Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-247/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 və cavabdeh X3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1rşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-416/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24155 manat 30 qəpik əsas borc, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2473 manat 19 qəpik, cərimə qismində 11 manat 95 qəpik, cəmi 26640 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 169 manat 92 qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat və xidmət haqqının əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehlər Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1 və X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23233 manat 34 qəpik əsas borc, 7138 manat 21 qəpik faiz borcu və 1523 manat 76 qəpik cərimə borcu olmaqla, cəmi 31895 manat 31 qəpik məbləğində borcun, ödənilmiş 169 manat 92 qəpik dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X3 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 1-ci döngə, 11 saylı binada yerləşən 3 otaqlı, 69.1 kvadrat metr ümumi, 49.5 kvadrat metr yaşayış sahəsindən ibarət 11 saylı mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, həmin satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmiçinin Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 21%-lə 36 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 Konstantinovna ilə 23 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 Konstantinovnanın mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 1 ci döngə, 11 saylı binada yerləşən 3 otaqlı 69.1 kv.m ümumi, 49.5 kv.m yaşayış sahəsindən ibarət 11 saylı mənzil ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 01 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 24 yanvar 2023cü il tarixədək, 21 oktyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 24 aprel 2023-cü il tarixədək uzadılmışdır. 2021-ci il yanvarın 24-dək Cavabdeh1 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 24155 manat 30 qəpik əsas, 2473 manat 19 qəpik faiz və 47 manat 79 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 26676 manat 28 qəpik borcu vardır. Cavabdeh1 banka 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 47 manat 79 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 11 manat 95 qəpik məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-416/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, 23233 manat 34 qəpik əsas borc, 3933 manat 61 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 27466 manat 95 qəpik məbləğində borc və ödənilmiş 169 manat 92 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və X5 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X7 məxsus Gəncə şəhəri, Zərifə Əliyeva küçəsi, döngə 1-də yerləşən 11 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 40000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh X2ytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və X5 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər X5 200 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, Cavabdeh1 200 manat məbləğində ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 23 oktyabr 2019-cu il tarixli, 10-BİZGZ-1-0-35-19 saylı kreditin verilməsinə dair müqavilədən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 21 faiz olmaqla, 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. 01 may 2020-ci il tarixli və 21 oktyabr 2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 10- BİZGZ-1-0-35-19 saylı kreditin verilməsinə dair müqaviləyə 1 saylı əlavə sazişlərdən görünür ki, 23 oktyabr 2019-cu il tarixli 10-BİZGZ-1-0-35-19 saylı kreditin verilməsinə dair müqavilənin şərtlərində müqavilənin müddəti uzadılmaqla dəyişiklik edilməsi tərəflər arasında razılaşdırılmışdır. Kredit müqaviləsinin müddəti 24 aprel 2023-cü il tarixinədək müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olna Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, döngə 1, 11 saylı evin 11 saylı mənzilinin bazar dəyəri 45000 manat, likvid dəyəri isə 40000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/3752 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdən faiz borcunun hesablanması dayandırıldıqda Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 10-BİZGZ-1-0-35-19 saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka 20428,32 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 20428,32 manat məbləğində borcunun olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdən sonra faiz borcunun hesablanması davam etdikdə Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 10- BİZGZ-1-0-35-19 saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka 23333,34 manat əsas borcu, 3933,61 manat faiz borcu olmaqla, cəmi 27266,96 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 416/2023 nömrəli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(115)-416/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, yəni iddia tələbinin təmin edilməyən faiz və cərimə hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspertiza rəyinə əsaslanıb iddia tələbinin cərimə və faiz hissəsini əsassız olaraq azaltmışdır. MPM-in 103.1-ci maddəsinədə də götərilir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 88-ci madəsində isə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yəni, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar: kredit müqaviləsinin şərtləri, maliyyə arayışı, ödəniş cədvəli və hesabdan çıxarış məlumatları ola bilər ki, ekspert tərəfindən qarşılıqlı olaraq araşdırılmamışdır. Çünki müqaviləyə və qanuna uyğun olaraq borclu tərəfindən ödənilən vəsait ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə ilə ödənildikdə, kreditor ilk növbədə həmin günə hesablanmış cərimə, faiz, artıq qalan məbləği isə əsasdan borcdan silə bilər. Yəni ekspert tərəfindən bu kimi hallar tam araşdırılmamışdır. Belə ki, tərəflərindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli dəqiqləşdirmə ərizəsindən görünür ki, cavabdehlərin banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 23233 manat 34 qəpik əsas borc, 7138 manat 21 qəpik faiz borcu və 1523 manat 76 qəpik cərimə borcu olmaqla, cəmi 31895 manat 31 qəpik məbləğində borcu vardır. Odur ki, iddiaçının tələbi ilə ekspert rəyi arasında ziddiyət olduğundan yenidən ekspertiza keçriməli idi. Dəbbə (cərimə) pulu hissəsində isə məhkəmə qeyd etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, 23233 manat məbləğində əsas borca hesablanmış 1523 manat məbləğində dəbbə pulu əsas borcun 6.5 faizini təşkil edir. Belə olan halda məhkəmənin dəbbə (cərimə) pulunun tənasübsüz olaraq yüksək qiymətləndirməsi əsassızdır və iddia tələbi həmin hissədə də tamt əmin olunmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 416/2023 nömrəli qətnaməsindən narazı qalan cavabdeh X8 apellyasiya şikayəti verərək, Gəncə Komersiya Məhkəməsinin 2-2(115)-416/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsini ləğv edib, iddianın həm faiz, həm əsas, həm də cərimə tələb edilən pulun azaldılması, həmcinin mənzilin ilkin satış qiymətiən azından 65000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyssiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bank tərəfindən tələb edilən həm əsas, həm də faiz borcunun həddindən artıq şişirdilmiş olmasını nəzərə almamışdır. Bundan başqa məhkəmə mənzilin ilkin satış qiymətini 40000 manat müəyyən edərkən də səhv nəticəyə gəlmişdir. Belə ki, həmin mənzilin bugünkü bazar dəyəri ən azı 65000-70000 manatdır. Buna görə də hesab edir ki, mənzilin ilkin satış qiyməti ən azından 65000 manat müəyyən edilməli idi. Qeyd etmək istəyir ki, məhkəmə kollegiyası bu iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və rəy alınmışdır. Lakin həmin rəy həqiqəti əks etdirmir və yalnız bankın sənədlərinə əsaslanaraq borc müəyyən edilmişdir. Ona görə də bu iş üzrə təkrar ekspertiza təyin edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ipoteka predmeti olan ev yaşayış üçün demək olar ki, yaralı vəziyyətdə deyildir. İlkin satış qiyməti isə düzgün müəyyən edilmişdir. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, cavadbeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-416/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissələr üzrə, yəni cavabdehlərdən tutulan əsas borc və faiz məbləği, dəbbə pulu və ipoteka predmetinin ilkin satış qismətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-416/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3752 nömrəli rəyindən görünür ki, ekspert tərəfindən xx.xx.2023-cü il tarixə olan əsas borc məbləğinin 23333,34 manat olması müəyyən edilmişdir. Həmçinin ekspert rəyindən görünür ki, həmin məbləğ o cümlədən 24 may 2022-ci il tarixinə olan qalıq əsas borc olmuşdur ki, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir məbləğ ödənilməmişdir. Həmçinin, 24 may 2022-ci il tarixinə qalıq olan 23333,34 manat əsas borc məbləğinə münasibətdə həmin tarixə qalıq faiz borcu olmamışdır. İddiaçı isə məhz ekspert rəyi verildikdən sonra ekpsertin əsas borcla bağlı verdiyi rəylə razılaşmaqla, iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən ekspert rəyi ilə müəyyənləşdirilmiş 23233,34 manat əsas borc məbləğini tələb etmişdir ki, bununla da iddiaçı 13 mart 2023-cü il tarixinə olan əsas borc və ona hesablanmış faiz məbləğini tələb etməklə yanaşı, 24 may 2022 və 13 mart 2023-cü il tarixlərinə qalıq olan 23333,34 manat əsas borc məbləği ilə, o cümlədən 24 may 2022-ci il tarixinə qalıq olan 23333,34 manat əsas borc məbləğinə münasibətdə həmin tarixə faiz borcunun olmaması ilə razılaşmış hesab olunmuşdur. Həmçinin iddiaçı qətnamənin cavabdehlərdən tutulan əsas borc məbləği hissəsindən şikayət verməmişdir. İşin mübahisə edilməyən halı kimi 24 may 2022-ci il tarixinə qalıq olan əsas borcun 23333,34 manat olması, həmin tarixə isə faiz borcunun olmaması, kredit müqaviləsi üzrə borcun illik 21 faiz ödənilməsi şərti ilə verilməsi, 24 may 2022-ci il tarixinə qalıq borc məbləğinin 23333,34 manat olması, 24 may 2022-ci il tarixindən 13 mart 2013-cü il tarixinədək olan müddətin 289 gün təşkil etməsi və günlük faiz məbləğinin 13,61 manat olması nəzərə alındıqda, 13 mart 2013-cü il tarixinə, yəni borcun tələb edildiyi tarixədək hesablanmalı olan faiz məbləğinin 3933,61 manat məbləğində olması düzgün olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini fazi məbləği hissəsində ekpsert rəyi ilə müəyyən edilmiş məbləğdə təmin etməklə düzgün nəticəyə gəlmiş, şikayətin dəlilləri isə əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh də qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Yuxarıda qeyd olunan əsaslandırma ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilmişdir ki, bununla da cavabdehin də borc məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilləri əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəəbə pulu məbləği 300 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləği tələb olunan faiz məbləğinə münasibətdə ağlabatan və ədalətli olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddiaçının və cavabdehin dəbbə pulunun düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin dəyərinin düzgün müəyyən olunmaması ilə bağlı şikayyətinin dəlilinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 45000 manat müəyyən edilmişdir ki, həmin məbləğ "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş 45000 manat bazar dəyəri, 40000 manat likvid dəyərə uyğun olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğ arasında hər hansı bir fərq olmamışdır ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayətlər təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 416/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 416/2023 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.