Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-28/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-59/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 2021-ci il 8 iyul tarixli AMX-3188/21 nömrəli tərəflər arasında bağlanmış təbii qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı "xxxx" MMC-ni keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2020-ci il 13 avqust tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X3 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı çıxarılmış və dövlət yoxlamasına verilmişdir 2020-ci il 13 noyabr tarixli ******* nömrəli qaz sayğacının təkrar çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X3 məxsus "xxxx" MMCnin G-250 markalı 75161090 nömrəli sayğacı təhvil verilmişdir 2022-ci il 6 iyul tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X3 məxsus "xxxx" MMC-nin G-250 markalı 75161090 nömrəli sayğacı qaz təminatı bərpa olunmayaraq çıxarılmışdır. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2022-ci il 15 avqust tarixli, SS 29/1640-01592-2 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. 2022-ci il 19 fevral - 2022-ci il 6 iyul tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qazhəcmi 326 m3 , korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 5 may tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P=1.01325 bar, T=20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, maksimal sərfiyyatda xəta normaya uyğun deyil, nominal və minimal sərfiyyatda hesablayıcı mexanizm keçən qazın həcmini qeyd etmir. Cavabdeh1 İB-nin Goranboy XS üzrə rəis müavini V.Əsədov tərəfindən təsdiqlənmiş 2022-ci il 29 fevral tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G250 markalı 75161090 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, əlavə (xəta) 91.331 m3 həcmində əlavə qaz sərfiyyatı hesablanmışdır. X13 İstismarı İdarəsinin İstehlakçılara X11 şöbəsinin rəisi Vüqar Ələkbərov tərəfindən tərtib olunmuş 2023-cü il 19 yanvar tarixli arayışdan görünür ki, Goranboy XS üzrə qeyriəhali sektorunda qeydiyyatda olan "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G250 markalı 75161090 nömrəli qaz sayğacı 2022-ci il 6 iyul tarixdə sökülmüş, 2022-ci il 1 avqust tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında SS N-29/1640-01592-1 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sayğac ortalama 29.2% xəta ilə işləmişdir. 2022-ci il 29 avqust tarixində təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. Uçota alınmayan qaz həcminin hesablanması qaydası aşağıdakı kimidir: 2.201.797 m3 (son elektron göstərici) – 1.889.021 m3 (sayğacın 1 il əvvəlki elektron göstəricisi) = 312.776 m3 (son 1 illik qaz sərfi), 312.776 m3 * 29.2%=91.331m3 (uçotu pozulmuş qaz sərfi). Abonentin saldosundan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin 2022-ci ilə qalıq və aktlar üzrə borcu 20.092,82 manat təşkil edir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının 2023-cü il 26 yanvar tarixli 3-15-2- 2/2-31/2023 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə müəssisəyə rəsmi olaraq heç bir məlumat verilməmiş və ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblərin” 2.14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və həmin Qaydanın 2.18-ci bəndinə görə ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. "xxxx" MMC-nin qaz sayğacı 2022-ci il 29 avqust tarixində Cavabdeh1 İB-nin Gəncə RQİİ Goranboy XS tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanmasında əsas olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən bağlanmış qazın alqısatqısı müqaviləsinin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini qanunvericiliyə uyğun olaraq İstehlakçıdan tələb etmək) tələbləri göstərilmişdir. Cavabdeh1 İB tərəfindən dəymiş ziyanın hesablanması zamanı “Qazdan istifadə Qaydaları”nın 5.2-cı bəndinin (Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz tələbləri nəzərə alınmamışdır. O cümlədən, aparılan hesabat qaydası qüvvədə olan normativ hüquqi sənədlərlə tənzimlənmir. Eyni zamanda “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bu, Qaydaların 3 nömrəli əlavəsinə əsasən qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.8-ci yarımbəndinin tələblərinə ziddir. Müəssisənin qaz xətti üzərindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-250 EK- 220 tipli, 75161090 zavod nömrəli qaz sayğacının daxilinin çirkli və yağlı olması verilən təbii qazın keyfiyyət göstəricilərinin dövlət standartlarının tələblərinə cavab vermədiyini göstərir. “Qazdan istifadə Qaydaları”nın 1.5 bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılıması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. O cümlədən, QOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar olan dövlət standartlarının tələblərinə cavab verməlidir. 2022-ci il 28 sentyabr tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1 İB ilkin mediasiya sessiyasında iştirak etməmiş və X4 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh1nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə hesablanmış (xəta) 91.331 m3 həcmində (20.092,82 manat) əlavə qaz sərfiyyatının əsassız hesab edilərək silinməsi və cavabdeh tərəfindən "xxxx" MMC-yə qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti – istixanada pomidor və sair məhsulların yetişdirilməsi və satışıdır. Cari ilin əvvəlində Cəmiyyət ötən ilə müqayisədə 2,5 ha əkin əvəzinə 1.5 ha əkin etdiyindən qaz sərfiyyatı azalmışdır. Bununla bağlı cavabdeh əraziyə gəlib yerində də baxış keçirmişdir. Lakin, cavabdeh Cəmiyyətin qaz sərfiyyatının azaldılmasını görərək bu hala şübhə ilə yanaşdığından, 2022-ci il 6 iyul tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və ististismara qəbulu haqqında” 2022-ci il 6 iyul tarixli ******* saylı Akt tətrib edərək Cəmiyyətə məxsus qaz sayğacı sökülüb aparılmışdır. Bundan sonra cavabdeh Cəmiyyətə 2022-ci il 15 avqust tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” AKT göndərmiş və həmin aktda qeyd olunmuşdur: 1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi. İmpuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Rotorlar ağır fırlanır. Göstəricilər arasında fərq var. Hesablayıcı mexanizmin şəffaf qapağında zədə izləri var. 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar ağır fırlanır. 3. 2022-ci il 19 fevral 2022-ci il 6 iyul tarixləri əhadə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.38 bar, korreksiya olunmuş maksimal qaz həcmi 326 m3 , korreksiya olunmamış qaz həcmi 111 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 5 may tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 3.50-4.38 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 42 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 2873 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P =1.01325 bar, T =20 C. Bundan sonra cavabdehin Goranboy XS üzrə rəis müavini V.Əsədovun təsdiqi ilə “Təbii qazın uçotunun pozulması haqqında” 2022-ci il 29 avqust tarixli akt tərtib olunmaqla onlara məlum olmayan əsaslara əsasən əlavə (xəta) 91.331 m3 həcmində əlavə qaz sərfiyatı hesablanmışdır. Qaz sərfiyyatını manatla çevirikdə 20.092,82 manat borc hesablanmışdır. Cəmiyyət cavabdehə və X13 İstismarı idarəsinə əsassız hesablanmış qaz sərfiyatının silinməsi və qaz sağacının yerinə quraşdırılması barədə həm pretenziya, həm də mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin cavabdeh müraciətlərinə cavab verməmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən “hesablanmış (xəta) 91.331 m3 həcmində (20.092,82 manat) hesablanmış əlavə qaz sərfiyatının əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.1, 5.4-cü bəndlərinə istinad etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 7 fevral tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Məmmədov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı olan iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın daxili çirkli və yağlı olması əsası ilə hesablama təbii qazın uçotunun pozulması haqqında akta əsasən sayğacın ortalama 29.2% xəta ilə işləməsi əsas götürülməklə və cavabdehin öz mülahizələrinə əsasən aparılmış, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğac çıxarılaraq laboratoriya yoxlamasına aparılmış, lakin müəssisəyə qaz sayğacının yoxlamasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş və yoxlamada ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin yoxlama qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmaqla aparıldığından, nəticələri qanuni sayıla bilməz. Həmçinin, iddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşısa da, işlək vəziyyətdə olan sayğacın daxilində düzgün qeydiyyat aparılmamasına görə cavabdehlik daşıya bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən 20.092,82 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialı tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunmuşdur. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.3, 1096.1-ci maddələrinə, Qaydaların 4.8, 5.2, 5.5ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 2.14, 2.18-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənın ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında yer alan sübutla əsaslanaraq səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus Qaz sayğacı sənaye tipli olduğundan istehlakçının- "xxxx" MMC-nin vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəz etməsi üçün səy göstərməmişdir. Bununla bağlı təchizatçıCavabdeh1nə və ya X13 İstismarı İdarəsinə heç bir müraciət etməmişdir. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Belə ki, sayğacın normal istismarı üçün qaz sayğacından əvvəl süzgəcin quraşdırılmasını təmin etməmiş və ya süzgəc işlək vəziyyətdə olmamışdır. Nəticədə qazın tərkibində olan kondensatorlar süzgəcdən süzülmədən sayğacdan keçmiş, sayğacın daxilinin çirklənməsinə səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmiş, "xxxx" MMC hüquqi şəxs olmasına, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımasına baxmayaraq iddia tələbinin təmin olunması barədə qətnamə qət etmişdir. Burada qüsursuz, yəni müdaxilə edilməmiş sayğac göstəricisi barədə istehlakçıya bildiriş təqdim edildikdən və qazın dəyərinin tam ödənilməsindən sonra düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini qaz paylayıcısı istehlakçıdan tələb edə bilməz. Göründüyü kimi, qazpaylayıcısının istehlakçıiddiaçı "xxxx" MMC-dən sayğacın normal istismarını təmin etməməsi nəticəsində qaz sayğacından keçmiş, lakin sayğac qüsurla işlədiyindən hesabata alınmayan 20092.82 manat məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı cari ilin əvvəlində Cəmiyyətin ötən ilə müqayisədə 2.5 ha əkin əvəzinə 1.5 ha əkin etdiyindən qaz sərfiyyatı azalma olduğunu bildirmişdir. Lakin əkin sahəsinin bir hissəsinin əkilməsi sərfiyyatın azalmasına səbəb olmamalıdır. Çünki əkilmiş şitillərin yetişməsi üçün istixananın yalız əkin sahəsində deyil, istixananın hər bir tərəfində lazımı temperatur olmalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iddiaçı qaz sayğacında olan qüsurların onların təqsirindən yaranmadığını bildirsə də, sayğacın quraşdırıldığı ərazinin Cavabdeh1 mühafizə etmədiyini nəzərə almamışdır. Həmçinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş xx.xx.2022-ci il tarixli tərəflərin imzası ilə tərtib olunmuş ******* saylı aktda qaz sayğacının yoxlamadan keçiriləcəyi barədə məlumat verilmişdir. Lakin iddiaçı tərəf yoxlama barədə məlumatlı olsa da yoxlamada iştirak etməmiş və ya buna səy göstərməmişdir. Məhkəmə iclasına mütəxəssis qismində cəlb olunmuş X8 da izahatında bildirmişdir ki, abonent qanunvericiliyə əsasən sayğacı işlək vəziyyətdə saxlamalıdır. Laborotoriya müayinəsinin nəticəsinə əsasən sayğacın içərisinin çirkli və yağlı olduğu aşkarlanmışdır. Bu da o deməkdir ki, abonentə verilmiş təbii qaz keyfiyyətlərə uyğun olmayıb. Hansı ki, buna nəzarəti Azərbaycan Respublikası Energetika Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən bu məsələlər barədə ildə 1 dəfə ümumi prosedur qaydalar əsasında həyata keçirilir. Həmçinin qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin keçirilməsini tələb etməlidir. O cümlədən QOST 5542-2014 sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar dövlət standartlarına cavab verməlidir. Belə ki, əgər abonentə verilmiş qaz təsdiq olunmuş standartlara uyğun olmayıbsa bu barədə qazın keyfiyyətinə nəzarət edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən bildirilərdi. Göründüyü kimi bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qazın keyfiyyət göstəricilərinin dövlət standartlarına cavab vermədiyi barədə heç bir göstərişi olmamışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin avqust ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Halbuki iddia tələbinin ilk hissəsində qeyd edilən 2022ci ilin avqust ayında hesablanmış borc məbləği sırf qaz sayğacından keçən qazın həcminə əsasən hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsi ilə (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-59/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək şikayətin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)- 459/2023saylı qərarı ilə (məruzəçi – İ.Dadaşov, hakimlər – E.Vəliyeva və E.Şamayev) Cavabdeh1 İB-nin kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli, 2-2(104)-125/2023 saylı qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Qazın paylanması, satılması və qazın verilməsinin dayandırılması. ...
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
4. X2 Və İstismarı: -4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
5. X10 Şərtləri: -5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. -5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz sayğacının daxilinin çirkli və yağlı olmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı olan iddiaçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın daxili çirkli və yağlı olması əsası ilə hesablama təbii qazın uçotunun pozulması haqqında akta əsasən sayğacın ortalama 29.2% xəta ilə işləməsi əsas götürülməklə və cavabdehin öz mülahizələrinə əsasən aparılmış, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğac çıxarılaraq laboratoriya yoxlamasına aparılmış, lakin müəssisəyə qaz sayğacının yoxlamasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş və yoxlamada ölçmə vasitəsinin sahibi olan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin əsaslanmasına qiymət verərək göstərir ki, iddianın qeyd edilən əsasla təmin edilməsi yol verilməzdir. Belə ki, tərəflər arasında bağlanmış 2021-ci il 8 iyul tarixli AMX-3188/21 nömrəli bağlanmış təbii qazın alğı-satqısı müqaviləsilə müəyyən edilir ki, Aqro-Kristal” MMC G-250 markalı 75161090 nömrəli sayğacla təmin edilmiş və həmin müqaviləyə əsasən tərəflərin vəzifələri və hüquqları müəyyənləşdirilmişdir. Qeyd olunan müqavilə ilə tərəflər “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək vəzifəsini öz üzərlərinə götürmüşlər. Həmin qaydaların 4.8. bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qeyd olunan qaydaların tələbinə əsasən hüquqi şəxs olan istehlakçılar qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə olarkən iddiaçının istifadəsində olan G-250 markalı 75161090 nömrəli sayğacın işlək vəziyyətdə saxlanılmasını iddiaçı özü təmin etməli idi. Bununla yanaşı kollegiya tərəfindən iddiaçının 2021-ci ilin aprel-iyul aylarında nə qədər qaz işlətməsinin müəyyən edilməsi məqsədilə həmin dövrə aid abonent saldosu əldə edilərək müəyyən edilmişdir ki, aprel ayında 4433 kub.m qaz istehlak etmiş, may, iyun, iyul aylarında isə hər hansı sərfiyyat olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-59/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. 150 manat 58 qəpik məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.