Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-29/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 saylı qətnaməsindən Cavabdeh hüquq varisi "xxxx" X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, mediatora ödənilmiş 60 (altmış) manat və vəkilə ödənilmiş 50 (əlli) manat, ümumilikdə 4934 (dörd min doqquz yüz otuz dörd) manatın tutularaq İddiaçı "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin hüquq varisi "xxxx" Construction” MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 350/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsini ləğv edərək icraata xitam verilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini və iş üzrə cavabdeh olan Cavabdeh TuranBank ASC-nin Qazax şöbəsində olan AZ93TURA******************** saylı hesablaşma hesabından 5 034,00 (beş min otuz dörd) manat pulun tutularaq onun "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq onunla “Sifarişçi” olaraq “Ak X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 019/072 saylı, 01 iyul 2019-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən onlar tərəfindən “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Onlar tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir . Belə ki, tərəflər arasında tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli, 31 iyul 2020-ci il tarixli Aktlara, 065 saylı, 31 iyul 2019-cu il tarixli, 087 saylı, 30 oktyabr 2019-cu il tarixli Hesab-fakturalara və EAAX seriyalı, 940825 nömrəli, 01 avqust 2019-cu il tarixli, EBAB seriyalı, 871904 saylı, 30 oktyabr 2019-cu il tarixli Elektron qaimələrə əsasən 11 315,00 (on bir min üç yüz on beş) manatlıq iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə etdikləri müraciətlərə baxmayaraq yaranmış borc məbləğinin 4 824 (dörd min səkkiz yüz iyirmi dörd) manatı iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. Sonuncu dəfə iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə onlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 019 saylı məktub göndərilmişdir. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. İş üzrə cavabdeh olan Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onun tərəfindən vəkillə müqavilə bağlanaraq 150,00 (yüz əlli) manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora ödənilməli olan 60,00 (altmış) manat onun tərəfindən ödənilmişdir. İş üzrə cavabdeh olan Cavabdehndən borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə - iddiaçılar hesabından 4 824 (dörd min səkkiz yüz iyirmi dörd) manat əsas borc + vəkilə qonarar olaraq ödənilmiş 150,00 (yüz əlli) manat + mediatora ödənilmiş 60,00 (altmış) manat (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən), cəmi: 5 034,00 (beş min otuz dörd) manat tutularaq onun hesabına ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(104)-235/2024 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 nömrəli qətnaməsindən cavabdehin hüquqi varisi "xxxx" Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh hüquq varisi "xxxx" X1 Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Cavabdeh MMC adında müəssisə xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs MMC-yə qoşularaq ləğv edilmişdir. Ləğv olunduğundan ASAN imza da, deaktiv edilmiş və nəticədə eməhkəmə sisteminə də daxil olmaq imkanı məhdudlaşdırılmışdır. Ləğv ilə bağlı da Dövlət Vergi Xidməti müvafiq reyestrdən çıxarış təqdim etmişdir. Qətnamə qəbul edilərkən cavabdeh həqiqi (əsl) tərəflə, yəni ləğv edilmiş Cavabdeh MMC-nin hüquqi varisi Maraqlı şəxs MMC ilə əvəz edilməli və baxılması üçün aidiyyətı üzrə Maraqlı şəxs MMC-nin yerləşdiyi hüquqi ünvan üzrə yönəldilməli idi. Məhkəmənin keçirilmə vaxtı ilə bağlı hüquq varisi Maraqlı şəxs MMC-yə heç bir məlumat verilməmiş, məhkəmə elekton portalında da buna dair heç bir məlumat olmamışdır. 2020-ci ilin dekabr ayında tərtib edilmiş təhviltəslim aktına əsasən Cavabdeh MMC-nin debitor-kreditor siyahısında İddiaçı hər hansı bir öhdəliyi təsdiq edən sənəd olmamışdır. Yuxarıda göstərilənlərdən açıq-aşkar görünür ki, Gəncə Kommersiya Məhkəməsi qətnaməni qəbul edərkən işin faktiki hallarını araşdırmamış, faktiki olaraq mövcud olmayan şirkətlə bağlı qərar qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instyansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-350/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 01 iyul 2019-cu il tarixli, 019/072 saylı “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, “Sifarişçi” olaraq Cavabdeh MMC təmir xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı” olaraq İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli, 019 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan EBAB seriyalı, 871904 nömrəli elektron qaimənin surətindən görünür ki, xx.xx.2019- cu il tarixində 4824 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı vəkil orderindən görünür ki, hüquqi yardım üçün Nümayəndə 150 manat məbləğində vəkil haqqı ödənilmişdir. İş materiallarında olan Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüqüqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs MMC-yə qoşularaq yenidən təşkil edilmiş və Maraqlı şəxs MMC onun (Cavabdeh MMC-nin) hüquq varisidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, “İcraçı” İddiaçı ilə “Sifarişçi” “Ak X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 019/072 saylı, 01 iyul 2019-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmış, göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, “İcraçı” tərəfindən “Sifarişçi” Cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Görülmüş işlər haqqında Akt tərtib edilərək “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir . Belə ki, tərəflər arasında tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli, 31 iyul 2020-ci il tarixli Aktlara, 065 saylı, 31 iyul 2019-cu il tarixli, 087 saylı, 30 oktyabr 2019cu il tarixli Hesab-fakturalara və EAAX seriyalı, 940825 nömrəli, 01 avqust 2019-cu il tarixli, EBAB seriyalı, 871904 saylı, 30 oktyabr 2019-cu il tarixli Elektron qaimələrə əsasən 11 315,00 (on bir min üç yüz on beş) manatlıq iş görülmüş və təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq yaranmış borc məbləğinin 4 824 (dörd min səkkiz yüz iyirmi dörd) manatı iş üzrə cavabdeh tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “AK X3” MMC-nin iddiaçıya 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat borclu olması təsdiqini tapır. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlər tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İddiaçı “İcraçı” olaraq onunla “Sifarişçi” olaraq “Ak X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 019/072 saylı, 01 iyul 2019-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən onlar tərəfindən “Sifarişçi” olaraq Cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Elektron qaimələrə əsasən 11.315,00 (on bir min üç yüz on beş) manatlıq iş görülmüş və təhvil verilmiş olsa da, yaranmış borc məbləğinin 4.824 (dörd min səkkiz yüz iyirmi dörd) manatı iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin işə Maraqlı şəxs MMC-nin yerləşdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49 a olmaqla, həmin ərazi üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalı olması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüqüqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə Maraqlı şəxs MMC-yə qoşularaq yenidən təşkil edilmiş və Maraqlı şəxs MMC onun hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Hazırki halda müqavilə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanıldığından və Cavabdeh MMC-nin yenidən təşkil edilməsi barədə iddiaçıya məlumat verilmədiyindən məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsasız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh hüquq varisi "xxxx" X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-350/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-29/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-29/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver