Məhkəmə qərarları › İş №2-2(104)-226/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-226/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-226/2025 10.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-184/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-184/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 2299.89 manat faiz borcu və 747.35 manat cərimə olmaqla, cəmi 77704.33 manat məbləğində kredit borcu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 323,12 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinnin 184000 manat həddində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraclar vasitəsilə satılması, ipoteka predmeti satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 250 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 9,89 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək Gəncə Kommerasiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli qətnaməsini əsasız olduğu üçün ləğv edib iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 80756.29 manat əsas borc, ona hesablanmış 67.32 manat faiz borcu və 12.28 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 80835.89 (səksən min səkkiz yüz otuz beş manat 89 qəpik) manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 (üç yüz otuz üç manat 1 qəpik) manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 31 iyul 2023) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana 60 ay müddətinə 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Həmçinin, Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 və Cavabdeh2 ilə 2794-İZG/2 və 2794-İZG/3 nömrəli, 28 iyul 2023-cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Habelə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh1 MMC və Cavabdeh3 arasında bağlanılmış 2794-İZG/1 nömrəli, 28 iyul 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 31 iyul 2023) ipoteka ilə yüklü edilmişdir. Daha sonra, yuxarıda göstərilən Əsas Kredit Müqaviləsi daxilində Bankla Borc alan arasında bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Borc alana kənd təsərrüfatının genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 5 faiz ödəmək şərtilə, 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, ona hesablanmış 516.40 manat faiz borcu və 108.04 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 75281.53 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 516.40 manat faiz borcu və 108.04 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 75281.53 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi növbəti dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 74657.09 manat əsas borc, xx.xx.2024-cü il tarixindən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun illik 5% dərəcəsi ilə hesablanmaqla 2299.89 manat faiz borcu və 747.35 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 77704.33 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 333.01 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca yönəldilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, işə baxan məhkəmə kredit müqaviləsinin müddəti bitmədiyi halda iddia qaldırmış nəticədə maddi hüquq normasına düzgün istinad etməmişdir. Belə ki, kredit müqaviləsinin bitməsinə müəyyən müddət vaxt qalsa da onlara qarşı iddia qaldırmış, məhkəmə də iddianı təmin etmişdir. bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti aşağı qiymətləndirilmişdir. Bu onu subut edir ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq normasına düzgün istinad etməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada təkrar xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini kredit müqaviləsinin müddətinə aid hissədə və ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) hissəsində mübahisələndirdiyindən apellyasiya araşdırmasının predmetini də qətnamənin mübahisələndirilən həmin hissələri təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2794- ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana 60 ay müddətinə 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2794-İZG/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 uzunmüddətli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Şəmkir rayonu, Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 178.000 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan əlavə kredit müqaviləsindən görünür ki, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Borc alana kənd təsərrüfatının genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 5 faiz ödəmək şərtilə, 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 2794-İZG/2 və 2794-İZG/3 nömrəli, 28 iyul 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evininin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin 263SFHL232150001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək 80756.29 manat əsas borc, ona hesablanmış 67.32 manat faiz borcu və 12.28 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 80835.89 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 332.91 manat məbləğində bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydən görünür ki, ipoteka predmeti olan Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 230000 manat, likvid dəyəri 184000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinə əsasən, Bank tərəfindən Borc alana 60 ay müddətinə 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmış, Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 və Cavabdeh2 ilə 2794-İZG/2 və 2794-İZG/3 nömrəli, 28 iyul 2023-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh1 MMC və Cavabdeh3 arasında bağlanılmış 2794-İZG/1 nömrəli, 28 iyul 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 31 iyul 2023) ipoteka ilə yüklü edilmişdir. Daha sonra, yuxarıda göstərilən Əsas Kredit Müqaviləsi daxilində Bankla Borc alan arasında bağlanmış 2794-KQ nömrəli, 03 avqust 2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən, Borc alana kənd təsərrüfatının genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 5 faiz ödəmək şərtilə, 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 74657.09 manat əsas borcunun olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh3 və Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 74657.09 manat əsas borcunun olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh3 və Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 747.35 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin müqavilə üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 2299.89 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 2299.89 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m. ümumi, 141.6 kv.m. yaşayış, 97.5 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır Birinci iinstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu kredit müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc, fazi borcu və cərimə hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İş materiallarından göründüyü kimi məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmiş və əldə olunmuş rəylə Cavabdeh3 məxsus Şəmkir rayonu Şiştəpə kəndi, İlyas Əfəndiyev küçəsində olan 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 723.8 kv.m ümumi, 141.6 kv.m yaşayış, 97.5 kv.m yardımçı sahədən ibarət 8 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 230000 manat, likvid dəyərinin isə 184000 manat təşkil etdiyi müəyyən edilmiş, birinci instansiya məhkəməsi də "xxxx" MMC tərəfindən verilmiş rəyi mötəbər sübut kimi götürməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən birincisi müqavilə müddəti bitmədiyinə görə məhkəmənin iddia tələbini təmin etməkdə haqlı olmaması ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Çünki "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2794-ƏMK nömrəli, 28 iyul 2023-cü il tarixli Əsas Kredit Müqaviləsinin 4.7 və 4.7.7-ci maddələrində göstərililmişdir ki, Əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borc alan tərəfindən hər hansı Əlavə kredit müqaviləsi üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Apellyasiya şikayətinin digər dəlili isə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Ona görə ki, bankla borcalan və ipoteka qoyan arasında bağlanmış ipteka müqaviləsindən göründüyü kimi müqavilə bağlanan anda ipoteka premetinin dəyəri 178 000 manat həddində müəyyən edilmiş, məhkəmə tərəfindən təyin olunmuş qiymətləndiricinin rəyi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyərinin 230000 manat, likvid dəyərinin isə 184000 manat təşkil etdiyi müəyyən edilmiş, apelyator isə məhkəməyə ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin daha yüksək məbləğ təşkil etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Məhkəmə kollegiyası həmiçinin vurğulayır ki, birinci instansiya məhkəməsi əslində iddiaçının dəqiqləşdirilmiş tələbini tam şəkildə təmin etmiş, iddiaçının kredit müqaviləsi üzrə əsas borcunu, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunu və cərimə borcunun cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsini, artıq qalan vəsaitin ipoteka qoyana qaytarılmasını, habelə ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin iş üzrə borclulardan müştərək qaydada tutulmasını qət etmiş olsa da, qətnamədə iddianın qismən təmin edildiyini səhv olaraq göstərmişdir. Məhkəmə həmçinin cavabdehlərdən müştərək qaydada 2299.89 manat məbləğində faiz borcunu tutmaqda haqlı olsa da, həmin məbləği düzgün olmayaraq əldən çıxmış fayda kimi qiymətləndirmişdir. Bütün qeyd olunanlarla belə kollegiya hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə cavabdehlərdən tələb etdiyi məbləğ tam şəkildə tutulduğuna və iddia tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edildiyindən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-184/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar