Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-260/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamanova Yasəmən Hidayət qızına qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1061/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1061/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Zamanova Yasəmən Hidayət qızı arasında bağlanmış 23 aprel 2014-cü il tarixli 437/18 USD saylı kredit müqaviləsi üzrə yaranmış 814 (səkkiz yüz on dörd) manat 33 (otuz üç) qəpik əsas borc, ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 5 (beş) manat 30 (otuz) qəpik dövlət rüsumunun cavabdeh Zamanova Yasəmən Hidayət qızından tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdeh Zamanova Yasəmən Hidayət qızından 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1061/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 479,01 ABŞ dolları əsas borc, 214,17 ABŞ dolları faiz borcu, 1897,36 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,85 ABŞ dolları faiz borcu olmaqla cəmi 2664,39 ABŞ dolları məbləğində borcun, ödənilmiş 60 manat mediasiyaya dair xərcin və 5,30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zamanova Yasəmən Hidayət qızından tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Zamanova Yasəmən Hidayət qızı arasında bağlanmış 437/18 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında ZM437/18 USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 3410,73 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4120,43 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aşağıda qeyd edilən halları qəbul etmirlər və mübahisələndirirlər. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, “mübahisələndirilən kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və xx.xx.2023-cü il tarixli problemli kreditlər kompensasiyasına dair elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, cavabdehin 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 814.33 manat təşkil edir. Ona görə də iddia tələbi 814.33 manat əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissə də təmin edilə bilməz”. Cavabdeh Zamanova Yasəmən Hidayət qızının mübahisələndirilən kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 479.01 ABŞ dolları (814.33 manat) təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2019cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Cavabdeh Zamanova Yasəmən Hidayət qızı ilə İddiaçı ASC arasında bağlanmış hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 360 gündən az, yəni 291 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Hesab edirlər ki, məhkəmə əsas kredit borcunu, yəni 814.33 manatı (479.01 ABŞ Dolları ekvivalentində) restrukturizasiya olunması təklif olunan kredit olduğunu ehtimal edərək əsas kredit borcunun cavabdeh Zamanova Yasəmən Hidayət qızından alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlmiş və bununla da əsassız qətnamə qət etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın borcun tutulmasının qismən təmin və rədd olunmuş hissələrində ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Zamanova Yasəmən Hidayət qızı arasında bağlanmış 23 aprel 2014-ci il tarixli 437/18 USD saylı kredit müqaviləsindən görünür ki, ona əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 32% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 aprel 2014-ci il tarixli ZM-437/18 USD saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borclunun öhdəliklərini yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 21 avqust 2015-ci il tarixli 68664511 saylı kredit müqaviləsinə əlavə sazişin 1.1-ci bəndinə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3410,73 ABŞ dolları təşkil etmiş və müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti xx.xx.2017-ci ilədək uzadılmışdır. İş materiallarında olan 21 avqust 2015-ci il tarixli 68664511 saylı zaminlik müqaviləsinə əlavə sazişin 1.1-ci bəndinə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3410,73 ABŞ dolları təşkil etmiş və müqavilənin 2.2-ci bəndinə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci ilədək uzadılmışdır. İş materiallarında olan kredit müqaviləsi üzrə 13 iyun 2017-ci il tarixli 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 4120,43 ABŞ dolları təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan zaminlik müqaviləsi üzrə 13 iyun 2017-ci il tarixli 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Zamanova Yasəmən Hidayət qızının ləğv prosesində olan İddiaçı ASC-yə 814,33 manat məbləğində əsas kredit borcunun olması qeyd olunmuşdur. İş materiallarında olan bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********449 saylı maliyyə arayışından görünür ki, Zamanova Yasəmən Hidayət qızının xx.xx.2014-ci il tarixli 68664511 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 479,01 ABŞ dolları əsas bоrcu, 214,17 ABŞ dolları faiz bоrcu, 1897,36 ABŞ dolları cərimə borcu və 73,85 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə cəmi 2664,39 ABŞ dolları məbləğində borcu var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Zamanova Yasəmən Hidayət qızı arasında bağlanmış 437/18 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında ZM437/18 USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 3410,73 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4120,43 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi.iddia ərizəsinə görə xx.xx.2023-cü il tarixə Zamanova Yasəmən Hidayət qızının kredit üzrə cəmi borcu 2664.39 (iki min altı yüz altmış dörd ABŞ dolları 39 sent) ABŞ dolları təşkil edir. Bundan 479.01 (dörd yüz yetmiş doqquz ABŞ dolları 01 sent) ABŞ dolları əsas, 214.17 (iki yüz on dördABŞ dolları 17 sent) ABŞ dolları faiz, 1897.36 (bir min səkkiz yüz doxsan yeddi ABŞ dolları 36 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 73.85 (yetmiş üç ABŞ dolları 85 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunun qaytarılması üçün zəruru tədbirlər görməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zamanova Yasəmən Hidayət qızının krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun 814,33 manat olması göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin 814,33 manat əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh1 və Cavabdeh2 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 814,33 manat kredit borcu cavabdeh Zamanova Yasəmən Hidayət qızından tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşdən görünür ki, İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Zamanova Yasəmən Hidayət qızı arasında bağlanmış 437/18 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi xx.xx.2017-ci il tarixdə Əlavə Sazişlə restrukturizasiya edildikdən sonra cavabdehin 479,01 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdeh isə yaranmış borcunu xəbərdarlıq edilməsinə baxmayaraq tam şəkildə ödəməmişdir. Birinci instansiya məhkəməsi isə problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışa əsaslanaraq Zamanova Yasəmən Hidayət qızının ləğv prosesində olan İddiaçı ASC-yə 814,33 manat məbləğində kredit borcunun olmasını qeyd edərək iddianı həmin formada təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına görə aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10.000 (on min) ABŞ dollarından, milli valyutada isə 17.000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Hazırkı iş üzrə kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında göstərilən 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin hazırkı borcu Fərmanın təsiri altına düşməmişdir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır Odur ki, məhkəmə kollegiyası hesab edir ki, 479,01 ABŞ dolları əsas borcu cavabdeh Zamanova Yasəmən Hidayət qızından alınaraq LPO İddiaçı ASC-yə verilməlidir. İddia ərizəsində göstərilən 214,17 ABŞ dolları faiz borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 479,01 ABŞ dolları əsas borca 8%-lə gecikdirilmiş 15 ay 13 günə 49,15 ABŞ dolları faiz hesablanmalı olduğu halda iddiaçı tərəfindən faiz borcu şişirdilmişdir. Odur ki, faiz borcu 49,15 ABŞ dolları miqdarında təmin edilməlidir. Borcun cərimə hissəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun normasından da göründüyü kimi məhkəmə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya hesab edir ki, cavabdehin 479,01 ABŞ dolları əsas borcu olduğu və borcun ödənilməsini gecikdirdiyi halda ondan cərimənin tutulmalı olmaması qənaətinə gəlməsi də qanuni hesab edilə bilməz. İddiaçının ödənilməmiş həmin borca görə cavabdehdən 1897,36 ABŞ dolları cərimə tələb etməsi ilə də razılşmaq olmaz. Belə ki, 479,01 ABŞ tutulmalı olması qənaətinə gəlməsi də tənasübsüz surətdə yüksək məbləğ hesab edilir. Odur ki, cavabdehə tətbiq olunan cərimə azaldılaraq 100 (bir yüz) ABŞ dolları miqdarında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdən görünür ki, cavabdeh kredit borcu üzrə ödənişləri lazımi qaydada etməmiş, yaranmış borcunu xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Odur ki, kollegiya hesab edir ki, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,85 ABŞ dolları vaxtə keçmiş faiz borcu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 407.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən birinci instansiya məhkəməsi kredit borcunun digər Cavabdeh1 və Cavabdeh2 tutulmasının rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinəəsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi iddianın borcun tutulmasının qismən təmin və rədd olunmuş hissələrində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, cavabdeh Zamanova Yasəmən Hidayət qızından 23 aprel 2014-cü il tarixli 437/18 USD saylı kredit müqaviləsi üzrə 479,01 ABŞ dolları əsas borc, 49,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,85 ABŞ dolları faiz borcu olmaqla cəmi 702,08 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçıya ödəmnilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1061/2023 saylı qətnaməsi qismən – iddianın borcun tutulmasının qismən təmin və rədd olunmuş hissələrində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Zamanova Yasəmən Hidayət qızından 23 aprel 2014-cü il tarixli 437/18 USD saylı kredit müqaviləsi üzrə 479,01 ABŞ dolları əsas borc, 49,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 73,85 ABŞ dolları faiz borcu olmaqla cəmi 702,08 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-260/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-260/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver