Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-260/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, illik 5% və ipoteka predmetinin qiymətləndirilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-765/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1- 1182-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaqla 300.000 manat məbləğində kredit limiti açılmışdır.
2. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1- 1182-23/1 saylı kredit verilməsinə dair razılaşmadan əsasən, bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərin artırılması məqsədilə 36 ay müddətinə, faktiki illik faiz dərəcəsi 14% olmaqla, 175000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 12-ci bəndində əsasən bu müqavilə 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23 saylı kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
3. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2025-ci il tarixli Z/18934/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182- 23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə borclu qismində çıxış edən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsinə görə cavabdeh olacağını və kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürür.
4. Bundan başqa 16 noyabr 2023-cü il tarixli, DA/01588/23 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində qeyd edilən əmlakın 15 noyabr 2023-cü il tarixli 12-SME1- 1182-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. (1.1). İpoteka predmeti haqqında məlumat: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2 , yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi. İpoteka qoyan bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydliyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilir (2.1).
5. İpoteka saxlayanın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.
6. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1- 1182-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən (1-ci tranş üzrə) görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 125000 manat kredit məbləği və 28799,36 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
7. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1- 1182-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən (2-ci tranş üzrə) görünür ki, ilk ödəniş xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 50000 manat kredit məbləği və 11519,09 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
8. 15 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 124000 manat məbləğində pul bank tərəfindən Cavabdeh2 hesabına köçürülmüşdür. 17 noyabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır.
9. 01 dekabr 2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 tərəfindən bankın kassasından təhvil alınmışdır. 10.18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 106662,01 manat əsas, 14978,24 manat faiz, 1900,55 manat cərimə borcu olmaqla, cəmi 123540,80 manat borcu vardır.
11. 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 38134,85 manat əsas, 4920,95 manat faiz, 437,76 manat cərimə borcu olmaqla, cəmi 43493,56 manat borcu vardır.
12. 05 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 3481,33 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka illik 5 faizlə hesablanmış 1244,68 manat faiz borcu vardır.
13. 13 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, borclulara xx.xx.2023cü il tarixli, 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 9/2968 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 12-SME-1-1182- 23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (1-ci tranş, 125000 manat üzrə) əsas borc üzrə 106662,11 manat, faiz borcu üzrə 6004,45 manat olmaqla ümumilikdə 112666,56 manat. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli 12- SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (2-ci tranş, 50000 manat üzrə) əsas borc üzrə 38134,85 manat, faiz borcu üzrə 1669,16 manat olmaqla ümumilikdə 39804 manat təşkil edir. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır.
15. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-135-0525 nömrəli rəyindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154,500 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 106662,01 manat əsas borc, 6067,98 manat faiz borcu və 42,22 manat cərimə borcu olmaqla, cəmi 112772,21 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 38134,85 manat əsas borc, 1735,14 manat faiz borcu və 10,97 manat cərimə borcu olmaqla, cəmi 38280,96 manat borcun və 441,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2 , yaşayış sahəsi 116.3 m2 , yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2 , yaşayış sahəsi 116.3 m2 , yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evi, 0.1164 ha torpaq sahəsi ilə birgə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14 % olmaqla 36 ay müddətinə 175000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 3-cü bəndində qeyd olunan Xüsusi şərtlərə görə-175000 manat məbləğində kredit iki tranşlabirinci tranş 36 ay müddətinə 125000 manat xx.xx.2023-cü il tarixdə, ikinci tranş isə 36 ay müddətinə 50000 manat xx.xx.2023-cü il tarixdə verilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci il yanvarın 13dək Cavabdeh2 bankaxx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 106662.01 manat əsas borc, 6067.98 manat faiz borcu və 422.22 manat cərimə olmaqla cəmi 113152.21 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 422.22 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 %-i miqdarında olmaqla, yəni 42.22 manat məbləğində tələb olunur. 2025-ci il yanvarın 13-dək Cavabdeh2 bankaxx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 38134.85 manat əsas borc, 1735.14 manat faiz, 43.86 manat cərimə borcu olmaqla cəmi 39913.85 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 43.86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği xx.xx.2023-cü il tarixli Kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 10.97 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
18. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 106662,01 manat əsas borc, 14978,24 manat faiz borcu və 1900,55 manat cərimə borcu, 13 yanvar 2025-ci il tarixindən 08 sentyabr 2025-ci il tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 3481,33 manat məbləğində pul olmaqla, cəmi 127022,13 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 38134,85 manat əsas borc, 4920,95 manat faiz borcu və 437,76 manat cərimə borcu, 13 yanvar 2025-ci il tarixindən 08 sentyabr 2025-ci il tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 1244,68 manat məbləğində pul olmaqla, cəmi 44738,24 manat borcun və 441,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2 , yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCnə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
20. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-765/2025 nömrəli qətnaməsi (hakim Əbülfəz Məmmədli) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) 106662,01 manat əsas borc, 6004,45 manat faiz borcu, 1900,55 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 3481,33 manat faiz borcu olmaqla, cəmi 118048,34 (bir yüz on səkkiz min qırx səkkiz manat otuz dörd qəpik) manat və 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsi üzrə (2-ci tranş üzrə) 38134,85 manat əsas borc, 1669,16 manat faiz borcu, 437,76 manat cərimə borcu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1244,68 manat faiz borcu olmaqla, cəmi 41486,45 (qırx bir min dörd yüz səksən altı manat qırx beş qəpik) manat, ümumilikdə isə 159534,79 (bir yüz əlli doqquz min beş yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb Cavabdeh1 mülkiyyətindəki ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinə 0.1164 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ünvan 1, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 154500 (bir yüz əlli dörd min beş yüz) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 159534,79 (bir yüz əlli doqquz min beş yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 441,05 (dörd yüz qırx bir manat beş qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat və 36 (otuz altı) manat xidmət haqqı olmaqla, cəmi 492,05 (dörd yüz doxsan iki manat beş qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8,50 (səkkiz manat əlli qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
22. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəməyə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir
23. Məhkəmə izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Belə olan halda məhkəmə hesab etmişdir ki, 15 noyabr 2023-cü il tarixli 12-SME- 1- 1182-23/1 saylı kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) əsas borc 106662,01 manat, faiz borcu 6004,45 manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış faiz borcu 3481,33 manat, 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182- 23/1 saylı kredit müqaviləsi üzrə (2-ci tranş üzrə) əsas borc 38134,85 manat, faiz borcu 1669,16 manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış faiz borcu 1244,68 manat müəyyən edilməlidir.
25. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evi və 0.1164 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
26. Məhkəmə hesab etmişdir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
27. Mərkəzi Ekspertiza Bürosunun 24..07.2025-ci il tarixli MEB/135-0525/25 nömrəli rəyindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154,500 manat təşkil edir.
28. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.
29. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün əsas borclu ilə birlikdə məsuliyyət daşıyır.
30. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 279, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445.2.1, 445.7, 447.1, 447.2, 447.2.1, 447.2.2, 447.2.3., 448.1, 462.1, 465.2, 467, 743.1, 743.2, 745.5, 746.1, 746.3, 746-5.2, 742.5, 742.5.1 və 742.5.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1, 1.0.6, 1.0.9, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.1.6, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokola, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216- 220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
31. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-765/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
32. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, banka olan borcumuzdan uzun müddət vaxtı-vaxtında ödənişləri etmişlər. Maddi vəziyyətlə əlaqədar sonradan ödənişləri etməkdə çətinliklər çəkmişlər. Ödədikləri qəbzləri özlərində saxlamamışlar, bu səbəbdən məhkəməyə təqdim edə bilməmişlər. Ancaq hesabdan çıxarışla bunu müəyyən etmək çətin deyildir. İş üzrə keçirilmiş mühasibatlıq və qiymətləndirmə barədə ekspertiza rəyləri razı deyillər. Belə ki, onların əsas və faiz borcları rəydə göstərildiyi kimi deyil, qat-qat aşağı məbləğdədir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 3481,33 manat faiz borcu və digər kredit üzrə 1244,68 manat faiz borcu ilə qətiyyən razı deyillər. Həmin faizborcunun silinməsini xahiş edirlər. Onsuz da maddi vəziyyətləri ağırdır. Əlavə 5 faiz illik faiz borcunun hesablanması onların vəziyyətini daha da ağırlaşdırır. Əlavə olaraq onu da bildirirlər ki, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipotekasaxlayanın qarşılıqlı razılaşması olsa da, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir. Qiymətləndirici hesabatında qiymətləndirilən əmlakın bazar və digər dəyərinin həqiqiliyi iləəlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.. Bu halda mübahisənin baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanununun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Əmlaklarım da dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir ki, ipoteka predmeti yenidən qiymətləndirilməyə göndərilməlidir. Sadalananlardan belə məlum olur ki, işə baxan məhkəmə işi səthi araşdırmış, ipoteka predmetlərinin hazırki hüquqi vəziyyətini müəyyən etməmiş, cərimə məbləğini silmək bir yana heç azaltmamışdır, yanlış nəticəyə gələrək illik 5 faizlə faiz borclarının da onlardan tutulması qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. İddiaçının nümayəndəsi apellyasiya dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X4 X3
37. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
41. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
42. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
43. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
44. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
45. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
49. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
51. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
52. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
53. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
54. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
56. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
57. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
58. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
59. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.
60. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
61. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
62. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
63. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
64. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
65. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
66. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
67. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
68. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
69. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
70. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
71. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
72. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
73. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
74. ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
75. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
83. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
84. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
85. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
86. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
87. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
89. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
91. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsinə münasibətdə yalnız – əsas borc və ona hesablanmıış faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizin və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini mübahisələndirir. İddianın təmin edilməmiş hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
93. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-765/2025 nömrəli qətnaməsi – Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
95. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borcla və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
96. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
97. İddia tələbinin kökündə tələb etmənin əsası kredit, zaminlik və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
98. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
99. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
100. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
101. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
102. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
103. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
104. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
105. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
106. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
107. Kredit müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
108. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, kreditor və borcalan arasında olan 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 nömrəli “kredit razılaşması” Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
109. Belə ki, iş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
110. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir.
111. Əsas borca hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur. Çünki, Mülki Məvəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.... Eyni zamanda “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
112. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
113. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
114. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
115. Göründüyü kimi, qanununvericilin tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
116. Bundan əlavə, borcalanın öhdəliyinin təminatı olaraq digər cavabdeh Ələkbər Nəsibov ilə zaminlik müqaviləsi bağlanmışdır.
117. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
118. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
119. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
120. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
121. Eyni zamanda zaminə qarşı iddia irəli sürmək üçün MM-in 477-ci maddəsində müəyyən edilmiş kəsiçi müddətlər də ötürülməmişdir.
122. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamin olan Cavabdeh1 tutulması da əsaslıdır.
123. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 05 iyun 2025-ci il tarixli 9/2968 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 12-SME- 1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (1-ci tranş, 125000 manat üzrə) əsas borc üzrə 106662,11 manat, faiz borcu üzrə 6004,45 manat olmaqla ümumilikdə 112666,56 manat. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı krеdit müqaviləsi üzrə xx.xx.2025-ci tarixə (2-ci tranş, 50000 manat üzrə) əsas borc üzrə 38134,85 manat, faiz borcu üzrə 1669,16 manat olmaqla ümumilikdə 39804 manat təşkil edir. Borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə aparılmışdır.
124. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
125. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
126. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə olan borcu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
127. Birinci instansiyası məhkəməsi tərəfindən əsas və faiz borcunun xx.xx.2025-ci il tarixdək olan müddət üzrə araşdırıması da qanuni olmuşdur.
128. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə sonunculara xəbərdalıq emiş və bununla da tərəflər arasında bağlanmış müqavilələr bir tərəfli qaydada ləğv edilmişdir.
129. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
130. Göründüyü kimi, iddiaçı borcun qaytarılmasını tələb etdiyi xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilələrə xitam verilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən həmin tarixə əsas və faiz borclarının tutulmasında olan hüquqi mövqeyi əsaslı olmuşdur.
131. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci tranşı üzrə ekspert rəyi ilə 106662,11 manat əsas borc müəyyən edilsə də birinci instansiyası məhkəsi tərəfindən 106662,01 manat borc tutulmuşdur ki, həmin məbləğ iddia tələbi həcmində olmuşdur.
132. Bunlardan başqa kreditor borcalana kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 15 noyabr 2023-cü il tarixli 12-SME-1-1182-23/1 saylı kredit müqaviləsinin 1-ci tranşı üzrə illik 5 faizlə hesablanmış 3481,33 manat məbləğində pul və həmin kredit müaviləsinin 2-ci tranşı üzrə isə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1244,68 manat faiz borcu da hesablamışdır.
133. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir
134. Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
135. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
136. İddiaçı həmin borcları xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək hesablamışdır.
137. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalanın kredit müqaviləsinin 1-ci tranşı üzrə xx.xx.2025-ci il tarixə 106662,11 manat əsas borcu olmuşdur. Həmin məbləğin illik 5 faizi isə 5333,10 manat təşkil edir ki, bununda aylıq məbləği 444,25 manat (5333,10 / 12 ay = 444,25), günlük məbləği isə 14,61 manat (5333,10 / 365 gün = 14,61) təşkil edir.
138. 1-ci tranş üzrə qeyd edilən tarixlər üzrə müddət 7 ay 26 gün təşkil edir və bu müddət üzrə məbləğ isə 3489,61 manat ( aylıq 444,25 manat x 7 ay = 3109,75 manat, günlük 14,61 manat x 26 gün = 379,86 manat. 3109,75 + 379,86 = 3489,61 manat) təşkil edir ki, bu məbləğdə tələb olunan 3481,33 manat puldan artıqdır.
139. Bundan başqa borcalanın kredit müqaviləsinin 2-ci tranşı üzrə xx.xx.2025-ci il tarixə 38134,85 manat əsas borcu olmuşdur. Həmin məbləğin illik 5 faizi isə 1906,74 manat təşkil edir ki, bununda aylıq məbləği 158,89 manat (1906,74 / 12 ay = 158,85), günlük məbləği isə 5,22 manat (1906,74 / 365 gün = 5,22) təşkil edir.
140. 2-ci tranş üzrə qeyd edilən tarixlər üzrə müddət 7 ay 26 gün təşkil edir və bu müddət üzrə məbləğ isə 1247,67 manat ( aylıq 158,89 manat x 7 ay = 1111,95 manat, günlük 5,22 manat x 26 gün = 135,72 manat. 1111,95 + 135,72 = 1247,67 manat) təşkil edir ki, bu məbləğdə tələb olunan 1244,68 manat puldan artıqdır.
141. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən iddia həcmində illik 5 faizin tutulmasına dair mövqeyi əsaslı olmuşdur.
142. Bunlardan başqa məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasdır.
143. Çünki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
144. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
145. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
146. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
147. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
148. 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
149. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
150. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli MEB-135-0525 nömrəli rəyə əsasən, ünvan 1 fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154,500 manat təşkil edir.
151. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, ipoteka predmetinin ilkin satış qiymətini 154.500 manat məbləğində müəyyən etmişdir.
152. Yuxarıda qeyd edilən hallara, habelə iş üzrə aparılmış məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizalarının nəticələri nəzərdən keçirilərkən müəyyən olunur ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi hallar, həmçinin borcun məbləği, hesablanmış faizlər və ipoteka predmetinin dəyərinin aşağı qiymətləndirilməsi ilə bağlı iradlar öz məzmunu və təqdim edilmiş dəlillər baxımından əsassızdır və iş materialları ilə təsdiqini tapmır.
153. Cavabdeh iddia edir ki, onlar banka olan kredit öhdəlikləri üzrə uzun müddət ödənişləri vaxtında etmiş, sonradan maddi vəziyyətin pisləşməsi səbəbindən ödənişlərdə çətinliklərlə qarşılaşmışlar. Bununla belə, cavabdeh ödəmələri təsdiq edən qəbzlərin təqdim edilməməsini sadəcə qəbzlərin saxlanılmaması ilə izah etmiş, lakin həmin ödənişlərin bank hesabı üzrə çıxarışlarla sübuta yetirilə biləcəyini bildirsə də, məhkəməyə belə çıxarışlar təqdim etməmişdir.
154. Qanunvericiliyin tələblərinə əsasən, iddia və etirazların sübut edilməsi yükü həmin iddia və etirazları irəli sürən tərəfin üzərinə düşür və bu halda cavabdeh ödənişlərin aparılması barədə iddiasını təsdiqləyən heç bir rəsmi sənəd təqdim etməmişdir.
155. İpoteka predmetinin dəyərinin “orta bazar qiymətlərindən qat-qat aşağı” qiymətləndirilməsi barədə cavabdehin iradı da əsassızdır.
156. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-135-0525 nömrəli qiymətləndirmə rəyi qanunvericiliyin – “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanmış, qiymətləndirmə metodologiyası tam göstərilmiş, qiymətləndirmənin şəffaflığı təmin edilmişdir. Cavabdeh bu rəyin nəticələrini təkzib edən heç bir müstəqil qiymətləndirmə sənədi, alternativ ekspert rəyi və ya qiymətləndirmə metodikasının pozulduğunu göstərən digər sübutlar təqdim etməmişdir.
157. Bundan əlavə, apellyatorun maddi imkanının olmamasından krediti vaxtıvaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.
158. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizalarının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
159. Azərbaycan Respublikası MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPMnin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
160. Qeyd edilməlidir ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
161. Baxılan işdə ekspert rəyləri kifayət qədər aydın və tamdır. Rəylərin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəylərin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.
162. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
163. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
164. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.
165. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-765/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.