Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-249/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı artıq ödənilən və bankın depozitində saxlanılan pulun müqavilə üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 999/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-910/2019 nömrəli qətnaməsindın görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4547/2018 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5085/2019 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-910/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 932/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, İddiaçı ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1071/2022 nömrəli qətnaməsindın görünür ki, iddaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-932/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5140/2022 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1071/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı xx.xx.2017-ci il tarixli, ******* №-li “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında, 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri- yaşayış binası İddiaçı ASC-nin adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqısatqı müqaviləsindən görünür ki, tərəflər öhdələrinə götürürlər ki, İddiaçı ASC-nin (gələcəkdə Satıcı adlanan) xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında istifadəsində olan ümumi sahəsi 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (Çixarış: Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi 20***- *******- 06301, qeydiyyat tarixi xx.xx.2017-ci il) dəyəri, yəni 250000 (iki yüz əlli min) AZN məbləğ olaraq Cavabdeh (gələcəkdə Alıcı adlanan) tərəfindən bir hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) AZN ödənildikdən sonra qeyri- yaşayış binası Alıcıya təhvil verilir. Əmlakın dəyərinin qalan hissəsi, yəni 125000 (bir yüz iyirmi beş min) AZN 6 (altı) ay ərzində ödənildikdən sonra isə həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onu Alıcının xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və təhvil yerilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini (bundan sonra-Əsas müqavilə) bağlayacaqlar (1.1). Alıcı bu müqavilənin 1.1- ci bəndində, göstərilmiş. 250,000 (iki yüz əlli min) AZN pul vəsaitinin bir qismini, yəni 125,000 (bir yüz iyirmi beş min) manatı Satıcıya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə ödədi, qalan hissəsini isə, yəni 125,000 (bir yüz iyirmi beş min) manatı 6 (altı) ay ərzində ödəməyi öz öhdəsinə götürür (2.1). 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə 3 gün ərzində 125000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Cari hesaba mədaxil qəbzlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə 30,000 manat, xx.xx.2015-ci il tarixdə 4,000 manat, xx.xx.2015-ci il tarixdə 1,000 manat, xx.xx.2015-ci il tarixdə 2,000 manat, xx.xx.2015-ci il tarixdə 2,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2016-cı il tarixdə 1,200 manat, xx.xx.2016-cı il tarixdə 3,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 2,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,500 manat, xx.xx.2017-ci il tarixdə 1,500 manat, xx.xx.2017-ci il tarixdə 1,200 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2018-ci il tarixdə 1,000 manat, xx.xx.2018-ci il tarixdə 1,500 manat, xx.xx.2018-ci il tarixdə 1,200 manat, xx.xx.2018-ci il tarixdə 1,200 manat, xx.xx.2019-cu il tarixdə 2,000 manat, xx.xx.2019-cu il tarixdə 2,000 manat, xx.xx.2019-cu il tarixdə 1,500 manat, xx.xx.2020-ci il tarixdə 15,000 manat olmaqla, ümumilikdə 87,300 manat məbləğində pul Cavabdeh tərəfindən kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürülmüşdür. İddiaçı ASC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi 423937.50 manat məbləğinə İddiaçı ASC tərəfindən əldə edilmişdir. Əmlak, Bank tərəfindən əldə edilən zaman borcalana verilməsi üçün 181,071.60 (yüz səksən bir min yetmiş bir manat altmış qəpik) manat məbləğində pul Gəncə şəhər icra idarəsinə köçürülmüşdür. Hal-hazırda Cavabdeh adına İddiaçı ASC-də heç bir depozit məbləği yoxdur. Həmçinin bildirilir ki, iddiaçı tərəfindən 2021-ci il tarixində hərracın yekunlarına dair protokolun etibarsız sayılması tələbi ilə iddia qaldırılmış, bu məsələlər həmin prosesdə də müzakirə olunmuş və bu iddia Nərimanov Rayon Məhkəməsinin 2(005)-932/2021 saylı qətnaməsi ilə rədd edilmişdir. Bu qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də şikayət təmin olunmamışdır. Cavabdeh məxsus AZ04TURA******************** №-li hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə 30,000 manat, xx.xx.2015-ci il tarixdə 4,000 manat, xx.xx.2015-ci il tarixdə 1,000 manat, xx.xx.2015-ci il tarixdə 2,000 manat, xx.xx.2015-ci il tarixdə 2,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2016-cı il tarixdə 1,200 manat, xx.xx.2016-cı il tarixdə 3,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 2,000 manat, xx.xx.2016-cı il tarixdə 1,500 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2016-cı il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,500 manat, xx.xx.2017-ci il tarixdə 1,500 manat, xx.xx.2017-ci il tarixdə 1,200 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2017-ci il tarixdə 1,000 manat, xx.xx.2018-ci il tarixdə 1,000 manat, xx.xx.2018-ci il tarixdə 1,200 manat, xx.xx.2018-ci il tarixdə 1,500 manat, xx.xx.2018-ci il tarixdə 1,200 manat, xx.xx.2019-cu il tarixdə 2,000 manat, xx.xx.2019-cu il tarixdə 2,000 manat, xx.xx.2019-cu il tarixdə 1,500 manat, xx.xx.2020-ci il tarixdə 15,000 manat, xx.xx.2020-ci il tarixdə 18,000 manat olmaqla, ümumilikdə 107,300 manat məbləğində pul Cavabdeh tərəfindən kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında istifadəsində olan ümümi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (**********46- 06301) boşaldılması və qeyd olunan əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən TuranBank ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının ümumi alqı-satqı dəyəri 250,000 AZN ( iki yüz əlli min manat) müəyyən edilmişdir. Həmin məbləğin bir hissəsi, yəni 125,000 AZN (bir yüz iyirmi beş min manat) cavabdeh tərəfindən ödənildikdən sonra qeyri-yaşayış binası Cavabdeh təhvil verilmişdir. İlkin alqı satqı müqaviləsinin şərtlərinə əsasən, əmlakın dəyərinin qalan hissəsi, yəni 125,000 AZN (bir yüz iyirmi beş min manat) 6 ay ərzində satıcı İddiaçı ASC-yə ödənilməli idi. Lakin alqı-satqı müqaviləsinin üzərindən 2 ilə yaxın müddətin keçməsinə baxmayaraq hələ də qalıq məbləği satıcı İddiaçı ASC-yə ödəməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Cavabdeh müqavilədə göstərilən qaydada və məbləğdə daşınmaz əmlakın dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri pozmuşdur. Belə ki, Cavabdeh tərəfindən 125,000 AZN (bir yüz iyirmi beş min manat ) ödəniş edilsə də, yerdə qalan 125,000 AZN (bir yüz iyirmi beş min manat) məbləğində borc ödənilməmiş qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Cavabdeh İddiaçı ASC-yə qarşı “ödənilən pulun borca silinməsi və ya alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə artıq ödənilən və onların depozitində saxlanılan 114,500 manat pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə bankdan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə onun arasında həqiqətən xx.xx.2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının ümumi alqı-satqı dəyəri 250,000 AZN (iki yüz əlli min manat) müəyyən edilmişdir. Həmin məbləğin 125,000 manatı onun tərəfindən dərhal cavabdehə ödənilmişdir. Qalan 125,000 manatı isə onunla Bank rəhbərliyi arasında olan razılığa əsasən onun tərəfindən banka artıq ödənilmiş və bankın depozitində saxlanılan 114,000 manatın hesabına ödənilməliydi. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 mart 2012-ci il tarixli qətnaməsi ilə ondan bankın xeyrinə 261,539 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra o, müxtəlif vaxtlarda banka 114,500 manat pul ödəmişdir. Bundan sonra Bank ipoteka predmeti olan əmlakı hərracdan 423,000 manata əldə edib 261,539 manat borcu silmişdir. Onun tərəfindən isə banka ödənilən 114,500 manat bankda qalmışdır. Onların arasında belə qeyri-rəsmi razılıq olsa da, müqavilə bağlandıqdan sonra bank həmin pulu ona qaytarmamış, nə də ki, razılıqlarına uyğun olaraq borcundan silməmişdir. Belə olan halda həmin məbləğ pulun xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməli və ya ona qaytarılmalıdır ki, o, müqavilə üzrə borcu ödəsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-999/2025 nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) ilkin iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında istifadəsində olan ümümi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (**********46-06301) boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ASC-dən 60,910 (altmış min doqquz yüz on) manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272.73 manat pulun İddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan 132.27 manat hissəsinin Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-999/2025 saylı qətnaməsinin tamamilə ləğv edilərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ilkin iddia tələbinin əsassız olması ilə bağlı dəlilləri aşağıdakılardan ibarətdir: 1. Məhkəmə mübahisəsinin predmeti İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin icra edilməməsidir. İlkin iddia üzrə iddiaçı da, məhkəmədə qaldırmış olduğu iddia tələbinin maddi hüquqi əsası kimi ilkin alqı-satqı müqaviləsinin 1.1 və 4.2-ci maddələrinə istinad etmişdir. Kommersiya işinin hallarından görünür ki, tərəflər arasında mövcud mübahisə xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin müddəalarına uyğun həll edilməlidir. Əgər həmin müqavilə müddəallarında olan qeyrimüəyyənliklər mübahisəni həll etməyə imkan verməsə qanun və hüququn analogiyasından istifadə etməklə mübahisəni həll etmək olar. İndiki vəziyyətdə isə xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin müddəaları mövcud mübahisəni həll etmək üçün yetərlidir və əlavə maddi hüquq normasına istinad etməyə hər hansı zərurət yoxdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi qüvvədədir. Həmin müqavilə ləğv edilmədən ilkin iddia tələbi üzrə iddiaçının mövcud iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İlkin iddia tələbində əmlakın boşaldılması və təhvil verilməsi tələb edilsə də, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən 125,000 manatın müqəddəratı həll olunmayıbdır. Əslində isə xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqısatqı müqaviləsinin şərtləri ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən pozulmuşdur. Kommersiya iş materiallarında ilkin iddiaçı 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubuna istinad edir. Həmin məktubda göstərilir ki, cavabdehə 3 gün ərzində 125,000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd olunur. Sual yaranır niyə cavabdeh 6 ay müddətin tamamında deyil, 2 il müddət keçdikdən sonra xəbərdarlıq məktubu göndərmişdir. Cavab sadədir. Çünki, tərəflər arasında yerdə qalan 125,000 manat borcun artıq ödənilmiş vəsaitlər hesabına silinməsi ilə bağlı razılıq olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Rüfət Ağayev izahat verərək bildirmişdir ki, obyekt satılandan sonra artıq qalan pul icranın fonduna köçürülüb ki, tərəfə verilsin. Cavabdeh də pulu qəbul etmədiyi üçün pul bankın öz hesabına qaytarılıb. Bütün ödənişlər çıxılandan sonra 250 min manat borc qalıb. Cavabdeh ondan 125 min manat ödəyib, qalanını da ödəmək üçün 6 ay vaxt götürüb. İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunur ki, ilkin alğı-satqı müqaviləsini əvvəlki kredit münasibətləri üzrə qalmış 250,000 manat borcun ödənilməsinə görə bağlamışlar. İlkin iddia tələbi üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmişdir. Belə ki, ilkin alqısatqı müqaviləsi üzrə 250,000 manat borcdan 125,000+114,000=239,000. Əgər belə bir hal olmasaydı 2 il sonra ilk iddia üzrə iddiaçı xəbərdarlıq məktubu göndərməzdi. Cavabdeh yerdə qalan 11,000 manatı ödəmək istəyəndə ilk iddia üzrə iddiaçı 125,000 manat borcu qaldığını bildirmişdir. Əlavə olaraq məhkəmə qətnaməsinin 43-cü abzasında göstərilir ki, Cavabdeh tərəfindən ödənilmiş pulların artıq ödəniş olması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5140/2022 saylı Qərarı ilə də öz təsdiqini bir daha tapmışdır. İddiaçı ASC-nin nümayəndəsi Rüfət Ağayev həmin pulların bankla vətəndaş arasında olan şifahi razılığa əsasən alğı-satqı müqaviləsinə hesablanması və banka aid olmasını bildirmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi dolayısı ilə təsdiq edir ki, artıq ödənilmiş məbləğlər alğı-satqı müqaviləsinə hesablanmışdır. Tərəflər arasında isə kredit müqaviləsindən sonra yeganə alğı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsidir. Bu fakt onu təsdiq edir ki, Cavabdeh ilkin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razıdır. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən 107,300 manat ödəniş edildiyini qəbul etmiş, ancaq həmin vəsaitin 46,390 manatını "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə görə çıxmaqda səhvə yol vermişdir. İddiaçı ASC-nin nümayəndəsi Rüfət Ağayev məhkəmə iclasında bildirir ki, Cavabdeh ilkin alqı-satqı müqaviləsinədək olan borcu 250,000 manat olmuşdur. xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ilə həmin 250,000 borc rəsmiləşdirilmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilkin alqı-satqı müqaviləsindən sonra Cavabdeh tərəfindən 125,000 manat ödənilmişdir. Mübahisəli hissə yerdə qalan 125,000 manatın ödənilib-ödənilməməsi ilə bağlıdır. İddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatından bu qənaətə gəlmək olur ki, ilkin alqısatqı müqaviləsi bağlanılanadək "xxxx" MMC-nin 250,000 manat borcu qalmışdır. 250,000 manat borcdan ödənişləri: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin baş ofisinə 46,390 manat; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında Cavabdeh tərəfindən İddiaçı ASC-nin baş ofisinə 24,847 manat ödənişlər edilmişdir. Həmin ödənişlər "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə silinmişdir. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin fəaliyyət yerinin hara olması araşdırılmamışdır. ünvan 2 ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir. İlk iddia üzrə iddiaçı ünvan 2-nin mühafizəsi və elektrik xərclərini çəkə bilərdi. Ancaq, kommersiya iş materiallarında ünvan 2 vəya Şəmkir Şossesi 4A ünvanında yerləşən "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinin 46,390 + 24,847 = 71,237 manat olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət versələr də, birinci instansiya məhkəməsi vəsatəti təmin etməmişdir. İlk iddia üzrə iddiaçı tərəf bildirir ki, ilkin alqı-satqı müqaviləsi bağlananadək, daha dəqiq desək xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin İddiaçı ASC-yə borcunun olub-olmaması, əgər varsa borcun ümumilikdə məbləği, borcun hansı əsaslardan yaranması barədə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməlidir. Mübahisəli əmlak 2020-ci ilin mart ayından 2023-cü ilin 17 may tarixinə kimi İddiaçı ASCnin istifadəsində olmuşdur. Qeyd olunan müddətlərdə "xxxx" MMC və ya Naftalan sağlamlıq mərkəzinin ora hər hansı girişi olmamışdır. Həmçinin qeyd edilmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilkin alqı-satqı müqaviləsinin forması ilə bağlı hər hansı problem yoxdur. Mövcud mübahisə müqavilənin şərtlərinə riayət edilməməsi ilə bağlıdır. Qətnamənin 10-cu abzasında göstərilir ki, 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehə 3 gün ərzində 125,000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Bu fakt onu təsdiq edir ki, ilkin iddia üzrə iddiaçı müqavilə üzrə öhdəliklərə xitam vermədən məhkəməyə müraciət etmişdir. Hazırda ilkin alğı-satqı müqaviləsi qüvvədə olduğu üçün ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh artıq ödənilmiş məbləğlərin ilkin alqı-satqı müqaviləsi üzrə borca silinməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Birinci istansiya məhkəməsi ilkin alqı-satqı müqaviləsini alqı-satqı müqaviləsi kimi qəbul etməkdə düzgün nəticəyə gəlsə də, qalıq borcun ödənilməməsi əsası ilə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, Cavabdeh borcunu tam ödəməyə hazırdır. Borcun ödənilməsindən imtina etmir. Sadəcə mübahisə konkret borcun nə qədər olması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında ilkin alqı-satqı müqaviləsindən əlavə öhdəliklərin əvəzləşdirilməsi ilə bağlı razılıq olmuşdur. İlkin iddia üzrə Cavabdeh öz tələbindən qismən 125,000 manat borc öhdəliyinin əvəzi olaraq imtina etmişdir. İlkin iddia və qarşılıqlı iddia tələbinin xahiş etdi hissələrində müqavilənin pozulması ilə bağlı hər hansı müddəanın olmadığı və ya pozulma ilə bağlı hər hansı tələb yoxdur. Ümumiyyətlə ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya dəyişdirilməsi tərəflərin razılığı ilə mümkündür. Tərəflər isə ilkin alqı-satqı müqaviləsini nə ləğv etmiş, nə də dəyişdirmişlər. Məhkəmə mübahisəsinin predmetində isə müqavilənin ləğvi və dəyişdirilməsi araşdırılmamışdır. Bu isə o deməkdir ki,müqavilə ləğv edilmədən ilkin iddia üzrə iddiaçı qeyd olunan iddia tələbini qaldıra bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətinin əsas dəlili 125,000 manatın ödənilməməsi ilə bağlıdır. Həmin dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin məbləğ artıqlaması ilə ödənilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında da iddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, ilkin alğı-satqı müqaviləsindən sonra bütün borclar bağlandıqdan sonra 250,000 manat borc qalmışdır, hansı ki, həmin borcdan 125,000 manat cavabdeh tərəfindən ödənilmişdir. Qeyri-yaşayış sahəsinin satışından sonra artıq qalan məbləğ bank tərəfindən tərəfin imzası ilə ilkin alğı-satqı müqaviləsindən sonra yaranmış borcdan silmişdir. Lakin iş materiallarından görünür ki, İddiaçı ASC müqaviləni Naftalan Sağlamlıq Mərkəzi ilə bağlamışdır. "xxxx" MMC ilə bank arasında heç bir müqavilə olmamışdır. Həmçinin "xxxx" MMC-nin xərcləri adı altında Naftalan Sağlamlıq Mərkəzindən pulun tutulması yolverilməzdir. 46,000 manat pulla bağlı hissədə isə bildirmişdir ki, əvvəlcə aydınlaşdırılmalı məsələ Tahir Quliyevin banka nə qədər borcunun olduğudur. Çünki, bank özü bildirir ki, Tahir Quliyevin müqavilə bağlanan vaxta qədər, yəni xx.xx.2023-cü il tarixədək 250,000 manat borcu qalmışdır. Bu zaman belə bir sual orataya çıxır ki, artıq ödənilmiş məbləğləri, əmlakın satışından qalan artıq vəsaiti nəyə hesablayıblar? Əslində məsələnin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən artıq ödənişlər 125,000 manat borcun ödənilməsinə çıxılmalı idi. Əgər ödəniş olunmurdusa, niyə 6 ay ərzində deyil, 2 il müddətində məhkəməyə iddia verirdilər? Tərəf yalnız əmlakın qaytarılmasını və onunla müqavilə bağlamaq üçün müraciət etdikdən sonra bank məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, o, banka birdəfəlik 125,000 manat , daha sonra isə hissə-hissə olmaqla cəmi 114,000 manat pul ödəmişdir. Buna baxmayaraq bank sənədlərində istədiyi məbləği qeyd edir. Belə ki, əvvəlcə onun tərəfindən 107,000 manat ödəniş olduğunu bildirsələr də, hazırda isə 111,000 manat ödəniş etdiyini bildirirlər. Mühafizə, elektrik xərcləri də şişirdilmişdir. Bundan əlavə onun giriş-çıxışı olmadığı bir obyektin xərcləri üçün onun hesabından pulun silinməsi qanunauyğun deyildir. İddiaçı ASC-nin nümayəndəsi Rüfət Ağayev apellyasiya şikayətinə etiraz edərək şikayəti qəbul etmədiyini bildirərək əlavə olaraq qeyd etmişdir ki, Tahir Quliyev son nəticədə 24,258.16 manat ödəniş etməli olduğu halda ödəmədiyinə görə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən 61,121 manat ödəniş etməli olduğu halda 4,169 manat ödəniş etmişdir. Daha sonra borc əmlaka yönəldildikdən sonra borc silinmiş, 5% hərracın pulu, 7 % icra xidmətinin pulu və əmlakın dəyəri olan 461,000 manat pul balansa götürülmüşdür. Artıq qalan 181,000 manat pul Tahir Quliyevin hesabına köçürülmüşdür ki, qeyri-yaşayış sahəsini boşaltsın. Cavabdeh isə qeyri-yaşayış sahəsini boşaltmadığına görə həmin pul icranın xüsusi hesabında saxlanılmışdır. Cavabdeh tərəfindən 2020-ci ilə qədər 111,469 manat pul ödənilmişdir. 2020-ci ildə qeyriyaşayış sahəsinin boşaldılması barədə cavabdehə müraciət edilsə də, cavabdeh oranı boşaltmadığı üçün icra məmurlarının iştirakı ilə məcburi qaydada boşaldılmışdır. Cavabdeh özü ərizə ilə müraciət edərək borcunun olduğunu etiraf etmiş, dəfələrlə borcun ödənilməsi ilə əlaqədar möhlət istəmişdir. Apellyasiya şikayətinin dəlillərində ilk iddia üzrə cavabdeh 125,000 manat ödəniş etdiyini, 114,000 manat pulun isə cari hesabdan silindiyini əsas gətirərək 250,000 manat borcun bağlandığını bildirir. Lakin cavabdeh öhdəliyini icra etmədiyinə görə bank tərəfindən borcluya 6 ay möhlət verilmiş, hər dəfə borcun tələb edilməsi zamanı möhlət istədiyinə görə bank tərəfindən məhkəməyə gec müraciət olunmuşdur. Mühafizə və elektrik xərcləri üçün 60,000 manat pul hesabdan bankın əməkdaşı tərəfindən silinmiş, lakin səhvən təyinatı düzgün göstərilmədiyindən məhkəmə həmin hissədə iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında istifadəsində olan ümumi sahəsi 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının dəyəri, yəni 250,000 manatın bir hissəsi, yəni 125,000 manat Cavabdeh tərəfindən ödənilmiş, sonuncu, əmlakın dəyərinin qalan hissəsini, yəni 125,000 manat pulu 06 (altı) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Qalan məbləğ ödənildikdən sonra isə əmlakın Cavabdeh xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və təhvil verilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini bağlayacaqdır. (1.1). Alıcı 125,000 manatı Satıcıya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə ödəmişdir. Lakin, Cavabdeh qalan 125,000 manat pulu 6 (altı) ay ərzində ödəməyi öz öhdəsinə götürsə də, bu məbləği ödəməmişdir. Bu səbəbdən iddiaçı həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını və həmin sahənin təhvil verilməsini tələb edir. Cavabdeh qarşılıqlı iddia tələbində Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı eyri-yaşayış sahəsinin satışından qalan 181,071.60 manatın və həmçinin artıq ödədiyi 114,500 manatın bank tərəfindən silindiyini və nəzərə alınmadığını bildirərək, alğı-satqı müqaviləsi üzrə geri qalan borca silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilmiş, cavabdeh tərəf həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yanız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi qüvvədədir. Həmin müqavilə ləğv edilmədən ilkin iddia tələbi üzrə iddiaçının mövcud iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə 3 gün ərzində 125,000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Beləliklə, alğı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış cavabdeh onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən və cavabdehə bu barədə xəbərdarlıq edildiyindən müqavilə ləğv edilmiş sayılmalıdır. Apellyasiya şikayətinin ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən 125,000 manatın müqəddəratının həll olunmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, nə ilk, nə də qarşılıqlı iddia ərizəsində bu barədə hər hansı tələb qeyd edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, bu hal cavabdehin həmin məbləğin ona qaytarılması tələbi ilə bağlı sonradan məhkəmədə iddia qaldırmasına maneə deyildir. Apellyasiya şikayətinin digər dəlili ilkin iddia üzrə cavabdehin iddiaçı banka borcu olmadığı ilə bağlıdır. Belə ki, hesab edir ki, onun tərəfindən artıq ödənilən və onların depozitində saxlanılan 114,500 manat pul xx.xx.2023-cü il tarixində bağlanan ilkin alqısatqı müqaviləsi üzrə olan borca silinməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, Cavabdeh banka 114,500 manat artıq ödəniş etdiyini bildirsə də, iş materiallarında olan onun tərəfindən təqdim edilən mədaxil qəbzlərindən, eləcə də ona məxsus bank hesabından çıxarışdan görünür ki, Cavabdeh ümumilikdə 107,300 manat məbləğində pulu kredit ödənişi məqsədilə İddiaçı ASC-nin hesabına köçürmüşdür. Həmçinin apellyasiya şikayətinin mühafizə və elektrik xərclərinin cavabdehdən tutulmasının müqavilənin və qanunvericliyin tələblərinə uyğun olub-olmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 24,847 manat məbləğində pul "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə sərf edilmişdir. Həmçinin, həmin çıxarışdan müəyyən olur ki, 24,847 manat mühafizə və elektrik xərcləri satışdan əldə edilən vəsaitdən qalan 181,071.60 manat puldan silinmiş, geri qalan 156,224.60 manat məbləğində pul isə cavabdehin razılığı əsasında alğı-satqı əməliyyatı aparmaq üçün məxaric edilmişdir. Həmçinin xx.xx.2010-cu il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC-nin mühafizə və elektrik xərclərinə görə ödənilən 46,390 manat məbləğində pul Cavabdeh razılığı ilə onun tərəfindən ödənilmiş 107,300 manat puldan çıxılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə Mülki Məcəllənin 385.1, 386,1, 402, 442, 445, 448, 567, 598.1, 598.4, 599.1, 600, 601 və 646-cı maddələrin tələbləri baxımından düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-999/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-249/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-249/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver