Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-219/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-281/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-281/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 manat əsas borc, 5495,18 manat faiz borcu, 1802,14 manat cərimə borcu olmaqla, cəmi 44732,72 manat, DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 manat əsas borc, 24415,40 manat faiz borcu, 5741,03 manat cərimə borcu olmaqla, cəmi 196373,92 manat məbləğində borc, olmaqla ümumilikdə 241106,64 manat məbləğində borc, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 133 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh 398,11 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borclarının tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh: - DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 (otuz yeddi min dörd yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 5904,40 (beş min doqquz yüz dörd manat qırx qəpik) manat faiz borcu, 1802,14 (bir min səkkiz yüz iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 45141,94 (qırx beş min yüz qırx bir manat doxsan dörd qəpik) manat, - DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 (bir yüz altmış altı min iki yüz on yeddi manat qırx doqquz qəpik) manat əsas borc, 25638,47 (iyirmi beş min altı yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu, 5741,03 (beş min yeddi yüz qırx bir manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 197596,99 (bir yüz doxsan yeddi min beş yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/6308 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - DC00285770-03 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2023- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 60000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik krediti verilmişdir. DC00285770-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2024- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 198671 (bir yüz doxsan səkkiz min altı yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 308 və 330 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə “DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37,435.40 (otuz yeddi min dörd yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 5,904.40 (beş min doqquz yüz dörd manat qırx qəpik) manat faiz borcu, 1,802.14 (bir min səkkiz yüz iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 45,141.94 (qırx beş min yüz qırx bir manat doxsan dörd qəpik) manat təşkil edir. DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166,217.49 (bir yüz altmış altı min iki yüz on yeddi manat qırx doqquz qəpik) manat əsas borc, 25,638.47 (iyirmi beş min altı yüz otuz səkkiz manat qırx yeddi qəpik) manat faiz borcu, 5,741.03 (beş min yeddi yüz qırx bir manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 197,596.99 (bir yüz doxsan yeddi min beş yüz doxsan altı manat doxsan doqquz qəpik) manat təşkil edir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən faiz və cərimə borcu həddindən artıq şişirdilmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, bankdan krediti biznes qurulması üçün götürmüş və burada onun şəriki olmuşdur. Şəriki onu aldadaraq 110000 (yüz on min) manat pulu mənimsəmişdir. Bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti də vermişdir. Beləliklə şəriki onu aldatdığından o, banka olan öhdəliyini lazımınca icra edə bilməmişdir. Krediti ödəyə bilmədiyini banka ilk əvəldən məlumat vermişdir. Həmçinin pandemiya dövrü olduğundan biznesi də axsayırdı. Hesab edir ki, bu səbəblərə görə məhkəmə gecikmə faizini və cərimə məbləğini azaltmalı idi. Məhkəməyə təqdim etdiyi sübutlardan və mühasibatlıq ekspertizanın rəyindən görünür ki, iddiaçı tərəfindən hesablanmış və ekspert rəyi ilə müəyyən olunmuş əsas, faiz və cərimə borcları arasında fərqli ziddiyətlər vardır. Lakin həmin ziddiyyətlər aradan qalxmamışdır. İddiaçının tələb etdiyi faiz və cərimə borcların necə (hansı faizlə) hesablanması sübut olunmamışdır. Belə ki, maliyyələşdirmə kredit razılaşmalarda bank tərəfindən borcalana illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% hesablanmalıdır. Məhkəmə bu halları aydınlaşdırmamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/6308 saylı Razılaşmadan görünür ki, tərəflər razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində imzalanmış DC00285770-03 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%. Kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 60,000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik krediti verilmişdir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində imzalanmış DC00285770-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2024cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 198,671 (bir yüz doxsan səkkiz min altı yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh DC00285770-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37435,40 manat əsas borc, 5904,40 manat faiz borcu, 1802,14 manat cərimə borcu olmaqla, cəmi 45141,94 manat, DC00285770-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 166217,49 manat əsas borc, 25638,47 manat faiz borcu, 5741,03 manat cərimə borcu olmaqla, cəmi 197596,99 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan MƏhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməmühasibatlıq ekspertizasının 24 iyun 2024-cü il tarixli 9/3025 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə əsas borcu 37905,03 manat, faiz borcu 5495,18 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixə əsas kredit borcu 167324,28 manat, faiz borcu 24415,40 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/6308 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - DC00285770-03 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2023- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 60000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik krediti verilmişdir. DC00285770-04 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2024- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% kreditin müddəti bitdikdən sonra isə cərimə faizi 32% olmaqla, 198671 (bir yüz doxsan səkkiz min altı yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 308 və 330 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmiş, lakin cavabdeh müqavilə öhdəliyinin şərtlərini pozmaqda davam etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsas borcu və cərimə borcu hissəsində tam təmin edilməlidir. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 24 iyun 2024-cü il tarixli 9/3025 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən faiz borcu 5495,18 manat, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən faiz borcu 24415,40 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcu hissəsində qeyd edir ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etməklə faiz borcunu yuxarıda göstərilən qaydada azaltmaqda haqlı olmuşdur. Məhkəmə iddianı cərimə hissəsində də tam təmin etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, hesablanan cərimə məbləği ağlabatandır və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin məhkəmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək olmadığından, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-281/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-219/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-219/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver