Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-249/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-172/2023 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-172/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 10359 (on min üç yüz əlli doqquz) manat əsas borc, 4394,40 (dörd min üç yüz doxsan dörd manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 14753,40 (on dörd min yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 22.000 manat olan Cavabdeh1 məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 300(üç yüz) manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ013501 **********1944, VÖEN**********, AZ90AİİB******************** saylı hesaba ödənilməsi, Cavabdeh3 134,26 (bir yüz otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-172/2023 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edib, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10359 manat əsas borcun, 4394,40 manat faiz borcun, cəmi 14753,40 manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 22000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 14753,40 manat məbləğin, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən ticarətin inkişafı məqsədi ilə illik 20%-lə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə fiziki şəxs Cavabdeh2 arasında 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə ipotekaqoyan arasında 25 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Kərimov X1 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatına olan borcu 10359 manat əsas borc və ona hesablanmış 4394,40 manat faiz borcu olmaqla, cəmi 14753,40 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən göründüyü kimi o, iddianın təmin edilməyən hissəsində qanuni və əsaslı deyildir. Gəncə Kommersiya Məhkəməsi iddia tələbinin Cavabdeh2 Kommunar qızına qarşı yönəldilməməsinin əsas səbəbini ona kredit müqaviləsinin icra müddəti bitdikdən sonra, yəni 25 noyabr 2021-ci ildən 25 noyabr 2022-ci ilədək olan müddət ərzində iddiaçı tərəfindən zaminə qarşı iddianın irəli sürülməməsi səbəbi ilə əsaslandırmışdır. Hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsi İddiaçı QSC-nin iddiasını qismən təmin edərkən həm maddi, həm də mülki prosessual hüquq normalarını pozmuşdur. Ona görə də Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi iddianın qismən, yəni zamin Cavabdeh2 Kommunar qızına qarşı təmin edilməməsi hissəsində ləğv edilməli və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd edilməlidir ki, tərəflər arasında hazırkı mübahisə kommersiya mübahisəsidir və bu mübahisə ilə bağlı, məhkəmə müraciət edilməmişdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət edilməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə kredit müqaviləsi və digər sənədlər əsasında verdiyi krediti qaytarmaq üçün məhkəməyə müraciət edilənə qədər kifayət qədər vaxt itirməli olur. Məhkəməyə müraciət edilməsi üçün bu qədər mürəkkəb prosedurların olması və iddiaçının kifayət qədər vaxt itirməsi onun hüquqlarının pozulmasına və iddianın vaxtında məhkəmə verilməməsinə gətirib çıxarır. Əsas müqavilə üzrə tələb borcluya qarşı irəli sürülmədən, birbaşa zaminə qarşı tələbin irəlin sürülməsi qanunvericiliyin tələblərinə ziddir. Yəni zaminlik müqaviləsi də mediasiya prosesində baxılan mübahisənin tərkib hissəsi olduğundan, belə olan halda kəsici müddətin axımı dayandırılmalıdır. Əks təqdirdə bu kreditorun mənafeyinin ciddi pozulması ilə nəticələnə bilər. Yəni birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, mediasiya üçün sərf olunmuş müddət nəzərə alınmalı idi. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və son nəticədə bu iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Zaminə münasibətdə iddianı təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 25 noyabr 2021-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlərin öhdəliyinə xitam verilmiş hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsindən görünür ki, borcverən - İddiaçı QSC borcalana pul vəsaitinin borc verilməsini, borcalan-Cavabdeh3 isə alınmış vəsaitini və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcverən borcalana hazırkı müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2-ci və 2.3-cü bəndlərində göstərilən layihələr üzrə ticarətin inkişafı məqsədi ilə illik 20%-lə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsindən görünür ki, 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli 930/a sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 518 nömrəli və xx.xx.2022-ci il tarixli 517 nömrəli pretenziya məktularından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞG/1-02846 nömrəli illkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 200 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022- ci il tarixə kredit təşkilatına olan borcu 10359 manat əsas borc, 4394,40 manat faiz borcu olmaqla, cəmi borc 14753,40 manat borc təşkil edir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair 19 iyun 2023-cü il tarixli 02- 42/23 saylı ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində 0.01 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 39.2 kv.m metr, yaşayış sahəsi 39.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 28 000 manat, likvid dəyəri isə 22 000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən ticarətin inkişafı məqsədi ilə illik 20%-lə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə fiziki şəxs Cavabdeh2 arasında 25 noyabr 2019-cu il tarixli 930/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə ipotekaqoyan arasında 25 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Kərimov X1 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 930 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatına olan borcu 10359 manat əsas borc və ona hesablanmış 4394,40 manat faiz borcu olmaqla, cəmi 14753,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunvericilyin qeyd olunan tələbindən də göründüyü kimi zaminlər də kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borc və əsas borca hesablanmış cərimə hissəsində əsas borclu ilə yanaşı zaminlərə münasibətdə də tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminlik müqaviləsi ilə bağlı qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab edilir. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə görə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Birinci instansiya məhkəməsinin iddia tələbinin zaminə aid hissədə təmin edilməli olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, 25 noyabr 2019-cu il tarixli 930 saylı kredit müqaviləsinin ödənilməsinin son müddəti 25 noyabr 2022-ci il tarixi müəyyən edilmişdir. İş materiallarından görünür ki iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göründüyü kimi mediasiya prosesi 01 ay 06 gün davam etmiş, yəni həmin müddətdə iddia müddətinin axımı dayanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin davam etdirildiyi vaxt iddia müddətinin axımı dayandırılır. İşdən göründüyü kimi iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 30 dekabr 2022-ci il tarixdə, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən 01 ay 05 gün sonra müraciət etmişdir ki. bu da müddətin ötürülməsi hesab edilə bilməz. Ona görə ki, iddia müddətinin axımı mediasiya prosesi ilə bağlı 01 ay 06 gün dayandırılmışdı. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlərin öhdəliyinə xitam verilmiş hesab edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd olunan kredit müqaviləsi üzrə yaranmış kredit borcu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-172/2023 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və ləğv edilmiş həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tam təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10359 (on min üç yüz əlli doqquz) manat əsas borc, 4394,40 (dörd min üç yüz doxsan dörd manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 14753,40 (on dörd min yeddi yüz əlli üç manat qırx qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-249/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-249/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver