Məhkəmə qərarları › İş №2-2(104)-222/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-222/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-222/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-350/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin Qazax şöbəsində olan AZ93TURA******************** saylı hesablaşma hesabından 5034 manat pulun tutularaq onun "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 4824 manat məbləğində əsas borc, mediatora ödənilmiş 60 manat və vəkilə ödənilmiş 50 manat, ümumilikdə 4934 (dörd min doqquz yüz otuz dörd manat) tutularaq İddiaçı "xxxx" QSC Xırdalan filialında olan hesablaşma hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" Construction” MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti və apellyasiya şikayəti ilə birlikdə elektron qaydada ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 350/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş şikayət müddətinin buraxılmasının üzrlü hesab edilərək, işə apellyasiya qaydasında yenidən baxılması, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. "xxxx" Construction MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Construction MMC xx.xx.2020-ci ildə qoşulma nəticəsində ləğv edilmiş Cavabdeh MMC-nin hüquqi varisidir. Ləğv olunduğundan ASAN imza da deaktiv edilmiş və nəticədə e-məhkəmə sisteminə də daxil olmaq imkanı məhdudlaşdırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 350/2022 saylı qətnaməsi onlara rəsmi qaydada xx.xx.2024-cü il tarixində təqdim edilmiş və qətnamənin mövcudluğu barədə yalnız bu tarixdə məlumat almışlar. Qətnamə qəbul edilərkən cavabdeh həqiqi tərəflə, yəni ləğv edilmiş Cavabdeh hüquqi varisi "xxxx" Construction MMC ilə əvəz edilməli və baxılması üçün aidiyyatı üzrə "xxxx" Construction MMC-nin yerləşdiyi hüquqi ünvan üzrə yönəldilməli idi. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-350/2022 saylı qərardadı ilə (hakim R.Məmmədov) Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə maraqlarına toxunulan şəxs "xxxx" Construction MMC-nin ərizəsi təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək, icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İqtisadi İnkişaf Nazirliyinin Vergi İdarəsinin İnformasiya Mərkəzinə verilən sorğuya əsasən ona cavab verilmişdir ki, Cavabdeh vergi ödəyicisi uçot sistemində etibarlıdır və elektron kabineti aktivdir. Maraqlı şəxs MMC firması iddia ərizəsinin verilməsi və qətnamənin çıxarılması müddətində Cavabdeh MMC firmasının hazırki aktiv VÖEN-in elektron kabinetinin deaktiv edildiyini təsdiq edən heç bir sənəd təqdim etməyib. Maraqlı şəxs MMC tərəfindən təqdim olunan Gəncə Apellasiya Məhkəməsinin 2-1(104) - 129/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Maraqlı şəxs MMC İnzibati Məhkəməyə müraciət edib, burada cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Vergi İdarəsidir, o cümlədən Cavabdeh MMC-nin vergi uçotundan çıxarılmayıb və qüvvədədir, elektron kabineti açıqdır. Bu o deməkdir ki, onlar özləri bəyan ediblər ki, Cavabdeh MMCnin VÖEN-i işləyir və elektron kabineti aktivdir. Maraqlı şəxs MMC öz nümayəndəsi, Cavabdeh-nin baş mühasibi olan Qurbanov Fərmanın şəxsiyyət vəsiqəsinin surətini yerləşdirib. Maraqlı şəxs MMC-nin bu nümayəndəsi 24 yanvar 2022-ci ildə Cavabdeh MMC-nin baş mühasibi kimi ona göndərdiyi telefon və e-poçt üçün iddia ərizəsini aldı, bu barədə elektron kabinetdə SMS yazışmalarının surəti və e-poçtun surəti var. Hesab edir ki, həm iddia ərizəsinin, həm də məhkəmənin qərarının alınması barədə yuxarıda göstərilən bütün təsdiqlərdən sonra apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə Maraqlı şəxs MMC-in müraciəti və orada göstərilən məlumatlar həqiqətə uyğun hesab edilə bilməz. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-350/2022 saylı xx.xx.2024-ci il tarixli qərardadı Maraqlı şəxs MMC-nin e-2-2(115)- 350/2022 saylı qətnamənin çıxarılmasından xəbərsiz olması əsasında qəbul edildi. Lakin qeyd edildiyi kimi, bu şirkətin nümayəndəsinin iddia barədə məlumatı var idi. Elektron kabinet fəaliyyət göstərirdi. Sistemdə lazımi geri dönüş yoxdur. Onların deaktiv edildiyinə dair heç bir dəlil yoxdur, ancaq sistemdəki sənədlərdə qeydiyyat nömrələri və tarixlər var ki, bu da onların qəbul edildiyini göstərir. Verilən qətnamə Gəncə Kommersiya Məhkəməsi tərəfindən yazılı poçt göndərişinin geri qaytarılmasına üstünlük verir. Bu o deməkdir ki, AR MPM 10-1.3, 10-1.4, 10-1.5 maddələrinə əsasən Elektron Məhkəmə sistemi vasitəsilə kommersiya mübahisələrinin həlli və sənəd dövriyyəsi normaları nəzərə alınmır. Bu, ümumiyyətlə, elektron məhkəmə sisteminin tətbiqi ilə işə baxıldığı təqdirdə, istənilən vaxt şikayətlərin verilmə müddətinin bərpası ilə bağlı oxşar qərarlar qəbul etmək üçün bir presedent ola bilər. AR MPM 456-cı maddəsinə əsasən, Maraqlı şəxs MMC iddianın olması barədə şirkətə məlumat verməyən nümayəndəsinin (işçisinin) hərəkətsizliyinə görə məsuliyyət daşıyır. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs MMC qərardaddan şikayətə etiraz təqdim edərək, qərardaddan verilmiş şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də dəfələrlə sübuta yetirilib ki, Dövlət Vergi Xidmətinin nümayəndələri vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh MMC-nin şəxsi vərəqəsini Maraqlı şəxs MMC-yə birləşdirməmiş və bu hal Cavabdeh MMC-nin mövcudluğu kimi qiymətləndirilə bilməz. 2020-ci ilin 24 dekabr tarixindən Asan imza ləğv edilmiş və müəssisənin elektron məhkəmə portalından istifadə etməsi iddiası yalnışdır və fiziki olaraq mümkün deyil. İş materiallarında tərəfin Cavabdeh MMC-yə hər hansı bir çağırışın elektron sistem üzərindən verildiyini iddia etmək də absurd bir fərziyyədir. Bir müəssisənin Asan imzası ləğv olubsa, o sistem aktiv ola bilməz. 2021-ci ildən başlayaraq bütün məhkəmə sistemi Maraqlı şəxs MMC-ni hüquqi varis kimi qəbul edərək, tərəfi həqiqi tərəflə əvəz edib. X2 Xidməti ilə yaranmış mübahisəsində hüquqi varis kimi yalnız Maraqlı şəxs MMC tərəf kimi qəbul edilərək iştirak etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-350/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 350/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-350/2022 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti poçt vasitəsilə Cavabdeh MMC-nin ünvanına göndərilmiş, lakin poçt xidməti tərəfindən həmin sənədlər məhkəməyə geri qaytarılmışdır. Ərizəyə əlavə edilmiş hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" Construction MMC Cavabdeh MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə baxılarkən Cavabdeh MMC artıq "xxxx" Construction MMC-yə qoşulmuş və sonuncu cavabdehin hüquqi varisi olmasına baxmayaraq, "xxxx" Construction MMC-yə qətnamənin surəti göndərilməmiş, nəticədə maraqlarına toxunan cəmiyyətin qətnamənin mövcudluğundan məlumatı olmamış, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür Qeyd edilənləri nəzərə alan məhkəmə ərizənin təmin edilməsini, "xxxx" Construction MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək ona münasibətdə bərpa edilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə Cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin alınmasını təsdiq edən hər hansı sübut olmadığlndan və Cavabdeh MMC CPS” Construction MMC-yə qoşularaq yenidən təşkil edildiyindən birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə müdafiəsi hüququnun pozulmaması üçün sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülmə səbəbini üzrlü hesab edərək bərpa etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-350/2022 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-350/2022 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İş apellyasiya şikayətinə baxılmasından ötrü kommersiya kollegiyasına verilməsi üçün məhkəmənin dəftərxanasına verilsin. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar