Məhkəmə qərarları › İş №2-2(104)-225/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-225/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-225/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 21 iyun 2013- cü il tarixli 74 saylı kredit müqaviləsi üzrə ******* manat 75 qəpik əsas məbləğ, 864230 manat 43 qəpik hesablanmış faiz olmaqla, cəmi 10863066 manat 18 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilərək, ******* manat 75 qəpik əsas borc, 864230 manat 43 qəpik faiz borcu, cəmi 10863066,18 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2- 2(115)-878/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda apellyasiya şikayətinin vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2- 2(115)-878/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2-2(115)-878/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2- 2(104)-162/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, məhkəmə baxışı iclası təyin edilmişdir. Bundan sonra Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2- 2(115)-878/2020 saylı qərardadından narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-2(115)-878/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 nömrəli qəradadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 878/2020 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 saylı qərardadından narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-878/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Gəncə Kommersiya Məhkəməsinin məktubunda qeyd edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS - X1 Sistemindən göndərilən məlumata dair çıxarışdan görünür ki, e-2-2(115)-878/2020, xx.xx.2023-cü il tarixli qərardad və məhkəmə iclası haqqında bildiriş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş və ona bu barədə elektron kabinet vasitəsi ilə məlumat göndərilmişdir. Lakin həmin bildiriş və qərardadın oxunma tarixi qeyd edilməmişdir. “Elektron məhkəmə"informasiya sistemindən istifadə qaydalarının 2.3-cü maddəsinin tələblərinin pozulmasına münasibət bildirilməmişdir. “Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarının 2.3-cü maddəsində qeyd edilir ki, hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının informasiya Sistemində yaradılmış “Elektron kabinetində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat informasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd olunanlara əsasən hesab edirlər ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS-X1 Sisteminin 880 nömrəli qaynar xətti ilə tərəflərindən əlaqə saxlanmış və onlara bildirilmişdir ki, 2- 2(115)-878/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə “Elektron kabinetə” avtomatlaşdırılmış qaydada yerləşdirilmiş lakin bu barədə məlumat informasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmamışdır. Qanunun yuxarıda istinad edilən müddəalarından göründüyü kimi kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı onlara bu barədə sistem vasitəsi ilə eketron qaydada (elektron poçt, SMS və s. vasitəsi ilə ) məlumatın çatdırlması nəzərdə tutulur. Lakin, iş materiallarındanda görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv prosesində olan İddiaçı ASC-nin elektron kabinetində yerləşdirilsə də, bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumatın çatdırılması iş materialları ilə müəyyən edilmir. Gəncə Kommersiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 nömrəli qəradadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS X1 Sistemindən göndərilən məlumata dair çıxarışdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-878/2020 saylı qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(115)-878/2020 saylı qərardadının Elektron kabinetə yerləşdirilməsi barədə məlumatın informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmadığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən bu barədə müvafiq sübutun məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınsa da iddiaçı həmin sübutu təxirə salınmış müddət ərzində də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı prosessual müddətin bərpasına dair ərizəsində Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-878/2020 saylı qərardadının tərəflərindən 04 iyul 2023-cü il tarixdə oxunduğunu qeyd etmişdir ki, qeyd olunan hal prosessual müddətin üzrlü sayılması üçün birmənalı əsas ola bilməz. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı bank təşkilatı olmaqla, məhkəmələrdə borcalanlarla kifayət qədər mübahisələri mövcuddur. Qeyd edilən hal isə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetindən aktiv şəkildə istifadəsini zəruri edir. Belə olduğu təqdirdə isə elektron kabinetə yerləşdirilmiş sənədin gec oxunması iddiaçı üçün üzrlü hal hesab oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(115)-878/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar