Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-198/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş maddi ziyan tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçınə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-345/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin ambarından 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı pəncərə kanat Z endorpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili Q enderpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 216 metr uzunluğunda 777,6 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt T enderpen ağ, 1 metrin qiyməti 5,3 manat olan 576 metr uzunluğunda 3053 manat dəyərində 70 mm 5 odacıqlı qapı kanat profili Z Enderpen, 1 metrin qiyməti 4,6 manat olan 720 metr uzunluğunda 3312 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili rengi Q Enderpen, 1 metrin qiyməti 5 manat olan 720 metr uzunluğunda 3600 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt rəngi T Enderpen, 1 metrin qiyməti 0,95 manat olan 100 metr uzunluğunda 950 manat dəyərində Ştapik Ağ enderpen, 1 metrin qiyməti 1,15 manat olan 2500 metr uzunluğunda 2875 manat dəyərində PVC profil rəngli 70 mm cüt ştapik Enderpen, 1 kv.m qiyməti 19,5 manat olan 300 kv.m 5850 manat dəyərində PVC panel ağ 6 mt 55 eni, 1 kv.m qiyməti 14,50 manat olan 1666 kv.m 24157 manat dəyərində PVC sendviç panel rəngli, 1 metrin qiyməti 10,4 manat olan 100 metr uzunluğunda 1010 manat dəyərində pəncərə altı (60), 1 metrin qiyməti 6,7 manat olan 250 metr uzunluğunda 1625 manat dəyərində pəncərəaltı (35), 1 metrin qiyməti 4,1 manat olan 100 metr uzunluğunda 410 manat dəyərində pəncərə altı (25), 1 metrin qiyməti 0,90 manat olan 2000 metr uzunluğunda 1800 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1800 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1824 manat dəyərində boru PVC 50 mm ag, 1 metrin qiyməti 1,90 manat olan 960 metr uzunluğunda 1824 manat dəyərində adaptor ağ, 1 metrin qiyməti 3,80 manat olan 480 metr uzunluğunda 1824 manat dəyərində boru PVC 50 mm rəngli, 1 metrin qiyməti 6,56 manat olan 325 metr uzunluğunda 2132 manat dəyərində adaptor rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 100 ədəd 35 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 300 ədəd 105 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,35 manat olan 300 ədəd 105 manat dəyərində cik cik rəngli, 1 ədədin qiyməti 0,28 manat olan 1000 ədəd 280 manat dəyərində makas oqranicitel ag, 1 ədədin qiyməti 0,30 manat olan 60 ədəd 200 manat dəyərində makas oqranicitel rəngli, 1 metrin qiyməti 0,58 manat olan 1200 metr uzunlugunda 696 manat dəyərində setqa profil ağ, 1 metrin qiyməti 0,63 manat olan 600 metr uzunluğunda 696 manat dəyərində setqa profil rəngli, 1 metrin qiyməti 0,63 manat olan 240 metr uzunluğunda 151,2 manat dəyərində setqa profil rəngli, 1 paçkanın qiyməti 11 manat olan 20 paçka 220 manat dəyərində taksos qalın, 1 ədədin qiyməti 0,10 manat olan 2000 ədəd 200 manat dəyərində sarı suse takosu, 1 ədədin qiyməti 0,90 manat olan 400 ədəd 360 manat dəyərində qapı şpinqaleti düz, 1 ədədin qiyməti 0,80 manat olan 200 ədəd qutusu 160 manat dəyərində pəncərə şpinqaleti düz, 1 qutunun qiyməti 3,60 manat olan 200 qutu 720 manat dəyərində şrup 22-lik, 1 qutunun qiyməti 4,40 manat olan 130 qutu 572 manat dəyərində şrup 32-lik, 1 ədədin qiyməti 0,08 manat olan 4000 ədəd 320 manat dəyərində şrup 122 buldeks, 1 ədədin qiyməti 0,45 manat olan 2000 ədəd 900 manat manat dəyərində setqa qapı ağ, 1 ədədin qiyməti 0,50 manat olan 500 ədəd 250 manat dəyərində setqa qapısı rəngli, 1 ədədin qiyməti 0,50 manat olan 200 ədəd 100 manat dəyərində setqa qapısı rəngli, 1 metrin qiyməti 0,50 manat olan 300 metr uzunluğunda 150 manat dəyərində setqa qapısı rəngli, 1 metrin qiyməti 0,12 manat olan 5010 metr uzunluğunda 601,2 manat dəyərində cita 12-lik, 1 dəstin qiyməti 10 manat olan 10 dəst 100 manat dəyərində turk 3 kq, 1 dəstin qiyməti 95 manat olan 10 dəst 950 manat dəyərində turk 30 kq, 1 ədədin qiyməti 0,65 manat olan 6000 ədəd 3900 manat dəyərində qapı petləsi ağ, 1 ədədin qiyməti 0,70 manat olan 2850 ədəd 1995 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,50 manat olan 8000 ədəd 4000 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 3600 ədəd 1944 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,70 manat olan 1500 ədəd 1050 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,70 manat olan 750 ədəd 525 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 400 ədəd 216 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 1200 ədəd 648 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 1000 ədəd 900 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 1 manat olan 400 ədəd 400 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədin qiyməti 1 manat olan 500 ədəd 500 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədin qiyməti 0,38 manat olan 6000 ədəd 2280 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 0,42 manat olan 1000 ədəd 420 manat dəyərində pəncərə qolu plastik rəngli, 1 ədədin qiyməti 0,42 manat olan 800 ədəd 336 manat dəyərində pəncərə qolu plastik rəngli, 1 ədədin qiyməti 3,25 manat olan 400 ədəd 1300 manat dəyərində qapı qolu adi yaylı ağ, 1 ədədin qiyməti 3,50 manat olan 200 ədəd 700 manat dəyərində qapı qolu adi yaylı rəngi, 1 ədədin qiyməti 3,50 manat olan 80 ədəd 280 manat dəyərində qapı qolu PVC yaylı rəngi, 1 ədədin qiyməti 3,50 manat olan 400 ədəd 1400 manat dəyərində qapı qolu ws yaylı ağ, 1 ədədin qiyməti 3,75 manat olan 200 ədəd 750 manat dəyərində qapı qolu vc yaylı rəngli, 1 ədədin qiyməti 3,75 manat olan 200 ədəd 750 manat dəyərində qapı qolu vs yaylı rəngində, 1 ədədin qiyməti 2,40 manat olan 400 ədəd 960 manat dəyərində kilid vs, 1 ədədin qiyməti 0,42 manat olan 999 ədəd 419,60 manat dəyərində qapıqarşılığı uzun, 1 ədədin qiyməti 0,35 manat olan 600 ədəd 210 manat dəyərində qapı qarşılığı qısa, 1 ədədin qiyməti 2,05 manat olan 100 ədəd 205 manat dəyərində bareladi, 1 ədədin qiyməti 2,20 manat olan 100 ədəd 220 manat dəyərində barel wc, 1 dəstin qiyməti 10,05 manat olan 500 dəst 5250 manat dəyərində cift endov 700-1200, 1 dəstin qiyməti 11,2 manat olan 200 dəst 2240 manat dəyərində vift endof 900-1400, 1 dəstin qiyməti 12 manat olan 100 dəst 1200 manat dəyərində cift endov 1200-1700, 1 dəstin qiyməti 13,5 manat olan 50 dəst 675 manat dəyərində cift endov 1700-2200, 1 ədədin qiyməti 0,79 manat olan 500 ədəd 395 manat dəyərində ispolnyet 30, 1 ədədin qiyməti 0,89 manat olan 400 ədəd 356 manat dəyərində isponyer 40, 1 ədədin qiyməti 1,05 manat olan 200 ədəd 210 manat dəyərində İsponlyer 60, 1 ədədin qiyməti 1,29 manat olan 1000 ədəd 1290 manat dəyərində isponlyet 80, 1 ədədin qiyməti 1,49 manat olan 200 ədəd 298 manat dəyərində İsponliyet 100, 1 ədədin qiyməti 1,95 manat olan 100 ədəd 195 manat dəyərində isponlyet 140, 1 ədədin qiyməti 2,20 manat olan 60 ədəd 132 manat dəyərində İsponlyet 160, 1 ədədin qiyməti 2,50 manat olan 60 ədəd 150 manat dəyərində isponlyet 180, 1 ədədin qiyməti 4,55 manat olan 100 ədəd 455 manat dəyərində qapı isponlyeti 160, 1 ədədin qiyməti 4,75 manat olan 300 ədəd 1425 manat dəyərində qapı isponlyeti 180, 1 ədədin qiyməti 4,75 manat olan 100 ədəd 475 manat dəyərində qapı isponlyeti 200, 1 ədədin qiyməti 0,09 manat olan 9000 ədəd 810 manat dəyərində zamak ayna qarşlığı, 1 ədədin qiyməti 0,09 manat olan 3000 ədəd 270 manat dəyərində zamak ayna qarşlığı, 1 ədədin qiyməti 0,33 manat olan 600 ədəd 198 manat cik cik ağ, 1 metrin qiyməti 3,45 manat olan 2268 metr 198 manat dəyərində kasa profil ağ Q, 1 metrin qiyməti 3,45 manat olan 1260 metr 4347 manat dəyərində orta kayıt profili ağ T, 1 metrin qiyməti 3,45 manat olan 1620 metr 5589 manat dəyərində kanat profili ağ Z, 1 metrin qiyməti 5,20 manat olan 600 metr 3120 manat dəyərində qapı kanatı Z 80, 1 metrin qiyməti 1,05 manat olan 7560 metr 7938 manat dəyərində stabik cut cam ağ, 1 metrin qiyməti 1,25 manat olan 1440 metr 1800 manat dəyərində stabik tek cam ağ, 1 metrin qiyməti 5,40 manat olan 2592 metr 13997 manat dəyərində kasa profil rəngli Q, 1 metrin qiyməti 5,40 manat olan 1440 metr 7776 manat dəyərində orta kayıt profili rəngli T, 1 metrin qiyməti 5,40 manat olan 1692 metr 9137 manat dəyərində kanal profili rəngli Z, 1 metrin qiyməti 7,65 manat olan 552 metr 4223 manat dəyərində kapı kanatı Z 80 rəngli, 1 metrin qiyməti 1,90 manat olan 1800 metr 3420 manat dəyərində stabik tek cam rəngli, 1 ədədin qiyməti 0,30 manat olan 400 ədəd 120 manat dəyərində makas oqranicitel rəngli, 1 metrin qiyməti 2,85 manat olan 1668 metr 4754 manat dəyərində kasa profili Texnolayn Q ağ, 1 metrin qiyməti 2,85 manat olan 712 metr 2029 manat dəyərində orta kayıt profili T, 1 metrin qiyməti qiyməti 2,85 manat olan 712 metr 2029 manat dəyərində orta kayıt profili T Texnolayn ağ, 1 metrin qiyməti 2,85 manat olan 1000 metr 2850 manat dəyərində kanat profili Z Texnolayn ağ, 1 metrin qiyməti 4,10 manat olan 388 metr 1591 manat dəyərində kapı kanatı Z 80 Texnoline ağ, 1 metrin qiyməti 0,85 manat olan 2650 metr 2253 manat dəyərində stabik cut cam Texnoline ağ, 1 metrin qiyməti 4,55 manat olan 560 metr 2548 manat dəyərində kasa profili Texnoline Q rəngli, 1 metrin qiyməti 4,55 manat olan 252 metr 1147 manat dəyərində orta kayıt Tenoline T rəngli, 1 metrin qiyməti 4,55 manat olan 380 metr 1729 manat dəyərində kanat profili Texnoline Z rəngli, 1 metrin qiyməti 6,10 manat olan 106 metr 646,60 manat dəyərində kapı kanatı Z 80 Texnoline rəngli, 1 metrin qiyməti 1,50 manat olan 950 metr 1425 manat dəyərində stabik cut cam Texnoline rəngli, 1 metrin qiyməti 1,60 manat olan 324 metr 518,40 manat dəyərində stabik tek cam Texnoline rəngli, ümumi dəyəri 259739,80 manat olan 114 adda malların çıxarılması, həmin malların çıxarılması mümkün olmadıqda onların dəyəri 259739,80 pul vəsaitinin, həmin xam mal və materialların satışa cıxarılmasında qəsdən maneə törədərək ləngitmə nəticəsində dəymiş 10000 manat maddi zərərin, 400 manat mediasiya xərcinin, 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakların çıxarılması mümkün olmadığı təqdirdə onların dəyəri olan 249242,85 manat pul vəsaitinin alınması və dəymiş zərərin ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kasa Q adlı 900 metr dəyəri 2610 manat, orta kayıt adlı 1800 metr dəyəri 5184 manat, pəncərə kanat adlı 900 metr dəyəri 2097 manat, cam citası adlı 711 metr 661,23 manat, qapı profili adlı 600 metr dəyəri 2160 manat, qapı paneli adlı 360 metr dəyəri 6321,60 manat, pəncərə altı 20 sm adlı 726 metr dəyəri 2032,8 manat, pəncərə altı 25 sm adlı 600 metr dəyəri 2082 manat, pəncərə altı 30 sm adlı 300 metr dəyəri 2151 manat, pəncərə altı 40 sm adlı 186 metr dəyəri 1024,49 manat, dəmir içlik üçün 1.2x1000 mm adlı dəyəri 10973 manat olan malların qaytarılması, malların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 40973,46 manat pulun alınması, əldən çıxmış fayda olaraq 18000 manat vəsaitin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdeh "xxxx" MMC-dən qarşılıqlı iddia ərizəsində göstərilən əmlaklarla yanaşı 2.1x0.90 sm ölçüdə hər birinin qiyməti 85 manat, cəmi 68 ədəd qapının və yaxud onun dəyəri olan 5780 manat pulun alınaraq ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-345/2023 nömrəli (hakim: G.Quliyeva) qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən anbarda saxlanılan İddiaçınə məxsus 1 metrin qiyməti 3,6 manat olan 186 metr uzunluğunda 669,6 manat dəyərində 70 mm 5 odacıqlı pəncərə kanat Z endorpen ağ, 1 metrin qiyməti 3,6 manat olan 210 metr uzunluğunda 756 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt T enderpen ağ, 1 metrin qiyməti 5,3 manat olan 144 metr uzunluğunda 763,2 manat dəyərində 70 mm 5 odacıqlı qapı kanat profili Z Enderpen, 1 metrin qiyməti 4,6 manat olan 594 metr uzunluğunda 2732,4 manat dəyərində 70 mm 5 odacıqlı kasa profili rengi Q Enderpen, 1 metrin qiyməti 5 manat olan 354 metr uzunluğunda 1770 manat dəyərində 70 mm 5 odacıqlı orta kayıt rəngi T Enderpen, 1 metrin qiyməti 1,15 manat olan 1770 metr uzunluğda 2035,5 manat dəyərində PVC profil rəngli 70 mm cüt ştapik Enderpen, 1 kv.m qiyməti 14,50 manat olan 287 kv.m 4161,5 manat dəyərində PVC sendviç panel rəngli, 1 metrin qiyməti 10,4 manat olan 42 metr uzunluğunda 436,8 manat dəyərində pəncərə altı (60), 1 metrin qiyməti 0,90 manat olan 420 metr uzunluğunda 378 manat dəyərində lambirin, 1 metrin qiyməti 3,80 manat olan 66 metr uzunluğunda 250,8 manat dəyərində boru PVC 50 mm ag, 1 metrin qiyməti 1,90 manat olan 6 metr uzunluğunda 11,4 manat dəyərində adaptor ağ, 1 metrinqiyməti 3,80 manat olan 252 metr uzunluğunda 957,6 manat dəyərində boru PVC 50 mm rəngli, 1 metrin qiyməti 6,56 manat olan 312 metr uzunluğunda 2046,72 manat dəyərində adaptor rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 111 ədəd 99,9 manat dəyərində qapı şpinqaleti düz, 1 qutusunun qiyməti 3,60 manat olan 131 qutu 471,6 manat dəyərində şrup 22- lik, 1 qutusunun qiyməti 4,40 manat olan 107 qutu 470,8 manat dəyərində şrup 32-lik, 1 ədədin qiyməti 0,08 manat olan 1900 ədəd 152 manat dəyərində şrup 122 buldeks, 1 ədədin qiyməti 0,45 manat olan 750 ədəd 337,5 manat dəyərində setqa qapı ag, 1 ədədin qiyməti 0,50 manat olan 630 ədəd 315 manat dəyərində setqa qapısı rəngli, 1 ədədin qiyməti 0,65 manat olan 3603 ədəd 2341,95 manat dəyərində qapı petləsi ağ, 1 ədədin qiyməti 0,70 manat olan 4460 ədəd 3122 manat dəyərində qapı petləsi rəngli, 1 ədədin qiyməti 0,54 manat olan 2460 ədəd 1328,4 manat dəyərində pəncərə petləsi rəngli, 1 ədədin qiyməti 3,50 manat olan 200 ədəd 700 manat dəyərində qapı qolu adi yaylı rəngli, 1 ədədin qiyməti 0,90 manat olan 16 ədəd 14,4 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 1 manat olmaqla 445 ədəd 445 manat dəyərində pəncərə qolu dəmirli rəngli, 1 ədədinin qiyməti 0,38 manat olan 6000 ədəd 2280 manat dəyərində pəncərə qolu dəmirli ağ, 1 ədədin qiyməti 3,25 manat olan 81 ədəd 263,25 manat dəyərində qapı qolu adi yaylı ağ, 1 ədədin qiyməti 3,50 manat olan 285 ədəd 997,5 manat dəyərində qapı qolu ws yaylı ağ, 1 dəstin qiyməti 10,05 manat olan 194 dəst 1949,7 manat dəyərində cift endov 700- 1200, 1 dəstin qiyməti 11,2 manat olan 24 dəst 268,8 manat dəyərində vift endof 900- 1400, 1 dəstin qiyməti 12 manat olan 75 dəst 900 manat dəyərində cift endov 1200-1700, 1 dəstin qiyməti 13,5 manat olan 1 dəst 13,5 manat dəyərində cift endov 1700-2200, 1 ədədin qiyməti 0,79 manat olan 148 ədəd 116,92 manat dəyərində ispolnyet 30, 1 ədədin qiyməti 0,89 manat olan 30 ədəd 26,7 manat dəyərində isponyer 40, 1 ədədin qiyməti 1,05 manat olan 93 ədəd 97,65 manat dəyərində isponlyer 60, 1 ədədin qiyməti 1.29 manat olan 204 ədəd 263,16 manat dəyərində isponlyet 80, 1 ədədin qiyməti 2,50 manat olan 24 ədəd 60 manat dəyərində isponlyet 180, 1 ədədin qiyməti 4,75 manat olan 18 ədəd 85,5 manat dəyərində qapı isponlyeti 180, 1 ədədin qiyməti 4,75 manat olan 48 ədəd 228 manat dəyərində qapı isponlyeti 200, 1 metrin qiyməti 1,05 manat olan 3060 metr 3213 manat dəyərində stabik cut cam ağ, 1 metrin qiyməti 5,40 manat olan 1940 metr 10476 manat dəyərində kasa profil rəngli Q, 1 metrin qiyməti 5,40 manat olan 1332 metr 7192,8 manat dəyərində orta kayıt profili rəngli T, 1 metrin qiyməti 5,40 manat olan 1008 metr 5443,2 manat dəyərində kayıt profili rəngli Z, 1 metrin qiyməti 1,90 manat olan 1434 metr 2724,6 manat dəyərində stabik tek cam rəngli, ümumilikdə 44 (qırx dörd) adda 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində əşyalar, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan 63368 (altmış üç min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik pulun, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ilkin iddia üzrə İddiaçınə verilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 130 (bir yüz otuz) manat 10 (on) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. “Elektron məhkəmə” informasiya sistemində ilkin tələb üzrə İddiaçı MMC-nin direktoru X2 elektron kabineti vasitəsi ilə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilərək cavabdeh ilə barışıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemində qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh2 elektron kabineti vasitəsi ilə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilərək cavabdeh ilə barışıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflərin hər biri ayrı-ayrılıqda ərizələrini müdafiə etdiklərini bildirdilər. Məhkəmə kollegiyası tərəflərin ayrı-ayrılıqda verdikləri iddiadan və qarşılıqlı iddiadan imtina barədə ərizələri iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtinalar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5. maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 370.1. maddəsinə görə, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2. maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcədə iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Gəncə Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli e-2-2(115)-345/2023 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş maddi ziyan tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçınə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddialar üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbindən imtina barədə ərizələri qəbul edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-345/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-2(104)-198/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-198/2023
15.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver