Məhkəmə qərarları › İş №2-2(104)-270/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-270/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-270/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 iddiaçının xeyrinə 27 may 2015-ci tarixli kredit müqaviləsi üzrə 12967,17 manat əsas, 2595.83 manat faiz borcu, 8279,43 manat cərimə borcu və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3256,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 27098,93 manat məbləğində borcun, ödənilmiş 210 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən, ümumi sahəsi 90.4 kv.m, yaşayış sahəsi 54 kv.m, yardımçı sahəsi 36.4 kv.m olan, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsi ilə (hakim G. Quliyeva) iddia qismən təmin edilərək, "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 27 may 2015-ci il tarixli 12-SKMF-1-0-366-15 saylı kredit müqaviləsi üzrə 12967 manat 17 qəpik əsas borc, 2595 manat 83 qəpik faiz borcu və 300 manat cərimə borcu və müqavilə müdəti bitəndən sonra hesablanmış 3256 manat 50 qəpik olmaqla, cəmi 19119 (on doqquz min yüz on doqquz) manat 50 (əlli) qəpik pul vəsaiti, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən ümumi sahəsi 90,4 kv.m, yaşayış sahəsi 54 kv.m, yardımçı sahəsi 36,4 kv.m olan, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiymətin 21000 (iyirmi bir min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğin Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manatın ekspertiza xərci Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilməsi, Cavabdeh4 147 (bir yüz qırx yeddi) manat 36 (otuz altı) qəpik dövlət rüsumun tutularaq dövlət büdcəsinə ödənilməsi iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsininə apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan poçt göndərişlərinin verilməsinə dair xəbərnamədən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)- 766/2023 saylı qətnaməsini Cavabdeh4 03 noyabr 2023-cü il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnaməyə imza etməklə rəsmi qaydada qəbul etmiş, lakin apellyasiya şikayətini “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə 05 dekabr 2023-cü il tarixdə verməklə qanunla müəyyən edilmiş 1 aylıq mddəti 1 gün ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(115)-766/2023 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Kommersiya Məhkəməsinə geri qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar