Məhkəmə qərarları › İş №2-2(104)-212/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-212/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-212/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X3 nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(115)-577/2023 saylı qətnaməsindən cavabdeh X3 nümayəndəsi - Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat borcun; DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat borcun; DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat borcun; DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116,10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat borcun; DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 31194,06 manat əsas borc, 2990.30 manat faiz borcu, 505.80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat borcun; DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 19039,84 manat əsas borc, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat borcun; ödənilmiş 400 manat mediasiya xərcinin və 24 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-577/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 29 mart 2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu və 835,39 manat cərimə borcu olmaqla, cəmi 6663,97 (altı min altı yüz altmış üç manat doxsan yeddi qəpik) manat məbləğində borc, 03 may 2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu və 1580,59 manat cərimə borcu olmaqla, cəmi 46832,79 (qırx altı min səkkiz yüz otuz iki manat yetmiş doqquz qəpik) manat məbləğində borc, 17 iyul 2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu və 282,76 manat cərimə borcu olmaqla, cəmi 6243,69 (altı min iki yüz qırx üç manat altmış doqquz qəpik) manat məbləğində borc, 30 iyul 2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu və 601,93 manat cərimə borcu olmaqla, cəmi 20395,96 (iyirmi min üç yüz doxsan beş manat doxsan altı qəpik) manat məbləğində borc, 13 avqust 2021ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu və 1345,52 manat cərimə borcu olmaqla, cəmi 37223,90 (otuz yeddi min iki yüz iyirmi üç manat doxsan qəpik) manat məbləğində borc, 01 noyabr 2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu və 529,40 manat cərimə borcu olmaqla, cəmi 21996,84 (iyirmi bir min doqquz yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və X2 tutularaq İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 399 (üç yüz doxsan doqquz) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X3 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib iş üzrə ödənilən məbləği müəyyən edib ümumi borcdan çıxmaqla, həmçinin iş üzrə bütün maliyyəlləşmə üçün ərizələr üzrə cərimə məbləğlərinin 100 manat məbləğinə endirilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/6794 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 31,5%, günlük cərimə faizi 0.0875% olmaqla, 27300 manat; xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32,5%, günlük cərimə faizi 0.0903% olmaqla, 80000 manat; xx.xx.2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 8000 manat; xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 32000 manat; xx.xx.2021-ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 50000 manat; xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 28704 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə borcalan X6 arasında bağlanmış DC00293377-02 saylı, DC00293377-03 saylı, DC00293377-04 saylı, DC00293377-05 saylı, DC00293377-06 saylı və DC00293377-08 saylı öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-i il tarixli Z5352 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş və onun banka xx.xx.2023-cü il tarixə DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat, gecikmə gününün sayı 191 gün, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat, gecikmə gününün sayı 247 gün, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat, gecikmə gününün sayı 234 gün, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116.10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat, gecikmə gününün sayı 158 gün, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 31194,06 manat əsas borc, 2990,30 manat faiz borcu, 505,80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat, gecikmə gününün sayı 177 gün, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 19039,84 manat əsas borc, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat təşkil edir, gecikmə gününün sayı 127 gündür. Birinci instansiya məhkəməsində iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu, 835,39 manat cərimə borcu olmaqla, cəmi 6663,97 manat məbləğində borcun; DC00293377- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu, 1580,59 manat cərimə borcu olmaqla, cəmi 46832,79 manat məbləğində borcun; DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu, 282,76 manat cərimə borcu olmaqla, cəmi 6243,69 manat məbləğində borcun; DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu, 601,93 manat cərimə borcu olmaqla, cəmi 20395,96 manat məbləğində borcun; DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu, 1345,52 manat cərimə borcu olmaqla, cəmi 37223,90 manat məbləğində borcun; və DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu, 529,40 manat cərimə borcu olmaqla, cəmi 21996,84 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X3 nümayəndəsi - Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün halları tam müəyyən etmədiyi üçün qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. İşə baxan məhkəmə işə baxan zaman işə onların nümayəndəsinin 2 dəfə məhkəmə baxışında iştirakını qətnamədə qeyd etməmiş, məhkəmənin axırıncı baxışına onların iştirakı olmadan baxmış bununla da MPM-nin 77.1-ci maddəsindəki hüququnu pozmuşdur. Göründüyü kimi işə baxan məhkəmə ödənilən məbləğin ümumi borcdan silinməsini müəyyən etməmiş, bununla bağlı ekspertiza təyin etməmiş, həm də cərimə ilə bağlı məbləğ azaldılmamışdır. Bütün bu dəlillər işə baxan məhkəmə tərəfindən tam, hərtərəfli araşdırılmamışdır. Məhkəmə işə baxan zaman onalrın ümumi borcdan nə qədər pul öddiklərini müəyyən etməmiş, bununla da iş üzrə bütün hallar sübut edilmədən qalmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şəxslərdən cavabdehlərdən X6 nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərini müdafiə edərək, iş üzrə borc məbləğinin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və rəyə uyğun yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etdiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2022-ci il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 16,5%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 31,5%, günlük cərimə faiz dərəcəsi 0.0875% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 27300 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17,5%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32,5%, günlük cərimə faiz dərəcəsi 0.0903% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 80000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 32000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 28704 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli Z5352 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli OnGTC/SE/6794 saylı ümumi şərtlər toplusu çərçivəsində ayrılmış xx.xx.2021-ci il tarixli DC00293377-02, xx.xx.2021-ci il tarixli DC00293377-03, xx.xx.2021-ci il tarixli DC00293377-04, xx.xx.2021ci il tarixli DC00293377-05, xx.xx.2021-ci il tarixli DC00293377-06 və xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat borc, gecikmə gününün sayı isə 191 gün müəyyən edilmişdir; DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat borc, gecikmə gününün sayı isə 247 gün müəyyən edilmişdir; DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat borc, gecikmə gününün sayı isə 234 gün müəyyən edilmişdir; DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116,10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat borc, gecikmə gününün sayı isə 158 gün müəyyən edilmişdir; DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 2990,30 manat faiz borcu, 505,80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat borc, gecikmə gününün sayı isə 177 gün müəyyən edilmişdir; DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat borc, gecikmə gününün sayı isə 127 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçıASC ilə X6 arasında 05 dekabr 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/6794 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən X4 27300 manat, xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 80000 manat, xx.xx.2021-ci il tarixli DC00293377- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 28704 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı maliyyələşdirmə üçün ərizələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu, 835,39 manat cərimə borcu, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu, 1580,59 manat cərimə borcu, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu, 282,76 manat cərimə borcu, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu, 601,93 manat cərimə borcu, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu, 1345,52 manat cərimə borcu, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu, 529,40 manat cərimə borcu vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditlərə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyır. Cavabdeh X6 maliyyələşdirmə üçün ərizələrə əsasən iddiaçıya olan borclarını qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. X6 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindəm tələb olunan cərimə (dəbbə pulu) əsas borca münasibətdə o qədər də yüksək məbləğ deyildir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tam təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlıdır ki, kollegiya həmin dəlili əsassız sayır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etməmiş, borcu mübahisələndirməmişdir. Digər tərəfdən borclu etdiyi ödənişlərlə və onlardan hansının nəzərə alınmaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, kollegiya məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri saymır. Apellyasiya şikayətinin məhkəmə baxışında iştirak etdiyi halda qətnamədə göstərilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh X3 nümayəndəsi - Vəkil xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək izahat vermiş və verilmiş tələbə qarşı münasibətini bildirmiş, lakin məhkəmə baxışı iclasında iştirak etməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-577/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X3 nümayəndəsi - Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-577/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar