən 141 (bir yüz qırx bir) manat 32 (otuz iki) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-280/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 17108,32 manat pul vəsaitinin və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 17308,32 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanılmışdır. "xxxx" MMC xx.xx.2019-cu il tarixdən İddiaçı MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin Müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq İcraçı Sifarişçiyə göstərilmiş 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərini özündə əks etdirən 32 ədəd elektron qaimə göndərmişdir. Sifarişçi tərəfindən 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərindən yalnız 12531,44 manat məbləğində pul vəsaiti İcraçıya ödənilmişdir. Müqaviləyə əsasən, göstərilmiş mehmanxana xidmətlərinin 17108,32 manat məbləği isə Sifarişçi tərəfindən ödənilməmişdir. Sifarişçi tərəfindən göstərilmiş mehmanxana xidmətlərini tam qəbul etmiş İcraçı müqavilənin 3.8-ci bəndinin tələblərini pozmuş və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Sifarişçinin İcraçı qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. Sifarişçi tərəfindən müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir. Bu günədək İcraçı tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 17108,32 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. xx.xx.2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.7-ci bəndinə əsasən “Müştəri” çıxdıqdan sonra “İcraçı” “Sifarişci”yə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Bu bəndə əsasən tərəflərindən son hesabın məhkəməyə təqdim edilib-edilməməsi barədə sual verilən zaman hakim bunun artıq araşdırılmasına zərurət qalmadığını, nələrin dəyişəcəyinə dair suallar vermişdir. Düşünülər ki, məhkəmə bütün prosesi iddiaçının lehinə aparmışdır. Bu da çıxarılmış qətnamənin nə qədər ədalətli və obyektiv olduğunu şübhə altına alır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün sayır. İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-280/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında "xxxx" MMC ilə “X4" MMC arasında bağlanmış 01 fevral 2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürmüş, xidmətin dəyərinin Müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılması müəyyən edilmişdir. Həmçinin müqavilənin 3.7-ci bəndinə əsasən, Müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır, 3.8-ci bəndinə əsasən isə İcraçının təqdim etdiyi hesabın ödənişi 1.1ci bəndə uyğun olaraq Müştəri və ya Sifarişçi tərəfindən onu aldığı gündən 15 bank günü ərzində manatla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilə 31 dekabr 2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 078017 nömrəli elektron qaiməyə əsasən 3670 manat, xx.xx.2018-ci il tarixli 339721 nömrəli elektron qaiməyə əsasən 450 manat, xx.xx.2018-ci il tarixli 739067 nömrəli elektron qaiməyə əsasən 4220 manat, xx.xx.2018-ci il tarixli 643835 nömrəli elektron qaiməyə əsasən 2090 manat, xx.xx.2018-ci il tarixli 050413 nömrəli elektron qaiməyə əsasən 6206 manat, xx.xx.2018-ci il tarixli 239843 nömrəli elektron qaiməyə əsasən 6310 manat, xx.xx.2018-ci il tarixli 624731 nömrəli elektron qaiməyə əsasən 2255 manat, xx.xx.2018-ci il tarixli 928793 nömrəli elektron qaiməyə əsasən 3130 manat, xx.xx.2018-ci il tarixli 456367 nömrəli elektron qaiməyə əsasən 2000 manat, xx.xx.2019-cu il tarixli 055700 nömrəli elektron qaiməyə əsasən 500 manat, xx.xx.2019-cu il tarixli 055741 nömrəli elektron qaiməyə əsasən 340,01 manat, xx.xx.2019-cu il tarixli 360717 nömrəli elektron qaiməyə əsasən 2000 manat, xx.xx.2019-cu il tarixli 864947 nömrəli elektron qaiməyə əsasən 400,39 manat, xx.xx.2019-cu il tarixli 538648 nömrəli elektron qaiməyə əsasən 313 manat, xx.xx.2019-cu il tarixli 035847 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2019-cu il tarixli 055408 nömrəli elektron qaiməyə əsasən 1425,24 manat, xx.xx.2019-cu il tarixli 053780 nömrəli elektron qaiməyə əsasən 671,20 manat, xx.xx.2019-cu il tarixli 054218 nömrəli elektron qaiməyə əsasən 673,32 manat, xx.xx.2019- cu il tarixli 582380 nömrəli elektron qaiməyə əsasən 413,72 manat, xx.xx.2019-cu il tarixli 582436 nömrəli elektron qaiməyə əsasən 309 manat, xx.xx.2019-cu il tarixli 782268 nömrəli elektron qaiməyə əsasən 359 manat, xx.xx.2019-cu il tarixli 888130 nömrəli elektron qaiməyə əsasən 148,92 manat, xx.xx.2019-cu il tarixli 887932 nömrəli elektron qaiməyə əsasən 376,72 manat, xx.xx.2019-cu il tarixli 738481 nömrəli elektron qaiməyə əsasən 3219,84 manat, xx.xx.2019-cu il tarixli 740517 nömrəli elektron qaiməyə əsasən 6135,36 manat, xx.xx.2019-cu il tarixli 089353 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2019cu il tarixli 316727 nömrəli elektron qaiməyə əsasən 182,20 manat, xx.xx.2019- cu il tarixli 715461 nömrəli elektron qaiməyə əsasən 160 manat, xx.xx.2019-cu il tarixli 324776 nömrəli elektron qaiməyə əsasən 574,20 manat, xx.xx.2020-ci il tarixli 662268 nömrəli elektron qaiməyə əsasən 525,64 manat, xx.xx.2020-ci il tarixli 736505 nömrəli elektron qaiməyə əsasən 442 manat, xx.xx.2020-ci il tarixli 901574 nömrəli elektron qaiməyə əsasən isə 4470 manat dəyərində xidmətlərin göstərliməsinə dair qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC bank vasitəsilə İddiaçı MMC-yə 12531,44 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə sonuncu ödəniş xx.xx.2020-ci il tarixində 481,82 manat məbləğində icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020ci tarixi əhatə edən bank hesablarından çıxarışdan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 23 ədəd elektron qaimə göndərmiş, bir qaimə üzrə (xx.xx.2020-ci il tarixli 901574 nömrəli) ödəniş qismən həyata keçirilmiş, yəni 4470 manatdan 1536 manat ödənilmiş, 11 ədəd qaimə (xx.xx.2019-cu il tarixli 055408 nömrəli elektron qaiməyə əsasən 1425,24 manat, xx.xx.2019-cu il tarixli 053780 nömrəli elektron qaiməyə əsasən 671,20 manat, xx.xx.2019-cu il tarixli 054218 nömrəli elektron qaiməyə əsasən 673,32 manat, xx.xx.2019-cu il tarixli 582380 nömrəli elektron qaiməyə əsasən 413,72 manat, xx.xx.2019-cu il tarixli 582436 nömrəli elektron qaiməyə əsasən 309 manat, xx.xx.2019-cu il tarixli 782268 nömrəli elektron qaiməyə əsasən 359 manat, xx.xx.2019-cu il tarixli 888130 nömrəli elektron qaiməyə əsasən 148,92 manat, xx.xx.2019-cu il tarixli 887932 nömrəli elektron qaiməyə əsasən 376,72 manat, xx.xx.2019-cu il tarixli 738481 nömrəli elektron qaiməyə əsasən 3219,84 manat, xx.xx.2019-cu il tarixli 740517 nömrəli elektron qaiməyə əsasən 6135,36 manat, xx.xx.2020-ci il tarixli 736505 nömrəli elektron qaiməyə əsasən 442 manat) üzrə ödəniş edilməmiş, digər 11 qaimə üzrə ödənişlər həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanılmışdır. "xxxx" MMC xx.xx.2019-cu il tarixdən İddiaçı MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, İcraçı isə Sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin Müştəri və ya Sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə Sifarişçi və İcraçı arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, müştəri çıxdıqdan sonra İcraçı Sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq İcraçı Sifarişçiyə göstərilmiş 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərini özündə əks etdirən 32 ədəd elektron qaimə göndərmişdir. Sifarişçi tərəfindən 29639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərindən yalnız 12531,44 manat məbləğində pul vəsaiti İcraçıya ödənilmişdir. Müqaviləyə əsasən, göstərilmiş mehmanxana xidmətlərinin 17108,32 manat məbləği isə Sifarişçi tərəfindən ödənilməmişdir. Sifarişçi tərəfindən göstərilmiş mehmanxana xidmətlərini tam qəbul etmiş İcraçı müqavilənin 3.8-ci bəndinin tələblərini pozmuş və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Sifarişçinin İcraçı qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. Sifarişçi tərəfindən müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmiş, İcraçı tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 17108,32 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir, yəni müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə 01 fevral 2019-cu il tarixdə bağlanılmış, xidmətlərin göstərilməsinə dair qaimə xx.xx.2019-cu il tarixədən başlayaraq xx.xx.2020-ci il daxil olmaqla ötürülmüşdür. İddiaçı müqavilə üzrə ən son qaiməni xx.xx.2020-ci il tarixdə göndərmiş, cavabdeh isə ödənişi xx.xx.2020-ci il tarixində etmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mehmanxana xidmətləri müqaviləsinə əsasən göstərilən xidmətlərə görə 17108,32 manat borcu ödəmədiyi iş materialları ilə təsdiqini tapdığına görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və iddia müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən, yəni müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablandığından və iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, mediasiya müddətində iddia müddətinin axımı dayandığından və iddiaçı müddəti ötürmədən birinci instansiya məhkəməsinə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Kollegiya qeyd edir ki, cavabdeh göstərilmiş mehmanxana xidmətləri ilə bağlı yaranmış borcun məbləğini yox, iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediməsi üçün iddia müddətinin buraxıldığını mübahisələndirmişdir. Halbuki məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının müvafiq iddia ilə məhkəməyə iddia müddəti başa çatmamış müraciət etdiyi təsdiq olunur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin förmal mülahizəsi hesab edərək, həmin şikayəti qanuni və əsaslı olan məhkəmə aktının ləğvi üçün əsas hesab etmir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-280/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar