Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-216/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(115)-568/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 5703 manat 98 qəpik cərimə borcu olmaqla, cəmi 39915 manat 72 qəpik məbləğində borcun, DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 78145 manat 04 qəpik əsas borc, 12758 manat faiz borcu, 2073 manat 60 qəpik cərimə borcu olmaqla, cəmi 92976 manat 64 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 23 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00920LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X3 çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DC00188223-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 178266 (bir yüz yetmiş səkkiz min iki yüz altmış altı) manat məbləğində əsas vəsait alışı məqsədi ilə birdəfəlik kredit verilmiş; xx.xx.2021-ci il tarixli DC00188223-04 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (bir yüz min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DG**********67 saylı zaminlik müqaviləsi, DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********72 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 247 gün, DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 266 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 5703 manat 98 qəpik cərimə borcu olmaqla, cəmi 39915 manat 72 qəpik; - DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 78145 manat 04 qəpik faiz borcu, 2073 manat 60 qəpik cərimə borcu olmaqla, cəmi 92976 manat 64 qəpik təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Goranboy 1saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00188223-01 saylı kredit müqaviləsinə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 9673 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 43884 manat 88 qəpik məbləğində borcun;- DC00188223-04 saylı kredit müqaviləsinə əsasən 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 5199 manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 101648 manat 41 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 36 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-568/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı kredit razılaşması üzrə 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 1643 manat 50 qəpik cərimə borcu, cəmi 35855 manat 24 qəpik məbləğində borc və xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 3907 manat 25 qəpik cərimə borcu, cəmi 100355 manat 69 qəpik məbləğində borc olmaqla, ümumilikdə 136210 manat 93 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 36 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 390 manat 21 qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli OnGTC- 00920LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli DC00188223-01 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 178266 manat məbləğində əsas vəsait alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli DC00188223-04 nömrəli maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin DC00188223-01 saylı kredit müqaviləsinə əsasən 32870 manat 88 qəpik əsas borc, 1340 manat 86 qəpik faiz borcu, 9673 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 43884 manat 88 qəpik məbləğində borcu;- DC00188223-04 saylı kredit müqaviləsinə əsasən 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz borcu, 5199 manat 97 qəpik cərimə borcu olmaqla, cəmi 101648 manat 41 qəpik məbləğində borcu vardır. Gecikmə günü 405 gün təşkil etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-2(115)-568/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditlər müqaviləsi üzrə borcun ödənilməsi” üzrə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək cavabdehlərdən DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,870.88 (otuz iki min səkkiz yüz yetmiş manat səksən səkkiz qəpik) manat əsas borc, 1,340.86 (bir min üç yüz qırx manat səksən altı qəpik) manat faiz borcu, 9,673.14 (doqquz min altı yüz yetmiş üç manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,884.88 (qırx üç min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) manat məbləğində borcun; DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 78,145.04 (yetmiş səkkiz min yüz qırx beş manat dörd qəpik) manat əsas borc, 18,303.40 (on səkkiz min üç yüz üç manat qırx qəpik) manat faiz borcu, 5,199.97 (beş min yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 101,648.41 (yüz bir min altı yüz qırx səkkiz manat qırx bir qəpik) manat məbləğində borcun, ümumilikdə isə 145,533.29 (yüz qırx beş min beş yüz otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz manat) məbləğində xidmət haqqının və 36 (otuz altı) manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada DC00188223-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsasən 32,870.88 (otuz iki min səkkiz yüz yetmiş manat səksən səkkiz qəpik) manat əsas borc, 1,340.86 (bir min üç yüz qırx manat səksən altı qəpik) manat faiz borcu, 1,643.50 (bir min altı yüz qırx üç manat əlli qəpik) manat cərimə borcu, cəmi 35,855.24 (otuz beş min səkkiz yüz əlli beş manat iyirmi dörd qəpik) manat məbləğində borc və DC00188223-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 78,145.04 (yetmiş səkkiz min yüz qırx beş manat dörd qəpik) manat əsas borc, 18,303.40 (on səkkiz min üç yüz üç manat qırx qəpik) manat faiz borcu, 3,907.25 (üç min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat cərimə, cəmi 100,355.69 (yüz min üç yüz əlli beş manat altmış doqquz) manat məbləğində borc, ümumilikdə isə 136,210.93 (yüz otuz altı min iki yüz on manat doxsan üç qəpik) manat məbləğində borcun, 400 (dörd yüz) manat mediasiya xərci və 36 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq, cəmi 57780,10 manat (əlli yeddi min yeddi yüz səksən manat on qəpik) məbləğində pul vəsaitinin alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-568/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00920LE/2019 saylı razılıq ərizəsi və həmin X3 çərçivəsində xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı və xx.xx.2021-ci il tarixli DC00188223-04 Maliyyələşdirmə üçün ərizə formaları imzalanmışdır. Həmçinin, Bank ilə Borcalan arasında bağlanmış DC00188223-01 və DC00188223-04 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli DG**********67 və xx.xx.2021-ci il tarixli DG**********72 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh DC00188223-01 saylı maliyyələşdirilməsi üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 386 gün, DC00188223-04 saylı maliyyələşdirilmə üçün ərizə üzrə isə 405 gün gecikdirmişdir. Odur ki, cavabdehdən müvafiq olaraq 9,673.14 (doqquz min altı yüz yetmiş üç manat on dörd qəpik) manat və 5,199.97 (beş min yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X1 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00188223-01 saylı və DC00188223-04 maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 386 gün və 405 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən müvafiq olaraq 1643.50 (min altı yüz qırx üç manat əlli qəpik) və 3907.25 (üç min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, şikayətə onların iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin kommers və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(115)-568/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni dəbbə pulunun azaldılması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə) pulunun azaldılması hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli DC00188223- 01 saylı kredit razılaşması üzrə tələb edilən 9673,14 manat dəbbə pulu azaldılaraq, 1643 manat 50 qəpik məbləğində, xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə isə tələb edilən 5199,77 manat dəbbə pulu azaldılaraq 3907 manat 25 qəpik məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli DC00188223-04 saylı kredit razılaşması üzrə isə tələb edilən dəbbə pulu tələb olunan 78145 manat 04 qəpik əsas borc, 18303 manat 40 qəpik faiz məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən həmin borc məbləği üzrə Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqi əsassız olmuşdur. xx.xx.2020-ci il tarixli DC00188223-01 saylı kredit razılaşması üzrə tələb edilən 9673,14 manat dəbbə pulu məbləği isə birinci instansiya məhkəməsi tərəfindən təxminən altı dəfəyədək azaldılmışdır ki, bu hal da ədalətli hesab oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(115)-568/2023 nömrəli qətnaməsi cavabdehlərdən xx.xx.2020-ci il tarixli, DC00188223-01 saylı kredit razılaşması üzrə 1643 manat 50 qəpik, xx.xx.2021-ci il tarixli, DC00188223-04 saylı kredit razılaşması üzrə 3907 manat 25 qəpik cərimə məbləğinin, buna müvafiq olaraq isə cəmi və ümumi məbləğlərin tutulması hissəsində dəyişdirilməli, xx.xx.2020-ci il tarixli, DC00188223-01 saylı kredit razılaşması üzrə cərmə məbləği 3300 manat həddində müəyyən edilməli, xx.xx.2021-ci il tarixli, DC00188223-04 saylı kredit razılaşması üzrə 5199,97 manat cərimə məbləği hissəsində iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(115)-568/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(115)-568/2023 nömrəli qətnaməsi cavabdehlərdən xx.xx.2020-ci il tarixli, DC00188223-01 saylı kredit razılaşması üzrə 1643 manat 50 qəpik, xx.xx.2021-ci il tarixli, DC00188223-04 saylı kredit razılaşması üzrə 3907 manat 25 qəpik cərimə məbləğinin, cəmi və ümumi məbləğin tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, DC00188223- 01 saylı kredit razılaşması üzrə 32870,88 manat əsas borc, 1340,86 manat faiz borcu, 3300 manat cərimə borcu olmaqla, cəmi 37511,74 manat və xx.xx.2021-ci il tarixli, DC00188223-04 saylı kredit razılaşması üzrə 78145,04 manat əsas borc, 18303,40 manat faiz borcu, 5199,97 manat cərimə borcu olmaqla, cəmi 101648,41 manat məbləğində borc olmaqla, ümumilikdə 139160,15 manat (yüz otuz doqquz min yüz altımış manat, 15 qəpik) borc məbləği tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.