Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-214/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 12 iyul 2011-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 158533,25 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (X10) "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədilə 258000 manat kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-662/2009 saylı qətnaməsinə əsasən Cavabdeh (X10) cəmi 299459,41 manat kredit borcunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-14/2011 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilməklə tutulan borc məbləği cəmi 278196,30 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almış və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Lakin qətnamə üzrə tutulan borc məbləği indiyədək cavabdeh tərəfindən icra olunmamışdır. Kredit müqaviləsi bağlanan, yəni xx.xx.2008-ci il tarixdə və yuxarıda qeyd edilən qətnamələr qəbul edilən zaman cavabdehin ad, soyad və ata adı X10 olmuş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayış ilə cavabdehin soyad və adını dəyişdiyi, hazırda Cavabdeh olduğu müəyyən edilmişdir. Hazırda 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh (X10) banka gecikdirilmiş vaxt üçün 12 iyul 2011ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 158533,25 manat məbləğində borcu vardır. 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, Cavabdeh 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 12 iyul 2011-ci il tarixdən 05 may 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 164329,01 manat pulun və 448,53 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərci olaraq ödənilmişdir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: AZ-İ seriyalı, 006624 saylı şəhadətnamədən görünür ki, X7 adı və soyadı dəyişərək, Cavabdeh kimi olmuşdur. "xxxx" X5 ASC-nin Yevlax filialı ilə X10 arasında 18 iyun 2008-ci il tarixdə bağlanmış KBB007FKX saylı kredit müqaviləsinə əsasən borcalana illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə əsas və dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədi ilə 258000 manat kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, borc alan 21 iyul 2008-ci il tarixdən 21 iyun 2010-cu il tarixdək hər ay 12285,71 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. 06 dekabr 2022-ci il tarixli KBD12984 saylı maliyyə arayışında X7 "xxxx" İKB ASCyə 12 iyul 2011-ci il tarixindən 05 dekabr 2022- ci il tarixinədək illik 5%-lə hesablanmış 158533,25 manat, 05 may 2023-cu il tarixli KBD3973 saylı maliyyə arayışında isə 164329,01 manat borcun olması qeyd edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(044)662/09 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB-nin Yevlax filalı ilə X10 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilədən irəli gələn 196571,36 manat əsas kredit borcunun, 27532,04 manat faiz borcunun, 36857,13 manat gecikdirilmiş kredit borcunun, 5500 dəbbə pulunun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulacaq məbləğin kreditin təminatı kimi Banka girov qoyulmuş KBBYEU007Fİ 1 saylı ipoteka müqaviləsinə əsasən X2 məxsus olan Xanlar rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2, 3, 4, 5 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha, 0,0929 ha, ******* ha, 0,04 ha torpaq sahələrinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğin borcun ödənməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC-nin Yevlax filalı ilə X10 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBB№YEU007FKX saylı kredit müqaviləsinin ləğv edilməsi, X6 127857,10 manat əsas kredit borcu, 110571,39 manat gecikdirilmiş kredit borcu, 61030,92 manat gecikdirilmiş faiz borcu, 50000 manat penya borcu olmaqla, cəmi 299459,41 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X2 məxsus olan Xanlar rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV00Fİ 2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV00Fİ 3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 kvm torpaq sahəsinə, KBBYEV00Fİ 4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV00Fİ 5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə ediləcək borcun ödənilməsini təmin etmədikdə cavabdehin digər əmlakı hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli 2(104)- 14/2011 saylı qətnaməsindən görünür ki, cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-662/2009 saylı 14 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək cavabdeh X6 233428,49 manat əsas kredit borcu, 43767,81 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla, cəmi 278196,30 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X2 məxsus Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV007Fİ-2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV007Fİ-3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV007Fİ-4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV007Fİ-5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 180 manat məbləğində ekspertiza xərcinin cavabdeh X6 tutularaq Dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi 12 may 2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsindən 12 iyul 2011-ci il tarixində icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 07 mart 2018-ci il tarixli, 2-2(102)-153/18 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" Hərrac Mərkəzi MMc-yə qarşı ona məxsus olan torpaq sahələrinin və əmlak kompleksinin qiymətləndirilməsi və qiymətləndirmə barədə rəyin qanunsuz hesab edilərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirlməsinə dair qətnamə qəbul edilməsini Gəncə İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-2(83)-1279/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxan Gəncə Appelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegioyasının 11 oktyabr 2017ci il tarixli, 2-2(104)-49/2017 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(83)- 1279/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahəslərinə dair "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəyləri, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli açıq hərracın yekunları barədə 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakların yenidən qiymətləndirilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarıa toxunan şəxs "xxxx" İKB ASC tərəfindən kasasiya şikayəti verilmişdir. Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Appelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegioyasının11 oktyabr 2017-ci il tarixli 2- 2(104)- 49/2017 saylı qətnaməsi qismən, iddiaçı X2 məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0.2004 ha, 0.0929 ha, 0,080036 ha və 0.04 ha torpaq sahələrinə dair "xxxx" MMC-nin 23 aprel 2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi və qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması və kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qət edilmişdi. Göygöl Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(066)-367/2022 saylı qətnaməsindən görünür ki, X4 cavabdehlər Göygöl rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC-yə və mübahisə predmetinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 17/05 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.0929 ha torpaq sahəsinə dair, 17/04 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.04 ha torpaq sahəsinə dair, 17/01 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.10 ha torpaq sahısində yerləşən əmlak kompleksinə (qeyri-yaşayış binası) dair, 17/03 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X2 məxsus olan 17/05 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.0929 ha torpaq sahəsinə dair, 17/04 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.04 ha torpaq sahəsinə dair, 17/01 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.10 ha torpaq sahısində yerləşən əmlak kompleksinə (qeyri-yaşayış binası) dair, 17/03 nömrəli 16 aprel 2015-ci il tarixli protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.080036 ha torpaq sahəsinə dair hərracın yekunları barədə protokol və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin ediməsi, Göygöl rayonu, Quşqara kəndi 0.0965 ha torpaq sahəsində yerləşən 491,9 kv m əmlak komkleksi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydə alınmış qeydiyyat və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.0965 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.04 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini, Göygöl rayonu, Quşqara kəndi 0.08 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Göygöl rayonu, Quşqara kəndi 0.2004 ha torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydə alınmış qeydiyyatının və bununla bağlı ******* nömrəli RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, cavabdehin öhdəliklərinin icrasından boyun qaçırması, qətnamənin icra olunmasına qərəzli olaraq hər hansı müdaxiləsi, maneəsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda cavabdehin məsuliyyətə cəlb olunması, cavabdehdən götürülmüş kreditə görə 18 iyun 2008-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta faiz borcunun tutulması qanuni və əsaslı hesab edilə bilməz. İşdən göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməmiş, nəticədə bank məhkəməyə müraciət etmiş və yekunda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-662/2009 saylı 14 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək cavabdeh X6 233428,49 manat əsas kredit borcu, 43767,81 manat faiz borcu, 1000 manat dəbbə pulu olmaqla, cəmi 278196,30 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı kimi KBBYEU007Fİ 1 saylı ipoteka ilə yüklü edilmiş X2 məxs us Göygöl (keçmiş Xanlar) rayonu, Quşqara kəndində olan 0,10 ha torpaq sahəsində yerləşən 491,9 kvm ümumi, 457,9 kvm əsas, 34 kvm köməkçi sahədən ibarət əmlak kompleksinə, KBBYEV007Fİ-2 saylı ipoteka müqaviləsinə əsasən 0,2004 ha torpaq sahəsinə, KBBYEV007Fİ-3 saylı ipoteka müqaviləsinə əsasən 0,0929 ha torpaq sahəsinə, KBBYEV007Fİ-4 saylı ipoteka müqaviləsinə əsasən 0,080036 ha torpaq sahəsinə, KBBYEV007Fİ-5 saylı ipoteka müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinə yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək) cavabdeh borcu qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, cavabdehin öhdəliklərinin icrasından boyun qaçırması, qətnamənin icra olunmasına qərəzli olaraq hər hansı müdaxiləsi, maneəsi iş materialları ilə müəyyən olunmur. Məhkəmənin bu mövqedə olması, işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, müəyyən olunduğu kimi 18 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə yekun məhkəmə aktı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2011-ci il tarixli 2(104)-14/2011 saylı qətnaməsi olmuş və həmin məhkəmə tərəfindən icra sənədi verilmişdir. Yekunda ipoteka predmetləri hərrac vasitəsi ilə satılmadığından banka təklif olunmuş və xx.xx.2015-ci il tarixli protokollar əsasında hər bir əmlak bankın mülkiyyətinə keçmişdir. Lakin bununla belə yenə də borc tam ödənilməmiş qalmışdır. Artıq sözügedən hər bir əmlak bankın mülkiyyətində olduğundan bank cavabdehlərin daşınmaz əmlakdan çıxarılmasına dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, bundan sonra cavabdehlər hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmiş, nəticədə bankın iddiası üzrə icraat dayandırılmışdır. Gəncə Appelyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(104)-49/2017 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)- 1279/2016 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahəslərinə dair "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəyləri, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli açıq hərracın yekunları barədə 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakların yenidən qiymətləndirilməsi qət edilmişdir. Göründüyü kimi qarşı tərəf yalnız hərracla bağlı mübahisə açmış, əmlakın bankın mülkiyyətində olmasına baxmayaraq bankın adına olan çıxarışları mübahisələndirməmişdir. Bu cür iddia qaldırmasında məqsəd əlbəttə işin suni şəkildə uzadılmasıdır. Bunu onunla sübut edə bilər ki, cavabdeh əmindir ki, çıxarışın verilməsinə əsas olmuş hərracla bağlı protokollardan birini ləğv etdirməklə digər 4 protokolun da ləğvinə zəmin yaratmışdır. Sual yaranır ki, əgər 5 hərracın hamısının etibarsız olduğunu bilməsinə baxmayaraq niyə 1 əmlakla bağlı mübahisə açmışdır? Bunun cavabı bunda idi ki, bank yenidən cavabdehlərin əmlakdan çıxarılması ilə bağlı məhkəmədə icraatın davam etdirilməsini istəmiş, bundan sonra cavabdeh tərəf yenidən digər protokolları mübahisələndirmişdir. Hətta həmin iddia tələbində yenə də işin suni şəkildə uzadılmasına çalışmış, yenə də iddianı bilərkən yarımçıq şəkildə verərək yekunda protokolların ləğvini istəsə də, çıxarışların ləğvi ilə bağlı mübahisə açmamışdır. Bu vəziyyətdən bank sonradan xəbər tutmuş, ona görə də müstəqil tələb irəli sürən şəxs kimi işə qoşularaq cavabdehlərə qarşı iddia qaldırmış, və tələbi ondan ibarət olmuşdur ki, əgər protokollar ləğv olunacaqsa, onda işin suni şəkildə uzanmaması üçün çıxarışlar da ləğv edilsin. Bu tələbi ona görə verdikləri həmin ərizədə daha geniş əsaslandırıb. Bildirir ki, hərracla bağlı protokollar ləğv edildikdən sonra yenidən qiymətləndirilmə keçirilmiş və həmin qiymətlər əsasında əmlakın hərracda satışı ilə bağlı sifariş verilmiş, cavabdeh tərəf yenə də işin uzatmaq xatirində Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq qiymətlərdən narazılığını bildirmişdir. Lakin buna baxmayaraq, Göygöl Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(066)-367/2022 saylı qətnaməsi ilə iddiaları təmin olunmamışdır. Bütün bu dedikləri ona zəmin yaradır ki, cavabdeh tərəf hər hansı yolla olur-olsun, qanuni qüvvədə olan 2011-ci il tarixli qətnamənin icrasına maneə yaratsın və qətnamənin icrası yubansın. Sual yaraır, bütün bu sadalananlar onu deməyə əsas vermirmi ki, cavabdeh qətnamənin icra olunmamasında qərəzli mövqe ortaya qoyur. Cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etirazı: X4 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə kedit kredit borcunun ödənilməməsi ilə məsuliyyəti əmlakla qarşılanmışdır. İddiaçının təqdim etdiyi məhkəmə qətnamələri ilə ondan borcun tutulması və tutmanın isə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə tamamlanmışdır. Bundan sonra əmlaklarla bağlı iş açıq hərraca göndərilmiş və əmlaklar üzərində iddiaçının hüququları qeydə alınmışdır. Həmin çıxarışlar borcun əvəzində iddiaçıya satılmışdır. Hazırda isə iddiaçının onun təqsiri üzündən borcun ödənilməməsi və yaxud onun təqsirinin olub-olmaması ilə bağlı dəymiş zərərin ödənilməsini tələb etməsi əsassızdır. İndiyədək ipoteka qoyan tərəfindən əmlakın dəyərlərini mübahisə etməsi onun mülki məsuliyyətimə heç bir aidiyyatı yoxdur. Bu baxımdan iddia tələbi əsaslı hesab edilə bilməz. Qeyd etdikləri onu göstərir ki, Mülki Məcəlləsinin 445-ci maddəsinin hazırki iddia tələbinə tətbiq edilməsi qanuna uyğun deyil. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normasının tətbiqi əsaslı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3pellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ipoteka qoyan Cavabdeh olmasa da tələbin ipoteka predmetlərinə yönəldilməsinin qarşısının alınması üçün qaldırılan bütün iddiaların arxasında o durmaqdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ipoteka qoyan X4 onun əmisidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, götürülmüş kredit müqaviləsi üzrə borcun Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)- 14/2011 saylı qətnaməsi ilə tutulmasına baxmayaraq və həmin müddətdən 12 ildən artıq vaxt keçməsinə baxmayaraq, iddiaçının cavadebhə verdiyi borc məbləği ödənilməməkdədir. Kredit müqaviləsi üzrə öhdəlik ipoteka ilə təmin edilmiş olsa da ipoteka qoyanın müxtəlif iddiaları ilə əlaqədar tələbin ipoteka predmetlərinə yönəldilməsi hazırkı vaxtadək mümkün olmamışdır. Bununla belə keçən 12 il ərzində borcalan olan cavabdeh tərəfindən də qətnamə ilə ondan tutulmalı olan borc məbləği üzrə də hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilən fakt cavabdehin ipoteka qoyan vasitəsi ilə borcu qaytarmaqdan boyun qaçırmasını və ya onun ödənilməsini digər şəkildə gecikdirmək niyyətində olmasını təsdiq etməkdədir. Nəzərə alınmalıdır ki, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ olmaqla, eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın qeyd olunan əşya hüququndan istifadə etməməsi halında belə borclunu kreditor qarşısında olan öhdəliyini yerinə yetimək vəzifəsindən azad etməməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Həmin qərarın nəticə hissəsində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən də tələbin ipoteka predmetinə yönəldilməsi halında da iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etmək hüququ mövcuddur. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Beləliklə, Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)- 629/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, e-2-2(115)-629/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh öhdəliyin icrasının gecikdirilməsinə görə 164329,01 manat və məhkəmə xərci qismində 400 manat mediasiya xərci və 48,53 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 164777,54 (yüz altmış dörd min yeddi yüz yetmiş yeddi manat, 54 qəpik) manat tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.