Məhkəmə qərarları › İş №2-2(104)-204/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-204/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-204/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı “Süleyman” X8 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh X1rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-746/2024 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Süleyman” X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-746/2024 saylı qətnaməsi ilə (hakim R.Qədirzadə) ilk iddia üzrə iddiaçı “Süleyman” X8 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiasının və Cavabdeh “Süleyman” X4rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Süleyman” X13 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “Süleyman” X13 cavabdeh X11 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilməyən tikililər və torpaq sahəsində təsis etdiyi iddiaçının balansında olan İşıq Trasfarmatoru və işıq sayğacı cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, cavabdehə özünə ayrıca işıq sayğacının çəkilməsi ilə bağlı iddiaçı, həmçinin "xxxx" ASC tərəfindən rəsmi olaraq xəbərdarlıq edilmişdir. Hazırda qeyd olunan trasfarmator və işıq sayğacı ipoteka müqaviləsinin predmeti olmadığından cavabdehin qanunsuz olaraq iddiaçıya aid elektrik enerjisindən istifadə etməsi müəssisəni ağır maddi duruma salır. Həmin işıq trasfarmatoru iddiaçının daşınar əmlakıdır və ondan qanunsuz olaraq cavabdeh tərəfindən işlədilərək elektrik enerjisindən qanunsuz istifadə etməklə cavabdeh maddi hüquq normalarının tələblərini pozur. Cavabdehə edilən xəbərdarlıqdan nəticə çıxarmadığına görə cavabdehin qanunsuz olaraq ona vurduğu maddi zərərlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin, iddia tələbində qeyd edilmişdir ki, iddiaçı "xxxx" QSC-yə, Külək MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh X15 ilk iddia üzrə iddiaçı “Süleyman” Kəndli FermerTəsərrüfatına qarşı “maddi və mənəvi ziyana görə pul tutulmasına dair qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Süleyman” X13 tərəfindən vurulmuş maddi ziyan olaraq 2540 manat və mənəvi ziyana görə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işıq trasfarmatoru “Süleyman” X10 yox, məhz ona məxsus əmlak kompleksinə daxildir və hər hansı bir hüquq pozuntusu mövcud deyil. Belə ki, sözügedən ünvan 1-də yerləşən əmlak kompleksi qanunvericiliyə uyğun keçirilən hərrac yolu ilə satın alınmış (vicdanlı alıcı) və ünvan 1-də yerləşən əmlak kompleksi kimi müəssisə X9 xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********45-12302, qeydiyyat nömrəsi ********** olan AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmış qanuni çıxarışı var. Eyni zamanda, X15 tərəfindən “Süleyman” X10 işıq transformatorundan naqillərin ayrılması, əmlak kompleksinə baxan 11 ədəd pəncərələrin hörgü ilə bağlanması, X15 barəsində hüquq-mühafizə orqanlarına əsassız, yalan məlumatlar əsasında şikayətlərin edilməməsi üçün rəsmi qaydada xəbərdarlıq edilsə də, qarşılıqlı iddia üzrə cavabdeh tərəf xəbərdarlığa məhəl qoymamaqla əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız olaraq dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər olunmuş, bununla da onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, onun əsassız müraciətləri əsasında 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin işçiləri tərəfindən araşdırılmadan ona məxsus qaz sayğacı sökülərək əmlak kompleksinə qaz verilməsi dayandırılmışdır. Bu da ona həm maddi, həm də mənəvi zərərin vurulması deməkdir. Belə ki, qaz sayğacı söküldüyünə görə 6 ay müddətində qazdan istifadə edə bilməmiş, həmin müddət ərzində istiliyi təmin etmək üçün hər ay 3 qaz balonu (1 ədədi 30 manat) olmaqla, cəmi 18 qaz balonu istifadə etmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona 540 manat məbləğində ziyan vurulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı “Süleyman” X8 cavabdeh X11 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, X9 “Süleyman” X4rşı “maddi və mənəvi ziyana görə pul tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 406/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətlərinin qismən edilməsi Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda iş üzrə X15 iddiaya cavab verməli olmayan şəxs qismindədir. Buna görə də, əsl olmayan tərəfin əvəz edilməsi ərizəsi ilə müraciət edirlər. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ünvan 1- də yerləşən əmlak kompleksini qanunvericiliyin tələbinə uyğun olaraq qardaşı Cavabdeh bağışlamışdır və onun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********49-06301 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR Publik hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qanuni çıxarış var. Cavabdeh və "xxxx" ASC arasında bağlanan elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, qeyd olunan işıq transformatoru və işıq sayğacı Cavabdeh adına qeyd olunmuşdur. Odur ki, iş üzrə cavabdeh X9 Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı “Süleyman” X8 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkil) X5 məhkəməyə etriaz ərizəsi təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 Gəncə şəhəri Sevil Qazıyeva küçəsi, yeni qaydalarla ünvan 1-də yerləşən əmlak kompleksini qanunvericiliyin tələbinə uyğun olaraq qardaşı Cavabdeh bağışlamışdır və onun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********49-06301 olan, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qanuni çıxarış var. Eyni zamanda xüsusilə nəzərinizə çatdırılır ki, Cavabdeh və "xxxx" ASC arasında bağlanan elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, qeyd olunan işıq transformatoru və işıq sayğacı Cavabdeh adına qeyd olunmuşdur. Bu da öz növbəsində təsdiq edir ki, həmin ünvan Cavabdeh xüsusi mülkiyyətindədir. Ümumiyyətlə onlar iş üzrə verilən iddia ərizəsi ilə razılaşmır, AR MPM-nin maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirirlər. Hesab edirlər ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Odur ki, İddiaçı cavabdeh X11 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Süleyman” X13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, "xxxx" Səhmdаr Cəmiyyəti ilə bаğlınmış işıq sаyğаcı ilə bаğlı müqаviləyə əsаsən həmin trаnsformаtоrdа оlаn sаyğаc Sülеymаn Кəndli Fеrmеr Təsərrüfаtının bаlаnsındа оlmаqlа təsərrüfаtın sаyğаcıdır. Hаzırdа qеyd оlunаn trаnsformаtоrun cаvаbdеhin mülкiyyət hüququ üzrə qеydiyyаtı аpаrılmаmışdır. Həmin trаnsformаtоrun tехniкi göstərici оlаrаq tехniкi pаspоrtdа göstərilməsi əmlак кimi dеyil tехniкi vаsitə кimi göstərilmişdir. Qеyd оlunаn trаnsformаtоrun və işıq sаyğаcının cаvаbdеhə sаtılmаsı ilə bаğlı iş mаtеriаllаrındа hеç bir sübut mövcud dеyil. Lакin işdə оlаn işıq sаyğаcının аlqı-sаtqısı ilə bаğlı müqаvilə üzrə tərəf оlаrаq təsərrüfаtın istifаdəsinə vеrilməsi оnu göstərir кi, cаvаbdеh özünə аid hissə ilə bаğlı аyrıcа tехniкi şərt аlmаqlа və işıq sаyğаcı ilə bаğlı аyrıcа аlqısаtqı müqаviləsi bаğlаmаqlа işıq trаnsformаtоrundаn istifаdə еdə bilər. Onunla "xxxx" ASC аrаsındа bаğlаnmış müqаvilə hələ də qüvvədədir. Bu bахımdаn təsərrüfаtа məхsus işıq sаyğаcındаn cаvаbdеhin istifаdə еtməsi qаnunsuzdur. Bеlə кi, sаyğаc коdu üzrə onun tərəfindən ödənişlər еdildiкdən sоnrа cаvаbdеh onun еtdiyi ödəniş əsаsındа işıqdаn istifаdə еdir. Bununlа dа cаvаbdеh təsərrüfаtа mаddi zərər vurur. Bu bахımdаn hеsаb еdir кi, məhкəmə tərəfindən mаddi hüquq nоrmаlаrının tətbiqində səhvə yоl vеrilmişdir. Bundan başqa məhkəmə işə onlarımn iştirakı olmadan baxmışdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər təkrar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi ilk və qarşılıqlı iddia tələbi rədd edilmiş olsa da, qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. İş materiallarında olan 27 mart 2024-cü il tarixli, 389054 nömrəli "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti (istehsal sahəsini) elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünədək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsitərəfindən verilmiş **********45-12302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə görə tərtib edilmiş texniki pasportdan görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi (Yeni qaydalarla: AZ 2024, ünvan 1 ünvanda 2,6066 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 2620,3 kv.metr olan əmlak kompleksi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində X9 tam payı müəyyən edilmişdir. Texniki pasportda əmlak kompleksinə transformatorun da daxil olduğu əksini tapmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsitərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsitərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı (ipoteka saxlayan) və İddiaçı (ipoteka verən) arasında bağlanmış 06M000000724 nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (ünvan 3 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yelrəşən 2919,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi) Bank ilə “Süleyman” X13 arasında 12 dekabr 2011-ci il tarixdə Gəncə şəhərində aşağıdakı şərtlərlə (kredit xəttin məbləği – 5 milyon ABŞ dolları, kredit xəttinin müddəti – 120 ay, ödənişlərin dövriliyi – bir aydan bir bərabər hissələrlə) bağlanmış 06L000003201 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********14-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsində yerləşən, 1718 kv.m ümumi, 964,7 kv.m əsas, 753,3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (“Təchizat” kiçik müəssisəsinin anbarı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman” adına X13, X12 və İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər “Süleyman adına X13”, X12 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada - 06R********** saylı kredit razılaşması üzrə 105967,07 USD məbləğində əsas kredit borcu, 17799,4 USD faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla, cəmi 153766,47 ABŞ dolları, 06R000007372 saylı kredit razılaşması üzrə 97386,57 USD məbləğində əsas kredit bocu, 18390,80 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla, cəmi 145777,37 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 96633,9 USD məbləğində əsas borc, 15332,5 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla, cəmi 141966,4 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 105645,94 USD məbləğində əsas borc, 17381,1 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla, cəmi 153027,04 ABŞ dolları olmaqla, ümumilikdə 594537,28 (beş yüz doxsan dörd min beş yüz otuz yeddi dollar iyirmi səkkiz sent) ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, tutmanın X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak komleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 210807 manat (iki yüz on min səkkiz yüz yeddi) manat dəyərində müəyyən edilməsi, tutmanın İddiaçı məxsus ünvan 3ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat (üç yüz on doqquz min iki yüz yetmiş səkkiz) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışlarından əldə edilən vəsaitlərin qalan hissəsinin ipoteka qoyanlara qaytarılması və iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 788/2018 saylı qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin kredit borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4932/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X6 və İddiaçı kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, 06 fevral 2012-ci il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95941,57 ABŞ dolları, faiz borcunun 15350,65 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 126292,22 ABŞ dolları müəyyən edilməsi, 10 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15.000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95552,84 ABŞ dolları, faiz borcunun 14906,24 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 125459,08 ABŞ dolları müəyyən edilməsi, 02 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 101940,56 ABŞ dolları, faiz borcunun 16854,17 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 133794,73 ABŞ dollar müəyyən edilməsi, 02 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 104667,33 ABŞ dolları, faiz borcunun 16700,25 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 136367,58 ABŞ dolları müəyyən edilməsi, yekun olaraq dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğin 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X13”ndan, X3, İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə verilməsi, qətnamənin mübahisələndiriln qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman” adına X13, X12 və İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər “Süleyman adına X13”, X12 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada ümumilikdə dörd kredit razılaşması üzrə 594537,28 (beş yüz doxsan dörd min beş yüz otuz yeddi dollar iyirmi səkkiz sent) ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın X7 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak komleksinə və İddiaçı məxsus ünvan 3ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin müvafiq qərarları ilə verilmiş apellyasiya və kassasiya şikayətləri qismən təmin edilmiş, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi kredit razılaşmaları üzrə alınacaq pul məbləğləri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəslərində qəraralar dəyişdirmədən saxlanılmış, İddiaçı məxsus ünvan 3ndə yerləşən əmlak kompleksi hərraca çıxarılaraq satılmış, hərracdan həmin əmlakı ilk iddia üzrə cavabdeh əldə etmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X15 ilk iddia üzrə iddiaçı “Süleyman” X4rşı “maddi və mənəvi ziyana görə pul tutulmasına dair qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Süleyman” X13 tərəfindən vurulmuş maddi ziyan olaraq 2540 manat və mənəvi ziyana görə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi işıq transformatoru və işıq sayğacının onun mülkiyyəti olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə cavabdehin qanunsuz istifadə etdiyini iddia etdiyi həmin işıq transformatorunun və işıq sayğacının harada yerləşməsinə belə aydınlıq gətirməmişdir. Əksinə cavabdeh tərəf mülkiyyətində olan əmlak kompleksinə aid işıq transformatorundan istifadə etdiyini bildirmiş, bu hal cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki pasportunda da əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi işıq transformatoruna və işıq sayğacına hüququnun olmasını sübuta yetirə bilmədiyindən onun cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair ilk iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı ona məhz cavabdeh “Süleyman X13” tərəfindən hər hansı maddi və mənəvi zərər vurulduğunu təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia da təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.11-ci maddəsinə əsasən ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi ilk iddia üzrə iddiaçının ona məxsus olduğunu iddia etdiyi elektrik transformatoru ilk iddia üzrə cavabdehə məxsus əmlak kompleksinin tərkib hissəsidir, ilk iddia üzrə cavabdeh də həmin transformatordan keçən elektrik enerjisindən istifadə edir, həmin transformatorun ilk iddia üzrə iddiaçıya məxsus olduğunu təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan iddia ilə mübahisə ilə məhkəməyə müraciət etsə də, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, iddia etdiyi elektrik transformatorunun və elektrik sayğacının ona məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri yuxarıda qeyd ilunan elektrik transformatorunun və elektrik sayğacının ona məxsus olması ilə bağlıdır ki, iddiaçı məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipi pozulması ilə bağlıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən "Süleyman X13"na məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. İş materiallarından göründüyü kimi “Süleyman” X8 nümayəndəsi birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında iştirak etmiş, lakin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-746/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Süleyman X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-746/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar