Məhkəmə qərarları › İş №2-2(104)-213/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-213/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-213/2025 28.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-9/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 61413,26 manat krеdit bоrcu, 5635,33 manat faiz bоrcu və 2291,02 manat cərimə borcu olmaqla, cəmi 69339,61 manat, 999R********** saylı krеdit razılaşması üzrə 35131,2 manat krеdit bоrcu, 3445,08 manat faiz bоrcu və 1552,79 manat cərimə borcu olmaqla, cəmi 40129.07 manat, iki kredit razılaşması üzrə ümumilikdə 109468 manat 70 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 420 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumun və 192 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Ağstafa şəhəri 25-ci məhəllədə 0.12 ha torpaq sahəsi və üzərində olan 127.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh5 məxsus Ağstafa rayonu Xətai kəndində yerləşən 0.09 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə borcun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, X4, X5, X1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Ağstafa şəhəri 25-ci məhəllədə 0.12 ha torpaq sahəsi və üzərində olan 127.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 və X2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Ağstafa rayonu Xətai kəndində yerləşən 0.09 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh5 və X6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 11413,26 manat krеdit bоrcu, 5635,33 manat faiz bоrcu və 2291,02 manat cərimə borcu olmaqla, cəmi 19339,61 manat, 999R********** saylı krеdit razılaşması üzrə 15131,2 manat krеdit bоrcu, 3445,08 manat faiz bоrcu və 1552,79 manat cərimə borcu olmaqla, cəmi 20129,05 manat, iki kredit razılaşması üzrə ümumilikdə 39468,70 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 420 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 156 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə borcun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-9/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyev) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 11413 manat 26 qəpik krеdit bоrcu, 5635 manat 33 qəpik faiz bоrcu və 500 manat cərimə borcu olmaqla, cəmi 17548 manat 59 qəpik, 12 oktyabr 2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 15131 manat 20 qəpik krеdit bоrcu, 3445 manat 08 qəpik faiz bоrcu və 700 manat cərimə borcu olmaqla, cəmi 19276 manat 28 qəpik, iki kredit razılaşması üzrə ümumilikdə 36824 (otuz altı min səkkiz yüz iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 (on) qəpik dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 420 (dörd yüz iyirmi) manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 156 (bir yüz əlli altı) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh4 məxsus Ağstafa şəhəri V.Murğuzov küçəsində 0.059 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 145 (bir yüz qırx beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1050 (bir min əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ013501**********2944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 200 (iki yüz) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin qismən ləğv edilməsini, tutmanın ona məxsus fərdi yaşayış evinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Belə olan halda məhkəmə qeyd edir ki, iddianın məhkəməyə verilməsi üçün iddianın qiymətinə mütənasib olaraq 39468,70 manat məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 208,41 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, cavabdeh Şamxal Hüseynov apellyasiya şikayətinin verilməsinə görə 208,41 manatın 50 faizi, yəni 104,20 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda cəmi 100,20 (yüz manat iyirmi qəpik) manat məlbəğində dövlət rüsumu ödəmişdir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar qətnamənin mübahisələndirilən hissəsinə uyğun ödənilməli olan dövlət rüsumunun deyil, iddianın qiymətinə uyğun ödənilməli olan dövlət rüsumunun 50 faizi ödənilməlidir ki, cavabdeh ondan tutumuş 200,38 manat dövlət rüsumuna münasibətdə həmin məbləğin 50 faizini ödəməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu tam ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual cəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-9/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar