Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-231/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əİliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndələri X9 və (vəkil) Vəkil1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-541/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 95.000 manat maddi ziyanın, əldən çıxmış faydaya görə 544.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, e-2-2(115)-541/2021 saylı qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) iddia qismən təmin edilmiş, 83.000 manat real zərərin əvəzi və 544.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və tələbin 12.000 manat hissəsində də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-213/2021 nömrəli, 24 dekabr 2021-ci il nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim A.Hüseynzadə, hakimlər L.Süleymanov və Ə.Abdullayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-2(115)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçının vəkili apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 421/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi B.Məmmədli, hakimlər A.Abbasov, İ.Dadaşov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(104)-213/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(104)-24/2023 saylı qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və A.Bayramov) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, 2- 2(115)-541/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, 78.331 manat real zərərin və 533.280 manat əldən çıxmış faydanın əvəzi, cəmi 611.611 manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 2-2(104)-24/2023 saylı əlavə qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və A.Bayramov) 80 manat ekspertiza xərcinin 30 manat hissədə iddiaçıdan, 50 manat hissədə cavabdehdən tutulub MEM-in hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi K.Abiyeva, hakimlər B.Qəribov, A.Hüseynov) Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(104)-24/2023 saylı qətnaməsinin qismən - cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 533.280 (beş yüz otuz üç min iki yüz səksən) manatın tutulması hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011- ci ildən Şəmkir rayonunda istilikxana fəlaiyyəti ilə məşğul olur. 2,25 hektar istilikxana yaratmışdır və növbəli şəkildə kənd təsərrüfatı məhsulları istehsal edir. İstilikxana ilə bağlı bütün təsərrüfat fəaliyyətini nümayəndəsi olan əri Tofiq Əsədov həyata keçirmişdir. Cavabdeh İB-nin X19 İstismarı İdarəsi ilə “təbii qazın alqısatqısı”na dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə mülkiyyətində olan istilikxananın qaz təminatı qaz paylayıcı öz öhdəsinə götürmüşdür. Növbəti mövsüm üçün 2020-ci ilin noyabr ayında mülkiyyətində olan istixanada pomidor bitkisi əkilmişdir. İstixanada olan bitkilərin yetişdirilməsi üçün Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməklə təbii qaz verilmədiyindən dizel yanacağından istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh İB tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsinə görə məhkəməyə müraciət edilmiş və Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-2(115)-932/2020 saylı qərardadla mülkiyyətində olan istilikxanaya təbii qazın verilməsinin bərpa edilməsi və qəradadın dərhal icra edilməsinə qərar verilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi qərardadın icrasını dərhal tələb edilməsi ilə bağlı müvafiq tədbirlər görsə də Cavabdeh İBin X19 İstismar İdarəsi tərəfindən qərardad icra edilməmişdir. Nəticədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azəriqaz” İB-in X19 İstismar İdarəsinin vəzifəli şəxsi barəsində verdiyi təqdimata Şəmkir rayon Məhkəməsində baxılaraq məhkəmənin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarı ilə Azəriqaz” İB-in X19 İstismar İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə olunmuşdur. Qərardan verilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılaraq Məhkəmənin 10 fevral 2021-ci il tarixli, 3(104)- 54/2021-ci il tarixli qərarı ilə inzibati iş üzrə Şəmkir rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanması qərara alınmışdır. Cavabdeh İB-in X19 İstismar İdarəsinin vəzifəli şəxslərinin məhkəmə qərardadını icra etməməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, o bir müddət istilikxanada olan bitkiləri dizel yanacağından istifadə etməklə istilik təminatını ödəmişdir. Ancaq dizel yanacağının qiymətlərinin artması və eləcə də qaz təminatının bərpa edilməsi ilə bağlı cavabdeh təərəfindən məhkəmə çəkişmələrinin uzadılması müəyyən müddət davam etməsi nəticəsində istilikxanada olan bitkilərin istilik təminatını öz hesabına dizel yanacağı ilə təmin edə bilməmişdir. Nəticədə 2021-ci ilin fevral ayında istilikxanada olan pomidor şitilləri tam olaraq soyuqdan məhv olmuşdur. Onun tərəfindən mülkiyyətində olan 2,25 ha. istilikxanada çəkilmiş xərclər aşağıda göstərilən məbləğdə olmuşdur: 1. 68.000 pomidor şitillərinin dəyəri - 40.000 manat; 2.60 ton dizel yanacağının dəyəri - 36.000 manat; 3. mineral kübrələr və zəhərli dərmanlar cəmi - 7.000 manat 4. Əkilmə, becərilmə üçün günəmuzd işçilrə əmək haqqı - 12.000 manat. Beləliklə istilikxanada pomidor məhsulunun əkilməsinə, becərilməsinə çəkilmiş xərclərə görə ümumi ziyan 95.000 manat təşkil etmişdir. Bundan başqa o sahibkar olaraq pomidor məhsullarının cavabehin bir başa qəsdlə olan hüquqa zidd hərəkətləri, məhkəmə qərarını icrasını təmin etməməsi nəticəsində gəlirlərindən məhrum olmuşdur. Belə ki, hər bir pomidor bitkisindən orta hesabla 4 kq pomidor məhsulu götürməklə 272.000 kq pomidor məhsulu götürməkdən məhrum olmuşdur. Pomidor məhsulunun topdan satış qiymətinin 2021-ci ilin fevral-mart aylarında 1 kq görə orta hesabla 2 manat olmasını nəzərə alsaq 544.000 manat əldən çıxmış gəlirlərə görə ziyan çəkmişdir. Beləliklə onun çəkdiyi xərclərə görə 95.000 manat, əldən çıxmış faydaya görə 544.000 manat olmaqla cəmi pulun cavabdeh “X4 alınaraq ona ödənilməsini iddia edir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında göstərilmişdir ki, Şəmkir rayonu Keçili kəndində iddiaçının adına olan istixana tərəflər arasında bağlanılmış 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilə əsasında ilkin olaraq 1 il müddətinə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəf müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, 2019-cu il 1 aprel tarixinədək istixanada təbii qazdan istifadəyə görə 93.261,60 manat borcu yaranmışdır. Borcun iddiaçıdan tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Eyni zamanda, iddiaçı cavabdehə qarşı iddia qaldırmış, 86.879,40 manat borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırmasından sonra iddiaçının iddiası təmin edilsə də, qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(102)-191/2021 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının cavabdehə olan 27.718,96 manat borcu apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən tanınmışdır. 2019-cu il 1 yanvar tarixindən 2020-ci il 1 may tarixinədək isitmə mövsümü ərzində təbii qazdan istifadə edilib tam ödəniş aparılmamaqla yenidən 66.762 manat borc məbləği yaradılmışdır. Bununla bağlı abonentə pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq, bu barədə abonent tərəfindən heç bir tədbir görülməmiş, ödəniş aparılmamışdır. İddiaçının ünvanında 2019-2020-ci mövsüm ili ərzində sırf sayğac göstəricisinə əsasən istehlak olunmuş təbii qazın dəyəri ödənilmədən məhkəmədə cavabdehə qarşı yenidən iddia qaldırılmışdır. Halbuki Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı əsasında bağlanılmış qeyd edilən müqavilə üzrə yaranmış borcun ödənilməsi şərtləri tərəflər üçün məcburi xarakter daşımalıdır. Belə ki, 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilənin 2.2.6.4-cü bəndində istehlakçı tərəfindən borc tam ödənilmədiyi halda paylayıcının istehlakçıya verdiyi qazı dayandırmaq hüququ vardır. Bundan başqa, iddiaçı tərəfin istinad etdiyi 2018-ci il 24 dekabr tarixli GA-676 saylı təbii qazın alqı-satqısına dair müqavilənin 7.2-ci bəndində göstərilir ki, müqavilənin müddəti tərəflərin razılığına əsasən 1 il müəyyən edilir. İddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası mümkün olmamışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı iddia ərizəsində göstərilən xüsusatlara münasibət bildirilərkən yeni müqavilənin bağlanılmamasına, yeni sayğacın quraşdırılmasına şərait yaradılmamasına və yeni öhdəliyin yaranmadığına görə iddia tələbi ümumiyyətlə qəbul edilməmişdir. Belə ki, İddiaçı adına olan istixananın təbii qazla təchiz edilməsi üçün təbii qazın alğı-satqısına dair yeni müqavilə bağlanmalıdır. Mülki Məcəllənin 386-cı maddəsində öhdəliyin yaranması üçün müqavilənin bağlanılması zəruri hesab edilmişdir. Tərəfin istinad etdiyi xx.xx.2018-ci il tarixli, GA-676 saylı müqavilə xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüşdür. Buna görə də iddiaçı qarşısında hər-hansı müqavilə öhdəliyi olmamışdır. Hazırkı iddia tələbinin əsası kimi qüvvədən düşmüş müqaviləyə istinad edilməsi qanunvericilik baxımından yolverilməzdir. Beləliklə, “Qaz təchizatı haqqında” Qanunda, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2012-ci il tarixli qərarında Qazpaylayıcı ilə müvafiq müqavilənin bağlanmadığı, sayğacsız qazın verilməsini qadağan edildiyi halda qeyd olunan Qanunu və Qərarları pozaraq qazın verilməsini tələb olunmuşdur. Halbuki, məhkəmə akları qüvvədə olan hüquqi aktlara istinad edilərək çıxarılmalıdır. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, GA-676 saylı müqavilə xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüş, tərəflər arasında gələcəkdə hər-hansı bir öhdəlik qalmamışdır. Öhdəliyin yaranması üçün iddiaçı təchizatçı təşkilatla yeni müqavilə bağlanmamış, qüvvədən düşmüş müqavilə əsasında da ünvanı qazla təchiz etmək mümkünsüz olmuşdur. İddiaçı tərəf bu barədə, yəni Paylayıcı ilə müqavilə bağlanmasına heç bir təşəbbüs göstərməmişdir. Bundan başqa iddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın abonent tərəfindən qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilənin bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası qeyd olunan hüquqi aktları pozduğu üçün bərpa edilməmişdir. Qazın bərpasının onlardan asılı olmayan səbəblərdən icra edilməsinin mümkünsüzlüyü barədə qərarı çıxartmış məhkəməyə və müvafiq icra orqanına məlumat verilmişdir. Bununla yanaşı istixanadakı şitillərin gələcəkdə məhv olmaması üçün zəmin yaradılmadan əkilmişdir. Çünki, abonent İddiaçı uzun müddətdir istixana fəaliyyəti ilə məşğul olmuş və olmaqdadır. Paylayıcı ilə müvafiq müqavilənin bağlanmadığı təqdirdə qazdan istifadə edə bilməyəciyini və şitillərin məhv ola biləcəyini bilmişdir. Həmin şitillərin məhv olması səbəbləri də müəyyən edilməmişdir. Belə ki, yetişdirilən şitillərin məhv olmasının aqrotexniki qaydada lazımi qulluq göstərilməməsi nəticəsində məhv olması da mümkündür. Çünki, şitillər vaxt-vaxtında keyfiyyətlə dərmanlanmalı və qulluq edilməlidir. Məhkəmə istixanada olan şitillərin məhv olması səbəbini də tam araşdırmamışdır. Belə ki, vəsatət verilərək ekspertizanın keçirilməsinin vacibliyi məhkəmənin diqqətinə çatdırılmışdır. Çünki, şitillərin məhv olmasının əsası müəyyən edilməmişdir. Halbuki, ekspertizanın keçirilməsi həmin şitillərə aqrotexniki qulluğun düzgün aparılmaması və ya digər səbəbdən məhv olması aydınlaşdırılmalı idi. Göründüyü kimi məhkəmə tərəfindən bir tərəfli araşdırma aparılmış işin halları tam araşdırılmadan əsasız qətnamə qəbul edilmişdir. MPM-in 217-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi və əsaslılığı isə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmasını və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasını özündə əks etdirir. Lakin, işə baxan məhkəmə mübahisəni həll edərkən əslində iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmayıb, əksinə öz qətnaməsini əsasən cavabdeh tərəfin izahatları üzərində qurulmuş mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərdən iddiaçı nümayəndələri - X16 və Vəkil1 vasitəsi ilə məhkəmə iclasında təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın abonent tərəfindən qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X16 və vəkili (həm də etibarnamə üzrə nümayəndəsi) Vəkil1 cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş əldən çıxan fayda hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X16 əlavə olaraq bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-2(115)-932/2020 saylı qərardadı ilə iddiaçının mülkiyyətində olan istilikxanaya təbii qazın verilməsinin bərpa edilməsi qərara alınmış olsa da, cavabdeh tərəfindən təbii qazın verilməsi bərpa edilməmiş, ona görə də xx.xx.2021-ci il tarixədək mazutdan istifadə etməklə istilikxana qızdırılmışdır. Cavabdeh tərəfin təklifi ilə yeni qaz sayğacı almış, həmin qaz sayğacı laboratoriyada yoxlandıqdan sonra cavabdeh təşkilatın təkidi ilə qaz sayğacını istixanadan 300-400 metr aralıda yerləşdirmiş. Lakin təbii qazın verilməsi bərpa edilməmişdir. Belə ki, qaz sayğacı istilikxanadan çox aralıda yerləşdiyinə və ona nəzarət etmək imkanı olmadığına görə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş qaz sayğacının istismara qəbul aktına imza etməkdən imtina etmiş, cavabdeh isə təbii qazın verilməsini bərpa etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi - vəkilini və digər nümayəndəsini (ərini), cavabdehin nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın əvəzinin tutuılması hissəsində ləğv edilməli və həmin hissədəiddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Kollegiya apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(104)-24/2023 saylı qətnaməsi cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 533.280 (beş yüz otuz üç min iki yüz səksən) manatın tutulması hissəsində ləğv edildiyindən hazırkı apellyasiya baxışının predmetini iddianın əldən çıxmış faydanın əvəzi kimi iddianın birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilmiş 544.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi təşkil edir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 2018-ci il 24 dekabr tarixli müqavilədən görünür ki, Cavabdeh (bundan sonra-“cavabdeh” və ya Cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G-650, nömrəsi 83044878 qeyd edilmişdir İş materiallarına əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020ci il tarixli e-2-2(115)-932/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə İddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsi Cavabdehə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 3(104)-54/2021 saylı qərarından görünür ki, X5 Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli e-2-2(115)-932/2020 saylı qərardadını icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, X10 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)- 1360/2020 saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı, Bələdiyyənin kənd təsərrüfat mütəxəssisi X2, Bələdiyyənin sədr müavini X11, aqronom X1 və aqronom X3 iştirakları ilə xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu Keçili kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, İddiaçı müraciətinə əsasən onun 2 ha 25 sot istilikxanasına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxılan istilikxana 3 hissədən ibarətdir. 1-ci hissə yəni 1 ha 8 istilikxanadan ibarətdir. Hər istilikxanada 25 metr uzunluğunda 56 cərgə vardır. İstilikxananın 4 ədədinə pomidor şitilləri 30 sm-dən vurulmuşdur, qalan 4 ədədinə 40 smdən əkilmişdir. Beləliklə baxış zamanı məlum olmuşdur ki, 1 ha istilikxanada 30 min 240 ədəd pomidor şitili əkilmişdir. 2-ci hissə 171 cərgədən ibarət olmaqla hər cərgənin uzunluğu orta yol ilə birgə 64 m-dir. Hər cərgəyə şitillər 30 sm-dən əkilmişdir. Beləliklə 2-ci hissənin də 1 ha ərazisinə 30.780 pomidor şitili əkilmişdir. 3-cü hissə 25 sot olmaqla 47 cərgədən ibarətdir. Hər cərgənin uzunluğu 48 m-dir. Hər cərgəyə şitil 40 sm-dən əkilmişdir. Beləliklə 25 sot istilikxanaya 5640 ədəd pomidor şitili əkilmişdir. 2 ha 25 sot istilikxanaya baxış zamanı məlum olmuşdur ki, əkilmiş 66660 ədəd pamidor şitili soyuqdan donaraq məhv olmuşdur. Kənd təsərrüfatı mütəxəssisləri tərəfindən donmuş şitillərə baxış zamanı heç bir xəstəlik tapılmamışdır. Pomidor şitillərinin üzərindəki məhsuldan və şitilin sənədlərindən məlum olmuşdur ki, pamidor şitillərinin sortu yeni və məhsuldar sort olan “AHV” sortudur. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri, dosent X7, Bitki mühafizə kafedrasının dosenti X8 və sahibkar İddiaçı iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, 17 fevral 2021ci il tarixdə Şəmkir rayonu Keçili kəndi ərazisində istixana şəraitində tərəzçiliklə məşğul olan İddiaçı ADAU-ya yazılı müraciəti əsasında ona məxsus 2,25 hektar istixanada monitorinq aparılmışdır. İstixanaya (2,25 ha) 90 x 30 sm hibridinin şitilləri əkilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixananın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşmüşdür. Bitkinin bioloji tələbi 22 + 7 dərəcə olduğunu nəzərə alaraq belə aşağı temperaturun (+4+5 dərəcə) bitkinin müxtəlif orqanlarına öldürücü təsir göstərəcəyi aydın görünür. Sahibkar İddiaçınm nümayəndəsi X14 bildirmişdir ki, istixanaya təbii qaz verilməsi Azəriqaz İB tərəfindən təmin edilmədiyi üçün istixana hazırda qızdırılmır. Ziyanın qarşısını almaq məqsədi ilə 60 tondan artıq dizel yanacağı istifadə edilsə də, maddi imkan olmadığı üçün istixananı istiliklə təmin edilməsini davam etmək mümkün olmamışdır. Məhz bu amilin təsiri nəticəsində əkilmiş şitillər 7-9 yarpaq inkişaf mərhələsində bütünlüklə donvurmaya məruz qalmışdır. Müayinə üçün istixananın müxtəlif yerlərindən bitki nümunələri götürülmüşdür. Müayinə olunan pomidor bitkilərini qidalandıran kök, yarpaq və gövdə hissələrində heç bir xəstəlik, quruma, həşəratlar tərəfindən zədələnmə aşkar edilməmişdir. İstixanada olan bütün şitillər eyni vəziyyətə malik olmaqla, aşağı becərilməsində hər hansı bir aqrotexniki çatışmazlıq və ya zərərli orqanizmlərlə yoluxması aşkar edilməmişdir. Aparılan müşahidələr göstərmişdir ki, donvurma nəticəsində bitkinin bütün yerüstü orqanları (yarpaq, gövdə, çiçək) məhv olmuşdur. İstixanada əkilmiş pomidor AHU F1 hibridinin şitillərinin ümümi sayı 68000 ədəddir. Bitkinin bioloji məhsuldarlığı (AHU F1 hibridi) becərmədən və düşdüyü şəraitdən asılı olaraq hektarda 120-150 tondur. Sahibkar İddiaçı məxsus istixananın texniki quruluşuna uyğun olaraq gözlənilən məhsuldarlıq müəyyən olunmuşdur. Əkində istifadə olunan pomidor (AHU F1) hibridi salxım çiçək qrupunda məhsul verir. Hər salxımda 4-5 ədəd pomidor meyvəsi formalaşaraq saxlanılır. Pomidorun 1 ədədinin çəkisi 200-250 qram olur. Belə istixanalarda hər bitki üzərində 5-6 ədəd meyvə salxımı saxlanılır. Bir salxımın ümumi çəkisi 0,8-1 kq olduğunu və hər bitki üzərində ən azı 5 salxımın formalaşacağını nəzərə alsaq, onda bir bitki üzərində olan məhsul 0,8 kq (bir salxımın çəkisi) x 5 salxım(bir bitkidə salxımların sayı) = 4 kq məhsul. 68000 ədəd bitki x 4 kq məhsul = 272 ton məhsul. Hesablamaya görə ümumilikdə sahibkar İddiaçı mülkiyyətində olan 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor şitillərinin cəmi 68000 ədəd olduğunu və hər şitilin məhsuldarlığının orta hesabla 4 kq olmasını qəbul edilsə, onda bir mövsüm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən, 2.25 ha istixana sahəsi üzrə sahibkar təqribən 272 ton məhsul itkisi ilə üzləşmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Şəmkir rayonu Keçili bələdiyyəsinin sədri B.Qəhrəmanov tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 71 nömrəli arayışdan görünür ki, pomidor məhsullarının 1 kiloqramının satış qiyməti 2021-ci ilin martaprel aylarından bu günə qədər 2 manat 50 qəpikdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin sədri V.Məmmədov tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, 2021-ci ilin mart-aprel ayının 20-sinə qədər, Cəmiyyətin “SƏBƏT” Bazarında pomidorun 1 kiloqramının qiyməti 2 manat-3 manat 50 qəpik arasında satışı olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qaimələrdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 36000 manat məbləğində dizel yanacağı alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, alıcı İddiaçı satıcı Cəlilov Akifdən 17000 AZN dəyərində pomidor toxumu almışdır. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2020-ci il tarixli ******* nömrəli və 20 noyabr 2020-ci il tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, İddiaçı bitkilərə qulluq üçün “Vətən Market (Agro)”-dan 4450 manat və 3550 manat dəyərində maddələr almışdır. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin rəis müavini Telman Feyziyevin, Şəmkir TBX-nin rəisi İsgəndər Abbasovun, Şəmkir TQQ və SX-nin texniki Azər Tağıyevin, Şəmkir TBX-nin növbətçi-çilingəri Samir Qurbanovun, Şəmkir TQQ və SX-nin nəzarətçiçilingəri Orxan Babayevin iştirakları ilə xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu Kür QPS-də tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 02 yanvar 2021-ci il tarixdə saat 06:30 radələrində Kür QPS-in çıxış xətlərindən güclü qaz sızmasının olması barədə daxil olmuş məlumatı yerində araşdırmaq məqsədilə tərəflərindən həmin xətlərə baxış keçirilmişdir. Baxış amanı QPS-dən təxminən 500 metr aralıda fərdi sahibkar İddiaçı məxsus istixanaya gedən d 108 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində sızma aşkar olunmuşdur. Tərəflərindən QPS-ə baxış keçirilən zaman məlum olmuşdur ki, Vəliyevə Şahnazın istixanasına gedən qaz xətti üzərində qaz sayğacı yoxdur, xətt üzərində quraşdırılmış d 100 mm-lik qaz siyirtməsi TQQ və SX-nin mühəndisi Ülfət Əliyevin, xidmətin texniki Azər Tağıyevin və RQİİ-nin balans şöbəsinin mühəndisi Hüseyn Əmrahovun iştirakı ilə bağlanaraq plomblanmış və qıfıllanmışdır. Sahibkar tərəfindən qaz sayğacının yerinə kustar üsulla hazırlanmış dəmir ötürücü bağlanmışdır. Sahibkarın nümayəndəsi Tofiq Əsədov QPS-də onlara yaxınlaşaraq dəmir ötürücünün onun tərəfindən hazırlanaraq quraşdırıldığını və qazdan istifadə edildiyini etiraf etmişdir. Tərəflərindən dəmir ötürücü sökülərək maddi sübut kimi RQİİ- nə təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 24 dekabr 2018-ci il tarixdə tərəflər arasında GA-676 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə görə paylayıcı istehlakçını qazla təmin etməyi, istehlakçı isə qazın dəyərinin sayğacın göstəricilərinə uyğun olaraq hər ya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2018-ci il tarixli, GA-676 saylı müqavilənin xx.xx.2019-cu il tarixdə qüvvədən düşdüyünü iddia etsə də onun bu dəlili öz təsdiqini tapmamışdır. Belə ki, müqavilənin 7.1ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılsa da, müqavilənin 7.2-ci bənində əsasən uzadılmış hesab olunmuşdur. Müqavilənin 7.2-ci bənində əsasən istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. İstehlakçı olan iddiaçı tərəfindən isə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir müraciətin olması müəyyən edilməmişdir. Bununla yanaşı müqavilənin 2.2.6.4-cü bəndində paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatının dayandırılması paylayıcının hüququ kimi nəzərdə tutulmuşdur. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 4.1.6-cı bəndi ilə də qaz təchizatçı müəssisənin belə bir hüququ müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixananın qaz təchizatı 22 aprel 2020-ci il tarixdə 133004,20 manat borcunun olması səbəbindən cavabdeh təşkilat tərəfindən dayandırılmışdır. Belə ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən göründüyü kimi iddiaçı tərəfindən 2019-2020-ci il mövsümü üzrə, yəni 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək, yəni qaz təchizatı dayandırılandək olan dövrədək iddiaçı 59431,4 manatlıq qaz istifadə etsə də həmin aylar üzrə istifadə etdiyi qazın dəyərindən cavabdeh təşkilata heç bir ödəniş etməmişdir. Bundan başqa məhkəmənin qərardadı ilə təbii qazın verilməsinin bərpa edilməsi cavabdehə həvalə edilmiş olsa da, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları sahibkarlıq subyektləri üçün istehlakçının vəsaiti hesabına təchiz edilməli olduğuna, sayğac quraşdırıldıqdan sonra sayğacın istifadəyə qəbul edilməsi ilə bağlı istehlakçı tərtib olunmuş akta imza etməkdən imtina etdiyinə görə qaz təchizatının bərpa edilməsində hər hansı bir qanunsuz hərəkəti olmamışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsslandırmışdır ki, İddiaçı məxsus istixanaya məhkəmə qərarı ilə təbii qazın verilməsi bərpa olunmalı halda, məhkəmənin qərarı Cavabdeh İB tərəfindən qanunsuz olaraq icra edilməmiş, nəticədə iddiaçıya 83000 manat real və 544000 manat əldən çıxmış fayda qismində zərər dəymişdir. Birinci instansiya məhkəməsinin araşdırılan hissədə gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin “Qaydalar”ın 3.3.8-ci bəndinə müvafiq olaraq istehlakçı qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamalıdır. Həmin “Qaydalar”ın 4.1-ci bənidnə müvafiq olaraq qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin “Qaydalar”ın 4.2-ci bəndinə müvafiq olaraq məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinin (ərinin) izahatından göründüyü kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə və “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə müvafiq olaraq, keçən müddət ərzində öz hesabına yeni qaz sayğacı əldə edib, qaz xəttinin üzərinə quraşdırılmasını təmin etmiş olsa da, lakin istehlakçı qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akta imza etməkdən imtina etdiyindən iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olmasında cavabdehin təqsiri olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2- 2(115)-541/2021 saylı qətnaməsi iddianın təmin olunmuş əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməli və yeni qətnamə çıxarılaraq həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-541/2021 saylı qətnaməsi qismən - 544000 manat əldən çıxmış faydanın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı 544000 manat əldən çıxmış faydanın tutulmasına dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-231/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-231/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver