Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-224/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-81/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh6 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 manat əsas, 1268,44 manat faiz, cəmi 7018,40 manat borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 manat əsas, 503,36 manat faiz, cəmi 2002,73 manat borcun, ümumilikdə 9021,13 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh6 məxsus, habelə onun və onun ailə üzvləri X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 18000 manat dəyərində müəyyən edilməsi; borc tələbinin ipoteka qoyulmuş Cavabdeh6 məxsus, habelə onun və onun ailə üzvləri X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evinə ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9021,13 manat məbləğin, ödənilmiş 100 manat mediasiya xərcinin və 10,21 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnaməq əbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə Qazax rayonu, Aşağı Salahlı kənd sakini Cavabdeh6 arasında bağlanmış 12 aprel 2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə illik 6 %-lə 36 ay müddətində 7000 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə illik 21 %-lə 36 ay müddətinə 3000 manat, cəmi 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə ipoteka qoyanlar arasında 13 aprel 2018-ci il tarixli 14 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 1800 manat müəyyən edilir. Cavabdeh6 tərəfindən xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 7000 manat əsas borc və ona hesablanmış faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi vəsaiti üzrə 3000 manat əsas borc və ona hesablanmış faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh6xx.xx.2018-ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 manat əsas borc, 1268,44 manat faiz borcu olmaqla, cəmi borcu 7018,40 manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 manat əsas borc, 503,36 manat faiz borcu olmaqla, cəmi borcu 2002,73 manat, ümumilikdə hər iki layihə üzrə borc 9021,13 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-81/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh6 12 aprel 2018ci il tarixli 14 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5749,96 (beş min yeddi yüz qırx doqquz manat doxsan altı qəpik) manat əsas, 1268,44 (bir min iki yüz altmış səkkiz manat qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 7018,40 (yeddi min on səkkiz manat qırx qəpik) manat, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1499,37 (bir min dörd yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat əsas, 503,36(beş yüz üç manat otuz altı qəpik) manat faiz olmaqla, cəmi 2002,73 (iki min iki manat yetmiş üç qəpik) manat, ümumilikdə 9021,13(doqquz min iyirmi bir manat on üç qəpik) manat borc, 100 (bir yüz) manat mediasiya xərcinin tutularaq tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 44 000 manat olan Cavabdeh6 məxsus olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 91.7 kv.m olan fərdi yaşayış evinə və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 paylı mülkiyyətində olan Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, Cavabdeh6 110.21(bir yüz on manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh6 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB**********08172 2114 saylı hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh6 apellyasiya şikayəti vermişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, Аzərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apelyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərilməmişdir. Qeyd olunmalıdır ki, iddia ərizəsində cavabdehin qeydə alındığı yer kimi ünvan 1 ünvanı və ya da yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə göndərimiş bildirişlər rabitə xidməti tərəfindən “köçüb”, “bu ünvanda yaşamır” qeydləri ilə geri qaytarılmışdır. Bununla belə Cavabdeh6 adından verilmiş apellyasiya şikayətində faktiki olduğu ünvan göstərilməmişdir. Bu isə apellyasiya şikayətinin MPM-in 361.1 və 361.1.2-ci maddələrin tələblərinə riayət edilmədən verilməsidir. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(115)-81/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(115)-81/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)-224/2023 saylı mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-81/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2-2(104)- 224/2023 saylı kommersiya iş Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-224/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-224/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver