Məhkəmə qərarları › İş №2-2(104)-205/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-205/2023

16.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-205/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Gəncə şəhər 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 6A YDM-ə dair bağlanmış alqı-satqı müqaviləsini əhəmiyyətsiz, həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 6A YDM-ə dair verilmiş 28.11.2**2-ci il tarixli, **2*43 qeydiyyat nömrəli "Mülkiyyət hüququ haqqında şəhadətnamə"ni, həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ipoteka müqavilələri əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1*.*4.2*13-cü il tarixli, 1513**5*13 dövlət qeydiyyat nömrəli və 2*.*6.2*15-ci il tarixli, 1515**9896 dövlət qeydiyyat nömrəli çıxarışları etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18.*4.2*23-cü il tarixli, 2(125)-933/2*23 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı müqavilənin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.6 və 152.1.6-1-ci maddələrinin tələbinə əsasən geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadından marazı qalan iddiaçı X2 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını, əks halda isə şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadı qanunsuzdur. Belə ki, onun iddiası pretenziya qaydasında həll ediləsi iddia deyil, çünki iddia ərizəsində söhbət 2**2-ci ildən qəbul edlilmiş çox saylı əqdlərdən gedir, onlar barədə bir şəxs, istəsə belə, tədbir görə (pretenziyanı qəbul edə) bilməz. Həmin əqdlər zəncirvari olduğundan, çoxsaylı fiziki və hüquqi şəxsləri əhatə etdiyindən mübahisənin çoxsaylı cavabdehlərə çoxsaylı pretenziyalarla həll edilməsi mümkün deyil. İş üzrə iddia ərizəsini geri qaytarmaq süründürməçiliyin yeni bir növüdür. Bir işdə pretenziya qaydası obyektiv olaraq mümkün deyilsə, yəni cavabehlər həm müxtəlif, həm də çox olduqları üçün pretenziyanı qəbul edibetməməyin faydası yoxdursa, pretenziya nəyə görə verilməlidir? Axı cavabdehlərin heç biri pretenziyaya ”hə” deyə bilməz, çünki əqdin etibarsızlığı tək ondan asılı deyil. Cavabdehlərin pretenziyanı qəbul etmək iqtidarında olmamasını bildiyi halda, onların hər birinə formal pretenziya yazmağı, nə isə təklif etməyi mənasızdır. Məhkəmənin 6 ay başqa məhkəmənin icraatında olmuş işi pretenziya qaydasına riayət edilməməsi motivi ilə geri qaytarması məhkəməyə müraciət etmək hüququndan imtina edilməsinə yorub, şərait yaratmaqdan, süründürməçilikdən başqa bir şey deyil. Gəncə Kommersiya Məhkəməsinin 19.*7.2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi yalnız pretenziya qaydasına riayət edilməməsi əsası ilə deyil, həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosessi ilə bağlı tələbə riayət edilməməsi ilə bağlı olmuşdur. “Mediasiya haqqında” Qanununa əsasən mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ərizəsi 15 dekabr 2*22-ci il tarixə Gəncə Şəhər Məhkəməsinə verilmiş, işin birinci məhkəmə hazırlıq iclası 13 yanvar 2*23-cü il tarixinə təyin edilmiş, həmin məhkəmə iclası iddiaçının vəsatətinə əsasən 31 yanvar 2*23-cü il tarixinə təxirə salınmış, həmin tarixdə olan məhkəmə iclasında iddiaçı iştirak etməmiş, tərəflərin iştiakının təmin edilməsi üçün məhkəmə iclası 16 fevral 2*23-cü il tarixinə təxirə salınmış, həmin tarixli məhkəmə iclasında məhkəmə tərəfindən sorğu verilərək, məhkəmə iclası *2 mart 2*23-cü il tarixinə təxirə salınmış, həmin tarixdə olan məhkəmə iclasında iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının vəsatətinə əsasən icraat təzələnərək 18 aprel 2*23-cü il tarixinə təyin edilmiş və həmin tarixli məhkəmə iclasında isə mübahisənin kommersiya mübahisəsi olması müəyyən edilərək Gəncə Şəhər Məhkəməsinin 18.*4.2*23-cü il tarixli, 2(125)-933/2*23 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi Gəncə Şəhər Məhkəməsində işə baxılması zamanı keçirilmiş məhkəmə iclasıarının ikisində iddiaçı iştirak etməmiş, birində isə məhkəmə iclası isə onun vəsatətinə əsasən təxirə salınmışdır ki, bununla da məhkəmə tərəfindən süründürməçiliyə yol verilməsi ilə bağlı iddiaçının dəlili əsassız olmuşdur. Digər tərəfdən işin qeyd olunan halları mübahisənin məhkəmədən kənar qaydada, mediasiya prossesi çərçivəsində həll edilməsinin mümkünsüzlüyü ilə bağlı nəticəyə gəlməyə imkan verməməklə, hazırkı iş üzrə mediasiya tələbinin formal xarakter daşıyacağı ilə bağlı qənaətə də gəlməyə imkan verməməkdədir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə mediasıya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil etməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2- 2(115)-844/2*23 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.*.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayət təmin təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 3* may 2*23-cü il tarixli, 2-2(115)-844/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunudğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar