Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-229/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-2(115)-1132/2023 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 1586 manat əsas borc, 59,56 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 270,68 manat faiz borcu olmaqla, cəmi 1916,24 manat məbləğində pulun, 31 manat dövlət rüsumunun, 31 manat daşınmaz əmlakın dövlət reyestrinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilən rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan girovqoyan X3 məxsus olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,38 ha torpaq sahəsinə yönəldilərək, hərrac yolu ilə satılması, fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə verərək, X4 vəfat etdiyindən onun vərəsələri olan övladı Cavabdeh1 və arvadı Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-4/2023 saylı qətnaməsi ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1455/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-4/2023 saylı qətnaməsi ləğv edilmiş və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)1132/2023 nömrəli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 1132/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayəti əsaslandırılmaq üçün göstərmişdir ki, onlar tərəfindən müəyyən edilmişdir ki, X2 övladı Cavabdeh1 və arvadı Cavabdeh2 əmlaka faktiki olaraq sahiblik hüququnu həyata keçirir. Bu isə öz növbəsində onların vərəsəliyi faktiki olaraq qəbul etdiyinə dəlalət edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Hesab edir ki, işə iddia icraatı qaydasında baxılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)1132/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 1132/2023 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1132/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl borcalan X4 vəfat etdiyindən, iddiaçı Fond ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli və sonra vərəsələrə qarşı iddia ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon Miskinli kənd İƏD tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Qanunvericiliyin normasından göründüyü kimi işə məhkəmədə baxılanda tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. İşdən göründüyü kimi borclu X4 xx.xx.2013-cü ildə ölmüş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni borclunun ölümündən 5 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, işə baxmış birinci instansiya məhkəməsi isə həmin halları nəzərə almamış, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməli olduğu halda və ya da iddia ərizəsini icraata qəbul etmişsə, işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. İddia ərizəsini geri qaytarmış Kommersiya Məhkəməsi isə hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl borcalan X4 vəfat etdiyindən, iddiaçı Fondun ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli və sonra vərəsələrə qarşı iddia ilə məhkəməyə müraciət etməli olduğunu vurğulamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdeh X3 qarşı müraciət etmiş, cavabdeh X4 isə iddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 5 il 8 ay əvvəl ölmüşdür, yəni iddiaçı hazırkı iddianı ölmüş şəxsə qarşı qaldırmışdır. Bu isə yaranmış borc barədə borclunu xəbərdar etməni, habelə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı ipoteka qoyana bildiriş göndərilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı cavabdehin vərəsələrini müəyyən edib iddianı onlara qarşı verməli olduğu halda həyatda olmayan şəxsə qarşı vermiş, məhkəmə isə həmin xüsusata lazımi qaydada hüquqi qiymət vermədən iddianı baxılmamış saxlamışdır. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1132/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1132/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-229/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-229/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver