Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-21/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı İslam oğlunun, onun nümayəndəsi (atası) Nümayəndə, cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzinin nümayəndəsi X26 və Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzinə, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə və Cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Republikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-34/2024 saylı qətnaməsindən İddiaçı İslam oğlu və cavabdeh 13 saylı X38 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-34/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, X79 X29 meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə X38 Mərkəzinin direktoru Cavabdeh2 07 iyul 2022-ci il tarixli 60 saylı əmriniun ləğv edilməsi, 400 manat mediasiya xərcinin cavabdeh Bərdə X38 Mərkəzindən tutularaq İddiaçı İslam oğluna ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 150 manat ekspertiza xərcinin İddiaçı İslam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı İslam oğlu apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-34/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və cavabdehlərdən Meşələrin İnkişafı Xidməti 13-saylı Bərdə X38 Mərkəzi, Cavabdeh2 qarşı müştərək qaydada dəymiş ziyan 3192 ədəd chandler qoz ağaclarından əldə edəcəkləri fayda kimi 891.419.20 manat, 23832 ədəd yağlı fındıq ağaclarından 599,760.00 manat; aqro-texniki və çəkilən xərclər 516,623.00 manat və Gəncə Apellyasiya Məhkəməsinə ödədiyi 700 manat dövlət rüsumları olmaqla müştərək qaydada cavabdehlərdən onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 13 saylı X38 Mərkəzi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-34/2024 nömrəli qətnaməsinin X79 X29 meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə X38 Mərkəzinin direktoru Cavabdeh2 07 iyul 2022-ci il tarixli 40 saylı əmrinin ləğv edilməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İslam oğlu cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzinə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi (xx.xx.2023-cü il tarixli) ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzi və həmin Mərkəzin keçmiş direktoru Cavabdeh2 ona vurduğu zərərə-ziyana görə 558.000 manat pul vəsaiti, 448 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 558.848 manatın cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzindən və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamenti xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 06 nömrəli xx.xx.2019-cu il tarixli Bərdə rayon ərazisində Bük Meşəbəyliyindən 22-24-cü kvartalının 20-ci bölməsindən 12 ha; 6-cı bölməsindən 33,60 ha; 12-ci bölməsindən 4,40 ha boş torpaq sahəsi aqro-bağ salınması üçün uzun müddətə ona icarəyə verilmişdir. Bu aqro-bağ sahəsinə xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Cavabdehlər tərəfindən ona dəfələrlə, külli miqdarda ziyan vurularaq Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 və Bərdə RMTM-nin digər əməkdaşları cinayət əlaqəsinə girib əlbir olaraq 50 ha aqro-bağını əvvəl ağacların bir hissəsini doğratdırıb, sonradan susuzluqdan yandırtdırıb məhv etməyə dəfələrlə cəhd etmişlər və yandırmışlar. 30 hektardan artıq aqro-bağı susuzluqdan yandırılaraq məhv edilmişdir. Aqro-bağa və aqro-bağın ərazisinə heç bir texnika buraxılmırdı. Hətta işçiləri belə aqro-bağın sahəsindən çıxardırdılar. Belə ki, 20.000 manat cavabdehlərə rüşvət vermədikləri üçün müqavilənin bütün şərtlərini pozmuşlar. Aqro-bağına 558.000 manat dəyərində ziyan-zərər vurmuşlar. Belə ki, cavabdeh Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 20.000 manat pulu hədə-qorxu ilə tələb edib öz cinayətkar ünsürlərini üstünə salsalar da, onlardan 20.000 manat pulu ala bilmədiklərindən hiddətlənib, onların xəbəri olmadan, onlara heç bir məlumat verilmədən xx.xx.2021-ci il tarixdə 40 saylı əmr verib guya icarə müqaviləsini ləğv etmişlər. Müqavilənin 4.1.1-ci bəndinin şərtinə əsasən icarəçi tərəfindən Azərbaycan Respublikası Meşə qanunvericiliyinin tələbləri pozulduqda icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə (4.1.2), icarəçi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə (4.1.5), Dövlətin müdafiəsini və təhlükəsizliyini, meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunması və bərpasının, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, habelə şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurəti yarandığı hallarda (4.1.7) – guya müqavilənin bu şərtləri onlar tərəfindən pozulduğuna görə Cavabdeh2 əmr verib müqaviləni ləğv etmişdir. Əslində Cavabdeh2 onlardan 20.000 manat rüşvət istəmişdir. Onlar 20.000 manat rüşvət vermədiklərindən Cavabdeh2 müqaviləni ləğv etmişdir. Müqavilənin heç bir şərtləri pozulmadan, onlar Cavabdeh2 və sonuncunun əlaltılarına 20.000 manat rüşvət vermədiklərindən müqavilənin şərtləri guya pozulmuşdur və onlara 558.000 manat ziyan vurmuşlar. Hətta Cavabdeh2 onu da unudur ki, onlar müqavilə bağlayarkən Bərdə RMTM-nin müqaviləsini Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidməti təsdiq edib. Müqavilənin şərtlərində 5-ci Yekun müddəalarda bildirilir: 5.1. Bu muqavilə şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar və müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə mövcud qanunvericiliyin tələbləri əsas götürülür. 5.2. Bu müqavilə üzrə öhdəliklərin icrası zamanı yaranan mübahisələr qarşılıqlı razılaşma yolu ilə tərəflər arasında öz həllini tapmasa, məhkəmə qaydasında həll edilir. Hətta bütün bunlara görə Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 vəzifə səlahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2022-ci ildə onlara məxsus su nasosunun Azərərbaycan Meliorasiya və X72 SSİ-nin rəisi Əhliman Hacıyevə onların aqro-bağdan su nasosunu götürülməsinə göstəriş vermişdir və müqavilə üzrə pulunu verib aldıqları suyun nasosunu götürtdürüb aqro-bağı susuzluqdan yandırtdıraraq məhv etmiş və onlara külli miqdarda ağır ziyan-zərər vurmuşdur. Cavabdeh2 verdiyi və təsdiq etdiyi rəsmi sənədləri də onun cinayət əməlləri törətməsini təsdiq edir. xx.xx.2022-ci il tarixli 27/13/99-017 saylı məktubu ilə onların icarə müqaviləsini ləğv etməsinə dair məlumatları Azərbaycan Meliorasiya Ağdaş SSİ-nin rəisi cənab X66 Rayon Məhkəməsinin sorğusu əsasında 43 saylı xx.xx.2023-cü il tarixli məktubundan onlara məlum olmuşdur ki, Cavabdeh2 Ağdaş SSİ-nin rəisinə əmr və məktubları verərək onların xəbəri olmadan bütün bu ağır cinayət əməllərini törətmişdir. Cavabdehlərin barəsində onların şikayət ərizəsi üzrə külli miqdarda Dövlət əmlaklarını mənimsəmələri, hədə-qorxu ilə onlardan külli miqdarda pul tələb etmələri, vəzifə saxtakarlığı, rəsmi sənədlərdə saxtakarlıq və s. və i. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onların ərizəsi əsasında Cavabdeh2 barəsində ********* saylı cinayət işi açılıb, istintaqı davam edir. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbindəki cavabdeh, Bərdə X50 Mərkəzinin keçmiş direktoru Cavabdeh2 cümləsinin, Cavabdeh2 kimi qəbul edilməsi, Bərdə X38 Mərkəzinin adı dəyişdirildiyindən, indiki adı ilə 13 saylı Bərdə X38 Mərkəzi kimi qəbul edilməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 40 saylı əmrinin ləğv edilməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, məhv edilən 50 hektar aqrobağda görülən işlər və çəkilən xərclər aşağıdakılardır: 1) Aqrobağda 2019-2020-ci illər (2 il) su nasosları icarəyə götürülüb, 1 ədəd altay su nasosu, 1 ədəd SNP su nasosları, aqrobağın hektarının suvarılmasına 20 AZN icarə pulunu nasos sahibi alırdı. 20 AZN*50ha=1000 AZN, 14 dəfə suvarılıb, 1000*14=14.000 AZN. Yanacaq 32.ton (iki ilə) 32.000*0.70 AZN=22.400 AZN dizel 2) Şumlama iki dəfə (lazer malaya görə) 50ha*60 AZN=3000 AZN*2 dəfə=6000 AZN 3) Lazer mala 1 saatı 40 AZN*30 ha=1200 AZN*30 gün=36000 AZN 4) Keşkəl (ağac şırımı) 50ha*30AZN=1500AZN 5) Ana arxlar 4km*4ana arx=16km ana arx*4AZN metrəsi=64.000 AZN 6) Gübrələr, dərmanlar, peyin 12500*3il=37.500 AZN 7) Qoz ağacları 20AZN*4200ədəd=84.000AZN 8) Qoz ağaclarının yol pulu 1OOO AZN 9) Qoz ağacı əkənlər 25AZN*18nəfər=360AZN*30gün=10.800 AZN 10)Fındıq 12.600ağac+11232ağac=23832ədəd ağac*5AZN=119.160AZN 11)Fındıq əkini birinci dəfə 12.600 ədəd 25AZN*18nəfər=360AZN*30gün=10800+200 əlavə xərc=11000 AZN 12) Fındıq əkini ikinci dəfə 11232 ədəd 25AZN* 18nəfər=360AZN*30gün=10.800 13) Fındıq yol pulu 1400AZN 14) Gözətçi 450AZN*48ay=21.600 AZN 15) Daimi suçular 25AZN*2nəfər=50AZN gündəlik 50 AZN *30 gün =1500AZN *27ay=40.500 16) Ağacların aralarına meyxod 50ha*50AZN=2500AZN*2 fəsil=5000AZN* 3 il=15.000 AZN 17) İllik icarə pulları 1300AZN*4dəfə (4il)=5200 AZN 18) Ağzıbir S.İ.B 1900+1792+1792=5448AZN (4 il) 19) Nar ağacı 500 ədəd*3 AZN=1500AZN 20) İşçilərin daşınması (avtomobil ilə) 30AZN *90 gün =2700AZN 21) Görülən işlər, çəkilən xərclər: 511.508 AZN (indiyə kimi) 22) Gələcəkdə meyvələrdən əldə edəcəyi faydalar 46.492 AZN cəmi: 558.000 AZN İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 3192 ədəd Chandler qoz ağaclarından əldə edəcəyi 891.419 manat 20 qəpik fayda, 23832 ədəd yağlı fındıq ağaclarından 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya xərci 400 manat və ödənilmiş 1.393 manat 90 qəpik dövlət rüsumunun cavabdehlər 13 saylı Bərdə X38 Mərkəzindən, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması və xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (4-cü cild, i.v.211-212). Cavabdeh Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidməti xx.xx.2024-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı Meşələrin İnkişaf Xidmətinin və onun tabeliyində olan 13 saylı Bərdə X1rşı iddia tələbinin rədd edilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçılə Bərdə X38 Mərkəzi arasında (hazırda 13 saylı RMTM) 10 oktyabr 2019-ci il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarında 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkini layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə riayət etməklə ağac və kol bitkilərini əkmək və onlara xidmət göstərmək, meşə fondu ərazisində və onun ətrafındakı sahələrdə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək şərtləri icarəçinin öhdəliyi kimi müəyyən edilmişdir. İcarəyə verilən ərazidə 13 saylı RMTMin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, icarəçi müqavilənin 2-ci maddəsinin 2.1 bəndinin tələblərini kobud şəkildə pozaraq meşə əkini layihəsi əsasında ağac və kol bitkiləri əkmək əvəzinə ərazinin kiçik bir hissəsində plansız və sistemsiz şəkildə meyvə tingləri əkmiş və tinglərə aqrotexniki qulluqlar göstərilməməsi səbəbindən tinglər qurumuşdur. Habelə, cərgə aralarında yonca, arpa və bostan bitkiləri əkmişdir ki, bu da müqavilə şərtlərinin kobud şəkildə pozulması deməkdir. Bunlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən dəfələrlə aktlar tərtib edilərək, İddiaçı xəbərdarlıqlar olunmuş, lakin o, müqavilənin şərtlərini pozmaqda davam etmişdir. Bundan əlavə, İddiaçı müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş və bununla bağlı Mərkəz tərəfindən akt və inzibati xəta haqında protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq 7 iyul 2022-ci il tarixdə Mərkəzin 40 nömrəli əmri ilə İddiaçılə bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-c bəndlərini pozduğuna görə xitam verilmişdir. Lakin Məmiyev qanunsuz əməllərini davam etdirərək, həmin ərazini bu günə qədər də qanunsuz istifadə edir və orada mal-qara otarır. İddiaçı İslam oğlu ona icarəyə verilmiş 50 ha meşə fondu ərazisində əkdiyini iddia etdiyi ağaclara cəmi 7 (yeddi) nəfər işçi vasitəsilə aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. 50 ha əraziyə 7 nəfər vasitəsilə (1 nəfərə 7.14 ha) aqrotexniki qulluq göstərmək mümkünsüzdür və məhz bu səbəbdən ağaclar məhv olmuşdur. Məmiyev iddia ərizəsində qeyd edir ki. Cavabdeh2 Ağdaş su təchizatı idarəsinə müraciət edərək, su nasosunun götürülməsinə göstəriş verməsi, onun əkinlərinin qurumasına səbəb olmuşdur. İlk növbədə nəzərə alınmalıdır ki, müqaviləyə əsasən sözügüdən ərazidəki əkinlərin suvarılması, habelə aqrotexniki qulluq edilməsi vəzifəsi icarəçinin vəzifəsidir, icarədar bununla bağlı heç bir öhdəlik götürməmişdir. Bundan əlavə, bildirilməlidir ki. İddiaçı İslam oğlu və Ağzıbir SİB arasında suvarma suyunun verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır və bu müqavilə xx.xx.2021-xx.xx.2022ci il tarixlərində qüvvədə olmuşdur. Müqaviləyə əsasən icraçı 2022-ci ilin mart, may, iyul və avqust aylarında sifarişçiyə suvarma suyunun verilməsini öhdəsinə götürmüşdür. Daha sonra adıçəkilən tərəflər arasında xx.xx.2022-ci il tarixdə suvarma suyunun verilməsi ilə bağlı yenidən müqavilə bağlanılmış və bu müqavilə davam etmişdir. Göründüyü kimi, adıçəkilən tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşdür. Bu öhdəliklər suvarılan ərazinin yerindən asılı deyildir. Müqavilənin əsas məqsədi müəyyən haqq müqabilində qarşı tərəfin su ilə təchiz olunmasıdır. Sözügedən öhdəliklərin 3-cü şəxslərin tapşırığı, göstərişi və ya müraciəti ilə pozulması absurddur və iddiaçının da buna əsaslanaraq müdafiə üsulunu seçməsi qəbuledilməzdir. Hesab edirlər ki, qeyd olunan əraziyə suyun verilməsinin dayandırılması Ağzıbir SİB-in təqsiridir. Daha doğrusu Ağzıbir SİB müqavilə öhdəliklərini yerinə yetirməmişdir. 13 saylı RMTM-in direktoru Cavabdeh2 tərəfindən X48 idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 279 nömrəli məktubda Mərkəzin Bük meşəbəyliyində ehtiyac olmayan sudartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, Cavabdeh2 suyun kəsilməsini deyil, ehtiyac olmayan su nasosunun götürülməsini xahiş etmişdir. Nasosa ehtiyac olmasını X48 müəyyənləşdirir. İddiaçılə qüvvədə olan müqaviləsinin olmasına baxmayaraq, hər hansı 3cü bir şəxsin təklifi ilə suyun dayandırılması Ağdaş SİB tərəfindən yol verilən kobud pozuntudur. Nəzərə alınmalıdır ki, Cavabdeh2 məktubu təklif xarakterli olmuşdur. Məktubun göstəriş xarakterli olmasını fərz etsək belə, X48 qüvvədə olan müqaviləyə əsaslanaraq suyun verilməsini dayandıra bilməzdi. Çünki müqavilənin şərtləri yalnız onu bağlayan şəxslər tərəfindən müəyyənləşdirilir, digər şəxslərin müqavilənin mövcudluğundan və ya şərtlərindən xəbərdar olması mümkünsüzdür. Yuxarıda göstərdikləri X48 İdarəsinin Gəncə Kommersiya Məhkəməsinə ünvanlanan məktublarında da təsdiqini tapır və idarənin özü tərəfindən etiraf edilir. Nəticə etibarilə İddiaçı iddia tələbində göstərdiyi kimi, ağaclar suyun kəsilməsindən qurumuşdursa belə, burada Meşələrin İnkişafı Xidmətinin və onun tabeçiliyində olan 13 saylı RMTM-nin hər hansı bir günahı olmamışdır. Məmiyev tərəfindən mövcud olan pretenziyaların X48 İdarəsi və Ağzıbir SİB-ə ünvanlanması qanunvericliyə əsasən məqsədəmüvafiqdir. RMTM tərəfindən İddiaçılə bağlanan müqaviləyə 7 iyul 2022-ci il tarixində xitam verildikdən sonra Ağdaş SİB ilə onun arasında müqavilə münasibətləri davam etmiş və hətta yeni müqavilə də bağlanmışdır. 13 saylı RMTM-in direktoru Cavabdeh2 məktubu X48 İdarəsi üçün bu qədər əhəmiyyət kəsb edirdisə, müqavilə münasibətlərinin davam etməsini necə başa düşmək olar. Bundan başqa məlumat üçün qeyd edilməlidir ki, Cavabdeh2 Xidmətə verdiyi rəsmi məlumata görə xx.xx.2022-ci il tarixində Mərkəzin əməkdaşları ərazidə yeni salınmış meşə əkinlərinin suvarılması məqsədilə orada olan zaman İddiaçı özbaşına su dartan nasosun borularını sökərək, meşə əkinlərinə axan suyun qabağını kəsmişdir və əlində olan ağacla Mərkəzin əməkdaşlarına hücum etmişdir. Göründüyü kimi, mövcud məhkəmə mübahisəsində Meşələrin İnkişafı Xidməti və 13 saylı RMTM tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmiş, əksinə İddiaçı tərəfindən dövlət meşə fonduna dəfələrlə ziyan vurulmuşdur. Cavabdeh2 xx.xx.2024-cü il tarixində məhkəməyə etiraz ərizəsi təqdim edərək, cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi və qanunvericiliyin tələbinə uyğun olaraq hazırki iddia tələbi ilə bağlı aidiyyəti üzrə müraciət etmək imkanın olması barədə iddiaçıya məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırıması ilə bağlı keçən bu müddət ərzində bir neçə dəfə iddiaçı müxtəlif vaxtlarda iddia tələbinə dəqiqləşmələr vermiş və hazırda aşağıda qeyd edilən tələblə məhkəmədə işə baxılmaqdadır. İddiaçı İslam oğlunun cavabdeh ETSN yanında Meşələrin İnkişafı Xidməti, ona və ETSN-nin 13 saylı X1rşı 3192 ədəd qoz ağacından əldə edəcəyi fayda 891.419 manat, 23832 ədəd yağlı fındıq ağacından əldə edəcəyi fayda 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya üçün 400 manat və 1393 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması və xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində İddiaçı vurulmuş zərərlə bağlı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 2019-cu il 10 oktyabr tarixində Meşələrin İnkişafı Xidmətində qeydiyyatdan keçmiş müqavilə əsasında Bərdə X38 Mərkəzinin idarə etməsində olan Bük meşəbəyliyinin 22 və 24-cü kvartallarında yerləşən ümumi 50 ha meşə fondu torpaq sahəsində onun tərəfindən əkilmiş ağacların suvarılmaması nəticəsində quruması ilə bağlı ona xeyli miqdarda ziyan vurulmuşdur. Qeyd edilənlərlə bağlı bir neçə məsələyə aydınlıq gətirmək istərdi. 1. Əvvəla İddiaçı istifadəsində olan torpaq sahəsinin icarəyə verilmə məqsədinə və torpaq sahəsinin məqsədli təyinatına diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydalarının 3-cü bəndinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında verilə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 54-cü maddəsinə əsasən meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə Məcəlləsinin 55-ci maddəsinə əsasən meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişikliklər nəzərə alınmaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir. Göründüyü kimi, bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında meşə təsərrüfatı işlərində xüsusilə də meşə bərpa işlərində meşə quruluşu layihələrinə xüsusi önəm verilir. Belə ki, meşə quruluşu olmadan hər hansı meşə təsərrüfatı xüsusi ilə meşə bərpa işlərinin aparılması yolverilməzdir. Səbəb isə ondan ibarətdir ki, meşə bərpa işləri həyata keçirilərkən, əkin işləri aparılacaq sahənin cins tərkibi, torpağın məhsuldarlığı, meşənin vəziyyəti, habelə suyun və digər təbii obyektlərin vəziyyəti birlikdə bütöv bir ekosistem kimi nəzərə alınır. Lakin iş materiallarından da göründüyü kimi, həmin icarəyə verilmiş torpaq sahəsi istifadəçiyə verilərkən qanunvericiliklə zəruri şərt kimi qeyd edilmiş meşə quruluşu layihəsinə istinad olunmadan və bu sənədin tələbləri nəzərə alınmadan, Meşə Məcəlləsinin 23-cü maddəsi ilə nəzərdə tutulmuş işin həcmini əks etdirən biznes plan və yaxud əkin layihəsi təqdim edilmədən həyata keçirilmişdir. Qeyd edilən kimi normativ tələblər nəzərə alınmadan həvəskar qaydada meşəbərpa məqsədi ilə müvəqqəti istifadəyə verilmiş torpaq sahəsində icarəçi öz şəxsi və kommersiya maraqlarına uyğun olaraq müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri əkmiş və qısa müddət ərzində oradan müəyyən mənfəət əldə etmiş və hazırda da davam etməkdədir. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, dövlətin müstəsna mülkiyyətində olan meşə fondu torpaq sahəsi istənilən şəxs tərəfindən fərdi qaydada şəxsi təşəbbüsü ilə istədyi formada kənd təsərrüfatı əkinlərinin əkilməsi üçün nəzərdə tutulmuş asudə boş torpaq sahəsi deyildir. Həmin ərazidə yalnız və yalnız minimum 10 illik tərtib edilmiş meşə quruluşu layihəsinə uyğun meşə bərpa məqsədi ilə əkinlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş sahədir. Hazırda da dünya dövlətlərinin demək olar ki, əksər ölkələrindən çoxsaylı nümayəndə heyətini qəbul etməyə hazırlaşdıqları və bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X4 Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi həyata keçirməyə çalışan az meşəli bir ölkə kimi öncül məqsədlərdən biri və ən əsası da meşə sahələrinin sahəsinin artırılmasıdır. Bu istiqamətdə adıçəkilən isti və quraq olan aran bölgəsində bu bölgəyə xas olan ənənəvi meşə cinslərinin yetişdirilməsi ilə müəyyən meşəbərpa işlərinə nail oluna bilərdi. Lakin iddiaçı yuxarıda qeyd etdiyi kimi, meşə quruluşu və ərazinin iqlim şərtləri nəzərə alınmadan qoz və fındıq bağı salınması üçün ilin əksər vaxtı isti və quraq iqlimin hökm sürdüyü aran bölgəsi olan Bərdə rayonunda intensiv bağ salmağa çalışmışdır. Bol su və mülayim iqlim tələb edən qeyd edilən ağac və kollardan ibarət bağ salınması ideyası isə yuxarıda da qeyd edilən məlum səbəblərdən əvvəlcədən uğursuz bir layihə olmuşdur. İstisna edilmir ki, müasir damcı suvarma sistemi ilə adıçəkilən ərazilərdə iddiaçının qeyd etdiyi kimi bağların salınması mümkün ola bilər. Lakin iddiaçı bu cür müasir suvarma sistemlərindən istifadə etmədən sırnaq üsulla suvarma seçərək isti və quraq iqlimə uyğun olmayan bol su tələb edən fındıq kolu və qoz ağacı tingləri yetişdirmək üçün müəyyən işlər həyata keçirməyə çalışmış və bu istəyinə nail ola bilməmişdir. Təəssüf ki, iddiaçı və onun yaxın qohumlarının əsl niyyəti heç də Respublikamızın meşəlik faizinin artılması məqsədi ilə meşəbərpa işlərinin həyata keçirilməsi prosesində iştirak etmək olmamışdır. Həmin şəxslərin əsl niyyəti meşəbərpa məqsədi ilə həmin əraziləri ələ keçirərək orada müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri yetişdirməklə əldə edilmiş məhsulları satmaqla müəyyən maddi maraqlarını təmin etmək olmuşdur ki, bu niyyətlərinə də müəyyən dərəcədə nail olmuşlar. Belə ki, ETSN-nin bu tip qanun pozuntuları törədən (44 günlük Vətən müharibəsinədək sosial baxımdan həssas əhali qrupu hesab edilən – qaçqın və məcburi köçkün statusundan istifadə etməklə) şəxslərə qarşı humanist davranışı və ondan əvvəlki mərkəz rəhbərlərinin dövrlərindən bəlli olan və rəsmi akt və protokollarla birmənalı sübut olunan və qanunsuz əməllərinə müxtəlif qanunazidd yollarla nail olmaqda davam edən iddiaçıda məsələlərə daim bu cür seyirçi münasibət göstərilməsinə müəyyən arxayınçılıq yaratmışdır. Belə ki, hazırda da həmin şəxslər müstəsna dövlət mükiyyətində olan və heç bir halda özəlləşdirilməyən meşə fondu torpaq sahəsindən bu sahəyə nəzarət edən qurumların gözü qarşısında onlara meydan oxuyaraq zəbt edib orada mal qara saxlamaqla, tövlə binası tikməklə və müxtəlif kənd təsərrüfatı bitkiləri əkib satmaqla qanunsuz əməllərinə davam edirlər. Bunu məhkəmə yerində baxış keçirməklə tam əmin ola bilər. Ancaq qeyd etdiyi kimi, mövcud qanunverciliyə əsasən yalnız və yalnız meşəbərpa məqsədi ilə müvvəqəti istifadəyə verilmiş torpaq sahəsindən məqsədli təyinatından kənar müəyyən kommersiya məqsədi ilə (müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri əkilməsi və xırda buynuzlu heyvan saxlaması üçün) istifadə etmək niyyətini gerçəkləşdirmək iddiaçının əsl məqsədi olmuşdur. Bir məsələ də diqqətə çatdırılmalıdır ki, onun meşə təsərrüfatı sahəsinə direktor təyin olunanadək bu sahə ilə bağlı təcrübəsi olmamışdır. Bu sahə ilə 2022-ci il tarixdə ETSN tərəfindən Bərdə X38 Mərkəzinə direktor təyin olunduqdan sonra tanış olmuşdur. Ondan əvvəlki dövrlərdə tərtib edilmiş müəyyən akt və protokollarla sübut olunur ki, 2019-cu ildən icarəyə götürülmüş həmin ərazidə müxtəlif dövrlərdə aparılmış yoxlama və monitorinqlər zamanı da meşəbərpa məqsədi ilə icarəyə verilmiş torpaq sahəsində yuxarıda sadalanan qanunsuz fəaliyyətə rast gəlinmişdir. Lakin nədənsə həmin rast gəlinmiş qanunsuz fəaliyyət Mərkəz və bu sahəyə nəzarət etməli qurumlar tərəfindən yalnız akt və protokollarla rəsmiləşdirilərək təqsirkar şəxslər barəsində heç bir hüquqi tədbir görülmədən qanun pozuntuları törədən şəxslərin əməllərinə, bir sözlə, göz yumaraq cəzasızlıq mühiti yaratmaqla həmin şəxslərdə immunitet yaratmışlar. Lakin yuxarıda da qeyd etdiyi kimi, onun bu sahədə təcrübəsinin azlığına baxmayaraq, baş vermiş qanunsuzluq barəsində qətiyyətli davranış sərgiləyərək Məmiyevlər barəsində qanunauyğun tədbir görülməsini həyata keçirmişdir. Bunu qeyd etməkdə məqsədi ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyi dövlət sənədi hesab edilən və Maliyyə Nazirliyi tərəfindən qeydiyyatı aparılan ciddi hesabat sənədi olan akt və protokollara biganə qalmamışdır. Dəfələrlə iddiaçı və ona yaxın şəxslərin təklifi ilə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin ləğv edilməsi barədə sərəncamın ləğv ediləcəyi təqdirdə iddiaçı tərəfindən ona və ETSN-ə qarşı hər hansı bir tələbin olmayacağı ismarıcını almağına baxmayaraq bu sənədlər əsasında tərəfindən qətiyyətli və qanunauyğun davranış sərgilənərək vəzifə səlahiyyətləri çərçivəsində Meşə Məcəlləsinin və bu sahədə olan mövcud qanunvericiliklərin təlblərinə uyğun icarə müqaviləsinin ləğv edilməsi barədə sərəncam vermişdir. Lakin iddiaçı şəxsin bu cür qanunazidd hərəkətləri qarşısında verdiyi düzgün və qanunauyğun qərardan heç bir vaxt geri çəkilməyəcəyini, dövlətin və məhkəmə orqanlarının ədalətinə güvənərək bu işlə bağlı sonuna qədər mübarizə aparacağını bildirmişdir. Belə ki, onun bir illik meşə təsərrüfat mərkəzində direktoru olduğu müddətdən əvvəl meşəbərpa məqəsədi ilə həmin icarəyə verilmiş sahədə iddiaçı tərəfindən həyata keçirilmiş qanunsuz fəaliyyət müvafiq qaydada akt və protokollarla rəsmiləşdirilmiş və həmin şəxslərlə bağlı aşağıdakı tədbirlər görülmüşdür: 1. xx.xx.2020-ci il tarixdə Bərdə X38 Mərkəzinin baş aqronomu Tofiq Babaşov, Mərkəzin meşə əkin mühəndisi Soltan İsmayılov, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, 11 saylı dolayın 22 kvartal gözətçisi Zahir Mahmudov, Bük Meşəbəyliyinin meşə gözətçisi Sədulla Rüstəmov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, İddiaçı atası Nümayəndə iştirakı ilə 150 baş xırda buynuzlu heyvanların meşə əkinlərini yeyərək məhv etməsi və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə Nümayəndə barəsində 58402 nömrəli Akt tərtib edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə Bərdə X38 Mərkəzinin meşə mühafizə üzrə baş mühəndis Gürşad Əmirov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, 11 saylı dolayın 22-ci kvartal gözətçisi Zahir Mahmudov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, İddiaçı iştirakı ilə icarəyə götürülmüş ərazidə qanunsuz olaraq onun tərəfindən kənd təsərrüfatı bitkiləri əkilməsi, ona xx.xx.2021-ci il tarixli 280 saylı bildirişlə xəbərdarlıq edilməsi, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli izahatları ilə 3 ha bostan, 5 ha yonça əkməsini bildirmiş və 65109 nömrəli Akt tərtib edilmişdir. 3. Bərdə X38 Mərkəzinin baş mütəxəssis əvəzi X5 Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsinin suvarılmasına İddiaçı tərəfindən qəsdən mane yaradılması və ora su verməməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 4. Bərdə X38 Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi X9 Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsində meşə təsərrüfatı işçilərinin qanunauyğun xidməti fəaliyyətlərinin aparılmasına mane olmaması üçün əraziyə baxış keçirərkən İddiaçı və onun atası Nümayəndə və əmisi oğlu Dilafət Məmiyev tərəfindən ölümlə hədələnməsi və nəticədə DİN 102 xidmətinə zəng etməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 5. Oğlanbaba-Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi X10 Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidən kənarda İddiaçı tərəfindən zəbt edərək, orada nar cinsindən olan meşə sahəsində qanunsuz olaraq xırda qoz tingləri əkməsi və oraya heç bir meşə işçisini buraxmadığı barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 6. xx.xx.2021-ci il tarixli 006282 nömrəli X79 X24 əsasında Mərkəzin baş aqronomu Tofiq Babaşov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin Bərdə meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Mətləb Zeynalov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudovun iştirakı ilə icarəyə verilmiş torpaq sahəsində əkilmiş aqrobağa baxış keçirilmiş və aparılmış baxış nəticəsində ərazidə əkilmiş fındıq tinglərinin tamamilə quruması, qoz tinglərinin isə standarta uyğun olmadan aqrotexniki qaydalara uyğun xidmət olmaması cərgə aralarında isə 24 ha bostan və 7 ha yonca əkini əkildiyi müəyyən edilmişdir. 7. Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyi köməkçisi X32 Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova 11ci dolay 22-ci kvartalda nar cinsindən olan meşə sahəsində İddiaçı tərəfindən onun icarəsində olmayan ərazidə xırda qoz tingləri əkməsi, 2019-cu ildən əkilmiş 6.5 ha akasiya və iydə sahəsinin suvarılmasına mane olaraq, ora qəsdən su verməməsi, meşə sahəsində qanunsuz olaraq xırda buynuzlu heyvan saxlaması barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 8. Bərdə X38 Mərkəzinin baş aqronomu Babaşov Tofiq Famil oğlunun Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidən kənarda İddiaçı tərəfindən zəbt edilərək orada əkin əkilməsi və oraya gələn bütün meşə təsərrüfatı işçilərinin təhqir edilməsi barədə xx.xx.2021-ci il tarixdə yazdığı izahat; 9. Oğlanbaba-Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi X19 Bərdə X38 Mərkəzinin həmin dövrdə direktoru olmuş Bakir Qurbanova icarəyə götürülmüş ərazidə qanunsuz olaraq kənd təsərrüfatı bitkiləri əkməsi və həmin ərazidə əkilmiş qoz və fındıq tinglərinin quruması və tam bitiş almaması barədə yazdığı izahat; yuxarıda qeyd edilən qanun pozuntuları baş verdikdən sonra o, xx.xx.2022-ci il tarixdə ETSN-nin əmri ilə Bərdə X38 Mərkəzinə direktor təyin edilmişdir. Fəaliyyətə başladıqdan sonra meşəbərpa məqsədi ilə həmin icarəyə verilmiş sahədə həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı aşağıda qeyd edilən tədbirlər görülmüşdür: 1. xx.xx.2022-ci il tarixli 001316 nömrəli X79 X24 əsasında Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudov və R.M (prosesdə iştirak etməsinə baxmayaraq aktı imzalamaqdan imtina edib) iştirakı ilə icarəyə verilmiş torpaq sahəsində əkilmiş aqrobağa baxış keçirilmişdir. Aparılmış baxış nəticəsində bütün ərazinin alaq və qamışlıq basması, aqrobağa əl ilə heç bir aqrotexniki qulluq göstərilməməsi və mexaniki xidmət aparılmaması səbəbindən əraziyə girməyin mümkün olmaması, aqrobağ ərazisində müxtəlif kənd təsərrüfatı bitkilərinin (3 ha yonca, 5 ha arpa və 20 ha bostan) əkilməsi aşkar edilmişdir. 2. xx.xx.2022-ci il tarixdə Bük meşəbəyliyinin təhvil-təslimi zamanı Bük meşəbəyliyinə təyin edilmiş yeni meşəbəyi Ənvər Hümbətov tərəfindən ərazidə olan aqrobağların ərazisnin mübahisəli olduğu və icarəçi tərəfindən əlavə sahə zəbt edildiyini təsdiq edən 001317 nömrəli Akt tərtib edilmişdir. 3. xx.xx.2022-ci il tarixdə Bərdə X38 Mərkəzinin mühafizə mühəndisi Müşviq Camalov, Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Bük meşəbəyliyinin 13 saylı dolayının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 12 saylı dolayının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı dolayının meşə gözətçisi Zahir Mahmudov, 6 saylı ərazi Nəqliyyat İdarəsinin ** AA *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Vüqar Məmmədovun iştirakı ilə tərtib edilmiş məlumatda İddiaçı və onun qohumları tərəfindən adları qeyd edilən meşə təsərrüfatı əməkdaşlarının fəaliyyətinə mane olmaları onları təhqir etmələri bildirilmişdir. 4. xx.xx.2022-ci il tarixdə Bərdə X38 Mərkəzinin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, Mərkəzin meşə mühafizə mühəndisi əvəzi Müşviq Camalov, Mərkəzin Bük meşəbəyliyi həvalə edilmiş Tofiq Babaşov, Bük Meşəbəyliyinin meşə gözətçisi Sədulla Rüstəmov, Bük Meşəbəyliyinin meşə gözətçisi Elşən Bayramov, 9 saylı mexaniki təminat idarəsinin ** AB *** dövlət nömrə nişanlı “Qazel” markalı avtobusun sürücüsü Aydın Ağayevin iştirakı ilə tərtib edilmiş Akta əsasən yeni salınmış meşə əkinlərini suvarmaq məqsədi ilə 9 saylı ərazi mexaniki təminat idarəsinə məxsus SNP-50/80tipli su nasosu borularının İddiaçı tərəfindən sökülərək ana arxa su axıdılmasına icazə verməməsi və orada yaranmış mübahisə zəminində Mərkəzin meşə mühafizə mühəndisi əvəzi X61 Məmiyev tərəfindən qəsdən ağacla vurularaq xəsarət yetirməsi və faktla bağlı DİN 102 xidmətinə zəng edilməsi rəsmiləşdirilmişdir. 5. xx.xx.2022-ci il tarixli 001358 nömrəli X79 X24 əsasında Mərkəzin meşə mühafizə üzrə direktor müavini Kamal Behbudov, Mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, Mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, Mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Bük meşəbəyliyinin 1 və 2 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov, Sədulla Rüstəmov və İddiaçı iştirakı ilə qəflətən yoxlama aparılmış və nəticədə İddiaçı 160 baş xırda buynuzlu heyvanları meşə sahəsində otarması və həmin mal qaranın saxlanması üçün primitiv qaydada bir neçə tövlə inşa etməsi və xx.xx.2022-ci il tarixdə 28/27/99-043 nömrəli bildirişlə ona xəbərdarlıq edilməsi rəsmiləşdirilmişdir. İİ. Meşə Məcəlləsinin 9-cu maddəsinə əsasən meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır. Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Məcəllənin qeyd edilən maddəsinin məzmunundan aydın olduğu kimi, meşə münasibətləri zamanı yaranan əmlak mübahisələrindən irəli gələn məsələlərə mülki və inzibati qaydada baxılır. Hazırki iddia tələbində də iddiaçı vurulmuş zərərlə bağlı dövlət qurumlarından ziyanın ödənilməsini tələb edir ki, bu halda da işə inzibati icraat çərçivəsində zərərin həmin dövlət orqanlarından tələb edilməsi ilə bağlı ilkin müraciət olmalı və həmin müraciətə baxılması məsələsindən narazı qalındıqda isə inzibati orqan (N.K. qərarına əsasən hər iki qurum inzibati orqandır) olan həmin qurumlara qarşı inzibati qaydada məhkəmədə iddia verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı, ümumiyyətlə iddia tələbində qeyd etdiyi zərərlə bağlı cavabdeh qurumlara müraciət etməmiş və yaxud da etmişdirsə də, nəticəsini mübahisələndirməmişdir. Belə ki, iddiaçı cavabdeh kimi həm dövlət qurumunu, həm də onun əvvəlki rəhbərini ayrı-ayrılıqda cavabdeh şəxs kimi işə cəlb edərək onlara qarşı vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Ancaq nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, qanunvericilik dövlət orqanlarının və ya bu orqanların vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsində əsas kimi həmin hərəkət və ya hərəkətsizliyin qanunsuz olmasını şərtləndirmişdir. Lakin göründüyü kimi, dövlət orqanının icarə müqaviləsinin ləğvi ilə bağlı müvafiq əmri qanunsuz hesab edilməmişdir. Həmin əmrin mübahisələndirilməsi isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt hesab edilir. Həmin maddənin məzmununa əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inizbati akt hesab edilir. İnzibati akt hesab edilən həmin əmrin mübahisləndirilməsi isə inzibati məhkəmənin səlahiyyətində olmaqla bu günədək mübahisə predmetinə çevrilməmişdir. İlkin iddia tələbindən fərqli olaraq iddia tələbinə edilmiş son dəyişikliyə əsasən iddiaçı inzibati akt olan əmrin ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Lakin iddiçı nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğvi barədə işə aidiyyəti üzrə kommersiya məhkəməsində deyil, inzibati məhkəmədə baxılmalıdır. Belə ki, mübahisələndirilən əmr ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir ki, bu halda da mövcud qanunvericilik mübahisəyə inzibati icraat qaydasında baxılmasını tələb edir. İİİ. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, istintaq zamanı Nümayəndə və İddiaçı İslam oğlunun icarəyə verilmiş torpaq sahələrində əkin işlərinin aparılması, icarəyə götürülmüş torpaq sahəsinə çıxarış alınması üçün Bərdə X38 Mərkəzinin sabiq direktoru Cavabdeh2 və Mərkəzin digər vəzifəli şəxsləri tərəfindən rüşvət istənilməsi, Mərkəzə ayrılmış yanacaq pulunun və su nasoslarının satılaraq pulunun mənimsənilməsi, X33, X45 və qeyrilərinin Bərdə X38 Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Bük meşəbəyliyinin ərazisində Mərkəzə məxsus traktorlarla pul qarşılığında şumlama işlərinin aparılması, Cavabdeh2 tərəfindən 16 hektar torpaq sahəsində qarpız əkininə icazə verilməsi üçün Qulu Məmiyevdən ümumilikdə 6.400 manat məbləğində pul alması öz təsdiqini tapmamışdır. Belə ki, Həsənov X36 İslam Şirin oğlu və İddiaçı İslam oğlu barəsində meşə fonduna dəymiş ziyanla bağlı aktlar tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərdiyi üçün sonuncular ondan qərəzli olaraq müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər. Yuxarıda göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Bərdə X38 Mərkəzinin sabiq direktoru Cavabdeh2 və Mərkəzin digər vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayət əməllərinin tərkibi müəyyən edilmədiyi üçün barələrində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən CM-in 308.1-ci maddəsi ilə aparılan cinayət təqibinə hissəvi xitam verilməsi, cinayət işi üzrə törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə tövsif edilməsi və cinayət işinin aidiyyatı üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilməsi barədə 21 iyun 2023-cü il tarixdə Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İV. Aqrar Xidmətlər Agentliyinin X39 xx.xx.2021ci il tarixli torpaq analiz nəticələri barədə sənədlərindən göründüyü kimi, iyun 2021-cu il tarixə kimi həmin ərazidə torpaq analizi aparılmamış və həmin ərazidə nar və qoz bağı salınmamışdır. Aqrar Xidmətlər Agentliyinin X39 xx.xx.2021-ci il tarixli torpaq analiz nəticələri barədə sənədlərindən göründüyü kimi, iyun 2022-ci il tarixə kimi həmin ərazidə torpaq analizi aparılmamış və həmin ərazidə fındıq bağı salınmamışdır. Bundan başqa müstəqil tələb irəli sürməyən üçüncü şəxs X48 İdarəsinin nümayəndəsi X20 məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər, yəni konkret olaraq 72 gün ərzində suyun verilməsini dayandırdıqlarını etiraf etmişlər ki, bağın, həqiqətən susuzluqdan qurumasının mümkünsüz olduğu tamamilə aydındır. İddiaçı isə ilkin iddia tələbində 30 ha aqrobağın susuzluqdan məhv edildiyini, ekspert isə 50 ha bağ sahəsinə çəkilmiş xərclərin hesablandığını qeyd etmişdir. Qeyd edilənlərdən aydın olur ki, ümumiyyətlə iş materialları iddiaçının şəxsi təxəyüllünün və ziddiyyətlərlə doldurulmuş sistemsiz məlumat toplusundan başqa bir işə xidmət etməmişdir. V. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X48 İdarəsinin nümayəndəsi X46 məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, əvvəlcə İdarələrinin adı fərqli idi, 2021-ci ildən etibarən dəyişdi. Onların İddiaçılə problemi yoxdur, olmayıbdır. Rəşadın SİBlə müqaviləsi olmuşdur. Onlar Bük meşəbəyliyinə su stansiyası təşkil etmişlər. Cavabdeh2 İddiaçı aqrobağını ləğv etmək istədiyinə görə su motorlarının götürülməsini istəyib. Cavabdeh2la telefon danışıqları olmuş, onun qəbulunda da olmuşlar. Onlara deyilib ki, meşə ərazisinə daxil olmasınlar, heç bir texnika göndərməsinlər. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin əraziyə su verməyiblər. Cavabdeh2 bu barədə onlara məktub da göndərmişdir. İddiaçı Sudan İstifadə Birliyi ilə müqaviləsi var idi. Sudan istifadə üzrə haqq hər 1000 kub üzrə 50 qəpik olmaqla onlara verilir. Cavabdeh2la bu barədə danışsalar da, ancaq o, yenə də su motorlarının götürülməsini bildirmişdir. Cavabdeh2 qəbulunda 2 dəfə yay aylarında olmuşlar. Nasosu həmin ərazidən götürməmiş, ancaq nasosa yanacaq aparmamışlar. Nasosa yanacağı yalnız onların icazəsi ilə tökə bilərdilər. Həmin ərazidə onların işçiləri də var idi. Aqrobağ yaranandan oraya su vermişlər. İddiaçı ilə mütəmadi əlaqə saxlayıb, ona bildirirdilər ki, onlara suyun verilməsinə icazə verilmir. Digər sahələrə suyun verilməməsi barədə Cavabdeh2 göstərişi olmamışdır. Cavabdeh2 bildirdi ki, aqrobağ onun işinə uyğun qurulmamışdır. Korrupisya İdarəsinin prokuroru deyib ki, münaqişə yaratmayın, suyu aqrobağa verin. Aqrobağın suyunu rəsmi olaraq xx.xx.2022-ci il tarixindən etibarən kəsmişlər. Cavabdeh2 İdarəyə göndərdiyi məktubun məzmunu ilə tanışdır. İddiaçı işi ilə bağlı Cavabdeh2la telefon vasitəsi ilə danışmışdır. Ona şəxsən demişdir ki, İddiaçı aqrobağındakı nasos götürülsün. Bildirdi ki, həmin aqrobağ onların tələblərinə uyğun deyil. Cavabdeh2 kabinetində görüşərkən məqsədlərindən biri də bu məsələ idi. Onlar istəyiblər ki, hər iki tərəf razılığa gəlsin. Onlara tərəflər arasında yaranmış təzadın heç bir aidiyyəti yoxdur. X62 Birliyi ilə aralarında heç bir problemi olmamışdır. Onlar həmin aqrobağın suyunu Cavabdeh2 məktubu əsasında kəsmişdir. Aqobağın ləğv edilməsi barədə əmrin surəti onlara göndərilmişdir. İş materiallarına əlavə edilmiş 13 saylı X38 Mərkəzinin direktoru Cavabdeh2 tərəfindən imzalanmış X48 idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 279 nömrəli məktubunda Mərkəzin Bük meşəbəyliyində ehtiyac olmayan sudartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı Məmiyevin icarəsində olan torpaq sahəsinə su verilməməsi ilə bağlı hər hansı bir tapşırıq verilməmişdir. Hətta bir anlıq nəzərə alsaq ki, X38 mərkəzinin suyun konkret olaraq Məmiyevə verilməməsi barədə müraciəti olmuş olsa belə, yenə də İddiaçı İslam oğlu və Ağzıbir SİB arasında suvarma suyunun verilməsi ilə bağlı müqavilə bağlanmışdır ki, sonuncunun sifarişçiyə suvarma suyunun verilməsini su idarəsi öhdəsinə götürmüşdür. Göründüyü kimi, X53 istifadə Birliyi arasında bağlanmış müqavilə əsasında müəyyən haqq müqabilində qarşı tərəfin su ilə təchiz olunması X12 Birliyinin vəzifəsi olmuşdur. Hesab edir ki, X48 İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda mübahisəsi gedən əraziyə suyun verilməsinin dayandırılmasını Bərdə X38 mərkəzinin məlum məktubuna istinad edərək əsaslandırmağa çalışmışdır. Lakin hamıya bəlli olan halların sübuta ehtiyacı olmadığı kimi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən bir qurumun meşə təsərrüfatı mərkəzinə hər hansı bir tabeli münasibətindən söhbət gedə bilməz. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə Məmiyevi suvarma suyu ilə təmin etməyi öhdəsinə götürmüş qurum Ağzıbir SİB olmuşdur hazırki iddia tələbi ilə bağlı da zərərin vurulmasının suvarma suyu ilə təmin edilməməsi nəticəsində baş verməsi müəyyən olunduğu halda həmin Ağzıbir SİB cavabdehlik daşımalıdır. Qeyd edilənlər X48 İdarəsinin Gəncə Kommersiya Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X48 İdarəsinin nümayəndəsi X20 məhkəmə iclasında vermiş olduğu izahatında bir daha da təsdiqini tapmış və həmin idarənin özü tərəfindən etiraf edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli iddiaya etiraz göndərilərək qeyd olunmuşdur ki, İddiaçı İslam oğlu cavabdeh 13 saylı Bərdə X38 Mərkəzinə, Cavabdeh2 və Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı xx.xx.2019-cu il tarixində Bük Meşəbəyliyi tərəfindən ona icarəyə verilmiş Bərdə rayonu ərazisində yerləşən 4.40 ha boş torpaq sahəsi barədə müqaviləyə Bərdə RMTM-nin keçmiş direktoru Cavabdeh2 tərəfindən qanunsuz olaraq müqaviləyə xitam verilməsi ilə əlaqədar dəymiş ziyanın əvəzində ona 558.848 manat pulun cavabdehlər Bərdə RMTM və onun keçmiş direktoru Cavabdeh2 tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsin xx.xx.2024-cü il tarixli, 2-2(115)-34/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyindən, habelə ərizədə qeyd olunan müqavilədə Maliyyə Nazirliyi tərəf olmadığından iddia tələbi Nazirliyin maraq və mənafelərinə toxunan hissədə təmin edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 22-ci maddəsinin müddəalarına görə həmin Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. «Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr 214 nömrəli Qərarının 2-ci hissəsinin tələblərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qərarın 11-ci hissəsində adıçəkilən Nazirlik tərəfindən icarə müqaviləsinə məcburi şəkildə xitam verilmənin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bu səbəbdən də, müqavilə ilə bağlı yaranan hüquqlar və öhdəliklər yalnız müqavilənin tərəfləri üçün məcburi olacaqdır. İddia ərizəsindən görünür ki, Bərdə RMTMnin keçmiş direktoru Cavabdeh2 tərəfindən qanunsuz olaraq müqaviləyə xitam verilməsi ilə əlaqədar iddia tələbi qaldırılsa da, iddaçı müqavilənin qanuna zidd şəkildə xitam verilməsini təsdiq edəcək mötəbər sübutlar və əhəmiyyətli dəlillər təqdim etməmişdir. Hətta iddiaçının tələbləri əsaslı olsa belə, «Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamələrə əsasən X83 Sərvətlər Nazirliyi saxlanılma xərcləri və fəaliyyəti qanunda nəzərdə tutulmuş mənbələr hesabına, Azərbaycan Respublikasının X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti isə büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Araşdırılan mübahisə üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün həmin müddəaların nəzərə alınması vacibdir. Göstərilənlərə əsasən İddiaçı İslam oğlunun cavabdeh 13 saylı Bərdə X38 Mərkəzinə, Cavabdeh2 və Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinə qarşı «pul» tələbinə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, Gəncə Kommersiya məhkəməsində işə baxılarkən süründürməçiliklərə yol verilmiş, onların əsas hüquq və azadlıqları pozulmuşdur. Onların hazırkı cavadehlərə qarşı iddia tələbini və hakim Rəşad Məmmədovun təşəbbüsü ilə tanıtdırdığı əlavə cavabdeh X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətini məhkəmədə cavabdeh göstərsələr də, lakin işə bir müddət baxdıqdan sonra təkrar X83 Sərvətlər Nazirliyini məhkəmənin təşəbbüsü ilə cavabdeh qoyulmasını onlardan tələb etsə də, onlar X83 Sərvətlər Nazirliyini cavabdeh qoymaqdan imtina edib məhkəməyə irad bildirmişlər. Bütün bunlar açıq məhkəmə iclaslarında Gəncə Kommersiya Məhkəməsinin hakiminin təşəbbüsü ilə olmasına baxmayaraq hansısa maraqdan məhkəmə özünün təşəbbüsü ilə bu iş üzrə cavabdeh tanıyıb və təyin etdiyi cavabdehləri, məhkəmə xx.xx.2024-ci il tarixli qətnaməsində təyin etdiyi və ya etdirdiyi cavabdehləri, cavabdeh qismində tanımadı. Maraqlıdır görəsən bu iş üzrə məhkəmənin maddi marağı nə idi ki, öz təşəbbüsü ilə cavabdeh təyin etdiyi Meşələrin İnkişafı Xidmətini və digərlərini hansı maraqdan cavabdeh qismində tanımadı, tanımamasının səbəbini öz qətnaməsində açıqlamır. Məhkəmə müqavilənin şərtlərinin Cavabdeh2 və digər cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində qanunsuz pozulmasına hansısa maraqlardan qiymət verməmişdir. Cavabdehlərin xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yazdıqları etiraz qəsdən, bilərəkdən məhkəmənin göstərişi ilə məhkəmə baxışına keçdikdən bir neçə gün sonra verilmişdir. Belə ki, MPM-in 154.1.maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və əriziyəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu qanunun pozulması ilə verilən etirazlar MPM-in 9.1; 9.3 maddələrinin də müddəalarını pozublar. MPM 9.1; 9.3-cü maddələrinin pozulması ilə çıxarılan məhkəmə qətnaməsi qanunsuz və əsassız hesab edilir və yuxarı instansiya məhkəmələri tərəfindən çəkişmə prinsipləri pozulduğundan dərhal ləğv edilir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin 15-ci səhifəsinin birinci abzasının ortasında hakim qeyd edir: X48 İdarəsi sularını kəsib, nasoslarını götürmüşdür. Bu iki qurumun tabeçilik əlaqələri var. Həmin cümlə məhkəmənin maraqlarına xidmət etdiyindən məhkəmə bu cür cümlələri onun adından qətnaməsində yazaraq öz maddimaraqlarını gizlətməyə çalışıb. Əslində su nasosu götürülməyib, yollar Cavabdeh2 tərəfindən kəsdirilərək meşəyə və Aqro-bağ ərazisinə heç bir texnika və əli ketmanlı və digər işçilər belə rekert Cavabdeh2 tərəfindən Aqro-bağa buraxılmayıblar. Məhkəmə bunları qeyd etməklə ifadələrini özünə məxsus təhrif edir. Birinci instansiya məhkəməsi qətnamənin 29-cu səhifəsinin vərəqin axıra yaxın 34-36 sətirlərində yazıb: Onlar 2-3 gün ərzində şəxsi nasosları vasitəsilə Aqro-bağı suvarmışlar. Bu hadisə Avqust ayının 11-dən sonra oldu. Bütün sahə avqust ayından sonra sulanmışdır. 23 ha ərazidə qoz ağacları quruyub, 6.5 hektarda qurumayıb. Ona görə ki, onlar həmin ərazini iyun ayının axırı iyul ayının əvvəllərində də şəxsi nasosları ilə qaçaq yolu vasitəsilə 4-gün ərzində sulamışlar. Göründüyü kimi Cavabdeh2 və mütəşəkkil cinayətkar dəstəsi onların öz nasosları ilə Aqrobağı suvarmağa da Cavabdeh2 və onun dəstəsi imkan verməyib. Belə ki, 30 noyabr 2023cü il tarixli məhkəmə iclas protokolunun 2-ci səh.1-ci abzasında bildirdi ki, Aqro-bağa qısa müddət ərzində nasos qoyulmuş suvarılmışdır və həmin su dartan nasosları da Cavabdeh2 dəstəsi götüzdürüb. Lakin məhkəmə bütün bu faktları görməzdən gəlir qətnaməsində qiymətləndirmir. Meşə Məcəlləsinin 51-ci maddəsinə əsasən Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir. Lakin hakim maddi maraqlarından Meşə Məcəlləsinin 51-ci maddəsinin tələblərini pozaraq onların qanunla qorunan hüquq və əsas azadlıqlarını pozmuşdur. Məhkəmə xx.xx.2024-cü il tarixli qətnaməsinin əlavə 15-ci səhifəsindən 32-ci səhifəsinin yarısına qədər onların ifadələrində istinad etdikləri şahid ifadələri məhkəmənin maraqları ilə uzlaşmır və ya ziddiyyət kəsb edir. Qətnamənin 32-ci vərəqinin 1-ci abzasında cavabdeh 13-saylı X50 Mərkəzinin nümayəndəsi X26 da izahatına hüquqi qiymət verməyib. Belə ki, qətnamənin 32-ci səhifəsinin son sətirlərində yazıb: Bir Meşəbəyliyin 170 ha yonca sahəsi müdriyyətin Cavabdeh2 dolanışığı üçündür. Hətta qətnamənin 33-cü səhifəsində X51 izahatının sonuna yaxın bildirir ki, bu iş üzrə bütün məsuliyyət Cavabdeh2 aiddir. Məhkəmə düzəliş edərək həmin cümlənin əvvəlinə heç-bir təqsiri olmayan su idarəsinidə salır. Birinci instansiya məhkəməsi qətnaməsində Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X21 izahatının 34-cü səhifə qeyd edərək bildirir: Məhkəmədə izahat verən şəxslərin Meşələrin İnkişafı Xidmətində Ramik Əşrəfovun göstərişi ilə məhkəmədə izahat verən meşəbəyi Əhmədov Ruslan izahatını dəyişdirib, dəyişdirməyəcəyi halda Ramik Əşrəfov əmr verib işdən çıxaracağını bildirib. Anar Rəhimov isə 13-saylı Bərdə X38 Mərkəzində məhkəmədə izahat verən meşəbəyi və meşə gözətçilərinin Ramik Əşrəfovun əmr verib işdən qovacağını bildirib meşə gözətçiləri: Mahmudov Zahirdən, Bayramov Elşəndən, Rüstəmov Sədullahdan və meşəbəyi və həmin müddətdə xəstə olan X6 hədə-qorxu ilə izahat alaraq sistemə vurur, məhkəmə isə bütün bunlara göz yumur. Məhkəmədə izahatında 80-90 nəfərin güllələnməli olduğunu bildirir. 80-90 nəfəri güllələdən cavabdehin nümayəndəsi özünə məxsus izahatlar verib. Birinci intansiya məhkəməsi qətnamədə Cavabdeh2 adından Cavabdeh2 verdikləri sualları Cavabdeh2 adından cavablandıraraq qeyd edir (yəni Cavabdeh2 məhkəmə prosesində 3-4 saxta Akt əlində sallayaraq, həmin saxta Aktlardan çıxışlar edirdi). Cavabdeh2 izahatının 35-ci vərəqinin son abzaslara yaxın qeyd edir: İddiaçı başqa Yevlax, Tərtər rayonlarında olan bir neçə nəfərin də müqaviləsi ləğv olunmuşdur. Lakin bu barədə Cavabdeh2 ləğv etdiyi Yevlax, Tərtər rayonlarındakı olan bir neçə nəfərin də müqaviləsi ləğv olunmuşdur. Yəni Cavabdeh2 həmin müqavilələri ləğv edibsə məhkəmə həmin sənədləri iş materiallarına nə üçün əlavə etməyib. Bu barədə məhkəmə iclas zalında 13-saylı Bərdə RMTM-nin nümayəndəsi onalrın sualına cavab olaraq bildirdi ki, Cavabdeh2 işlədiyi müddətdə heç-bir Yevlax, Tərtər rayon sənədlərini, müqavilələrini ləğv etməyib. Bu barədə 13-saylı Bərdə RMTM-də heç bir sənəd yoxdur. Məhkəmə qətnaməsinin 36-cı səhifəsində yazılıb: X48 İdarəsinin İddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə əmrin surətini qarşı tərəfi məlumatlandırmaq üçün göndərmişdir. Onun heç kimə traktorun saxlanılması barədə göstərişi olmamışdır. Aqrobağın şərtləri pozulmuşdur. Həmin ərazidə 3 ha yonca, 20 ha qarpız, 8 ha taxıl əkilmişdir. Əmrin surətini Ağdaş SSİ-nə nə üçün və ya nə məqsədlə göndərmişdir və ya Ağdaş SSİ onların və Aqro-bağda çalışanların və heç kəsin vəkili olmayıb. Məhkəmə bütün bu saxtakarlıqlara qiymət vermir və güya Aqro-bağda 3 ha yonca, 20 ha qarpız, 8 ha taxıl əkilib. Maraqlıdır bunları kimlər görüb və işdə keçən materialların harasına əlavə edildiyini, əraziyə baxış keçirən şəxslərdən yoncanı, taxılı, qarpızı kimlər görüb. Həmin qətnamənin 36-cı səhifənin 18-ci sətirində Cavabdeh2 izahatında bildirir ki, o, sadəcə suvarma idarəsinə məktubla müraciət etmişdir ki, meşə ərazisində olan artıq lazımsız nasoslar götürülsün. Məhkəmə prosesində müəyyən olundu ki, Ağdaş SSİ-nin X68 ərazisində aqrobağa xidmət edən nasosdan başqa heç-bir əlavə qanunsuz su nasosu yoxdur. Su idarəsinin nasoslarının qiyməti 160.000(yüz altmış min) manat civarındadır. Su nasosları ilə bağlı verdiyi sualları Cavabdeh2 cavablandırmaqdan imtina edib şou yaradırdı. Məhkəmə bütün bunları görməzdən gələrək Cavabdeh2 əməllərinə qətnaməsində qiymət verməyib. Məhkəmə eləcə də müstəqil tələb irəli sürməyən Ağdaş rayon SSİ-nin nümayəndəsi Nofəl Məmmədovun məhkəmədə verdiyi izahatları təhrif etmiş, onun göstərdiyi faktlara heç bir hüquqi qiymət verməmiş və hüquqi qiymət verməməsinin səbəblərini və nə üçün Nofəl Məmmdəovun cümlələrini təhrif etməsini qətnamədə açıqlamır. Məhkəmə bununla da kobud qanun pozuntularına yol verərək öz şəxsi maraqlarından xx.xx.2024-cü il tarixli qətnaməsində bütün bu faktlara qiymət verməyərək qanunları düzgün tövsif etməmiş, əqdlər, müqavilələr haqqında qanunları nəzərə almadan özünü qanun hesab edərək qanunsuz, əsassız və saxta qətnamə qəbul etmişdir. Belə ki, əqd və ya müqavilə ləğv edildikdə onlardan yaranan hüquqi nəticələr dərhal ləğv edilir. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilərkən müqavilədən yaranan hüquqi nəticələr dərhal ləğv edilmişdir. Yəni bütün müqavilələr xx.xx.2022-ci il tarixdə 40 saylı əmrlə Cavabdeh2 tərəfindən ləğv edilən müqaviləyə əsasən bağlandığından və həmin müqavilə ləğv edildiyindən digər müqavilələr də ləğv edilmiş hesab edilir və heç bir hüquqi qüvvəsi olmur. Hətta Cavabdeh2 Ağdaş SSİ-nin Ağzıbir SİB-in də müqavilələrinin ləğv edildiyini bildirib, xx.xx.2022-ci iltarixli 40 nömrəli əmrin və digər məktublarının surətlərini Ağdaş SSi-nə göndərib. Məhkəmə bütün bunları görməzdən gələrək qanunsuz və əsasız olaraq iddianı qəbul etməkdən imtina edərək maddi və prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. Məhkəmə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Onun qoz və fındıq ağaclarının alınmasına çəkdiyi xərc də şahid ifadələri ilə təsdiq olunsa da, məhkəmə həmin halları da nəzərə almamışdır. Cavabdeh 13 saylı X38 Mərkəzi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki halı ondan ibarətdir ki, İddiaçıla Bərdə X38 Mərkəzi arasında (hazırda 13 saylı RMTM) 10 oktyabr 2019-ci il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarındakı 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin icarəçi müqavilənin bağlandığı tarixdən hazırki dövrədək müqavilənin şərtlərini pozacaq, inzibati və cinayət məsuliyyəti yaradan əməllər törətmişdir, icarədar tərəfindən müqavilənin 1.15-ci maddəsinin (icarəçi tərəfindən bu Müqavilənin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;) tələblərini icra etməyə imkan verməyərək dəfələrlə icarəçinin əraziyə daxil olmasına maneələr törətmişdir. İddiaçı icarəyə verilmiş əraziyə polis vasitəsilə baxış keçirilən zamanı məlum olmuşdur ki, həmin ərazidə əkilən tinglərin bir hissəsi qurumuş, bir hissəsinə aqrotexniki qulluq həyata keçirilməmiş, habelə cərgə aralarında qanunsuz olaraq yonca, arpa və bostan bitkiləri əkilmişdir. Qeyd olunanlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Bundan başqa İddiaçı müqavilə şərtlərinə əməl olunması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı xəbərdarlıqlar olunsa da, o, məhəl qoymamış və müqavilənin şərtlərini pozmağa davam etmişdir. O, müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş, bununla bağlı 13 saylı RMTM-nin əməkdaşları tərəfindən onunla bağlı akt və inzibati xəta haqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq 7 iyul 2022-ci il tarixdə Mərkəzin 40 nömrəli əmri ilə onunla bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndləri pozduğuna görə xitam verilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək əmrin ləğvi hissəsində iddianı təmin etmiş, pul tələbi ilə bağlı hissədə isə iddia rədd edilmişdir. Nümayəndə və oğlu İddiaçı İslam oğlu son illərdə qanunsuz olaraq Bük meşəbəyliyində məskunlaşaraq, özlərinə məxsus çoxlu sayda iri və xırda buynuzlu mal-qara saxlayırlar. Bu isə onlarla bağlanılmış icarə müqaviləsinin şərtlərinə təmamilə ziddir. Göründüyü kimi bu kimi sistematik qanun pozuntularına yol vermiş iddiaçı bu hərəkətlərin davam etməsi halında onunla bağlanmış müqaviləyə xitam verilməsinin nəticəsini görmüş, onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirlərinə məhəl qoymamış qanun pozuntusuna səbəb olan şəraiti aradan qaldırmamışdır. Mərkəz tərəfindən tətbiq edilən sözügedən tədbirlər İddiaçı hərəkətlərinə qarşı xəbərdarlıq xarakteri daşımışdır. Beləliklə, Meşə Məcəlləsinin 20-ci maddəsi kontekstində məsələyə nəzər yetirdiyimiz zaman, müqavilənin məcburi xitamı üçün İddiaçı hərəkətlərinin kifayət olduğunu görürük. Gəncə Kommersiya Məhkəməsi sözügedən torpaq sahəsinin dövlət meşə fonduna aid olmasını nəzərə almadan, onu xüsusi mülkiyyət torpaqlarından fərqləndirmədən, bu sahəni tənzimləyən Meşə Məcəlləsinin müddəalarını tətbiq etmədən, yalnız müqaviləyə istinad etməklə 13 saylı RMTM-nin əmrinin əsassız olması qənaətinə gəlmişdir. Müstəqil tələb irəli sürməyən Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X20 cavabdeh 13 saylı Bərdə X38 Mərkəzinin verdiyi apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, 13-saylı Bərdə RMTM-nin sabiq direktoru Cavabdeh2 2022-ci ilin mart ayı vəzifəyə yeni təyin olunduqdan bir ay və ya ay yarım sonra, yəni 2022-ci ilin may ayından Aqro-bağın yiyələrindən 20.000 manat pul tələb etməyə başlamışdır. Aqro-bağın yiyələri Cavabdeh2 tələb etdikləri pulları verməyib aidiyyətı üzrə X83 Sərvətlər naziri Muxtar Babayevə və digər hüquq mühafizə orqanlarına məlumat verib şikayət etdiklərindən Cavabdeh2 qəzəblənib Aqro-bağın suyunu kəsdirib icarə müqaviləsini ləğv edib, ərazinin təcili boşaltmaqalrı haqqında məktub göndərib onalrın işçiləri və Aqro-bağın yiyələrini və Aqro-bağın işçilərini Aqro-texniki qulluğa gələn traktortexnikalarını da ərazidən çıxarıb əraziyə buraxmadılar. Cavabdeh2 və 13-saylı Bərdə RMTM-nin işçiləri onları əraziyə buraxmadıqda dəfələrlə Cavabdeh2la telefonla əlaqə saxlayıb və qəbulunda olsalar da və meşə ərazisində yerləşən Aqro-bağa buraxılmaqlarını xahiş etsələr də, Cavabdeh2 onları qəbul etməmək üçün saatlarlarla biləbilə kabinetinin qabağında gözlədirdi. İddiaçı Aqro-bağına su verməli olduqlaırını bildirsələr də Cavabdeh2 dediklərindən əl çəkmirdi. Cavabdeh2 Aqro-bağın sahibləri 20.000 manat pulu verməsə Aqro-bağı susuzluqdan qurudub məhv edib şumlayacağını bildirirdi. Daha sonra Cavabdeh2 ondan əl çəkmədiyimizi görüb onlara Aqro-bağı ləğv etdiyini bildirirdi. Bununla əlaqədar olaraq bizə Aqro-bağın ləğvi haqqında xx.xx.2022-ci il tarixli 40 nömrəli əmr göndərib bildirdi ki, Aqro- bağın icarə müqaviləsini X83 Sərvətlər Nazirliyinin göstərişinə əsasən ləğv etmişdir. Daha həmin torpaq sahəsi onlara məxsusdur. Ondan Aqro-bağa xidmət göstərən su nasosunun ərazidən götürülməsini tələb edirdi. Bildirirdi ki, Aqro-bağın yəni 50 hektar torpağın icarə müqaviləsi ləğv olunduğuna görə su idarəsinin müqaviləsi etibarsızdır. Onlar Cavabdeh2 rəsmi sənəd tələb etdikdə məktubları onlara göndərəcəyini bildirdi. Bununla əlaqədar idarəyə dörd ədəd məktub və əmr göndərmişdir. Cavabdeh2 onlara su nasosunun Bük Meşəbəyliyindən götürülməsi haqqında 01 iyun 2022-ci il 279 nömrəli məktubu həm X48 İdarəsinə, həm də Azərbaycan Meliorasiya Su Təsərrüfatı Cəmiyyəti ASC yə göndərib ki, Aqro-bağ ləğv olunduğu üçün X30 ehtiyac olmayan su dartan nasosu ərazidən götürsünlər və icarə müqaviləsi ləğv edildiyi üçün ərazini təcili boşaltmaqlarını rəsmi məktublarla tələb edirdi. X40 ərazisində yerləşən aqro-bağa, Aqro-bağın yiyəsi İddiaçı və onun işçiləri ilə birgə əraziyə girməyə çalışsalar da Cavabdeh2 işçiləri onları əraziyəə buraxmırdılar. Nə aqro bağın yiyəsini nə Aqro-bağda işləyən suçuları, fəhlələri, traktor texnikaları, nə də ki, X48 İdarəsinin maşın mexanizmləri əraziyə buraxılmayıb, Aqro-bağın icarə müqaviləsini ləğv etdiklərini bildirirdilər. Lakin birinci instansiya məhkəməsi bütün bunları bilə-bilə icarə müqaviləsinin 5.1 bəndini və qanunları kobud şəkildə pozaraq cavabdehlərin xx.xx.2019-cu il tarixli müqavilə üzrə götürdükləri öhdəlikləri və müqaviləni pozub sahibkar İddiaçı İslam oğlunun Aqro-bağına vurduqları ziyanı-zərəri qərəzli olaraq onların üstünə atmağa çalışıb. Ona görə də hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Cavabdeh X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək qeyd etmişdir ki, İddiaçıla Bərdə X38 Mərkəzi arasında (hazırda 13 saylı RMTM) 10 oktyabr 2019-ci il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarındakı 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürür. Belə ki, müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən icarəçi meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək şərtlərinə riayət etməlidir. Lakin icarəçi müqavilənin bağlandığı tarixdən hazıradək müqavilənin şərtlərini pozaraq, inzibati və cinayət məsuliyyəti yaradan əməllər törətmişdir, bundan əlavə sistematik olaraq Mərkəzin əməkdaşlarını təhqir edərək nalayiq ifadələr işlətmiş, icarədar tərəfindən müqavilənin 1.15-ci maddəsinin (icarəçi tərəfindən bu Müqavilənin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;) tələblərini icra etməyə imkan verməyərək dəfələrlə əraziyə daxil olunmasına maneələr törətmişdir. Qeyd olunanlara baxmayaraq icarəyə verilən ərazinin yoxlanılması zamanı məlum olmuşdur ki, həmin ərazidə əkilən tinglərin bir hissəsi qurumuş, bir hissəsinə aqrotexniki qulluq həyata keçirilməmiş, habelə cərgə aralarında qanunsuz yerə yonca, arpa və bostan bitkiləri əkilmişdir. Bunlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən dəfələrlə aktlar tərtib edilmişdir və İddiaçı bununla bağlı xəbərdarlıqlar olunsa da, o məhəl qoymamış və müqavilənin şərtlərini pozmağa davam etmişdir. Bundan əlavə Məmiyev müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş, bununla bağlı Mərkəz tərəfindən akt və inzibati xəta haqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq 7 iyul 2022-ci il tarixdə Mərkəzin 40 nömrəli əmri ilə İddiaçılə bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndlərini pozduğuna görə xitam verilmişdir. Lakin Məmiyev qanunsuz əməllərini davam etdirərək, həmin ərazini bu günə qədər də qanunsuz istifadə edir və orada mal-qara otarır. İddiaçı İslam oğlu ilə 13 saylı RMTM arasında bağlanmış məlum müqavilənin şərtinə əsasən təqdim etdiyi “əkin layihəsi”ndə, ona icarəyə verilmiş 50 ha meşə fondu ərazisində müxtəlif növ ağaclar əkərək, onlara cəmi 7 (yeddi) nəfər işçi vasitəsilə aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. Lakin qeyd olunanlar fiziki cəhətdən mümkünsüzdür və məhz bu səbəbdən də ona məxsus ağaclar məhv olmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı İslam oğlu özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq göstərdi ki, video görüntülərdə əks olunmuş mübahisəli əraziyə baxış 28 iyun 2022-ci il tarixdə həyata keçirilmişdir. Onların ərazisinə suyun buraxılışına may ayının 15-dən etibarən qadağa qoyulmasına baxmayaraq bu barədə rəsmi məktub iyun ayının 1-də təqdim edilmişdir. Fındıq ağaclarının quruması üçün onlara 1 ay müddətində suyun verilməməsi kifayət edir. Cavabdehin pul tələbi ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət olunmuş və onun barəsində müvafiq olaraq cinayət işi açılmışdır. Cavabdeh2 vəzifəyə gəldikdən sonra onun tərəfindən xx.xx.2022-ci il tarixində atası Nümayəndə guya qoyun otarmasıyla bağlı saxta tarixli aktlar tərtib olunmuş və tabeliyində çalışan şəxslər tərəfindən işdən çıxarılmaq qorxusu ilə imzalanmışdır. Atası 2 dəfə ağır ürək əməliyyatı keçirmişdir, təbii ki, səhhəti buna imkan vermədiyi üçün bu cür əməliyyat keçirən şəxsin qeyd olunan işi görə bilməsi qeyri - mümkündür. Həmin tarixdə Nümayəndə 3 oğlunun və təxminən 20 - 22 nəfərdən çox daimi işçilərinin olmasına baxmayaraq atasının işçi və ya çoban tutmağa pulunun olmadan qoyunları özünün otarması ağlasığmaz səslənir. Təbii ki, bu aktların hamısı atasını və onu gözdən salmaq, şər - böhtan atmaq məqsədilə Cavabdeh2 tərəfindən saxtakarlıq yolu ilə tərtib olunmuşdur. Çünki, aktların birində 150 baş qoyunun, digərində 180 baş qoyun olduğunun qeyd olunmasına baxmayaraq Cavabdeh2 məhkəmədə 600 baş qoyun otarıldığını bildirməsi onun yalanlarının bir - biri ilə uyğunlaşmadığını göstərir. 10 oktyabr 2022-ci il tarixində tərtib edilmiş 001358 nömrəli aktda mərkəzin direktorunun şifahi göstərişinə əsasən Bük meşəbəyliyinin 22-ci kvartalında 3 saylı meşə dolayısında aparılan qəfləti yoxlama zamanı 5 ha sahəni heyvanlarını meşədə otarmaqla məhv etdiyi qeyd olunmuşdur. Hətta bu barədə Cavabdeh2 onu şərləyərək həmin əraziyə 1500 manat dəyərində ziyan vurduğunu bildirmişdir. Lakin xx.xx.2022-ci il tarixli 001317 saylı aktda isə həmin ərazilərin batıq olduğu barədə məlumat qeyd edilmişdir. Cavabdeh2 2022-ci ilin iyun ayında batıq ərazi kimi qiymətləndirərək kürüyüb hektarını 400 manatdan satmaqla qarpız əkdirdiyi bu sahələri, yenidən guya 2022-ci ilin oktyabr ayında, yəni cəmi 4 ay sonra onun olmayan qoyunları ilə otarıb məhv etdiyini iddia etməsi sadəcə cəfəngiyyatdır. Əgər, həqiqətən də Cavabdeh2 onlardan 20.000 manat pul tələb etmirdisə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aktları saxtalaşdırmaqla onları şantaj etməkdə məqsəd və maraqları nə olmuşdur? Birinci instansiya məhkəməsində araşdırma zamanı aktların hamısının bir-biri ilə ziddiyət təşkil etdiyini qeyd etmişdir. Cavabdehlərin bir çox cinayət əməlləri haqqında video görüntülər məhkəməyə təqdim edilmiş və həmin videolara məhkəmə iclas zalında baxış keçirilmişdir. Videolara baxış keçirilən zaman 01 iyun 2022-ci il tarixində Gürşad Əmirov tərəfindən Niva markalı maşının matorxanası üzərində riyaziyyat vərəqində akt tərtib edildiyi açıq - aşkar müəyyən edilmişdir. Akt tərtibatında 13 saylı Bərdə RMTM-nin işçilərindən Əmirov Gürşad, Camalov Müşviq, Hümbətov Ənvər, Qarayev Asim, Rüstəmov Sədullah, Mahmudov Zahir, Bayramov Elşən və onların işçilərinən Məmmədov Aydın, Quliyev Qabil, Məmiyev Qulu, o və digər şəxslərin iştirak etməsinə və bütün bunların həmin video görüntüdə qeydiyyata alınmasına baxmayaraq hansısa dırnaq arası möcüzə nəticəsində riyaziyyat vərəqində tərtib olunmuş akt dəyişdirilərək saxtalaşdırılmışdır. Çünki, Gəncə Kommersiya Məhkəməsində araşdırma zamanı həmin mübahisəli akt videoda görünməyən və orada olamayan Rəhim Mehtiyev, Şikar Məhərrəmov, Fizuli Bağırov və Vüqar Hacıyev tərəfindən imzaları əlavə olunmuş şəkildə X83 Sərvətlər Nazirliyinə məxsus xüsusi nömrəli akt kimi qarşıya çıxmışdır. Məhkəmədə cavabdehlərin şahidlərinə bu barədə suallar verilmiş və saxta aktların Cavabdeh2 tərəfindən şantaj məqsədilə yazdırıldığını sübüt etmişlər. 01 iyun 2022-ci il tarixli aktda ərazinin çox alaqlı olması səbəbindən əraziyə girişin mümkünsüzlüyü və ərazidə heç bir tingin görünmədiyi, lakin kənardan tam qurumuş fındıq ağaclarının və aqro-bağ kimi əkilmiş 7-10 hektar qoz ağaclarının göründüyü qeyd olunmuşdur. Cavabdehlərin işçilərindən qabaq kənd təsərrüfatının əməkdaşları əraziyə baxış keçirərkən ******* nömrəli əkin bəyanında 29.5 ha qoz ağaclarının, ******* nömrəli əkin bəyanında 20 ha fındıq ağaclarının və ******* nömrəli əkin bəyanında isə 05 hektarda nar ağaclarının əkildiyini qeyd etmişlər. Məhkəmə iclasında cavabdehlərin saxta aktı tərtib edən şahidlərinə sual vermişdir ki, əgər əraziyə giriş mümkün deyildisə kənardan baxaraq 29.5 hektardan 10 hektar hissəsini çıxdıqdan sonra yerdə qalan 19.5 ha qozun və 20 ha fındığın cəmində 39.5 hektar ərazidə ağacların tam quruduğunu necə müəyyən etmisiniz və aktı imza edən şəxslərdən neçə nəfər bunu görmüşdür. Arxın uzunluğu 4 km olduğuna görə bu qədər uzaq məsafədən bu şəxslərin bir nöqtədən baxaraq 39.5 ha ərazidə ağacların tam quruduğunu müşahidə etməsi mümkünsüzdür. Şübhəli məqam ondan ibarətdir ki, əməkdaşlar əgər belə görən idilərsə Kür çayının Ağdaş rayonunun, Pirəzə kənd yaxınlığındakı Ada deyilən meşə ərazisində əkilmiş tonlarla narkotik plantasiyalarını və avadanlıqlarını nə üçün görüb səsini eşitmirdilər və bu barədə heç bir hüquq - mühafizə orqanlarına nə üçün məlumat verməmişdirlər. Necə ola bilər ki, kənar nöqtədən baxıb 4 km məsafədə yerləşən 39.5 hektar ərazidə ağacların quruduğunu görürlər amma narkotik plantasiyalarını görmürlər. Hətta, hakim Rəşad Məmmədovun özü də məhkəmədə iştirak edən şəxslərə meşə ərazisində 4 km məsafədən görmənin mümkün olmadığını bildirmişdir. Ziddiyətli məqamlardan biri də ondan ibarətdir ki, 9 saylı idarənin 28 iyun 2022-ci il tarixli məktubuna əsasən onlara məxsus 50 ha aqro-bağda qoz, fındıq və nar ağaclarının olduğunun qeyd olunmasına baxmayaraq 13 saylı idarə digər idarənin yazdığı məlumatları təkzib edərək ağacların mövcud olmadığını qeyd etmişdir. 11 oktyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən şahid Vüqar Hacıyev cavabdehin əməkdaşı kimi 2022-ci ilin may ayınadək çalışdığını qeyd etməsinə baxmayaraq 2022-ci ilin iyun ayında tərtib edilmiş aktlarda da onun imzaları mövcuddur. Bir sözlə cavabdehlər əllərindən gələni edirdilər ki, onlar əraziyə daxil olub heç bir iş görə bilməsinlər və beləliklə ağacları qurusun. Yuxarıda qeyd olunan sübutlardan, video görüntülərdən və Meşələrin İnkişafı Xidmətinin 28 aprel 2023-cü il tarixli şikayətlərinə cavab məktubundan da göründüyü kimi 13 saylı Bərdə X38 Mərkəzi tərəfindən icarə müqavilələri 40 nömrəli əmrə əsasən ləğv edildiyinə görə əraziyə girişləri qadağan edilmişdir. Bütün bunları məhkəmədə rəsmi sənədlər və video görüntülər, şahid ifadələri ilə sübuta yetirmələrinə, həmçinin cavabdehlərin və onların şahidlərinin sabiq direktorun şifahi göstərişləri əsasında işçiləri, traktor texnikalarını və su idarəsinin əməkdaşlarını və texnikalarını əraziyə buraxmadıqlarını yazılı və şifahi şəkildə etiraf etmələrinə baxmayaraq məhkəmə bütün bunları qətnaməsində qiymətləndirməmiş və qərəzli olaraq işdə keçən bütün bu faktları görməzdən gəlmişdir. Həmçinin, iş materiallarında mövcud olan Meşələrin İnkişafı Xidmətinin rəis müavini Möhuma Heraçiyevin məktubunda da bütün bu faktlar rəsmi şəkildə öz təsdiqini tapmışdır. İddiaçı iş materiallarında olan 2020-ci və 2021-ci illərdə tərtib edilmiş aktlarla bağlı isə bildirdi ki, həmin aktlar sonradan Cavabdeh2 zamanında məhv edilərək yenidən öz maraqlarına uyğun formada saxtalaşdırılmışdır. İddiaçı aqroparka çəkilmiş xərclərlə bağlı, o cümlədən qoz və fındıq ağaclarının tinglərinin alınması, gətirilməsi (daşınması), əkilməsi, müxtəlif torpaq işlərinin görülməsi, dərman vasitələrinin alınması, işçilərin cəlb edilməsi, onlara ödənişin edilməsi ilə bağlı bildirdi ki, tərəflərlə şifahi razılaşdığından və həmin hallar yalnız şahid ifadələri ilə təsdiq olunduğuna görə məhkəməyə heç bir yazılı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə etdiyini bildirərək göstərdi ki, şikayətin təmin edilməsini xahiş edir. İddiaçının bildirdiyi fikirlər ilə razılaşıram və əlavə olaraq qeyd etmək istəyir ki, qərəzli şəkildə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə ləğv edilməli və iddiaları tam təmin edilməli, cavabdeh tərəfin apellyasiya şikayəti isə təmin edilməməlidir. Cavabdeh 13 saylı Bərdə X38 Mərkəzinin nümayəndəsi X51 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, həmçinin, tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, İddiaçı İslam oğlu tərəfindən salınmış aqropark Meşələrin İnkişafı Xidmətinin müvafiq razılığı əsasında 13 saylı Bərdə X38 Mərkəzi tərəfindən təsdiq edilmiş və iddiaçı ilə müvafiq icarə müqaviləsi bağlanmışdır. Lakin keçirilmiş yoxlamalar zamanı iddiaçının müqavilə şərtlərinə riayət etmədiyi, icarəyə verilmiş ərazidə kənd təsərrüfatı məhsulları əkdiyi. Habelə meşə ərazisində heyvan saxladığı müəyyən olunduğuna görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X3 bildirdi ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və ötən məhkəmə iclasında digər nümayəndə tərəfindən təqdim edilmiş yazılı etirazı müdafiə edir. O da qeyd edilməlidir ki, əgər həqiqətən də iddiaçının iddia etdiyi ağacları mövcud olubsa və suyun verilməməsinə görə onlar quruyub məhv olmuşdursa bunun səbəbkarı Meşələrin İnkişafı Xidməti və ya 13 saylı Bərdə X38 Mərkəzi deyildir. Çünki suyun təminatı ilə bağlı iddiaçı müvafiq təşkilatla müqavilə bağlamalı idi və həmin təşkilat müqavilə üzrə öhdəliklərini icra etməmişdirsə, buna görə məsuliyyət daşımırlar. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X46 qanunamüvafiq qətnamənin qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildir ki, mübahisə yaranan vaxtlarda suvarma sistemləri idarəsinin rəis müavini vəzifəsində çalışırdı. Müxtəlif vaxtlarda sudan istifadə birliyinin sədri daxil olmaqla bir neçə vəzifəli şəxslərlə birlikdə Cavabdeh2 müraciət edərək iddiaçının torpaq sahəsinə su verilməsilə bağlı razılığa gəlməyi təklif etməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh2 quruma rəsmi məktub yazmış, əlavə olaraq telefonla zəng etmiş və şəxsi görüşmələr zamanı onalrı hədələyərək iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsi səbəbindən onların iddiaçını su ilə təmin etmələrinin qanunsuz olduğunu əsas gətirərək su təminatının dayandırılmasını tələb etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən iddiaçını, onun nümayəndəsini, cavabdehlərin nümayəndələrini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 27/M-351 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun Bərdə X38 Mərkəzinin ərazisindən aqrobağ salmaq məqsədi ilə 50 ha torpaq sahəsinin icarəyə verilməsinə köməklik göstərilməsi barədə X83 Sərvətlər Nazirliyinə ünvanladığı müraciətə Meşələrin İnkişafı Departamentində yaradılmış müvafiq komissiya tərəfindən baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən ərazidə meyvə bağlarının salınması üçün görüləcək işlərin plan-layihəsi (biznes-plan) Nazirliyə təqdim edildikdən sonra ərizəçinin müraciətinə baxılacaqdır. İş materiallarında olan Biznes-plandan görünür ki, aqrobağın salınması ilə əlaqədar İddiaçı İslam oğlunun adına aidiyyəti üzrə təqdim edilməsi üçün ətraflı biznes-plan tərtib edilmişdir. İş materiallarında olan Bərdə RMTM-nin 14 iyun 2019-cu il tarixli 318 saylı məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun ETSN-ə aqro-bağın salınması ilə əlaqədar müraciətinə Mərkəz tərəfindən baxılmışdır. Baxış zamanı məlum olmuşdur ki, göstərilən 50 ha ərazi Bük meşə sahəsinin 24-22 saylı kvartalına aid, meşə bitkiləri ilə örtülü olmayan açıq sahədir və orada gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmamışdır. Göstərilən 50 hektar sahənin uzunmüddətli icarəyə verilməsi məqsədəuyğundur. İş materiallarında olan Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli 06 saylı müqavilədən görünür ki, İddiaçı İslam oğlu ilə Bərdə RMTM arasında Bük meşəbəyliyinin 22 və 24-cü kvartalının aidiyyətı bölməsindən 50 hektar meşə bitkiləri ilə örtülü olmayan sahənin 15 il müddətinə icarəyə götürülməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 5.1 və 5.2-ci bəndlərində (Yekun müddəalar) mübahisələrin həll edilməsi qaydası təsbit olunmuşdur. Mübahisələr yarandıqda danışıqlar yolu ilə, mübahisə bu qaydada öz həllini tapmasa məhkəmə qaydasında həll edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı İslam oğlunun Bərdə şəhəri Bərdə rayon inzibati ərazisində yerləşən, Meşə fondu torpaqlarından 50 ha torpaq sahəsi üzərində 15 il müddətinə icarə hüququ (xx.xx.2019xx.xx.2034) daşınmaz əmlakın dövlət reyestrində 171 saylı reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 58402 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin baş aqronomu Babaşov Tofiq Famil oğlu, X84 inzibati ərazisinin Bərdə şöbəsində meşə əkini mühəndisi Soltan İsmayılov, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, 11 saylı dolayın 22 kv. meşə gözətçisi Zahir Mahmudov, qonşu meşə gözətçisi Sədulla Rüstəmov, Qonşu meşə gözətçisi Elşən Bayramov, bakı şəhər sakini Nümayəndə iştirakı ilə meşəbəyi köməkçisi Asim Qarayevin məlumatı yerində araşdırıldı və araşdırma zamanı müəyyən edildi ki, Bük meşəsinin 11 saylı dolayın 22 kvda 2020-ci ilin yazında əkilmiş 2,0 ha akasiya əkinini Nümayəndə 150 baş xırda buynuzlu qoyun keçisi yemişdir. Araşdırma zamanı Nümayəndə özü də araşdırmada iştirak etsə də aktı imzalamaqdan imtina etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 65109 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndis gürşad Əmirov, Oğlanbaba Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba Bük meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşə sahəsinin 13 saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, Oğlanbaba Bük meşəbəyliyinin meşə gözətçisi Zahir Mahmudov, Bərdə rayonunun Şirvanlı kənd sakini icarəçi İddiaçı İslam oğlunun iştirakı ilə həmin aktı tərtib edirlər ondan ötrü ki, icarəçi İddiaçı icarəyə götürdüyü 50 ha sahəyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, icarəçi İddiaçı aqro bağ salmaq üçün götürdüyü sahədə kənd təsərrüfatı bitkiləri əkmişdir. 14.04.2-21-ci il tarixli bildirişlə İddiaçı diqqətinə çatdırılmışdır ki, aqro bağ salmaq üçün icarəyə götürdüyü sahədə kənd təsərrüfatı bitkiləri əkmək olmaz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 006282 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin baş aqronomu Babaşov Tofiq Famil oğlu, Bərdə RMTM-nin meşə uçotu və kadastr üzrə baş mühəndisi X27, Bərdə meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X34, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi X28, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi X57, Oğlanbaba meşəbəyliyinin meşə gözətçisi X35, meşə gözətçisi X10 iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayon Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə Bərdə RTMT-nin direktorunun 15 iyul 2021-ci il tarixli 70 saylı əmrinə əsasən İddiaçı İslam oğluna xx.xx.2019-cu il tarixli 69 saylı müqavilə əsasında aqrobağ salınması üçün Oğlanbaba meşəbəyliyinin 22 və 24-cü kvartallarından verilmiş 50 hektar əraziyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, icarəyə götürülmüş ərazinin 20 hektarı qoz, 22 hektarında fındıq tingləri əkilmişdir. 8 hektar isə şumlanmış, əkilməmiş kimi qalmışdır. Əkilmiş fındıq tingləri tamamilə qurumuşdur. Qoz tingləri standarta uyğun deyil, aqrotexniki qaydalara riayət olunmur, cərgə aralarında 24 hektar bostan və 7 hektar yonca əkilmişdir. xx.xx.2021-ci ildə Bərdə meşəbəylikləri üzrə meşə əkini mühəndisi İsmayılov Soltan, baş aqronom Babaşov Tofiq, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi Hacıyev Vuqar və meşəbəyi köməkçisi Qarayev Asim həmin ərazidə araşdırma apararkən İddiaçı və atası Nümayəndə əməkdaşları nalayiq söyüşlərlə təhqir edib onları ərazidən uzaqlaşdırmışlar. İdarənin meşə uçotu və kadastr üzrə baş mühəndisi X14 tələb etmişlər. xx.xx.2021-ci il tarixdə müəssisənin əməkdaşları yenə həmin əraziyə getmişlər. İddiaçı və atası Nümayəndə təkrarən əməkdaşları nalayiq söyüşlər və sözlərlə təhqir etmiş, kadastr üzrə baş mühəndisə hücum çəkmiş, əlindəki ağacla ona xəsarət yetirmək istəmişdir. Lakin əməkdaşlar mane olmuşlar. Kadastr üzrə baş mühəndis DİN-in 102 qaynar xəttinə və ETSN-nin 168 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Müəssisənin Oğlanbaba meşəbəyliyində dövriyyədə olan meşə əkinlərinin suvarılmasına maneə yaradır. Meşə ərazisində İddiaçı ferma yaratmış və özünə məxsus 200 başa yaxın xırdabuynuzlu malqara saxlayır, ərazidə qeyri-qanuni xəndəkləmə işləri aparmışdır. İddiaçı və atası Nümayəndə 50 hektardan əlavə olaraq 24 hektar zəbt edərək öz məqsədləri üçün istifadə edir. Onların məqsədi icarəyə götürdükləri ərazidə aqro-bağ yetişdirmək yox, bostan, tərəvəz və yonca əkib becərməkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı İslam oğlu ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədə uyğundur. Akta müəssisənin əməkdaşlarının izahatları və fotoşəkillər əlavə olunur. İş materiallarında olan Aqrar Xidmətlər Agentliyinin X39 xx.xx.2021-ci il tarixli analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (qoz və nar ağacları ilə bağlı). İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ağdaş rayonu X64 edənlər Birliyi ilə su istifadəçiləri arasında suvarma suyunun verilməsi üzrə 02 saylı müqavilədən, xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli Azərbaycan Meliorasiya və ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə müqavilələrdən görünür ki, X47 ilə aidiyyətı su təsərrüfatı istismar təşkilatı ilə aqrobağın suvarılması üçün şərtlər müəyyən edilməklə, müqavilələr bağlanmış, hər müqavilə müqavilədə nəzərdə tutulan dövrü əhatə etmişdir. İş materiallarında olan 2779160, 2741518, ******* saylı əkin bəyanlarından görünür ki, 0,5 ha sahədə 500 ədəd nar ağacı, 29,5 ha sahədə 4200 qoz ağacı, 20 ha sahədə 11232 ədəd fındıq ağacları ilə bağlı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə əkin bəyanları verilmişdir (hesab tarixi xx.xx.2022-ci il). İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun fındıq bağına əkin subsidiyasının verilməsi barədə müraciətinə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X41 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydaların 3.8, 2.2-ci bəndlərinə istinad edilərək, X42 2020-ci il 9 dekabr tarixli müvafiq qərarının 10-cu bəndinə əsasən Bərdə rayonu üzrə fındıq bitkisinin əkin əmsalı 0a bərabər qəbul edildiyi üçün EKTİS vasitəsi ilə bəyan etdiyi 20 hektar fındıq bağına görə ona subsidiya hesablanmasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Aqrar Xidmətlər Agentliyinin X39 xx.xx.2022-ci il tarixli analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (fındıq ağacları ilə bağlı). İş materiallarında olan Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 245/k saylı əmrindən görünür ki, X79 X16 meşəbəylikləri üzrə baş mütəxəssisi X22 həvalə edilmiş həmin Mərkəzin direktoru vəzifəsinin icrası 11 mart 2022ci il tarixdən dayandırılmış, Cavabdeh2 14 mart 2022-ci il tarixdən həmin Mərkəzin direktoru vəzifəsinə 6 ay müddətinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş (Bərdə RMTM-nin Qarxun meşəbəyliyində) aktda qeyd olunmuşdur ki, aktı tərtib edən şəxslər tərəfindən ETSN-in xx.xx.2022-ci il tarixli 245/K saylı əmrinə əsasən Bərdə RMTM-də direktor dəyişikliyi ilə əlaqədar Mərkəzin xx.xx.2022-ci il tarixli 10 saylı əmrinə əsasən Bərdə RMTM Qarxun meşəbəyliyində təhvil-qəbul işləri aparılmışdır. Təhvil-qəbul zamanı meşə fondunda meşələrin qorunub mühafizə olunması, dövriyyədə olan meşə əkinlərinin tinglərinin, bağların vəziyyəti, mal-qara otarılması və saxlanılması, qanunsuz kənd təsərrüfatı bitkilərinin əkilməsi və zəbt etmə halları araşdırılarkən aşağıdakılar müəyyən edilmişdir: Qarxun meşəbəyliyinin ümumi ərazisi 2422 hektar olmaqla 5 meşə dolayından və 15 meşə kvartallarından ibarətdir. Meşəbəyliyin meşə dolaylarının qorunub mühafizə olunması vəziyyəti Mərkəzin xx.xx.2022-ci il tarixli 15 saylı əmrinə əsasən növbəti yaz təftişində məlum olacaqdır. Qarxun meşəbəyliyində dövriyyədə 234,4 ha meşə əkinləri mövcuddur. Meşə əkinlərinin vəziyyəti cədvəl şəklində aktda göstərilmişdir. İş materiallarında olan Bərdə X38 Mərkəzinin xx.xx.2022-ci il tarixli 279 saylı məktubundan görünür ki, direktor Cavabdeh2 Ağdaş SSİ-nin rəisi Əhliman Hacıyevə müraciət edərək, Mərkəzin Bük meşəbəyliyinin ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001316 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi Rəhim Mehtiyev, mərkəzin tinglik üzrə baş mütəxəssisi Füzuli Bağırov, mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi Müşviq Camalov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Bük meşəbəyliyinin 13 saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, meşəbəyliyin 12 saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 11 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun göstərişinə əsasən Bük meşəbəyliyində Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna xx.xx.2019-cu il tarixli 69 saylı müqavilə ilə 15 il müddətinə verilmiş 50 hektar aqrobağa baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, bütün ərazini alaq və qamışlıq basmış, sahənin içərisində heç bir ting görünmür, heç bir əl ilə xidmət aparılmamışdır. Ancaq sahənin çox alaqlı, heç bir mexaniki xidmət aparılmadığından sahənin içərisinə girmək mümkün olmadı, qıraqdan görünən hissələrində əkilmiş fındıq tingləri tam qurumuşdur. Lakin bir yerdən orada aqrobağ kimi əkilmiş bir neçə qoz tingləri görünürdü. Sahə çox alaqlı olduğundan həmin sahəni ölçmək olmadı. Həmin sahə təxminən 7-10 hektar olar. Qalan sahədə başqa meyvə tinglərinə rast gəlinmədi, bütün tinglər qurumuşdur. Ancaq buna baxmayaraq, aqrobağın ərazisində və aqrobağın sahəsindən kənarda müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi məlum oldu. 3 hektar yonca, 5 hektar arpa, 20 hektar bostan əkilmişdir (meşə gözətçilərinin izahatları əlavə olunur). Aqrobağa baxış zamanı icarəçi İddiaçı İslam oğlu özünün şifahi deməsinə görə işi olduğuna görə onlarla araşdırmadan heç bir səbəb olmadan imtina etmişdir. Ona görə də araşdırma, baxış onun iştirakı olmadan aparılmışdır. Ancaq o iştirak etməsə də, axıra kimi o sahədə olmuşdur. Bundan başqa, icarəsi ona verilmiş 50 hektar sahədən başqa 34 hektar meşə sahəsini zəbt etməsi və özünün 200 baş xırda buynuzlu mal-qarasını qanunsuz şəkildə meşə sahəsində saxlaması məlum oldu (meşə uçotu və kadastr üzrə baş mühəndisin izahatı əlavə olunur). İcarəçi müqavilə şərtlərinin pozulması, yerinə yetirilməsinə ciddi riayət etməməsi müəyyən olundu. Belə ki, yanğın əleyhinə heç bir tədbir görməmişdir, sahədə çox alaqlı olduğundan yanğın təhlükəsi yarandığı məlum oldu. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001317 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin tinglik üzrə mütəxəssisi Füzuli Bağırov, mərkəzin dövlət uçotu və kadastrı üzrə baş mühəndisi Rahim Mehtiyev, mərkəzin yeni yaradılmış Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba- Bük meşəbəyliyinin sabiq meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşəbəyliyinin 3 saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin 1 saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun 12 may 2022-ci il tarixli 25 saylı əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 171/Ü saylı əmri ilə Oğlanbaba-Bük meşəbəyliyinin bazasında yeni yaradılmış Bük meşəbəyliyinin, həmin meşəbəyliyə yeni təyin olunmuş meşəbəyisi Ənvər Hümbətovla aşağıdakı qaydada təhvil verilmişdir: 1. Yeni yaradılmış Bük meşəbəyliyinin ümumi ərazisi 1062,3 hektar olmaqla 3 meşə dolayısından ibarətdir. 1 saylı meşə dolayısının sahəsi 264,7 hektar, 2 saylı meşə dolayısının sahəsi 312,9 hektar, 3 saylı meşə dolayısının sahəsi 484,7 hektardır. 2. Meşəbəyliyin bütün təbii sərhədləri yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova göstərildi. 3. Bük meşəbəyliyində 56,8 hektar meşə əkini mövcuddur. Bunlar aşağıdakı kimidir. 1) 2016-cı ilin yazı 1 hektar akasiya, 4 x 1 sxemində batıb, kv-22. 2) 2016-cı ilin payızı 4 hektar akasiya-iydə, 4 x 1 sxemində batıb, kv-22. 3) 2018-ci ilin payızı 7 hektar palıd-tut, 4 x 1 sxemində təzə bərpa edilib, kv-23. 4) 2018-ci ilin payızı 22 hektar nar, 5 x 4 sxemində, 16,5 h batıb, 5,5 ha bitişi 40 %, kv. 22. 5) 2018-ci ilin payızı 3 hektar nar, 5 x 4 sxemində, bitişi 40 %, kv-23. 6) 2019-cu ilin payızı 8 hektar akasiya-iydə, 4 x 1 sxemində, bitişi 40 %, kv-24, təzə bərpa edilib. 7) 2020-ci ilin payızı 4,8 hektar palıd-tut-akasiya, 4 x 1 sxemində, bitişi 40 %, kv-24. 8) 2022-ci ilin yazı 2 hektar palıd 3 x 1 sxemində, bitişi payız inventarizasiya zamanı qoyulacaq. Beləliklə, meşəbəyilikdə olan 56,8 hektar meşə əkinindən 20,3 hektarı salamat qalmış, 36,5 hektarı hal hazırda bərpa edilmiş, 15 hektarına və qalan 21,5 hektarında sabiq meşəbəyi köməkçisi Asim Qarayev bərpa edib təhvil verəcək (akta meşəbəyi köməkçisi A.Qarayevin xx.xx.2022-ci il tarixli izahatı əlavə olunur). 4. Meşəbəyliyin ərazisində olan bütün kənd təsərrüfatı bitkilərinin ölçülüb qeydiyyata alınması yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova həvalə edildi. 5. Meşəbəyliyin ərazisində olan aqro-bağın təbii sərhədlərini göstərmək olmadı, bunun da səbəbi həmin ərazilərin mübahisəli olduğundan, çünki icarəçi əlavə yerlər zəbt etmişdir. Odur ki, təhvil-qəbul aktı tərtib etmişlər və meşəbəyi Ə.Hümbətovun öhdəsində olan keçmiş Qarxun meşəbəyliyi başqa meşəbəyliyə, yeni təyin olunacaq həmin sahəyə meşəbəyliyə təhvil verilənə kimi Ə.Hümbətovun öhdəsində qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 68235 saylı aktda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini Nümayəndə xx.xx.2022-ci il tarixli X83 Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətt xidmətinə etdiyi İD14199 nömrəli müraciəti əsasında Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisində İddiaçı İslam oğluna məxsus 50 ha aqrobağ sahəsinə aktı tərtib edən şəxslər tərəfindən Bərdə RMTM-nin Bük meşəbəyliyinin meşə gözətçisi Zahir Mahmudovun və şikayətçi Nümayəndə iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı aqro-bağın ərazisində əsasən fındıq, nar və qoz cinsindən olan ağacların, bostan və tərəvəz bitkilərinin, yonca əkinlərinin olduğunu müəyyən etmişlər. Məlum olmuşdur ki, aqro-bağın suvarılması Kür çayından Ağdaş rayon Su-Meliorasiya İdarəsinin balansında olan su nasosları vasitəsi ilə suvarılır. Şikayətçi Nümayəndə onlara bildirmişdir ki, aqrobağın suvarılması ilə bağlı Ağdaş rayon Su Meliorasiya idarəsi ilə müqavilə bağlamışdır. Nümayəndə şikayətində qeyd etdikləri ilə bağlı izahat verərək onlara bildirmişdir ki, Bərdə RMTM-nin direktoru Cavabdeh2 aqro-bağın suvarılması üçün hər hektara 400 manat ondan pul istəmişdir və bunu etməyəcəyi təqdirdə aqro-bağı ləğv etdirəcəyini bildirmişdir. Bundan başqa o, izahatında qeyd etmişdir ki, Cavabdeh2 həmin meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrinin müəyyən adamlara hər hektarını 400 manata satmışdır. Nümayəndə izahatında onu da bildirmişdir ki, meşə ərazilərində hal-hazırda heç bir narkotik tərkibli bitkilərin əkininə rast gəlməmişdir və o, Su- Meliorasiya İdarəsinə yenidən müraciət etdikdən sonra onun oğlu İddiaçı məxsus aqrobağa su verilmiş və o, hal-hazırda 4 gündür ki, aqro-bağda normal şəkildə suvarma işləri aparır. Nümayəndə qaynar xəttə etdiyi şikayətində və onlara verdiyi izahatında Bərdə RMTM-nin diretoru Cavabdeh2 barəsində qeyd etdiyi məlumatlarla bağlı bildirdi ki, İddiaçı Bük meşəbəyliyində müqavilə ilə icarəyə götürdüyü 50 ha torpaq sahəsində aqro-bağ yaradılmalı və müqavilənin şərtlərinə uyğun olaraq yalnız ağac və kol bitkiləri əkilməli idi. Lakin İddiaçı həmin şərtləri pozaraq aqro-bağın ərazisində bostan, yonca və tərəvəz bitkiləri əkmişdir ki, bu da müqavilənin şərtlərinin pozulması deməkdir. Lakin buna baxmayaraq İddiaçı məxsus aqro-bağın suvarılmasının qarşısının alınmasına görə Bərdə RMTM-nin rəhbərliyi tərəfindən heç kəsə göstəriş verilməmişdir və əgər İddiaçı Su- Meliorasiya İdarəsi ilə müqaviləsi varsa, suvarmanı həmin idarədən tələb etsin. Bundan başqa, bildirmişdir ki, meşə ərazisində heç bir narkotik tərkibli bitki əkilməyib və heç kəsdən meşə ərazisində torpaq sahəsinin əkin üçün verilməsinə görə pul tələb edilməyib. Yuxarıda qeyd edilənlərlə bağlı həmin ərazidə tərəflərindən çəkilmiş fotoşəkillər, alınmış izahatlar və Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 312 saylı məktubu akta əlavə edilmişdir. İş materiallarında olan 9 saylı Regional X83 Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nümayəndə ETSN-nin “Qaynar xətt” xidmətinə “oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqro-bağın olduğu, aqro-bağa Bərdə RMTMnin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər” ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti həmin İdarənin əməkdaşları tərəfindən Nümayəndə iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma müddətində Nümayəndə izahatında Bərdə RMTMnin direktoru Cavabdeh2 aqro-bağın hər hektarının suvarılmasına görə 400 manat pul istədiyini və bunu etməyəcəyi təqdirdə aqro-bağı ləğv etdirəcəyini dediyini, Cavabdeh2 tərəfindən meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrini müəyyən adamlara hər hektarına 400 manata satdığını, hal-hazırda meşə ərazisində heç bir narkotik tərkibli bitkilərin əkilməsi hallarına rast gəlmədiyini, Su Meliorasiya İdarəsinə müraciət etdikdən sonra aqrobağa su verildiyini və aqrobağın 4 gündür ki, normal suvarıldığını bildirmişdir. İdarənin əməkdaşları tərəfindən şikayətdə qeyd edilən Bərdə RMTM-nin Bük meşəbəyliyinin 11 saylı dolayının 22 və 24-cü meşə kvartallarına keçirilmiş baxış zamanı müqavilə əsasında oğluna verilmiş aqrobağın ərazisində fındıq, nar kollarının, qoz cinsinə mənsub ağacların, bostan və tərəvəz bitkilərinin və yonca əkinlərinin olduğu müşahidə edilmişdir. İş materiallarında olan Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 40 saylı əmrindən görünür ki, Mərkəzin Bük meşəbəyliyində 50 hektar aqrobağ salınması üçün bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinin 4.1.1, 4.1.2, 4.1.5, 4.1.7-ci bəndlərinin şərtləri pozulduğuna görə Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Bərdə RMTM-nin mühafizə mühəndisi əvəzi Camalov Müşfiq tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli məlumatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə RMTM-nin Bük meşəbəyliyində mövcud olan mədəni meşə əkinlərinin vəziyyətini bilmək, meşəbəylik ərazisində olan bostan-tərəvəz bitkilərinin hektarını ölçmək məqsədi ilə RMTM-nin mühafizə mühəndisi Gürşad Əmirov, Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Bük meşəbəyliyində fəaliyyət göstərən meşə gözətçisi Elşən Bayramov, Sədulla Rüstəmov, Zahir Mahmudov, 6 saylı ərazi nəqliyyat idarəsinin ** AA *** dövlət qeydiyyat nişanlı “Niva” markalı maşının sürücüsü Vüqar Məmmədov yazdıqlarına şahiddirlər ki, Bük meşəbəyliyində məskunlaşmış İddiaçı, əmisi oğlu Məmiyev Dilafət, Rəşadın qohumu Aydın adlı şəxslər onların vəzifə səlahiyyətlərini yerinə yetirmələrinə maneə törətmişlər, onları təhqir etmişlər, şəxsi telefonları ilə çəkiliş aparmışlar. RMTM-nin rəhbəri barəsində şər-böhtan xarakterli sözlər danışmışlar. Onlara və RMTM-nin rəhbərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişlər. Yuxarıda adları çəkilən şəxslərə Gürşad Əmirov və o, dəfələrlə etdikləri əməllərə irad tutsalar da, onlara əhəmiyyət verməyib çirkin hərəkətlərindən, icazəsiz çəkiliş aparmalarından əl çəkməyiblər. RMTM-nin rəhbərliyindən xahiş etmişdir ki, bütün bu yazdıqları araşdırılsın, vəzifə səlahiyyətlərini həyata keçirməkdə olan onları təhqir edən bu şəxslərin barəsində ciddi tədbir görülsün. İş materiallarında olan Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 5/Kd-323-13 saylı məktubundan görünür ki, İddiaçı İslam oğlunun və Nümayəndə X83 Sərvətlər nazirinin xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində səyyar qəbulu zamanı təqdim etdikləri Bərdə RMTM-nin əməkdaşları və direktoru tərəfindən təzyiqlərə məruz qalmaları və onlardan rüşvət tələb edilməsi və meşə fondu ərazilərinin vətəndaşlara qanunsuz satılması ilə bağlı şikayət ərizələrində göstərilənlər onların iştirakları ilə araşdırılmışdır. Araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində vətəndaşlar tərəfindən meşə fondu ərazilərinin zəbt edilərək kənd təsərrüfatı bitkilərinin əkildiyi faktı təsdiqini tapmışdır. Hazırda zəbt edilən ərazilərin dəqiqləşdirilməsi işlərinin aparılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Qanunsuz zəbt edilən meşə fondu əraziləri müəyyən edildikdən sonra təqsirkar şəxs (şəxslər) barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Bərdə RMTM-nin direktoru və vəzifəli şəxslərinin onlardan hədəqorxu ilə rüşvət tələb etməsi ilə bağlı qaldırdıqları məsələnin araşdırılması Nazirliyin səlahiyyətləri daxilində deyildir. Aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan Bərdə X38 Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini Məmiyev X37 Bük meşəbəyliyində Meşə fondu torpaqlarında aqrobağ salmaq məqsədi ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ilə 50 ha torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozduğu üçün Mərkəz tərəfindən xx.xx.2022-ci il tarixli 40 saylı əmrlə xx.xx.2019cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı icarə müqaviləsinin Meşələrin İnkişafı Xidmətinin qeydiyyatından çıxarılması xahiş olunmuşdur. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bərdə RMTM-nin xx.xx.2022-ci il tarixli 26/46/d nömrəli məktubu, icarə müqaviləsinə Mərkəzin müvafiq əmri ilə birtərəfli qaydada xitam verildiyi və qeyd olunan məktubdakı müraciəti nəzərə alınaraq İddiaçı İslam oğlu ilə bağlanmış xx.xx.2019cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bərdə X38 Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Mərkəzin Bük meşəbəyliyində meşə fondu torpaqlarında 50 ha sahədə aqrobağ salmaq məqsədi ilə İddiaçı İslam oğlu ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı İslam oğlu tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, Mərkəzin xx.xx.2022-ci il tarixli 40 saylı əmri ilə xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İcarə müqaviləsi ləğv edildiyi üçün İddiaçı İslam oğlundan həmin ərazini təcili boşaltması tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001358 saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin direktoru müavini (meşə mühafizəsi üzrə) Kamal Behbudov, mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Bük meşəbəyliyinin 1 və 2 saylı meşə dolayısının meşə gözətçiləri Zahir Mahmudov, Sədulla Rüstəmov, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun şifahi göstərişinə əsasən Bük meşəbəyliyinin 22-ci meşə kvartalında 3 saylı meşə dolayısında qəfildən yoxlama aparmışlar. Yoxlama zamanı Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu özünün 160 baş xırda buynuzlu qoyun-quzusunu qanunsuz gətirib meşə sahəsində saxlayır və otarır və bunun nəticəsində meşəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən meşəyə ziyan dəymişdir. Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı xırda buynuzlu mal-qaranı saxlamaq üçün primitiv qaydada 1 ədəd yaşayış üçün qarğıdan dam, mal-qara üçün bir neçə tövlə tikmişdir. Meşədə qanunsuz mal-qara saxlaması və mal-qarasını meşə sahəsindən çıxarmaq barədə İddiaçı xx.xx.2022-ci il tarixli 28/27/99-043 saylı bildiriş göndərilmişdir. İddiaçı öz mal-qarasını, yəni qoyun-quzusunu meşədə saxlamaqla və otarmaqla 5 hektar sahədə bütün təbii bərpanı, yeni yetməni məhv etmişdir. Ona bir daha özünün 160 xırda buynuzlu malqarasını meşə sahəsindən çıxarmaq barədə şifahi göstəriş verildi. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli 05/12146- 22 saylı məktubunda qeyd olunmuşdur ki, Nümayəndə oğlu İddiaçı bir qrup şəxs tərəfindən döyülərək ağır dərəcəli bədən xəsarətləri alması və bununla bağlı araşdırmanın Ağdaş RPŞ-də qeyri-obyektiv aparılması barədə müraciətlərinə Respublika Baş Prokurorluğunda baxılmışdır. Nəzərə çatdırılmışdır ki, İddiaçı döyülməsi faktı ilə bağlı Ağdaş RPŞ-də toplanmış material tələb olunaraq nəzarət qaydasında Ağdaş rayon prokurorluğunda öyrənilmiş və material üzrə 26 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bir sıra göstərişlərin icrası məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə rayon prokuroru tərəfindən ləğv olunaraq material üzrə əlavə araşdırmaya qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2023-cü il tarixli 43 saylı məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu xx.xx.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X55 İdarəsinə, indiki X48 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru Cavabdeh2 telefon zəngi və üz-üzə söhbəti zamanı X68nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-14/2-M-525-3/2023 saylı məktubundan görünür ki, Nümayəndə “Bərdə X38 Mərkəzinin xidməti ərazisində meşə fondu torpaqlarının qanunsuz olaraq zəbt edilməsi, vətəndaşlara pul qarşılığında satılması və Mərkəzin rəhbərliyinin qanunsuz hərəkətləri” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı şikayət ərizəsi araşdırılmışdır. Şikayət ərizəsində göstərilənlər Nümayəndə iştirakı ilə araşdırılmış, araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində bir sıra nöqsanlar aşkar edilmişdir. Nöqsanlara yol vermiş məsul şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi, eləcə də meşə fondu ərazilərini qanunsuz zəbt edən təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər davam etdirilir. Qeyd edilmişdir ki, Nümayəndə qaldırdığı məsələ ilə əlaqədar paralel olaraq aidiyyəti hüquq-mühafizə orqanında araşdırma aparılır. İş materiallarında olan Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 426/K saylı əmrindən görünür ki, Bərdə RMTM-nin direktoru vəzifəsinə müvəqqəti təyin edilmiş Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə əsasən 28 aprel 2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan 9 saylı Regional X83 Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nümayəndə ETSN-nin “Qaynar xətt” xidmətinə “oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqrobağın olduğu, aqrobağa Bərdə RMTM-nin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər” məzmunlu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətləri həmin İdarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. İdarənin əməkdaşları tərəfindən Bərdə RMTM-nin balansında olan Aslan-Əyricə və Bük meşəbəyliyində meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə 18-xx.xx.2022-ci il tarixlərdə Bərdə RMTM-nin əməkdaşlarının iştirakı ilə araşdırma aparılaraq qanun pozuntuları aşkar edilmiş meşə sahələrinə cavabdeh şəxslər barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədi ilə İdarə tərəfindən X17 Xidmətinə məktubla məlumat verilmişdir. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 3-14/2-M- 525/7-3/2023 saylı məktubundan görünür ki, Nümayəndə və İddiaçı İslam oğlunun “Ağdaş və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlara qarşı qanunsuzluqlar edilməsi, həmçinin Bərdə RMTM-də baş vermiş qanunsuzluqlar” barədə Azərbaycan Respublikası Prezidentinə və digər dövlət orqanlarına ünvanladıqları şikayət ərizəsində göstərilənlər ETSN-in səlahiyyətləri çərçivəsində araşdırılmışdır. Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisindən 50 ha torpaq sahəsi aqrobağ salınması məqsədi ilə 2019-cu ilin 10 oktyabr tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi əsasında 15 il müddətinə İddiaçı İslam oğluna icarəyə verilmişdir. Onunla bağlanmış icarə müqaviləsi Mərkəzin 07 iyul 2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən ləğv edilmişdir. Bundan sonra sözügedən ərazidə qanunsuz olaraq torpaq şumlama işləri apardığı üçün Mərkəz tərəfindən 28 aprel 2023-cü il tarixli 3-14-27-13/2-068/2023 nömrəli məktubla Bərdə RPŞ-yə müraciət edilmişdir. Meşə fondu torpağından qanunsuz istifadə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılır. Məlumat üçün bildirmişlər ki, Bərdə RMTM-nin direktoru Cavabdeh2la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X48 İdarəsinin xx.xx.2023-cü il tarixli 263 saylı məktubunda qeyd edilmişdir ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu xx.xx.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X55 İdarəsinə, indiki X48 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru Cavabdeh2 telefon zəngi və üz-üzə söhbəti zamanı X68nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır. İş materiallarında olan X48 İdarəsinin xx.xx.2023-cü il tarixli 291-195 saylı məktubundan görünür ki, İdarə özünün xx.xx.2023-cü il tarixli 263 saylı məktubunun məzmununa oxşar məlumatlar qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər Ağsu SSİ-nin heç bir işçisini və texnikası əraziyə buraxılmamışdır (Bərdə RMTM tərəfindən). İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi xx.xx.2031-ci ilədək İddiaçı islam oğluna icarəyə verilmişdir. İddiaçı İslam oğlu tərəfindən təqdim edilmiş X41 İnformasiya Sistemindən çıxarılmış xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi sözügedən torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı, xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi 0.5 ha hissəsinə (500 ədəd) nar ağacı və xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi 20 ha hissəsinə (11232 ədəd) fındıq ağacı əkmişdir. Sözügedən sahəyə tərəflərindən baxış keçirilmiş və sözügedən sahədə İddiaçı İslam oğlu tərəfindən əkilmiş və qulluq edilmiş ağacların 43.5 ha (23.5 ha hissədə əkilmiş qoz və 20 ha hissədə əkilmiş fındıq ağacları) hissəsinə əkilmiş ağacların qurumasına şahid olmuş və fotoşəkilləri çəkilmişdir. Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsinin 43.5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsas torpaq sahəsinin suvarılmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Bərdə X38 Mərkəzinin direktoru Cavabdeh2 tərəfindən Azərbaycan Meliorasiya və X72 SSİ-nin rəisi Əhliman Hacıyevə ünvanlanmış məktubdan göründüyü kimi “Bərdə X38 Mərkəzi bildirir ki, Mərkəzin Bük meşəbəyliyinin ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir”. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş SSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 291-195 saylı arayışına əsasən “xx.xx.2019-cu ildə X79 Mərkəzinə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X55 idarəsinə, indiki X48 idarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə 13 saylı X18 keçmiş direktoru Cavabdeh2 dəfələrlə telefon zəngi və üz-üzə söhbəti zamanı X68nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və mənim icazəm olmadan əraziyə texnikanın və suyun verilməsi qadağan edirəm dediyini bildirdi. Onu da qeyd etdi ki, mən bununla əlaqədar idarənin daxili əmrini sizə və sizin baş idarəniz olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərəcəm. Bununla əlaqədar olaraq bizə 01 iyun 2022-ci il tarixli məktubunda yalnız X68ndə İddiaçı İslam oğluna məxsus olan aqro-bağın suvarılmasının dayandırılmasını və ərazidən nasos stansiyanın götürülməsi barədə məktub və aqro-bağın ləğv olunması barədə idarənin 07 iyul 2021-ci il tarixli 40 №-li əmrini, 11 avqust 2022-ci il tarixli 27113/99-017 saylı məktub göndərmişdir. 01 iyun 2022-ci il tarixindən 11 avqust 2022-ci il tarixinə qədər aqrobağa suyun verilməsi Bərdə 13 saylı X18 keçmiş direktoru Cavabdeh2 01 iyun 2022-ci il tarixli əmrinə əsasən dayandırılmışdır”. Qeyd edir ki, Aqrar Xidmətlər Agentliyi Bərdə Regional İdarəsi tərəfindən həmin ərazidən götürülmüş ümumilikdə 18 ədəd torpaq nümunəsinin “analizinin” nəticələrindən göründüyü kimi həmin torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və əkinə tam yararlı, münbit torpaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Bərdə DAİM-in Bitkiçilik sektorunun müdiri X11, Bərdə bitki mühafizə mərkəzinin aparıcı aqronomu X65, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 50 ha İddiaçı İslam oğlunun icarəyə götürdüyü aqrobağa tərəflərindən baxış keçirərkən həmin ərazidə olan 29,5 ha qoz, 20 ha fındıq, 0,50 ha nar ağaclarının əkilməsi müəyyən olunmuşdur. Lakin həmin ağacların 43,5 hektarı qurumuşdur. 23,5 ha hissəsi əkilmiş qoz, 20 ha hissəsində əkilmiş fındıq ağaclarının quruması müəyyən edilmişdir. Qurumanın hansı səbəbdən baş verməsini təyin edə bilməmişlər. Təsərrüfat sahibinin bildirdiyinə görə bağ 2019-cu ildə salınmış və 2022-ci ildə su çatışmazlığından qurumuşdur. Hadisənin baş verməsindən uzun müddət keçdiyi üçün bunun nə dərəcədə düzgün olduğunu təyin edə bilməmişlər. Ərazinin Dövlət Meşə Fonduna məxsus olduğunu nəzərə alaraq aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ümumilikdə 50 ha aqro-bağda 28.532 ədəd ağac əkilmişdir. Ağacların adı və hektarı: fındıq - yağlı fındıq 20 ha; nar - Azərbaycan gülöyşəsi 0.50 ha; qoz – “Chandler” 29.5 ha. Cəmi məhv olan ağacların sayı 27.024 ədəddir. 50 ha aqro-bağda, 20 hektarda əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemdə əkilmişdir. 0,50 hektarda 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar qurumayıb. 29,5 hektarda 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemdə əkilmişdir. 23,5 ha tam qurumuş, yalnız cərgələrdə təkəm-seyrək yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları sayılaraq 168 ədəd olduğu müəyyən edilmişdir. Yerdə qalan 6 ha sahədə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi, cəmi salamat qalmış qoz ağacı 1008 ədəddir. 23832 ədəd fındıq; 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur, cəmi birlikdə 27.024 ədəd ağac məhv olmuşdur. Müraciət üzrə aparılan yerli baxış və tədqiqat işlərinin nəticəsi: 1) Aqro-bağda 2019-2020-ci illər (2 il) 2 ədəd su nasosları icarəyə götürülüb. 2) Aqro-bağın 1 hektarının suvarılması - 20 manat icarə pulu. 20 manat x 50 ha = 1000 manat x 14 dəfə suvarılıb (iki ildə) 1000 * 14 = 14.000 manat; 3) Dizel yanacaq iki ilə 32 ton işlənib. 32000 litr x 0.70 manat = 22.400 manat; 4) Şumlama iki dəfə (lazer malaya görə) 50 ha x 60 manat = 3000 manat x 2 dəfə = 6000 manat; 5) Lazer mala hektar 40 manat x 30 ha = 1200 manat x 30 gün = 36000 manat; 6) Keşkəl (ağac şırımı) 50 ha x 30 manat = 1500 manat; 7) Əsas arxların uzunluğu 4 km-dir. 4 ədəd əsas arx = 16 km. 16.000 metr x 4 manat metrəsi = 64.000 manat; 8) Gübrələr, dərmanlar, peyin 12500 x 3 il = 37.500 manat; 9) Qoz ağacları 20 manat x 4200 ədəd = 84.000 manat; 10) Qoz ağaclarının daşınması 1000 manat; 11) Qoz ağacını əkənlər 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 12) Fındıq 12.600 ağac + 11232 ağac = 23832 ədəd ağac x 5 manat = 119.160 manat; 13) Fındıq əkini birinci dəfə 12.600 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10800 + 200 əlavə xərc = 11.000 manat; 14) Fındıq əkini ikinci dəfə 11232 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 15) Fındıq ağaclarının daşınması 1400 manat; 16) Gözətçi (oxrana) 450 manat x 48 ay = 21.600 manat; 17) Daimi suçular 25 manat x 2 nəfər = 50 manat gündəlik 50 manat x 30 gün = 1500 manat x 27 ay = 40.500 manat; 18) Ağacların aralarına meyxod 50 ha x 50 manat = 2500 manat x 2 fəsil = 5000 manat x 3 il = 15.000 manat; 19) İllik icarə pulları 1300 manat x 4 dəfə (4 il) = 5200 manat; 20) Ağzıbir S.İ.B 1900 + 1792 + 1792 = 5448 manat (4 il); 21) Nar ağacı 500 ədəd x 3 manat = 1500 manat; 22) İşçilərin daşınması (maşınla) 30 manat x 90 gün = 2700 manat; Görülən işlərə çəkilən xərclər cəmi: 511.508 manat (indiyə kimi). İş materiallarında olan – "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının X83 Sərvətlər Nazirliyinin X7 ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi xx.xx.2031-ci il tarixə qədər Bərdə rayonunun Şirvanlı kənd sakini İddiaçı İslam oğluna icarəyə verilib. İddiaçı İslam oğlu tərəfindən təqdim edilən X41 İnformasiya sistemindən çıxarılmış xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanından göründüyü kimi qeyd olunan torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı (Chandler), xx.xx.2021-ci il tarixli ******* saylı əkin bəyanında əksini tapan 0.5 ha hissəsində 500 ədəd nar (Azərbaycan Gülöyşəsi), xx.xx.2021-ci il tarixli 3495830-saylı əkin bəyanında qeyd olunan 20 ha hissəsinə 11232 ədəd fındıq ağacları (yağlı fındıq) əkilib. Ümumilikdə 50 ha aqro-bağda 28.532 ədəd ağac əkilmişdir. Bərdə 13 saylı X18 sabiq direktoru Cavabdeh2 heç-bir əsas olmadan aqrobağın sahibi İddiaçı Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirib. xx.xx.2022-ci il tarixdə X68 adlanan ərazidə yalnız İddiaçı İslam oğluna məxsus Bağ təsərrüfatına məxsus ərazidə suvarılmanın dayandırılması və ərazidən nasosun götürülməsi barədə məktubu, habelə aqro-bağın ləğv olunması barədə idarənin xx.xx.2021-ci il tarixli 40 saylı əmrini xx.xx.2022-ci il tarixli 27113/99-017 saylı məktubunu icarədara göndərib. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aqro-bağa suyun verilməsi barədə 13 saylı X18 keçmiş direktoru Cavabdeh2 xx.xx.2022-cil tarixli əmrinə müvafiq olaraq dayandırılıb. Qeyd olunan müddət ərzində X48 İdarəsinin heç bir işçisi və texnikası əraziyə buraxılmayıb. Nəticədə, aqro-bağın əhəmiyyətli hissəsi zərər görüb, 50 ha torpaq sahəsinin 43.5 ha hissəsində əkilən qoz və fındıq ağacları suvarma sisteminin olmaması səbəbindən, qoz və fındıq ağacları tamamilə quruyub. Bərdə 13 saylı X18 keçmiş direktoru Cavabdeh2 adından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə Ağdaş S.S.İ-nin rəisi Əhliman Hacıyevə ünvanlanan məktubda da X68 ərazisindən texnikaların yığışdırılmasını və su dartan nasosun götürülməsini xahiş etdiyi aydın görünür. Hansı ki, tərəflər arasında bununla bağlı müqavilə mövcud olub və suvarma X55 idarəsinə, indiki X31 həvalə edilib. Bu qərar verilən zaman ərazinin əkinə yararlı və münbit torpaqda olması nəzərə alınmayıb. Bu işdə qanunvericilik tələblərinin kobud surətdə pozulması olmaqla yanaşı, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna ciddi ziyan dəyməsi ilə nəticələnib. Beləliklə, 50 ha Aqro-bağda 20 ha ərazidə əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemində əkilmişdir. 0.50 ha ərazidə 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar ağacları qurumayıb. 29.5 ha ərazidə 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemində əkilmişdir. 29.5 ha qoz ağaclarının, 23.5 ha hissəsi tam qurumuş, yalnız cərgələrdə bəzi yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları 168 ədəd olduğu müəyyən edilmişdir. Qalan 6 ha ərazidə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi. Cəmi salamat qalmış qoz ağacları 1008 ədəddir. 23832 ədəd fındıq, 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur. Cəmi birlikdə 27024 ədəd ağac məhv olmuşdur. Torpaq analizlərindən və ağaclardan götürülmüş nümunələrdən də görünür ki, ağaclarda və torpaqlarda heç bir xəstəlik mövcud deyil. Ağacların quruma səbəbi susuzluqdan olmuşdur. Yəni ağaclar vaxtlı-vaxtında suvarılmadığından qurumuşdur. Həmən ərazidə 6,0 ha qoz və 0,5 ha nar ağacları suvarıldığına görə qurumayıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, KTN MÇETİnin meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri X58, KTN meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi X23, Bərdə bitki mühafizə mərkəzinin aparıcı aqronomu X65, Bərdə DAİM-in bitkiçilik sektorunun müdiri X11, aqrobağın sahibi İddiaçı İslam oğlu həmin aktı ona görə tərtib etmişlər ki, onlar həqiqətən xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən İddiaçı İslam oğluna məxsus 50 ha bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 50 ha bağın 29,5 hektarında qoz, 20 hektarında fındıq və 0,5 hektarında nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43,5 hektarı quruyaraq məhv olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin Ağdaş SSİ-nin 01 sentyabr 2023-cü il tarixli 291-195 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 iyun 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək aqrobağa suvarma suyu verilməmişdir. “Vecom Consulting” şirkətinin verdiyi 30 oktyabr 2023-cü il tarixli rəyə istinadən məlum olmuşdur ki, bitkilərdə və torpaqda xəstəlik əlamətləri aşkar edilməmişdir. "xxxx" MMC-nin 28 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə istinadən Bərdə rayonu Bük meşəbəyliyi adlanan ərazidə yerləşən 50 hektar bağ sahəsinin 43,5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsas suvarılmaması olmuşdur. Yekun nəticə olaraq 20 hektar fındıq (23.832 ədəd) və 23,5 ha qoz (3192 ədəd) bağının qurumasına səbəb suvarılmaması olmuşdur, 6,5 hektar ərazidəki ağaclar isə suvarıldığı üçün qurumamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X78 Mərkəzinin Bitkiçilik sektorunun müdiri X11 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə göndərilmiş rəydən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1171/2023 saylı məktubuna əsasən, Bərdə rayonu Bük Meşəçiliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi - X23, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X8 bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri - X58, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aparıcı aqronomu - X65 və onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində olan 29.5 ha qoz, 20 ha fındıq, 0.5 ha nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43.5 ha quruyaraq məhv olmuşdur. Həmin ağacların qurumuş vəziyyətdə bağ sahəsində qalıqları qalmışdır. Qurumuş ağacları baxış zamanı ilkin olaraq su çatışmamazlığından quruması qənaətinə gəlinir. Baxış zamanı akt tərtib olunmuş və rəyə əlavə edilmişdir. Həmçinin Azərbaycan Meliorasiya və X81 Səhmdar Cəmiyyətinin X48 İdarəsinin xx.xx.2023-cü il tarixli 291-195 nömrəli məktubunda qeyd olunan 01.06.20.22-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bağa suvarma suyu verilməmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq yekun nəticə olaraq rəyə gəlinir ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində 23 ha qoz (3192 ədəd), 20 ha fındıq (23832 ədəd) ağaclarının qurumasına səbəb suvarılmaması olmuşdur. Bağ sahəsinin 6.5 ha səhəsində suvarılma aparıldığı üçün cəmi qalan qoz 1008 ədəd və nar ağacları qurumamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun bağ sahəsində ağacların quruma səbəbinin müəyyən olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə Nazirlikdə baxılmışdır. Bildirilmişdir ki, 2023-cü il 21 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Bərdə X78ı Mərkəzinin əməkdaşları və İddiaçı İslam oğlunun iştirakı ilə müraciət birgə yerində araşdırılmış, 20 hektar fındıq və 23,5 hektar qoz bağının suvarma aparılmaması səbəbindən quruması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı akt tərtib edilmiş, aktın surəti İddiaçı İslam oğluna təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bioloji ekspertizalar şöbəsinin aparıcı eksperti Pərvanə Rüstəmova İddiaçı İslam oğlu, ETSN-in MİX-in 13 saylı RMTM-nin baş mütəxəssis hüquqşünası X51, Cavabdeh2 iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirərək tədqiqat aparmışdır. İş materisallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sutəsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, Ağdaş rayonu Ağzıbir SİB istehlakçı İddiaçı İslam oğluna məxsus 50 ha torpaq sahəsində yerləşən aqro-bağı müqavilələrin bağlandığı vaxtdan 2021-ci və 2022-ci illərdə ildə 5 dəfə, 2023-cü ildə isə 4 dəfə suvarma suyu ilə təmin edilməsini öhdəsinə götürmüşdür (1-ci cild i.v.115-120). İş materiallarında olan X48 İdarəsinin xx.xx.2024-cü il tarixli 140-135 saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna məxsus, Bərdə 13 saylı RMT-nin X68ndə salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP-500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021-ci ildə 26.100 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/204- 9/10052 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı 26 fevral 2024-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 50 ha bağ sahəsində əkilmiş cəmi 4200 ədəd qoz və 23832 ədəd fındıq kollarına aşağıdakı – ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); - malalama (1 dəfə); - şumlama (1 dəfə); əkilmə prosesindən sonra şumlama (1 dəfə); ağac və kolların arasında meyxod; - ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün) kimi aqrotexniki işlər; - bağ sahəsində ana arxların hündürlüyü – 1 metr 60 sm, eni – 2 metr 50 sm, köməkçi arxların hündürlüyü – 50 sm, eni – 70 sm-dir. Həmin sahədə 4 ədəd əsas arx mövcuddur. Hər bir əsas arxın uzunluğu 4 km, ümumi cəmi uzunluğu 16 km-dir; - bağın yerləşdiyi relyef, iqlim şəraitini, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən selləmə suvarma bir ildə 7 dəfə olmaqla; - ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyri-üzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat verməklə inkişafı mümkündür. Respublikada yerləşən ağac satışı bazarlarında, yerli internet saytlarında olan məlumatlardan və eləcə də, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 3192 ədəd qoz tingi (Chandler) – 39.900 (3192 ədəd x 12,50 manat); - 23832 ədəd fındıq ağacları – 23.832 (23832 ədəd x 1 manat). Beləliklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 63.732 manat müəyyən edilir. Qeyd: ağac satışı bazarlarında mövcud olan tələb və təklifdən, inkişaf səviyyəsindən və digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İnternet çıxarışları əlavə edilmişdir (2 vərəq). Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan “X25” MMC-nin 14 iyun 2024-cü il tarixli 87 saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz ağacı və 23832 ədəd fındıq tinglərinin inkişafı üçün aşağıdakı aqrotexniki qulluq növləri olunmalıdır: - şumlama (lazer malaya görə); - ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); - ağac və kolların arasından alaq otlarının təmizlənməsi və torpağın yumşaldılması; - ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün); - suvarma (bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafı nəzərə alınmaqla selləmə suvarma 1 ildə 7 dəfə olmaqla); ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyri-üzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat, əkinin məhsuldar olması üçün və s. vasitələr. Qeyd: Yuxarıda qeyd edilən tədqiqatlar təqdim edilmiş ağac və tinglərin inkişafı, birinci il inkişafından sonra budaqlanma, bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən müvafiq ölçmələr və müasir metodiki qaydalardan istifadə edilməklə tərtib edildi (aqrotexniki tədqiqat üzrə). 1. Aparılmış tədqiqatlar nəticəsində Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz və 23832 ədəd fındıq ağaclarının alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc 516.623,88 manat müəyyən edilir. O cümlədən: a) “Chandler” sortuna malik 2 yaşlı qoz ağacları – 3192 x 20,37 manat ((21,4 + 21,19 + 18,53) : 3) = 65.021 manat; b) Fındıq – 23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə - 2.300 (2.000-2.600) manat; d) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 303.499,88 manat (indiyə kimi). 2. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 50,0 ha bağ sahəsində əkilmiş 4200 ədəd “Chandler” sortuna malik qoz və 23832 ədəd fındıq tinglərinin alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc, həmçinin ölkə ərazisindən alınmış 500 ədəd nar ağacının alınması və əkilib-becərilməsinə görə çəkilən xərc (aqrotexniki qulluq xərcləri) – 542.056,50 manat müəyyən edilir. O cümlədən: a) “Chandler” sortuna malik 2 yaşlı qoz ağacları – 4200 x 20,37 manat ((21,4 + 21,19 + 18,53) : 3) = 85.554 manat; b) Fındıq – 23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə – 2400 (2000-2600) manat; d) Nar ağacı – 500 ədəd x 3 manat = 1.500 manat; e) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 333.442,50 manat (indiyə kimi). 3. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz ağacları və 23832 ədəd yağlı fındıq ağaclarından gələcəkdə, yəni 2024cü ildən 2030-cu ilə kimi 7 il müddətində orta hesabla təxmini olaraq əldə oluna biləcək fayda cəmi 1.491.179,20 manat müəyyən edilir. c) “Chandler” sortuna malik qoz ağaclarına görə gəlir – 891.419,20 manat; d) Fındıq ağaclarına görə gəlir 599.760 manat (əmtəəşünaslıq tədqiqatı üzrə). İş materiallarında olan X48 İdarəsinin xx.xx.2024-cü il tarixli 142-137 saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna məxsus, Bərdə 13 saylı RMT-nin X68ndə salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP-500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021-ci ildə 26,1 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur. İş materiallarında olan tarixi qeyd olunmamış, Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, bitkiçilik sektorunun müdiri X11, bitki mühafizəsinin aparıcı aqronomu X65, aqrobağın sahibi İddiaçı İslam oğlu, 13 saylı RMT-nin əməkdaşları ilə aktı ona görə tərtib etmişlər ki, İddiaçı İslam oğluna məxsus Bərdə rayonu Bük meşəbəyliyi ərazisində 50 ha meyvə bağına baxış keçirərkən onlara məlum olan 29,5 ha qoz “Chandler” 4200 ədəd, yağlı fındıq 20 ha (11232 ədəd), 0,5 ha nar (500 ədəd) Azərbaycan gülöyşəsi 2019-cu ildə qoz ağacları 10 x 10 sxemində, fındıq 8 x 8 sxemində, nar 5 x 5 sxemində əkilmişdir, torpaqdan götürülmüş analizlərin cavabına görə torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və meyvə ağaclarının əkilməsi üçün tam yararlıdır. Lakin baxış zamanı onlara məlum olan 50 ha aqrobağın 43,5 ha hissəsində əkilmiş qoz və fındıq ağaclarının qurumasına şahid olmuşlar. Qurumaya əsas səbəb 43,5 ha vaxtında suvarılmaması olmuşdur. 6,5 ha qalan meyvə ağacları suvarıldığına görə qurumamışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı həm icarə müqaviləsi üzrə icarə haqqını, həmçinin suvarma suyuna görə ödənişləri aidiyyəti hesablar üzrə mütəmadi olaraq ödəmişdir İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, məhkəməyə müraciət edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 1393 manat 90 qəpik dövlət rüsumu ödənilmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası X83 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Bərdə X38 Mərkəzi ilə iş üzrə İddiaçı İslam oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 69 qeydiyyat nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən Bərdə rayon ərazisində Bük Meşəbəyliyindən 22-24-cü kvartalının 20-ci bölməsindən 12 ha; 6-cı bölməsindən 33,60 ha; 12-ci bölməsindən 4,40 ha boş torpaq sahəsi aqro-bağ salınması üçün uzun müddətə İddiaçı İslam oğluna icarəyə verilmiş, həmin torpaq sahəsinin icarə hüququ ilə iddiaçının xeyrinə yüklü edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilmişdir. Bağlanmış icarə müqaviləsinin şərtlərinə görə iddiaçı (icarəçi) meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkini layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə riayət etməklə ağac və kol bitkilərini əkmək və onlara xidmət göstərmək, meşə fondu ərazisində və onun ətrafındakı sahələrdə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək və s. kimi öhdəlikləri üzərinə götürmüş olsa da, həmin ərazidə kənd təsərrüfatı bitkilərinin, bostan məhsullarının yetişdirilməsi, ərazidə xirdabuynuzlu heyvanlarının saxlanması hallarına yol vermiş, cavabdeh həmin xüsusatlara istinad edərək iddiaçı ilə bağlanmış icarə müqaviləsini ləğv etmişdir. İddiaçı icarə müqaviləsinə əsasən aqro-bağ salınması üçün onun istifadəsinə verilmiş torpaq sahəsində əkdirdiyi qoz və fındıq ağaclarının əksər hissəsinin cavabdeh Bərdə X38 Mərkəzi, həmin Mərkəzin sabiq direktoru Cavabdeh2 və digər cavabdehin təqsirindən quruduğunu, beləliklə də külli miqdarda zərər çəkdiyini vurğulayaraq yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarəyəverən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada ləğv edilməsinədək qanunla müəyyən edilmiş pozuntular (torpaq sahəsinin istifadəsiz qalması, təyinatı üzrə istifadə edilməməsi, icarə haqqının ödənilməməsi və s) barədə icarəçiyə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Bundan başqa, müqavilə şərtlərində (Yekun müddəalar, 5-ci bənd, aidiyyətı yarımbəndləri) aydın şəkildə qeyd olunmuşdur ki, mübahisə yaranarsa tərəflər arasında qarşılıqlı razılaşma əsasında, bu mümkün olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Göründüyü kimi, müqavilə şərtləri X38 Mərkəzi tərəfindən pozulmuş, icarə müqaviləsinin ləğv edilməsi qaydasına riayət edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla, icarə müqaviləsinin birtərəfli qaydada pozulmasına yönəlmiş xx.xx.2022-ci il tarixli 40 nömrəli əmr əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz. Belə ki, mütəxəssis rəyindən məlum olduğu kimi, aqrobağda olan ağaclar susuzluqdan qurumuşdur, aqrobağı suvarma suyu ilə təmin etməli tərəf isə müqavilə tərəfi olan Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nəzdində fəaliyyət göstərən X12 Birliyidir. Su idarəsi (birlik) müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Müqavilə şərtlərinin yerinə yetirilməsinə kənar müdaxilə mövcud olduğu halda, bununla bağlı pretenziya qaydasında maneə yaradan tərəfə, mübahisə həll olunmadığı təqdirdə maneələrin aradan qaldırılması və s. əsaslı tələblərlə, o cümlədən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Lakin işin faktiki hallarından göründüyü kimi, ağrobağa suyun verilməsi öhdəliyini üzərinə götürmüş su idarəsi (birlik) həmin öhdəliklərini icra etməmiş, buna maneə yaradan tərəfə münasibətdə zəruri qanuni addımlar atmamış, nəticədə iddiaçının saldığı aqrobağa zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin cavabdehlərdən tutulmasına dair iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. İddiaçı bu tələblə müqavilə münasibətlərində olduğu su idarəsinə müraciət edə, müraciəti təmin olunmayacağı təqdirdə aidiyyatı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Su idarəsi də iddiaçının iddiası təmin olunacağı təqdirdə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad etməklə, suvarma suyunun verilməsinə maneə yaradan, digər sözlə ifadə etdikdə müqavilə üzrə öhdəliklərinin icrasını mümkünsüz edən tərəfə qarşı aidiyyətı iddia tələbləri irəli sürə bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 706-cı maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibələrinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi icarəyəverən 13 saylı X38 Mərkəzi icarəçiyə heç bir xəbərdarlıq etmədən, eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərlə bağlı mübahisə olduğu halda məhkəməyə müraciət etmək əvəzinə qanunvericiliyə zidd olaraq icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Odur ki, iddia tələbini həmin hissədə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddianın dəymiş zərər hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddia ərizəsindən göründüyü kimi iddiaçı 4200 ədəd qoz ağacının və 23832 ədəd fındıq ağacının tinglərinin alınıb gətirilməsi, həmin ağacların əkilməsi üçün torpaq sahəsinin hazırlanması, əkilməsi və onlara qulluq edilməsi ilə bağlı çəkilmiş xərc əvəzi olaraq 516.623 manat pulun, habelə 3192 ədəd Chandler qoz ağaclarından əldə edəcəyi 891.419 manat 20 qəpik, 23832 ədəd yağlı fındıq ağaclarından əldə edəcəyi 599.760 manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödəmiş olduğu dövlət rüsumlarının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası öncə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan ünvanda yaratdığı aqro-bağda ağacları 2019-cu ilin axırları və 2020-ci ilin əvvəllərində əkdiyini bildirir. Lakin iş materiallarından iddiaçının həmin dövr üçün sudan istifadə ilə bağlı Su təsərrüfatı idarəsi ilə müqaviləsinin olması görünmür. İddiaçı həmin xüsusatla bağlı verdiyi izahatında 2019-cu ilin axırları və 2020-ci ildə aqro-bağda əkdiyi ağacları ayrı-ayrı şəxslərin köməyi ilə suladığını göstərsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus ağaclar suyun verilməməsi səbəbindən qurumuşdur, lakin həmin ağaclarının qurumasının nə vaxt baş verdiyi iş materialları ilə müəyyən olunmur. İddiaçı İslam oğlu ilə Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən Bərdə 13 saylı RMT-nin X68ndə salınmış 50 hektar aqrobağı əraziyə Ağzıbir SİB xidmət göstərməli idi. Əgər kənar müdaxilə nəticəsində suyun verilməsində çətinlik yaranmışsa tərəflər bu barədə hüquq-mühafizə orqanlarına və ya məhkəmə müraciət etməli olduğu halda bu barədə hərəkətsizlik göstərmişlər. Eyni zamanda iddiaçı dəymiş zərərin cavabdehlərin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərində göstərilir ki, əlavə cavabdeh qismində X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətini hakimin təşəbbüsü ilə göstərmişdir. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə müraciət etdikdən sonra iddia ərizəsinə dəqiqləşdirmələr vermiş, son nəticədə iddia ərizəsi ilə tələb etdiyi məbləğin həm də X83 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutulmasını xahiş etmişdir. Cavabdehlərin dairəsini müəyyən etməkdə isə iddiaçı sərbəstdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə müqavilənin şərtlərinin Cavabdeh2 və digər cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində qanunsuz pozulmasına hansısa maraqlardan qiymət verməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, məhkəmədə cavabdeh tərəfindən müqavilənin qanunvericiliyin tələblərinə riayət edilmədən ləğv edildiyi müəyyən edildiyinə görə iddiaçının tələbi həmin hissədə təmin edilərək icarə müqaviləsinin ləğv edilməsinə dair cavabdehin əmri qanunsuz hesab edilərək ləğv edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində daha sonra göstərilir ki, işdə iştirak edən şəxslər iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını bildirməli olduğu halda, cavabdehlər iddiaya etirazını daha gec müddətdə verdiyi halda həmin etirazların məhkəmə tərəfindən qəbul olunması məhkəmə çəkişməsi prinsipinin pozulmasıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında baxılarkən ləğv edilməlidir. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, proses tərəfinin şikayətə qarşı etirazını yazılı və ya şifahi qaydada bildirmək hüququ vardır və əks tərəf tanış olduqdan sonra etiraza münasibətini bildirmək hüququna malikdir. İşdən də göründüyü kimi iddiaçı cavabdeh tərəfin iddia ərizəsi ilə bağlı verdiyi etirazlarla tanış olaraq həmin etirazlara münasibətini bildirmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas saymır. Apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsinin Cavabdeh2 əməllərinə qətnaməsində qiymət verməməsidir. Kollegiya qeyd edir ki, Cavabdeh2 13 saylı X38 Mərkəzinin direktoru işlədiyi müddətdə iddiaçı ilə bağlanmış icarə müqaviləsini qanunsuz olaraq, yəni icarə müqaviləsinin ləğv edilməsi qaydasına riayət etmədən ləğv etdiyinə görə o barədə verilmiş əmr məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə eləcə də müstəqil tələb irəli sürməyən Ağdaş rayon SSİ-nin nümayəndəsi Nofəl Məmmədovun məhkəmədə verdiyi izahatları təhrif etməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dəlili də əsassızdır. Çünki Ağdaş rayon SSİ-nin nümayəndəsi Nofəl Məmmədov məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin iddiaçı ilə aqro-bağın suvarılması ilə bağlı bağladıqları müqavilənin icra edilməsinə 13 saylı X38 Mərkəzinin əməkdaşları tərəfindən maneçilik edilirsə, həmin maneçiliyin aradan qaldırılması üçün hər-hansı müraciətin edildiyini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-34/2024 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və cavabdeh 13 saylı X38 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-34/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-21/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-21/2025
15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver