Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-211/2023 08.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(115)-195/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4932 manat 27 qəpik əsas borc, 1341 manat 98 qəpik faiz borcu və 348 manat 48 qəpik cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13 manat 15 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6635 manat 88 qəpik məbləğində borcun, 100 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 yanvar 2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin Bərdə filialı tərəfindən 60 ay müddətinə, illik 36% olmaqla 60000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019cu il tarixli Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən, 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi 21 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 21%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. 2022ci il avqustun 10-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4932 manat 27 qəpik əsas borc, 1341 manat 98 qəpik faiz borcu və 348 manat 48 qəpik cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13 manat 15 qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 6635 manat 88 qəpik borcu vardır. İddiaçı ASC cavabadeh Cavabdeh arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4932 manat 27 qəpik əsas borc, 1341 manat 98 qəpik faiz borcu və 348 manat 48 qəpik cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13 manat 15 qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 6635 manat 88 qəpik məbləğində borcun, 100 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(115)-195/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 4932 manat 27 qəpik əsas borc, 1341 manat 98 qəpik müqavilə müddətinə faiz borcu, 100 manat cərimə borcu, 13 manat 15 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 6387 manat 40 qəpik məbləğində borcun və ödənilmiş 100 manat mediasiya xərci, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh məxsus Bərdə rayonu, Alaçadırlı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 10000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitin borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi Cavabdeh 250 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 83 manat 87 qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 21 yanvar 2019-cu il tarixli 12-BİZ-1-0-03-19 saylı baş kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh 60 000 manat məbləğində illik faiz dərəcəsi 36 faizdən olmaqla, 60 ay müddətində kredit limiti ayrılmışdır. 21 yanvar 2019-cu il tarixli 12-BİZ-1-0-03-19 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh illik 21 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 36 ay müddətinə 8000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə kredit verilmişdir. 30 iyul 2020-ci il tarixli Əlavə sazişdən görünür ki, 21 yanvar 2019-cu il tarixli 12-BİZ- 1-0-03-19 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 24 ay müəyyən edilərək, 21 iyul 2022-ci il tarixədək uzadılmışdır. 21 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən, 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 72.9 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predemtinin dəyəri 10000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Bərdə rayonu, Alaçadırlı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 15000 manat, likvid dəyəri 10000 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(115)-195/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hakim tərəfindən edilmiş ödənişləri nəzərə almamış və bir tərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. Belə ki, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edirik ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmçinin, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. İş üzrə qəbul edilmiş qətnamədə tərəfimizdən ödənilmiş məbləğlər nəzərə alınmamış, əsas borc və gecikdirilmiş vaxt üçün faiz borc hesablanmışdır. Hesab edir ki, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış əsas və faiz borcu silinməlidir. Onların evinin dəyəri, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ən azı 40.000-45.000 manat təşkil etdiyi halda, ipoteka predmtetinin likvid dəyəri cəmi 10.000 manat dəyərləndirilmişdir. Halbuki evin yerləşdiyi torpaq sahəsinin dəyəri ən azı 15.000 manatdır. Bu səbəbdən də ipoteka predmentini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirildiyini, cavabdehin şikayət verməkdə məqsədinin qətnamənin qanuni qüvvəsini almasını ləngitmək olduğunu bildirib apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-2(115)-195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Həmçinin, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən təyin olunmuş məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair hər hansı bir etirazını irəli sürməmişdir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 10000 (on min) manat müəyyən edilmişdir ki, həmin məbləğ "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş məbləğlə uyğunluq təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğ arasında hər hansı bir fərq olmamışdır ki, birinci instansiya məhkəməsi də ipoteka predmetlərinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Məhkəmə kollegiyası cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evdən çıxarılması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən ilk iddia ərizəsi verilərkən belə bir tələb irəli sürülsə də, sonradan iddia tələbini həmin hissədə azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə belə bir tələbin təmin edilməsi qət edilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(115)-195/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(115)-195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.