Məhkəmə qərarları › İş №2-2(104)-198/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-198/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-198/2025 05.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli 002H saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdehndən ******* manat məbləğində əsas borcun, 226222,11 manat məbləğində faiz borcunun, ümumilikdə 2226222,11 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsi və 06 may 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qətnamədə düzəliş qərardadından görünür ki, iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli 002H saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdehndən ******* manat məbləğində əsas borcun, 226222,11 manat məbləğində faiz borcunun, ümumilikdə 2226222,11 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdehin qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlı olması, qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verməsi hüququ izah edilmişdir. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(104)-123/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün birinci instansiya məhkləməsoinə qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-2(84)-415/2015 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)- 415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, Cavabdeh MMC-yə apellyasiya şikayətinin qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti ilə müraciət etməsi üçün 10 (on) gün müddət müəyyən edilmişdir. İş üzrə Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzürlü hesab edərək bərpa olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, qiyabi qətnaməni rəsmi olaraq xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə əldə etmişlər. xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini Gəncə Kommersiya Məhkəməsinə vermişlər. Lakin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna səbəb kommersiya işinin Elektron məhkəmə” informasiya sistemində mövcud olmaması, həmçinin məhkəmənin adı dəyişdiyindən və işə baxan hakimin məhkəmədə işləməməsi onların adlarının Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müəyyən olunmuş xanalarda qeyd etməməsi ilə mümkün olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti müəyyən olunmuş müddət ərzində məhkəmənin dəftərxanasına verilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərardadından sonra iş “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmişdir. Apellyasiya şikayətini iş “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərmişlər. Qətnaməni rəsmi qaydada aldıqları xx.xx.2025-ci il tarix olduğundan apellyasiya şikayətinin verilmə müddəti xx.xx.2025-ci il tarix olduğundan, xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətini elektron qaydada verilmədiyindən apellyasiya şikayətinin mümkünlüyü məsələsi baxılan ərəfədə 27 gün müddət keçmişdir. Ona görə də ötürülmüş müddət üzürlü hesab edilməli və bərpa edilməlidir. İddiaçı ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə etiraz verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-2(115)-415/2015 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 27 aprel 2015ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdehnə münasibətdə bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətini cavabdehin adından o, vermişdir. Ona cavabdehin hüquqlarını təmsil etmək üçün etibarnaməni cavabdehin adından direktor kimi Nümayəndə3 vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır və qanuni qərar qəbul edilməsini xahiş edir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının kollegiyaya ünvanladığı apellyasiya şikayətinə yazılı etirazını və ona əlavə edilmiş sənədləri də elan edərək, iş materiallarına əlavə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2-2(104)-198/2025 saylı qərardadı ləğv edilməli, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və şikayətin Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun verilməmişdir. Cavabdeh adından vəkil Nümayəndə1 ilə hüquqlarını təmsil etmək üçün müqavilə bağlanılmış və müvafiq etibarnamə verilmişdir. Cavabdehin hüquqlarını təmsil etmək üçün etibarnaməni cavabdehin adından direktor kimi Nümayəndə3 vermişdir. Lakin Nümayəndə3 direktor təyin olunması ilə bağlı işdə sübut yoxdur. 12 saylı Ərazi Vergilər İdarəsinin məlumatından görünür ki, Cavabdeh xx.xx.2001-ci ildə qeydiyyata alınmış, təsisçisi və qanuni təmsilçisi “nizamnamə kapitalında mayalarının payı” 100% olan Məmmədov Salman Vəkil oğludur. Göründüyü kimi, apellyasiya şikayəti verilən zaman Cavabdeh adından vəkil Nümayəndə1 verilən etibarnamə hüququ olmayan şəxs tərəfindən verilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1 və 363.1.1 apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, hazırki apellyasiya şikayəti verilərkən vəkil Nümayəndə1 apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Nümayəndə3 Cavabdeh adından vəkil ilə hüquqlarını təmsil etmək üçün müqavilə bağlaması və müvafiq etibarnamə verməsi üçün hüquqlarının olması iş materialları ilə istisna edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun verilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361.2 və 363.1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2-2(104)-198/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kredit müqaviləsinin ləğvi və borc tələbinə dair mülki iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2-2(84)-415/2015 saylı qiyabi qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin Mülki Prosessual Məcəllənin 361 və 363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar