Məhkəmə qərarları › İş №2-2(104)-200/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-200/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-200/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-90/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 9808,96 manat əsas borc, 365,93 manat faiz borcu, 103,22 manat cərimə borcunun tutulması, Cavabdeh1 8809,81 manat əsas borc, 328,46 manat faiz borcu, 93,12 manat cərimə borcunun tutulması, ödənilmiş 149 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat rüsumun, ödənilmiş 320 xidmət haqqının cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha birgə torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək, Cavabdeh1 4809,81 manat əsas, 328,46 manat faiz, 93,12 manat cərimə borcunun tutulması, Cavabdeh2 5808,96 manat əsas borc, 365,93 manat faiz, 103,22 manat cərimə borcunun tutulması, ödənilmiş 149 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat rüsumun, ödənilmiş 320 xidmət haqqının cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha birgə torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-90/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyev) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM122000155 saylı restrukturizasiya müqaviləsi üzrə 4809 manat 81 qəpik əsas, 252 manat 25 qəpik faiz, 93 manat 12 qəpik cərimə borcu olmaqla cəmi 5155 (beş min yüz əlli beş) manat 18 (on səkkiz) qəpik borc Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM122000154 saylı restrukturizasiya müqaviləsi üzrə 5808 manat 96 qəpik əsas, 281 manat 12 qəpik faiz, 103 manat 22 qəpik cərimə borcu olmaqla cəmi 6193 (altı min yüz doxsan üç) manat 30 (otuz) qəpik borc Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 124 (bir yüz iyirmi dörd) manat 04 (dörd) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat 80 (səksən) qəpik rüsum, mediasiya xidməti üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 59000 (əlli doqquz min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin əmlakın ilkin satış qiyməti hissəsində əsassız olduğu üçün ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Belə olan halda məhkəmə qeyd edir ki, iddianın məhkəməyə verilməsi üçün iddianın qiymətinə mütənasib olaraq 11.509,64 manat məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 124,53 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Buna görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə görə ödənilməli olan dövlət rüsumu 62,26 manat təşkil edir. Apellyasiya şikayətinə əlavə edilmiş ödəniş qəbzi üzrə məhkəmə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən 62,60 manat məbləğində dövlət rüsumu ödənilmiş olsa da, həmin vəsait Gəncə Apellyasiya Məhkəməsinin hesabına deyil, Gəncə Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti verdiyinə görə, dövlət rüsumu Gəncə Apellyasiya Məhkəməsinin xəzinə hesabına köçürülməli idi. Lakin o, pulu Gəncə Kommersiya Məhkəməsinin hesabına ödəmişdir. Bu səbəbdən rüsum düzgün ödənilmiş hesab edilmir və MPM-in 361-ci maddəsinə əsasən, apellyasiya şikayətinə baxılmadan geri qaytarılma səbəbi yaranır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual cəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-90/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar