Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-280/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Əhmədova (Məmmədzadə) Müşərrəf Qərib qızı və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-42/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-42/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada- 006R********** saylı krеdit razılaşması üzrə 9869,6 manat məbləğində krеdit bоrcu, 1831,35 manat məbləğində faiz bоrcu və 400 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12100,95 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126,3 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 18000 manat həddində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraclar vasitəsilə satılması, ipoteka predmeti satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 250 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş 4,64 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-42/2025 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və satışdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə xitam verilməsi qərara alınmışdır. Qətnamə ilə razılaşmayan Cavabdeh3 apellyasiya apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-42/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsininin ləğv edilməsi və işi yenidən araşdıraraq ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızı da apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 42/2025 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin iş üzrə məhkəmə icraatının təzələnməsini və nəticədə ədalətli, əsaslandırılmış və qanuna uyğun məhkəmə aktının qəbul edilməsini və kredit üzrə əsas borc məbləğinin hissələrə bölünmüş qaydada ödənilməsi üçün əlavə müddətin müəyyən olunması, eləcə də girov predmetinin yaşayış sahəsinin - dərhal məcburi satışının (realizasiyasının) dayandırılması barədə təminat tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsində hüquqi yardım göstərməyinizi xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə- 001R********** saylı krеdit razılaşması üzrə 10315.1 manat məbləğində krеdit bоrcu, 2177.85 manat məbləğində faiz bоrcu və 1152.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13645 (on üç min altı yüz qırx beş) manat 10 (on) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.94 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və cəmi 13645 (on üç min altı yüz qırx beş) manat 10 (on) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.94 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutulması, Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə tutma yönəldildəkdən və satışından 1 ay sonra Cavabdeh2 tərəfindən torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 001L**********26 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 800000 (səkkiz yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 4684.9 manat ödəmiş, onun 10315.1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 474 gün üçün hesablanmış faiz borcu 2177.85 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 474 gün üçün hеsablanmış cərimə 1152.15 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə001R********** saylı krеdit razılaşması üzrə 9869,60 manat məbləğində krеdit bоrcu, 1831,35 manat məbləğində faiz bоrcu və 1152.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12853,10 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130,94 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və cəmi 13645,10 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.94 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulması, Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə tutma yönəldildəkdən və satışından 1 ay sonra Cavabdeh2 tərəfindən torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri və etiraz: Cavabdeh3 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli 9/3024 nömrəli rəyindən görünür ki, ekspertiza tam əsassız olaraq hesablama aparmış, bəzi ödənişləri qeydə alınmamışdır. Həmçinin 400 manat məbləğində cərimə borcunun ondan tələb olunmasını əsassız sayır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki vəziyyətdə onun maddi mənafeyi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri qismən pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ekspert rəyində göstərilən borc, iddiaçının tələb etdiyi borc və onun ödənişləri nəzərə alınmaqla qalan borc məbləğləri arasında fərqlər var. Bu hal işin nəticəsinə çox böyük təsir edir. Bu səbəbdən də iddiaçının apardığı hesablama, ekspertizanın apardığı hesablama araşdırılmalır və bunun üçün təkrar ekspertiza təyin edilməlidir. Cavabdeh Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyindən görünür ki, ekspertiza tam əsassız olaraq hesablama aparmış, bəzi ödənişlər qeydə alınmamışdır. Həmçinin 400 manat məbləğində cərimə borcunun məndən tələb olunmasını əsassız sayır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki vəziyyətdə onların maddi mənafeyi nəzərə alınmamışdır. Kredit götürən zaman Cavabdeh3 biznes fəaliyyəti (kiçik sahəsi olan ərzaq malları mağazası) mövcud idi. Bank kredit vermədən öncə kreditor tərəfindən Cavabdeh3 biznes failiyyəti ətraflı öyrənilmiş və İddiaçı QSC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytarmaq imkanında olduğu müəyyən edilmişdir. Cavabdeh3 16 ay krediti banka vaxtında ödəmişdir. Bu müddət ərzində Cavabdeh3 biznes fəaliyyətində geriləmələr olmuş, o bu barədə kreditoru şifahi olaraq məlumatlandırmış və bankın əməkdaşları tərəfindən ərzaq mağazasına baxış keçirilmiş və fəaliyətinin olmadığı aşkar edilmişdir. Onun fəaliyyət göstərdiyi ərzaq malları mağazası kiçik ölçülü məhəllə mağazasıdır. Böyük super marketlər şəbəkələri fəaliyyətə başladığı üçün bütün Respublika üzrə kiçik mağazalarda alış-satış dövriyyəsinin aşağı olduğu hamıya məlumdur. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir, hətta Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmaq imkanında olmamışdır. O, götürdüyü kredit borcundan 4684.9 manat ödəmiş, onun 10315.1 manat məbləğində kredit borcu qalmışdır. Kredit ödənişlərini ödəmək imkanları məhdudlaşdıqda onlar dəfələrlə banka müraciət etmiş, problemli kreditlər şöbəsinin rəsmiləri, kredit ayrılmasında fəaliyyəti olan mütəxəssis, filial müdirinin müavini ilə görüşərək kredit müddətinin uzadılmasını və ödənişləri faizlə tənzimləmələrini, əsas borcun resturukturizasiyasını (yenidən bölünməsi) və hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş etmişlər. Ancaq bankın bir cavabı olmuşdur: “Pulu bir dəfəyə 10000 (on min) manat ödəmək şansınız var. Yalnız əlavə faizlər və cərimələri güzəşt edə bilərik”. Bu müddət ərzində ona bankın problemli şöbəsinin əməkdaşı bir neçə dəfə zəng etmişdir. Onunla danışıqlarında hər cür alternativləri təklif etsə də, razılıq üçün çox israrla xahiş etsə də heç bir nəticəsi olmayıb, hətta həmin əməkdaşın məzəmmətli bir qəti cavabı olub: “Bu elə də boyük məbləğ deyil, istəsəz kimdənsə borc alıb ödəyərsiz”. Bankla aralarında olan kredit müqaviləsinin şərtləri onlardan asılı olmayaraq qeyri-mümkün olub və bu səbəbdən kreditor məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh3 və Cavabdeh1 məhkəməyə bildirmişdir. Qeyd edilənlərə əsasən hesab edirə ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri qismən pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, girov predmetini yalnız torpaq sahəsi təşkil edir. Torpaq sahəsinin üzərində yerləşən yaşayış evi isə anamın və qardaşlarımın yeganə daimi yaşayış yeridir. Həmin evin məcburi qaydada satışa çıxarılması ailə üzvlərimin sosial vəziyyətinə və yaşayış hüququna birbaşa və ciddi təhlükə yaradacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasına, eləcə də beynəlxalq hüquq normalarına əsasən, şəxsin mənzil toxunulmazlığı və yaşayış hüququ dövlət tərəfindən qorunur və müdafiə edilir. Yeganə yaşayış yerinin məcburi satışa çıxarılması isə mütənasiblik, zərurət və vicdan prinsiplərinə uyğun olmadığı üçün insan hüquqlarının pozulmasına səbəb olur. Bu hallar nəzərə alınaraq, girov qoyulmuş torpaq sahəsi üzərindəki yaşayış evinin dərhal satışa çıxarılması qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və ədalət prinsipləri ilə ziddiyyət təşkil edir. Eksprert rəyində göstərilən borc, iddiaçının tələb etdiyi borc və onun ödənişləri nəzərə alınmaqla qalan borc məbləğləri arasında fərqlər var. Bu hal işin nəticəsinə çox böyük təsir edir. Bu səbəbdən də iddiaçının apardığı hesablama, ekspertizanın apardığı hesablama araşdırılmalıdır və bunun üçün təkrar ekspertiza təyin edilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlərdən Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi isə məhkəmə kollegiyasına EMİS vasitəsilə ərizə ünvanlayaraq işə onların iştitrakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh3 ilə "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 001L**********26 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, 120 (yüz iyirmi) ay müddətinə 800000 (səkkiz yüz min) manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2021-ci il tarixli 001R********** saylı krеdit razılaşmasından grünür ki, ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2 və Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinin bazar dəyəri 21225 manat, likvid dəyəri 18000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli 9/3024 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2021-ci il tarixli 001L**********26 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2021-ci il tarixli, 001R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 30 aprel 2025-ci il tarixinə (maliyyə arayışının tərtib edildiyi tarixə) İddiaçı QSC-yə olan əsas borcu 10552,49 manat, faiz borcu 4887,68 manat və cəmi borcu 15440,17 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 001L**********26 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 800000 (səkkiz yüz min) manat məbləğində krеdit хətti açılmış, həmin müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. İddiaçı müqavilə şərtlərinə əməl edərək üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və miqdarda krediti cavabdeh borcalana vermiş olsa da, Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamış, xx.xx.2024-cü il tarixə 9869,60 manat məbləğində krеdit bоrcu, 1831,35 manat məbləğində faiz bоrcu və 1152.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12853,10 manat məbləğində bоrcu ödənilməmiş qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh3 006R********** saylı krеdit razılaşması üzrə 9869,6 manat məbləğində krеdit bоrcu, 1831,35 manat məbləğində faiz bоrcunun olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh1 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 400 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Məhəmmədli kəndində xüsusi mülkiyyətli, 0.05 ha torpaq sahəsinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 126,3 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 4,64 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci (tərəflər arasında kredit müqaviləsinin bağlandığı vaxt qüvvədə olmuş redaksiyasında) maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin məhkəmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği azaltmışdır ki, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 18000 manat müəyyən edilmiş, həmin məbləği nə iddiaçı, nə də cavabdeh tərəf mübahisələndirməmişdir. Odur kollegiya həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya şikayətlərinin dəlillərində göstərilir ki, ekspert rəyi düzgün tərtib edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin qeyd olunan dəlilini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2025-ci il tarixli 9/3024 saylı rəyinin mötəbərliyi və həqiqiliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini iddia edən heç bir mötəbər sübut kollegiyaya təqdim edilməmişdir. İş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, cavabdehlər iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim edilmədiyinə görə kollegiya hər iki apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Odur ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi üçün hər hansı zərurət yoxdur. Məhkəmələrdə işlərin baxılma müddətləri qanunvericilik ilə müəyyən olunur. İşə baxılmasının səbəbsiz və əsassız yerə uzadılması qəbul edilmiş yekun məhkəmə aktının icrasının da vaxtında və lazımınca icra edilə bilməməsi deməkdir. Cavabdeh Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızı apellyasiya şikayətinin dəlilində yalnız torpaq sahəsinin ipoteka ilə yüklü edildiyini, həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin ipoteka poredmeti olmadığın, başqa yaşayış yerlərinin olmadığını, girov qoyulmuş torpaq sahəsi üzərindəki yaşayış evinin dərhal satışa çıxarılmasının qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və ədalət prinsipləri ilə ziddiyyət təşkil etməsinə dair dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı halda ipoteka predmeti torpaq sahəsidir və həmin torpaq sahəsi verilmiş kreditin qaytarılmasının təminatı kimi yüklü edilmiş, müqavilə tərəflərin iradəsinə uyğun bağlanmışdır. Həmin müqavilənin kənar təsir altında bağlandığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Göründüyü kimi apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla cavabdehlərin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlərlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər Cavabdeh3 və Məmmədzadə (Əhmədova) Müşərrəf Qərib qızının tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-42/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-280/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-280/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver